Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8731/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli 2(005)-3718/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK ilə arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən ona satılmış Bakı şəhəri, Ə.Hüseynov küçəsi, 5/7 saylı binanın 5-ci blokun 1-ci mərtəbəsindən 100 kv.m qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 3718/2020 saylı qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş nateriallarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3033/2016 saylı xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləsinə əsasən ünvan 1 ünvandakı “xxxx” MTK-ya məxsus yaşayış kompleksində 5-ci blokun 8-ci mərtəbəsində yerləşən sahəsi 134,5 kv.m olan 3 otaq 380 saylı mənzilə, həmən yaşayış kompleksində 3cü blok 4-cü mərtəbəsində yerləşən sahəsi 134,5 kv.m olan 3 otaqlı 522 mənzil və həmin yaşayış kompleksində yerləşən sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)2014/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilmədən, qətnamə iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4598/2017 saylı xx xxxx 2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qismən, yəni, ünvan 2 ünvandakı “xxxx” MTK-ya məxsus yaşayış kompleksində yerləşən sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh “xxxx” MTK tərəfindən iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9529/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayətindən imtinası qəbul edilmiş, apelyasiya baxışının predmetini təşkil edən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3033/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsinin sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi hissəsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilmişdir. Göründüyü kimi, apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi ərizə təqdim edərək, apelyasiya şikayətindən imtina etmiş və iddiaçının apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3033/2016 saylı xx xxxxxxx 2016-cı il tarixli qətnaməsinə izah verilməsi barədə ərizə ilə iddiaçı məhkəməyə müraciət etmiş, qərardadla ərizə təmin edilməmiş və göstərilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədən göründüyü kimi, 100 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin ünvan 3 ünvanında tikdiyi yaşayış kompleksində ayrıldığı aydın olur, həmin qeyriyaşayış sahəsinin hansı blokda olması müqavilədə öz əksini tapmamışdır, buna görə də qətnamənin icra sahəsində həmin qeyri-yaşayış sahəsi ilə bağlı çətinlik yaranmasını məhkəmə qeyri-mümkün hesab edərək, qətnamənin izah edilməsinə zərurət olmadığı qənaətinə gəlmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbul edilməsindən imtina etməkdə haqlı olmuşdur, iddiaçının şikayətinin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3718/2020 saylı mülki iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-8731/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8731/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver