Məhkəmə qərarları › İş №2(103)-8643/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8643/2021

21.10.2021 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8643/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ndan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Niftali oğlu tərəfindən Cavabdehnə q̇arşı müqavilələrin ləvği tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.05.2021-ci il il tarixli, 2(006)-688/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh «X12 Azərbaycan» QSC-yə qarşı «kredit xətti müqaviləsinin ləğv olunması, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 may 2015-ci il tarixli 41531/01 saylı kredit xəttinin açılması barədə müqavilənin etibarsız hesab olunması, 20 may 2015-ci il tarixli 41531/01 saylı ipoteka müqaviləsinin və 20 may 2015-ci il tarixli zaminlik müqaviləsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.05.2021-ci il il tarixli, 2(006)-688/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı zərurət yarandığından X6 iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X4, cavabdehin nümayəndəsi və vəkili X7 isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş materialları aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmçinin, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 29 sentyabr 2014-cü il tarixli 1 №-li kredit sazişinin 2.1-ci bəndindən görünür ki, kredit sahibkarlıq məqsədləri üçün verilir və dövriyyə vəsaitlərinin artırılması (məqsəd və təyinat) istifadə ediləcəkdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində məlumat axtarış sistemi üzrə verilən sorğu ilə müəyyən edilir ki, X1 (VÖEN: **********) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsində isə təsbit olunmuşdur ki, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında kommersiya məhkəmələrinə aiddir. İşdə iştirak edən şəxslərin subyektiv tərkibini, yəni iddiaçının hüquqi şəxs, cavabdehin isə qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduğunu, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. Eyni zamanda kollegiya qeyd edir ki, hazırkı mübahisəyə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğu halda, ümumi məhkəmədə baxılması, işə buna hüququ olmayan hakim tərəfindən baxılması kimi qiymətləndirilməlidir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə ləğv olunmalı və iş materialları aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 385.1.1, 387.2.1, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-688/2021 saylı, 20.05.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Niftali oğlu tərəfindən Cavabdehnə qarşı müqavilələrin ləvği tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar