Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8674/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)-4462/2020 saylı qərardadından cavabdeh “xxxx” MTK-nın sədri X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MTK-ya qarşı MTK-nın təsisçilərinin ümumi yığıncağının 1 saylı protokolundan rəsmi möhür vurulmaqla çıxarışın və xx.xx.2003- cü il tarixli, 23 saylı müqavilə üzrə mənzilin dəyərinin tam ödənilməsinə təsdiq edən maliyyə arayışının “xxxx” MTK-dan ona təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, cavabdehin sədri və təsisçisi qismində X4 tərəfindən İddiaçı qarşı cavabdehə dəymiş maddi zərərə görə 3568 manat, mənəvi zərərə görə 5000 manat məbləğində pulun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsində qeyd edilir ki, iddiaçının xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək MTK-ya kommunal xidmətlərə görə borcu vardır. İddiaçı həmin borcu ödəməkdən imtina etmişdir. İddiaçı həmçinin, həmin borcu ödəmədiyinə görə illik 5% olmaqla, 588 manat, ümumilikdə 3568 manat pul ödəməlidir. Bundan başqa, cavabdehin işgüzar nüfuzuna ziyan dəymişdir və həmin ziyanı 5000 manat məbləğində qiymətləndirirlər. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)-4462/2020 saylı qərardadı ilə cavabdeh “xxxx” MTK-nın İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh “xxxx” MTK-nın sədri X4 tərəfindən qərardaddan verilmiş şikayət, həmin məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdehin şikayətində qeyd olunur ki, qərardad onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia Azərbaycan Respublikası MPM-nin 156.1.1 və 156.1.3-cü maddəsinin tələbinə ziddir. Cavabdeh qeyd edir ki, məhkəmə öz qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 156.1.1-ci maddəsinə istinad edərək, həmin maddənin tələbinin pozulmasını göstərir, lakin qarşılıqlı iddia məhz ilkin iddiaya birbaşa bağlılığı olan, ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişdir: ilk iddiada iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə Daşınmaz Əmlakın Dövlət ReyestrXidmətindən çıxarışın alınması üçün MTK-a təsisçilərinin ümumi yığıncağının 1 nömrəli protokoluna rəsmi möhür vurulmaqla çıxarış və xx.xx.2003-cii tarixli, 23 saylı müqavilənin üzərinə mənzilin dəyərinin tam ödənilməsinə dair təsdiq edən maliyyə arayışını sənədlərinin “xxxx” MTK-dan ona təqdim edilməsini xahiş edir. Buradan görünür ki, İddiaçı ilə “xxxx” MTK arasında xx.xx.2003-cü il tarixli 23 sayli payçı müqaviləsi üzrə yaranmış öhdəliklərdən irəli gələn halları səciyyələndirir və qarşılıqlı iddia məhz ilk iddia üzrə yaranmış mübahisənin özəyini təşkil edir. İddiaçı ilə MTK arasında yaranmış kommunal borca dair tələbin icra olunmaması nəticəsində hazırki mübahisə yaranmışdır. Əgər iddiaçı MTK-ya qarşı yaranmış borcu ödəmiş olsaydı, bu zaman hazırki mübahisə öz həllini məhkəmədən kənar tapmış olardı. Qarışılıqı iddia üzrə tələbləri məhz buna yönəldilmişdir. Odur ki, bu halları nəzərə alaraq Xətai rayon Məhkəməsinin 2(011)-4462/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv olunaraq, qarşılıqlı iddia icraata qəbul edilməli və ilk iddia ilə birlikdə baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X3 şikayəti qəbul etməyərək, onun təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “xxxx” MTK-nın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)-4462/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçının iddia tələbi cavabdeh tərəfindən müəyyən sənədlərin - ümumi yığıncağının protokolundan çıxarışın və maliyyə arayışının verilməsi ilə bağlı olduğu halda, qarşılıqlı iddia üzrə tələb iddiaçı tərəfindən ödənilməmiş kommunal borcun tutulması ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 156.1.1-156.1.3-cü maddələrinə əsasən, qarşılıqlı iddia ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasındaqarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnərsə qarşılıqlı iddia qəbul edilir. Qeyd edilən müddəadan da göründüyü kimi, qarşılıqlı iddianın icraata götürülməsi üçün qanunla müəyyən edilmiş əsasların hər hansı biri, yəni qarşılıqlı iddianın ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməsi, qarşılıqlı iddianın təmin edilməsinin ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırması, habelə, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olmaması səbəbindən qarşılıqlı iddianın icraatı mümkün hesab edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan əsasla qarşılıqlı iddia ərizəsini icraata qəbul etmədən geri qaytararkən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X2 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)- 4462/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın.. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-8674/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8674/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver