Məhkəmə qərarları › İş №2(103)-8630/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8630/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8630/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4002/2021 saylı 08 iyun 2021-ci il tarixli əlavə qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilə və ona edilmiş əlavənin şərtlərinin yerinə yetirilməsi, maddi və mənəvi zərərin, hüquqi xidmət xərcləri və dövlət rüsumunun ödənilməsi və sairə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Öz növbəsində, "xxxx" MMC İddiaçı və Bakı şəhəri 51 saylı Notariat Kontoruna qarşı «müqavilənin qismən etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22.10.2020-ci il tarixli 2(006)-293/2020 saylı qərardadı ilə, "xxxx" MMC İddiaçı qarşı «müqavilənin qismən etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(006)-293/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilə və ona edilmiş əlavənin şərtlərinin yerinə yetirilməsi, maddi və mənəvi zərərin, hüquqi xidmət xərcləri və dövlət rüsumunun ödənilməsi və sairə» tələbinə dair iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22.10.2020-ci il tarixli qarşılıqlı iddianın baxılmamış saxlanılmasına dair qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və qarşılıqlı iddiaya mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 06.11.2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.02.2021-ci il tarixli, 2(103)- 3366/2021 saylı qərardadı ilə iş üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22.10.2020ci il tarixli 2(006)-293/2020 saylı qərardadı ləğv edilərək, "xxxx" MMC-nin İddiaçı qarşı irəli sürdüyü «müqavilənin qismən etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiasına baxılması üçün işin Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4002/2021 saylı 08 iyun 2021-ci il tarixli əlavə qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Bakı şəhəri 51 saylı Notariat Kontoruna qarşı «müqavilənin qismən etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməmiş, əlavə qətnamə üzrə məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilmişdir. Əlavə qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək əlavə qətnamənin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Vəkil vəsatətlə məhkəməyə müraciət edərək bildirdi ki, hal-hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4002/2021 saylı 08 iyun 2021-ci il tarixli əlavə qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılır. Lakin ilkin iddia üzrə İddiaçı da Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(006)-293/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayəti vaxtında verilib və dövlət rüsmu da ödənilməklə iş materiallarına əlavə edilmişdir. Lakin səbəbsiz olaraq birinci instansiya məhkəməsi qeyd edilən apellyasiya şikayətinin mümkünlüyünü yoxlamayıb və şikayətin apellyasiya icraatında baxılmasına göndərməmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən prosessual pozuntuyu yol verilmişdir. Ona görə həmin pozuntunun aradan qaldırılması üçün hazırki mülki işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 vəsatətə etiraz etmədiyini və məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli müşayiət məktubundan görünür ki, birinci instansiya məhkəməsi yalnız Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4002/2021 saylı 08 iyun 2021-ci il tarixli əlavə qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(006)-293/2020 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması və ona hüquqi qiymət verilməsi üçün hazırki mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4002/2021 saylı 08 iyun 2021-ci il tarixli əlavə qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılaraq mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar