Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8729/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadəninkatibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “X4” şirkəti cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2 və 111.3 maddələrinin, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin və Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 180-ci maddəsinin tələblərinə əsasən, cavabdeh X1 Şırkətin Saziş ərazisi hüdudları, 2 saylı mədənin 3-cü sahəsində yerləşən 236042, 236043, 236031, 236037, 236017 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi iddia təmin edilərək, cavabdeh X1 Şirkətin Saziş ərazisi hüdudları, 2 saylı mədənin 3-cü sahəsində yerləşən 236042, 236043, 236031, 236037, 236017 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, tikilinin onun öz hesabına sökülməsi və ərazinin boşaldılaraq “X4” şirkətinin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki,Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-1673/2018 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə, təxminən 2 ildən də artıq bir müddətdən sonra apellyasiya şikayəti verilmiş, lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə riayət edilib-edilmədən verildiyini yoxlamadan mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-1673/2018 saylı qətnaməsindən X3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)- 1673/2018 saylı qətnaməsindən X3 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8729/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8729/2020
11.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver