Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8768/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında ünvan 1l tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20 000 ABŞ dolları borcun, mənəvi zərərə görə 4000 ABŞ dolları faiz borcunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3040/2017 saylı 20.07.2017-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3040/2017 saylı 20.07.204 7-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə işə onun iştirakı olmadan baxıb iddiaçının iddia tələbini təmin etmişdir. O, dializ xəstəsidir, görmə qüsurludur, 63 yaşındadır və qeydiyyatda olduğu ünvanda yaşamır. ünvan 1l tarixli qərardadı ilə Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3040/2017 saylı 20.07.2017-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini və mülki iş üzrə qəbul olunmuş qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, 20.07.2017-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə, ümumiyyətlə bu iş üzrə təyin edilmiş hər hansı bir iclas barədə onun xəbəri olmayıb. Ona məhkəmənin çağırış vərəqəsi göndərilməyib. Ona görə də o, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməmişdir. Ümumən ondan tələb olunan vəsait 20.000 ABŞ Dolları olması özü absurtdur. O, iddiaçıdan 2000 manat pul borc almış və o borcu da ödəmişdir. Lakin iddiaçı notariusda onun səhhətində olan vəziyyətdə sui-istifadə edərək aldatmışdır. Qiyabi qətnamənin mövcud olması barədə 01.07.2021-cı il tarixdə Xəzər Rayon İcra və Probasiya şöbəsindən xəbər tutmuşdur. O, bikarbonatlı dializ xəstəliyindən əziyyət çəkir, görmə qüsurludur, 63 yaşı var və pasport qeydiyyatında olduğu evdə uzun illərdir yaşamır. Bildirir ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-3040/2021 saylı, 23 iyul 2021-ci il tarixli qərardadında qeyd olunan faktlar həqiqəti əks etdirmir. Belə ki, 2(003)-3040/2017 saylı icra sənədində olan akt qanunsuz olaraq onun xəbəri olmadan tərtib olunub. Məhkəmə araşdırma zamanı xüsusi ilə diqqət etməli idi ki, o, aktla tanış olsa idi onda onun imzası olardı. Ən əhəmiyyətlisi isə məhkəmə borc üzrə onun pensiyasından tutmanın olmasını əsas gətirərək onun sanki borcunu etiraf etdiyini göstərir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3040/2017 saylı 02 avqust 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icra məmuru tərəfindən onunla hər hansı söhbət aparılmamış və ümumiyyətlə akt tərtibindən məlumatı olmamış və akta imza etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, ünvan 1l tarixli qərardadı ləğv edilməli, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3040/2017 saylı 20.07.2017-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş Bakı şəhəri Xəzər Məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, prosesual qanunvericiliyin qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilməsi müddəasına yalnız formal baxımdan isinad etməklə uzun illər keçməsinə baxmayaraq qüvvəsini almış və icraya yönəldilmiş qətnamənin ləğv edilməsi barədə ərizənin əsaslı olması qənaətinə gəlinməsini məhkəmə əsaslı hesab etmir. Belə ki, qətnamə rəsmi qaydada çatdırılması barədə iş materiallarına hər hansı bir sənəd mövcud olmasa da, həmin qətnamə üzrə icra işindən müəyyən edilir ki, icra məmuru tərəfindən borclunun ünvanında olmaqla ona barəsində belə bir qətnamənin mövcudluğu izah edilmiş və ondan pul məbləğinin tutulması barədə məlumat verilmişdir. Hətta, icra işindən görünür ki, həmin borc məbləği ilə bağlı borclunun pensiyasından da tutulmalar aparılmışdır. Hazırki halda isə borcu həmin qətnamədən artıq 29.04.2020-ci il tarixdə məlumatlı olmaqla qiyabi qətnamənin ləğvi barədə ərizə ilə məhkəməyə 01.07.2021-ci il tarixdə, yəni qətnamınin mövcudluğunu bildiyi gündən belə 1 il 2 ay sonra müraciət etmiş və bununla da qiyabi qətnamənin ləğvinə dair ərizənin verilməsi üçün prosessual qanunvericiliklə nəzərədə tutulmuş müddəti ötürmüşdür. Kollegiya birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası MPM-in 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 250-ci maddəsinin (Qiyabi qətnamənin ləğvi üçün əsaslar) tələbinə əsasən, əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqın’da lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3040/2017 saylı 20.07.2017-ci il tarixli qiyabi qətnaməsi Cavabdeh ümumiyətlə göndərilməmişdir. Kollegiya qeyd edir ki, qanunvericilikdə imperativ şəkildə tərəfin qiyabi qətnaməndən şikayəti vermək hüququnun, onun həmin qətnamədən hər hansı formda məlumatı olmasından deyil, qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə vermək hüququ göstərilmişdir. Ona görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən müddəti ötürməklə ərizənin verilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi aktın, işin halları ilə ziddiyətli olması müəyyən edilir. Belə ki, aktda Cavabdeh “gözlərinin görmədiyi” qeyd edilməklə, aktın sonunda Cavabdeh adı yazılmış və akt onun tərəfindən imzalanmamışdır. Hazırkı məhkəmə iclasında isə müəyyən edilir ki, icra məmuru tərəfindən onunla hər hansı söhbət aparılmamış və ümumiyyətlə akt tərtibindən cavabdeh məlumatlı olmamış və akta imza etməmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyannın 60-cı maddəsinin 1-ci hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi müəyyən edən 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, ünvan 1l tarixli qərardadı ləğv edilməli, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3040/2017 saylı 20.07.2017-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş Bakı şəhəri Xəzər Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh şikayəti qismən təmin edilsin. ünvan 1l tarixli qərardadı ləğv edilsin. Cavabdeh Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3040/2017 saylı 20.07.2017-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş Bakı şəhəri Xəzər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8768/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8768/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver