Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-878/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1213/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 və müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İsrafil qızı, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər “X1 Mərkəzi” MMC və Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 191 nömrəli evin 40 nömrəli mənzilinin hərrac yolu ilə satılmasına dair YP-036 nömrəli 13.01.2020-ci il tarixli satış protokolunun və onun hüquqi etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Xətai Rayon Məhkəməsinin 01.02.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı 350.376,27 ABŞ dolları məbləğində borcun tutulması və ipoteka predmetinə tutmanın ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 191 nömrəli evin 40 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən onun tərəfindən apelyasiya şikayəti verilmiş və nəticədə borcludan tutulan borcun məbləği 297.066,1 ABŞ dolları məbləğində müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş hərracın nəticələri haqqında YP-036 nömrəli protokola əsasən mübahisəli evin ilkin satış qiyməti 680.000 manat, son satış qiyməti isə 433.500 manat qiymətlədirilərək "xxxx" ASC-yə satılmışdır. Lakin keçirilmiş hərrac barəsində ona məlumat verilməmişdir. O, mənzilin hərracda satılan əmlakın qiymətindən narazıdır və hesab edir ki, həmin qiymət real bazar dəyərinə uyğun deyildir. Eyni zamanda müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 “X1 Mərkəzi” MMC-yə və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsini belə əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-dən 29 aprel 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 467.841,71 manat borcun, 13 dekabr 2012-ci il tarixli razılaşma üzrə 390.195,86 manat borcun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 191 nömrəli evin 40 nömrəli mənzilə, N.Ə.Kərimovaya məxsus ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə, N.Kərimova məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, K.V.Bağırovaya məxsus ünvan 3 ünvanında yerləşən 5, 6, 19 və 20 saylı mənzillərə yönəldilməsi, həmin əmlakların müəyyən edilmiş ilkin satış qiymətləri ilə açıq hərracda satılması, satışından əldə olunmuş vəsaitin borcun təmin olunmasına yönəldilməsi, artıq məbləğin qaytarılması qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli icra vərəqəsi hazırda Yasamal rayon İcra və Probasiya şöbəsinin icraatındadır. İddiaçı əmlakının hərracda satılmamışdan əvvəl Nəsimi rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, mülkiyyətindəki əmlakın açıq hərracda satılması ilk növbədə Yasamal Rayon Məhkəməsinin 25 mart 2019-cu il tarixdə verilən icra vərəqəsi əsasında keçirilməli olduğuna görə Bakı Apelyasiya Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli icra sənədi əsasında təşkil edilmiş açıq hərracın dayandırılmasını xahiş etmişdir. 30 sentyabr 2020-ci il tarixdə "xxxx" ASC ərizə ilə Cavabdeh2nə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qətnaməsi üzrə icra işi ilə bağlı hərracın "xxxx" MMC-də keçirilməsinə dair müraciətlərini nəzərə almağını xahiş etmişdir. Bundan sonra hərrac keçirilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 191 nömrəli evin 40 nömrəli mənzili "xxxx" ASC-nin adına rəsmiləşdirilmişdir. Sözügedən əmlakın hərracda satılması Yasamal Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli icra sənədinin hissəvi icra olunmasını mümkünsüz edir. Eyni zamanda həmin əmlak 433.500 manat dəyərində satılmasına baxmayaraq, Yasamal Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli icra sənədi üzrə 858.037,57 manat məbləğində banka olan borcdan silinməmişdir. Eyni zamanda müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 “X1 Mərkəzi” MMC-yə və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini belə əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-dən 29 aprel 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 467.841,71 manat borcun, 13 dekabr 2012-ci il tarixli razılaşma üzrə 390.195,86 manat borcun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 191 nömrəli evin 40 nömrəli mənzilə, N.Ə.Kərimovaya məxsus ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə, N.Kərimova məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, K.V.Bağırovaya məxsus ünvan 3 ünvanında yerləşən 5, 6, 19 və 20 saylı mənzillərə yönəldilməsi, həmin əmlakların müəyyən edilmiş ilkin satış qiymətləri ilə açıq hərracda satılması, satışından əldə olunmuş vəsaitin borcun təmin olunmasına yönəldilməsi, artıq məbləğin qaytarılması qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli icra vərəqəsi hazırda Yasamal rayon İcra və Probasiya şöbəsinin icraatındadır. İddiaçı əmlakının hərracda satılmamışdan əvvəl Nəsimi rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, mülkiyyətindəki əmlakın açıq hərracda satılması ilk növbədə Yasamal Rayon Məhkəməsinin 25 mart 2019-cu il tarixdə verilən icra vərəqəsi əsasında keçirilməli olduğuna görə Bakı Apelyasiya Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli icra sənədi əsasında təşkil edilmiş açıq hərracın dayandırılmasını xahiş etmişdir. 30 sentyabr 2020-ci il tarixdə "xxxx" ASC ərizə ilə Cavabdeh2nə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qətnaməsi üzrə icra işi ilə bağlı hərracın "xxxx" MMC-də keçirilməsinə dair müraciətlərini nəzərə almağını xahiş etmişdir. Bundan sonra hərrac keçirilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 191 nömrəli evin 40 nömrəli mənzili "xxxx" ASC-nin adına rəsmiləşdirilmişdir. Sözügedən əmlakın hərracda satılması Yasamal Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli icra sənədinin hissəvi icra olunmasını mümkünsüz edir. Eyni zamanda həmin əmlak 433.500 manat dəyərində satılmasına baxmayaraq, Yasamal Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli icra sənədi üzrə 858.037,57 manat məbləğində banka olan borcdan silinməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1213/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı İsrafil qızının cavabdehlər “X1 Mərkəzi” MMC-yə və Cavabdeh2nə qarşı “hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddiasının təmin edilməməsi, müstəqil tələblər irəli sürən X2 “X1 Mərkəzi” MMC-yə və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair” iddiasının təmin edilməməsi, müstəqil tələblər irəli sürən X4 “X1 Mərkəzi” MMC-yə və Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair” iddiasının təmin edilməməsi, ödənilən dövlət rüsumunun iddiaçının və 3-cü şəxslərin özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 və müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili X8 ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmişlər. nə Müstəqil tələblər irəli sürən üçüncü şəxs Kamilla Bağırovanın nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1213/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsinin qismən qanunsuz və əsassız olması, maddı hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə göstərılmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməli, müstəqil tələblər irəli sürən X2 iddia tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mülki işə AR Mülki Məcəlləsinin 500.1-ci maddəsinə istinad etməsi hesab edir ki, tamamilə əsassızdır. Belə ki, hazırki mülki iş qüvvədə olmuş məhkəmənin qətnaməsinin icrası ilə bağlıdır. Birinci instansiya məhkəməsi işə hərtərəfli, tam obyektiv baxmadan, mühüm əhəmiyyətli olan faktiki hallarını aydınlaşdırmadan, “İcra haqqında” Qanunun 54, 75-ci maddələrinin tələblərini, MPM-nin 9, 14, 88 və 217-ci maddələrinin tələblərini pozmaqla müstəqil tələblər irəli sürən X4 mənafelərinə zidd qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1213/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs Namiq Kərimovun nümayəndəsi və vəkili İlqar Cavadov apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1213/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsinin qismən qanunsuz və əsassız olması, maddı hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə göstərılmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməli, müstəqil tələblər irəli sürən X4 iddia tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mülki işə AR Mülki Məcəlləsinin 500.1-ci maddəsinə istinad etməsi hesab edir ki, tamamilə əsassızdır. Belə ki, hazırki mülki iş qüvvədə olmuş məhkəmənin qətnaməsinin icrası ilə bağlıdır. Birinci instansiya məhkəməsi işə hərtərəfli, tam obyektiv baxmadan, mühüm əhəmiyyətli olan faktiki hallarını aydınlaşdırmadan, “İcra haqqında” Qanunun 54, 75-ci maddələrinin tələblərini, MPM-nin 9, 14, 88 və 217-ci maddələrinin tələblərini pozmaqla müstəqil tələblər irəli sürən X4 mənafelərinə zidd qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həmçinin birinci instansiya məlməməsi tərəfindən digər 3-cü şəxs X5 tərəfindən verilmiş işin icraatının dayandırılmasına dair vəsatət də əsassız olaraq təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi işin bu halına diqqət yetirməyərək düzgün hüquqi qiymət verməmişdir ki, 3-cü şəxslər Kamilla Bağırovanın və X10 rayon İcra və Probasıya Şöbəsinə qarşı “icra hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbi ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iş üzrə məhkəmənin qərarı qanuni qüvvəsini alanadək hazırki işə baxıla bilməzdi. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1213/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı İsrafil qızı, cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin nümayəndələri, həmçinin müstəqil tələblər irəli sürən üçüncü şəxslər X5 və X6 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Müstəqil tələblər irəli sürən üçüncü şəxs Kamilla Bağırovanın nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsədə, səbəbi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X7 müstəqil tələblər irəli sürən üçüncü şəxs Kamilla Bağırovanın nümayəndəsi və vəkili Vəkil2 və müstəqil tələblər irəli sürən üçüncü şəxs Namiq Kərimovun nümayəndəsi və vəkili İlqar Cavadovun ayrıayrılıqda verdikləri apelyasiya şikayətlərinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətlərinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1213/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda müstəqil tələblər irəli sürən üçüncü şəxs Kamilla Bağırovanın nümayəndəsi və vəkili Vəkil2 və müstəqil tələblər irəli sürən üçüncü şəxs Namiq Kərimovun nümayəndəsi və vəkili İlqar Cavadov ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldıqlarını bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kоllegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi Aynur Şıxıyevanın izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə tоplanmış sübutlara оbyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-dən 29 aprel 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 467.841,71 manat borcun, 13 dekabr 2012-ci il tarixli razılaşma üzrə 390.195,86 manat borcun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 191 nömrəli evin 40 nömrəli mənzilə, N.Ə.Kərimovaya məxsus ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə, N.Kərimova məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, K.V.Bağırovaya məxsus ünvan 3 ünvanında yerləşən 5, 6, 19 və 20 saylı mənzillərə yönəldilməsi, həmin əmlakların müəyyən edilmiş ilkin satış qiymətləri ilə açıq hərracda satılması, satışından əldə olunmuş vəsaitin borcun təmin olunmasına yönəldilməsi, artıq məbləğin qaytarılması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli icra sənədi üzrə Yasamal rayon İcra və Probasiya şöbəsi “X1 Mərkəzi” MMC-yə hərracın keçirilməsi haqqında sifariş vermişdir. Hazırda icra sənədi Yasamal rayon İcra şöbəsinin icraatındadır. 3-cü şəxslər Yasamal Rayon Məhkəməsinin icra sənədinin Bakı Apelyasiya Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli icra sənədindən daha əvvəl verildiyinə və ilk öncə həmin icra sənədi üzrə hərracın keçirilməli olduğuna istinad edərək, keçirilmiş hərracın etibarsız hesab edilməsini xahiş edirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq verir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın; 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır; 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur; 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 47.2.3-cü maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə yönəldilir. Hərracın nəticələri haqqında protokoldan görünür ki, sözügedən əmlak “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən təkrar hərracda-15%-25% enmiş faizlə 19125 manata satılmışdır (680.000x15%=578.000; 578.000x25%=144,500; 578.000-144.500=433.500). Göründüyü kimi, əmlakın satış qiyməti qanunvericiliyin tələbinə əsasən düzgün müəyyənləşdirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda. Məhkəmə kollegiyası qeyd edir ki, icra məmuru qanunun tələbinə uyğun olaraq icraatına daxil olmuş icra sənədini icra etmək üçün hərrac təşkilatına sifariş vermiş, hərrac təşkilatı isə hərracın keçirilməsini təşkil etmişdir. Üçüncü şəxslər iddia ərizələrində “İcra haqqında” Qanunun 54.2-ci və 75.7-ci maddələrinə istinad edərək keçirilmiş hərracın etibarsızlığı qənaətinə gəlmələrinə baxmayaraq, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, sözügedən norma onların tələblərinin əsaslılığına dəlalət etmir. Belə ki, həmin normada qeyd olunur ki, hər sonrakı növbədən olan tələblər əvvəlki növbədən olan tələblər tam ödənildikdən sonra təmin edilir. Qanunun 75.1-ci maddəsində qeyd edilmişdir ki, borcludan tutulmuş pul məbləği icra sənədləri üzrə bütün tələblərin təmin edilməsi üçün yetərli olmadıqda, göstərilən məbləğ bu Qanunun 75.2-75.6-ci maddələri ilə müəyyən olunmuş növbəlilik qaydasında tələbkarlar arasında bölüşdürülür. Bu maddədən sonra isə həmin məbləğin 75-ci maddənin növbəti bəndlərində qeyd olunan ardıcıllıqla bölüşdürülməsi təsbit olunur. Qanunun 75.7-ci maddəsi isə onu izah edir ki, ödənişlər bu maddədə qeyd olunan ardıcıllıqla aparılmalı və bir növbədən olan tələblər ödənilməmiş digər tələblərə keçilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən əgər borclulardan birinin ödəniş qabiliyyəti olmazsa, ona düşən pay ödəniş qabiliyyətli bütün digər borclular arasında mütənasib surətdə bölüşdürülür. Göründüyü kimi iddiaçı və "xxxx" ASC arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisənin məhkəmədənkənar həlli barəsində razılaşma olmamış və əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir. Odur ki məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələblərinin əsaslı hesab edilməsi üçün hüquqi əsaslar mövcud olmadığı və bu səbəblə də iddianın təmin edilməməli olduğu nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə müstəqil tələblər irəli sürən üçüncü şəxslər və iddiaçı "xxxx" ASC qarşısında birgə borclular kimi iştirak etdiyindən onlardan hər hansı birinin əmlakının başqa icra sənədi əsasında özgəninkiləşdirilməsi icra sənədi üzrə tələbkarın və borcluların qanunla müdafiə olunan hüquqlarının pozulmasına səbəb olmur. Belə ki, qanunla tələbkarın birgə borcluların hər hansı birinin əmlakına tutmanın yönəldilməsini tələb etmək hüququ vardır. Müstəqil tələblər irəli sürən üçüncü şəxslər icra sənədindən sonrakı icra vərəqəsinin icrasının özündən əvvəlki icra vərəqəsinin icrasından əvvəl baş tutmasının qanunvericiliyin tələblərinin pozulması kimi göstərsələr də, qanunvericiliklə icra sənədlərinin birinin digərindən əvvəl yaxud sonra icra olunması qadağan edilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, müstəqil tələblər irəli sürən üçüncü şəxs Kamilla Bağırovanın nümayəndəsi və vəkili Vəkil2 və müstəqil tələblər irəli sürən üçüncü şəxs Namiq Kərimovun nümayəndəsi və vəkili İlqar Cavadov ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətlərində hazırki mülki iş qüvvədə olmuş məhkəmənin qəlnaməsinin icrası ilə bağlı olduğunu, birinci instansiya məhkəməsi işə hərtərəfli, tam obyektiv baxmadan, mühüm əhəmiyyətli olan faktiki hallarını aydınlaşdırmadan, “İcra haqqında” Qanunun 54, 75-ci maddələrinin tələblərini, MPM-nin 9, 14, 88 və 217-ci maddələrinin tələblərini pozmaqla müstəqil tələblər irəli sürən üçüncü şəxslərin mənafelərinə zidd qanunsuz və əsassız qətnamə qəbul edildiyini göstərsələr də həmin dəlillər formal mülahizələr olmaqla qətnamənin ləğvi üçün əsaslı hesab edilə bilməz. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddia tələbləri əssasız sayılmalı və təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, müstəqil tələblər irəli sürən üçüncü şəxs Kamilla Bağırovanın nümayəndəsi və vəkili Vəkil2 və müstəqil tələblər irəli sürən üçüncü şəxs Namiq Kərimovun nümayəndəsi və vəkili İlqar Cavadovun ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətlərində sadaladıqları dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1213/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apеlyasiya şikayətləri təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1213/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-878/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-878/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver