Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-871/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X3 və üçüncü şəxs X7 qarşı “miras əmlakın açıq saxlanılmış yerdə qalan 1/8 hissəsinin qanun üzrə vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras əmlakın açıq saxlanılmış yerdə qalan hissəsinin qanun üzrə vərəsələr arasında bölüşdürülməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili X11 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X3 və üçüncü şəxs X7 qarşı “miras əmlakın açıq saxlanılmış yerdə qalan 1/8 hissəsinin qanun üzrə vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3765/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. 16.07.1934-cü ildə Gəncə şəhərində doğulmuş X15 xx.xx.2021-ci il tarixdə ölmüşdür. (xx.xx.2021-ci il tarixli AZ-İİ № 209100 nömrəli ölüm haqqında şəhadətnamə). X15 vəsiyyətnamə qoymamışdır və ölümündən sonra sağ olan qanun üzrə birinci növbə vərəsələri - arvadı - xx.xx.1964-cü il təvəllüdlü İddiaçı1, mərhum X8 İddiaçı1 ilə birgə nikahından doğulmuş oğulları - xx.xx.2001-ci il təvəllüdlü X16 və xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2, həmçinin mərhum X8 X13 ilə birgə nikahından doğulmuş oğlu - xx.xx.1963-cü il təvəllüdlü X14 olmuşdur.
2. Miras əmlakın 6/8 hissəsinə İddiaçı1 adına, 1/8 hissəyə İddiaçı2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, X7 çatası pay - 1/8 hissə mərhum X8 adında açıq saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X3 və üçüncü şəxs X7 qarşı “miras əmlakın açıq saxlanılmış yerdə qalan 1/8 hissəsinin qanun üzrə vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci ildə vəfat etmiş X8 miras əmlakının açıq saxlanılmış yerdə qalan 1/8 hissəsinin qanun üzrə vərəsələr İddiaçı1 və İddiaçı2 arasında bölüşdürülməsi öhdəliyinin Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, miras əmlakın 1/8 hissəsi də İddiaçı1 və İddiaçı2 arasında bölüşdürülərək qanun üzrə vərəsəlik hüququ haqqında müvafiq şəhadətnamə verilməli idi. Lakin cavabdeh bunu etməmişdir. İddiaçıların nümayəndəsi xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək müvafiq şəhadətnamələrin verilməsini xahiş etsə də, onlara cavab verilməmişdir. Şifahi şəkildə bildirilmişdir ki, əmlakın yerdə qalan 1/8 hissəsinin açıq saxlanılması Miras qoyanın digər oğlu (qanun üzrə vərəsəsi) X5 mövcudluğu ilə bağlıdır. Halbuki, üçüncü şəxs vərəsəliyə çağırıldığını bildiyi gündən üç ay ərzində mirası qəbul etməmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3765/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X3 və üçüncü şəxs X7 qarşı “xx.xx.2021-ci ildə vəfat etmiş X8 miras əmlakının açıq saxlanılmış yerdə qalan 1/8 hissəsinin qanun üzrə vərəsələr İddiaçı1 və İddiaçı2 arasında bölüşdürülməsi öhdəliyinin Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X2 üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2, həmçinin üçüncü şəxs X14 mirasın qəbulu üçün mirasın açıldığı xx.xx.2021-ci il tarixdən üç ay keçdikdən sonra notariat ofisinə vermişlər. Hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2, həmçinin üçüncü şəxs X14 mirasın qəbulu üçün qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürməmişlər. Çünki mirasın qəbulu üçün müəyyən edilmiş 6 aylıq müddətin sonu xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Qanun üzrə birinci növbə vərəsə olan X14 digər qanun üzrə birinci növbə vərəsələr İddiaçı1 və İddiaçı2 kimi mirası qanunla müəyyən edilmiş müddət ərzində qəbul etmiş və bunu şəksiz nümayiş etdirməklə, notariat ofisinə ərizə vermişdir. X14 mirasın qəbulu üçün müəyyən edilmiş 6 aylıq müddəti ötürməmişdir. Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X12 xx.xx.2022-ci il tarixdə mərhum X6 miras qalmış daşınmaz əmlaklar və nəqliyyat vasitələrinə dair İddiaçı1 və İddiaçı2 adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. İddiaçı1 miras əmlakdan (daşınmaz əmlaklar və nəqliyyat vasitələri) müvafiq olaraq 2/8 pay (X15 ilə İddiaçı1 birgə nikahdan doğulmuş digər oğlu X16 mirası qəbul etməkdən İddiaçı1 xeyrinə imtina etdiyi üçün) və 1/8 pay isə İddiaçı2 verilmişdir. İddiaçı1 həmçinin ümumi birgə əmlakın ½ (4/8) hissəsinə dair ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamələr verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdə miras əmlakın yerdə qalan hissəsi, yəni X7 çatan pay - 1/8 hissə mərhum X8 adında açıq saxlanılmışdır. Notarius tərəfindən X7 miras əmlakdan payın verilməsindən imtina edilməmişdir. X1 miras qalmış əmlakdan imtina etməsinə dair vərəsəlik işin yazılı sübut yoxdur və iddiaçıların nümayəndə və vəkilləri də məhkəməyə belə bir sübut təqdim etməmişdir. Odur ki, Bakı şəhəri 19 saylı notariat ofisinin notariusu X12 haqlı olaraq xx.xx.2021-ci ildə vəfat etmiş X8 miras əmlakının açıq saxlanılmış yerdə qalan 1/8 hissəsinin qanun üzrə vərəsələr İddiaçı1 və İddiaçı2 arasında bölüşdürülməkdən imtina etmişdir. Çünki, həmin payı almağa hüququ çatan qanun üzrə birinci növbə vərəsə X14 öz payını qəbul etmək üçün notariat ofisinə iddiaçılarla bərabər yazılı ərizə verməklə öz iradəsini ifadə etmiş və mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə, Mülki Məcəllənin 1133.2, 1134.1, 1145, 1146, 1151.1, 1157, 1159.1, 1243.2, 1243.3, 1246, 1255, 1256, 1289-cu maddələri və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3765/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçıların nümayəndəsi xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək müvafiq şəhadətnamələrin verilməsini xahiş etsə də, onlara cavab verilməmişdir. Şifahi şəkildə bildirilmişdir ki, əmlakın yerdə qalan 1/8 hissəsinin açıq saxlanılması miras qoyanın digər oğlu (qanun üzrə vərəsəsi) X5 (bundan sonra – üçüncü şəxs) mövcudluğu ilə bağlıdır. Halbuki, üçüncü şəxs vərəsəliyə çağırıldığını bildiyi gündən üçay ərzində mirası qəbul etməmişdir. Buna görə də iddiaçılar iddia ərizəsi verərək X8 miras əmlakının açıq saxlanılmış yerdə qalan 1/8 hissəsinin qanun üzrə vərəsələr İddiaçı1 və İddiaçı2 arasında bölüşdürülməsinə (bölüşdürülməsi öhdəliyinin Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X2 üzərinə qoyulmasına) dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal rayon məhkəməsinin qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Faktiki olaraq məhkəmə cavabdehin və üçüncü şəxsin vəkilliyini öz üzərinə götürmüşdür. Halbuki, onlar məhkəmə prosesində iştirak etməmiş və mövqelərini bildirməmişlər. İşdə cavabdeh notariusdur, üçüncü şəxs yox. Cavabdeh üçüncü şəxsi vərəsə hesab edirdisə, miras əmlakın 1/8 hissəsini niyə açıq saxlayıb? Deməli, onu vərəsə hesab etməyib. Ümumiyyətlə miras əmlakın hissəsinin açıq saxlanılması hüquqa və qanuna bəlli olmayan konstruksiyadır. Deməli, cavabdehin hərəkəti (hərəkətsizliyi) heç bir halda qanuni hesab oluna bilməz. Onların halında isə vərəsələr var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində deyilir: “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. Həmin Məcəllənin 1273-1-ci maddəsinə görə vərəsə Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Məcəllənin 1262-ci maddəsinə uyğun olaraq əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Buna görə də iddia tələbi təmin edilməli idi. Üçüncü şəxs qanunla nəzərdə tutulan 3 ay ərzində müraciət etməyib. Notarius (Cavabdeh) onu vərəsə kimi tanımayıb. Deməli, cavabdeh bütün mirası iddiaçılar arasında bölüşdürməli idi. Lakin qətnamədə bu maddə tətbiq edilməyib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili X19 çıxış edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlamasını xahiş edir.
12. ünvan 1 ünvanlanaraq məhkəmə iclasınının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1256.Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Hazırki halda iddiaçıların apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
18. İddiaçılar iddia tələbi ilə məhkəməyə müraciət edərək, miras qoyan X8 miras əmlakının açıq qalan 1/8 hissəsi ilə bağlı qanun üzrə vərəsələr İddiaçı1 və İddiaçı2 adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər.
19. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, miras qoyan X15 xx.xx.2021-ci ildə vəfat etmişdir. Qanun üzrə birinci növbə vərəsələri - arvadı - xx.xx.1964-cü il təvəllüdlü İddiaçı1, mərhum X8 İddiaçı1 ilə birgə nikahından doğulmuş övladları - xx.xx.2001-ci il təvəllüdlü X16 və xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2, həmçinin mərhum X8 X13 ilə birgə nikahından doğulmuş oğlu - xx.xx.1963-cü il təvəllüdlü X9r.
21. xx.xx.2015-ci il tarixli AC 487498 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X27 minik markalı, 2015-ci il buraxılışlı, ** RR *** dövlət nömrə nişanlı; xx.xx.2016-ci il tarixli AC654722 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Ferrari 488 GTB minik markalı, 2016-cı il buraxışlı, ** HF *** dövlət nömrə nişanlı; xx.xx.2014-ci il tarixli AC090497 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Bentley Mulsanne minik markalı, 2014-cü il buraxılışlı, ** GF *** dövlət nömrə nişanlı; xx.xx.2013-cü il tarixli AB996374 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cadillac Escalade minik markalı, 2013-cü il buraxışlı, ** BU *** dövlət nömrə nişanlı avtomobillər; Bakı şəhəri Səbail rayonu Abbasqulu Abbaszadə küçəsi ev 1B yeni qaydalarla; ünvan 2 ünvanda yerləşən və ümumi sahəsi 1955,80 kv.m. olan fərdi yaşayış evi; ünvan 3çüsü 3 hektar torpaq sahəsi; ünvan 3çüsü 0,26 hektar torpaq sahəsi; ünvan 3çüsü 1,20 hektar torpaq sahəsi miras qalmışdır.
22. X16 ona çatası miras paydan anası İddiaçı1 xeyrinə imtina etdiyi üçün miras əmlakın 6/8 hissəsinə İddiaçı1 adına, 1/8 hissəsinə İddiaçı2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, yəni X7 çatan pay - 1/8 hissə mərhum X8 adında açıq saxlanılmışdır.
23. İşin halları ilə o cümlədən müəyyən edilir ki, iş üzrə mərhum X8 qanun üzrə birinci növbə vərəsələrindən – arvadı İddiaçı1, oğulları X16 və İddiaçı2 mirasın açıldığı xx.xx.2021-ci il tarixdən üç ay 8 gün sonra, yəni xx.xx.2022-cü il tarixdə miras əmlakın qəbulu ilə bağlı müraciət etmişlər.
24. X5 ərizəsi xx.xx.2022-ci il tarixdə notariat ofisində təsdiq edilmişdir.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilir ki, “...Mülki Məcəllənin 1301-ci maddəsi yerində olmayan vərəsənin payının ayrılmasını nəzərdə tutmaqla, mirasdan imtina etməyən vərəsənin sanki mirası qəbul etmiş hesab edildiyini ehtiva edir. ... Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz....Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
26. Məhkəmə kollegiyası qeyd edir ki, X14 miras əmlakdakı miras payından imtina etməmiş, o, miras əmlakda payının müəyyən edilməsi ilə bağlı notariat ofisinə müraciət etmişdir.
27. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. O cümlədən, Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən məhkəməyə təqdim edilmiş 2338 nömrəli, 03 noyabr 2023-cü il tarixli məktubdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 13.11 2021-ci il tarixdə vəfat etmiş- X8 vərəsəsi X7 miras əmlakın 1/8 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
30. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apelyatora aid edilməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3765/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev