Məhkəmə qərarları › İş №2(103)-864/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-864/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-864/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən LPO “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Maraqlı şəxsnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan "xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-147/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsində yerləşən üç mərtəbəli yeddi otaqlı 213 kv.metr yaşayış sahəsi, 481,8 kv.metr köməkçi sahədən ibarət 25A nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinin nəticələri haqqında 60 nömrəli, xx xxxxxx 2015-ci il tarixli hesabatın, həmin fərdi yaşayış evinin satışı ilə əlaqədar keçirilmiş hərracın nəticələri haqqında yekun protokolunun etibarsız hesab edilərək ləğv edilməsi, tələbkar bankla bağlanmış alqı-satqı müqaviləsi ləğv edilərək fərdi yaşayış evinin onun mülkiyyətinə qaytarılması, habelə iddiaçının iştirakı təmin olunmaqla qeyd olunan əmlakın yenidən qiymətləndirilməsi, hərrac yolu ilə satışının təşkil edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(004)-5071/2012 nömrəli icra vərəqəsinin surəti (səh.67), Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X3 icraata başlamaq haqqında xx xxxx 2013-cü il tarixli qərarının surəti (səh.8), Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən İddiaçı ünvanladığı xx xxxx 2013-cü il tarixli bildirişin surəti (səh.7), "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2015-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın surəti (səh.13),Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair xx xxxxxxx 2016-cı il tarixli 01 nömrəli və xx xxxxxxx 2016-cu il tarixli 01/2 nömrəli bildirişlər (səh.74), Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair xx xxxxxx 2016-cı il tarixli 02 nömrəli və xx xxxxxx 2016-cı il tarixli 02/2 nömrəli bildirişlər (səh.97), "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2017-ci il tarixli 04/01 nömrəli hərracın yekunları barədə protokolun surəti (səh.101), “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin surəti (səh.12), “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə ünvanladığı xx xxx 2017-ci il tarixli məktubunun surəti (səh.10), xx xxx 2017-ci il tarixli ********* nömrəli ödəmə tapşırığının surəti (səh.11), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışının surəti (səh.114), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubu (səh.42), “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli 016/20 nömrəli qiymətləndirmə hesabatının məzmunu (səh.136) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-147/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Maraqlı şəxsnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan "xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7, 10; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı 1, 1.6, 2.8-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə tərəfindən təkrar olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsində yerləşən 25A nömrəli fərdi yaşayış evinin 2015-ci il tarixə və hazırda bazar qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin olunmuş, bu dəfə müvafiq fərdi yaşayış evinin 2015-ci il üçün orta bazar qiyməti 625000 manat, hazırkı dövrə olan orta bazar qiyməti 680000 manat məbləğində müəyyən olunmuşdur. “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2015-ci il tarixli 60 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatında göstərilən fərdi yaşayış evinin qiymətinin aşağı göstərilməsi barədə İddiaçı dəlili əsassızdır. İddiaçı iddia ərizəsinin “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbi əsas tələb olduğundan, həmin tələbin dəlilləri öz təsdiqini tapmadığından və əsassız hesab edilərək təmin edilmədiyindən, müvafiq iddia ərizəsinin “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi və evin iddiaçıya qaytarılması” kimi tələb qeyd edilən əsas tələbdən törənmiş tələblər olduğundan təminedilməməlidir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Maraqlı şəxsnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan "xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Nərimanov Rayun Məhkəməsinin 2(005) 147/2020 saylı. 29 09.2020 cı il tarixli qətnaməsini yol verilmiş maddi və prosesual qanun pozuntularına görə ləğv etməklə, iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 24, 60; Azərbaycan Respublikası Mulkı Məcəlləsinin 211, 217.1, 217.3, 218.1, 319.4, 390; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005 ci ıl tarixli 4 saylı Qərarının 2.4, 6.2-6.3, 6.5; Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 5, 8, 15; "İcra Haqqında' Azərbaycan Respublikası Qanunun 8.2 43, 44.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, qanun pozuntuların davamı olaraq icra məmuru tərəfindən tələbin könüllü icrası haqqında bildiriş verilmədən ona məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yaqub Əliyev küçəsində yerləşən 3 mərtəbəli 7 otaqlı 213 kv.metr yaşayış sahəsi. 481.8 kv.metr köməkçi sahədən ibarət 25A saylı fərdi yaşayış evin qiymətləndirilməsi üçun mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul edilmiş, habel həmin qərar icra olunması uçun Daşınar və daşınmaz əmlakın qiymətləndırilməsı xidməti" MMC göndərilmiş lakin ona (istər poçt vasitəsi ilə istərsə də şəxsən) bu barədə məlumat verilməmişdir. Bundan başqa icra məmurunun müvafiq qərarı ‘Daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi xidməti' MMC daxil olduqdan sonra ona məxsus Bakı səhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yaqub Olıyev küçəsində yerləşən 3 mərtəbəli 7 otaqlı 213 kv metr yaşayış sahəsi, 481,8 kv.metr köməkçi sahədən ibarət 25A saylı fərdi yaşayış evində iştirakı olamadan və fikri öyrənilmədən 520000 məbləğində qiymətləndirilmişdir, habelə qıymətləndirilmənin rəyi ona (istər poçt vasitəsi ilə istərsə də. şəxsən) təqdim edilməmişdir. 'Daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi xidməti” MMC tərəfindən həmin evi göstərilən məbləğdə qiymətləndirilməsi, həmin əmlakın hazırkı real bazar qiymətini əks etdirməyərək, reallığa uyğun olmayan məbləğdir. Bundan sonra icra məmuru "xxxx" MMC-ə əmlakın hərrac yolu ilə satılması üçün sifariş göndərmiş və adı çəkilən hərrac təşkilatı ona məlumat vermədən guya ki, hərraca çıxarır və hərrac mərkəzi tətəfındən isə əmlakı 331500 manata tələbkar banka satılmışdır. Hərracın keçirildiyi vaxt və yer barədə heç vaxt istər hərrac təşkilatı, istərsə də hərracın sifarişçisi tərəfindən məlumatlandırılmış və nəticə etibarı ilə əmlakı qanuna zidd şəkildə çox aşağı qiymətə satılmışdır. Buna görə də hazırki tələbinə məhkəməyə müraciət etmək qənaətinə gəlib və məhkəmə baxışı zamanı vəsatəti əsasında Nərimanov rayon məhkəməsinin müvafiq qərarı əsasında yenidən qiymətləndirilmə keçirilməsi və qiymətləndirmənin “X7"xxxx"X7 MMC tərəfindən fərdi yaşayış evi orta bazar qiyməti 2015-cı ıl üçün 625 000 manat hazırkı dövr üçün isə 680 000 manat məbləğində qiymətləndirilmişdir. Lakın buna baxmayaraq məhkəmə heç bır sübuta və qanunun tələblərinə məhəl qoymadan tam qərəzli olaraq cavabdeh tərəfin mövqeyindən çıxış edərək iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, iddiaçının məlumatı olmadan mənzilin yüklü edildiyini və hərracda satışa qoyulduğunu, yalnız icra məmuru mənzilə daxil olan zaman evin hərracda olduğundan xəbərdar olduğunu, bundan sonra dərhal məhkəməyə müraciət etdiklərini, qiymətləndirmə ilə razı olmadığını, əmlakın 512000 manata satıldığı halda borcun da silinməsinin mümkün olduğunu, lakin mənzilin öz dəyərdindən 40 faiz aşağı qiymətə satışa qoyulduğunu, mənzilin real qiymətə uyğun satılmasını tələb etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən LPO “xxxx” ASC-nin nümayəndəsi X4 borcun hələ də mövcud olduğunu, qiymətləndirmə ilə razı olduqlarını, qətnamənin qüvvədə saxlanmasını xahiş etdiklərini bidirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı şəhəri Maraqlı şəxs iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1, 53.2, 61, 62; "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 4- 10; Mülki Məcəllənin 139-158, 182.1, 415, 416; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39, 41- 46; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, hərracın keçirilməsi zamanında qüvvədə olan mülki qanunvericliyin tətbiqi baxımından hərrac üzrə işin hallarına düzgün qiymət verilməmişdir. Belə ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməli olduğu halda, məhkəmə qərarında göstərilməyən ilkin satış qiymətinin müəyyən edilməsi zamanı iddiaçının (ipoteka qoyanın) iştirakı təmin edilməmiş və onların bu razılığına dair məsələlər həll edilməmişdir. Qeyd edilməlidir ki, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Birinci hərrac keçirilən zaman qüvvədə olan qanunvericiliyə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. xx xxxxxx 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəhyişikliklərdən sonra verilən redaksiyada isə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İcra vərəqi üzrə Sabunçu İcra Şöbəsi tərəfindən xx.xx.2014-cu il tarixli sifariş "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2015-ci il tarixdə icra edilərək qiymətləndirilmiş və bu zaman mülkiyyətçinin öz əmlakını qiymətləndirmək hüquqları və qiymətləndirici qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmə vəzifələrinə riayyət etməmiş, məhkəmə prosesində isə keçirilmiş ekspert nəticələrinə dair qiymətlərin müəyyən edilməsində qiymət uyğunsuzluğuna dair sübutlar təqdim edilməmişdir. Bundan əlavə, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2016-cı il tarixdən (sifarişçisi məlum olmayan) başlayan hərracın nəticələri xx.xx.2017-ci il tarixldə imzalanmamış protokolla nəticələnmiş, bu prosedur çərçivəsində iddiaçıya məlumatın verilməsi və elanın yerləşdirilməsi barədə məlumatlar öz təsdiqini tapmamışdır (iş səh.67-101). Beləliklə, prosedurların həyata keçirilməsi qiymətləndirmə və hərracın keçirilməsi üçün müəyyən edilən qanunvericiliyin tələblərinə cavab verməmişdir. Cavabdehlər sübutetmə yükü üzrə iddiaçının dəlillərini təkzib edən sənədlər (sübutlar) təqdim etməmiş, məhkəmə qeyd edilənləri təfsir etməmiş və mötəbər olmayan sübutlarla əsaslandırmışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti və iddia işdə mövcud olan sübutlar əsasında təmin edilməli, fərdi yaşayış evinin qiymətləndirilməsinin nəticələri haqqında hesabat,habelə hərracın nəticələri haqqında yekun protokol etibarsız hesab edilərək ləğv edilməli, opndan irəli gələrək, tələbkar bankla bağlanmış alqı-satqı müqaviləsi ləğv edilərək əmlakın yenidən qiymətləndirilməsi və hərrac yolu ilə satışı təşkil edilməli (bunlar müvafiq qeydiyyatların da ləğvinə əsasdır), tələb olmadığından isə dövlət rüsumu üçün ödənilmiş məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-147/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin.İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinə və maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı "əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi” dair tələbi təmin edilsin. "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsində yerləşən üç mərtəbəli yeddi otaqlı 213 kv.metr yaşayış sahəsi, 481,8 kv.metr köməkçi sahədən ibarət 25A nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinin nəticələri haqqında 60 nömrəli, xx xxxxxx 2015-ci il tarixli hesabat, 04/01 nömrəli, xx.xx.2017-ci il tarixli hərracın nəticələri haqqında yekun protokol etibarsız hesab edilərək ləğv edilsin, tələbkar bankla bağlanmış alqı-satqı müqaviləsi ləğv edilərək əmlakın yenidən qiymətləndirilməsi və hərrac yolu ilə satışı təşkil edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar