Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-878/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbi barədə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi X11, İddiaçı nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam vesilməsi” barədə iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 36/2023 saylı, 29 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2005-ci il tarixdən Bakı şəhəri, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər isə Cavabdeh1 və X11 və X1.
2. Əzizbəyov rayonu Zirə qəsəbəsi ünvanda yerləşən 2 otaqlı, sahəsi 47,6 kv metr, köməkçi sahəsi 26,6 kv metr fərdi yaşayış evi Abşeron rayonu XDS İcraiyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə İddiaçı adına qeydə alınmışdır.
3. X9 xx.xx.2019-cu il tarixdə ölmüşdür.
4. "xxxx" MMC-nin №035/21 saylı qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə sovxozunda yerləşən 47,6 kv.metr yaşayış və 26,6 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin hazırki dövrə olan orta aylıq kirayə qiyməti 250 (iki yüz əlli) manat müəyyən edilmişdir
İş üzrə qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 onun tərəfindən 20000 (iyirmi min) manat məbləğində pul kompensasiyası ödənilməklə onun ailə üzvləri ilə birlikdə Baki şəhəri, Zirə qəsəbəsi, Südçülük tərəvəzçilik sovxozu ünvanında yerləşən evinə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Cavabdeh1 iddiaçı tərəfindən 20.000 manat məbləğində pul kompensasiyası ödənilməklə onun Bakı şəhəri Zirə qəsəbəsi Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən evinə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə ailə üzvləri: arvadı Cavabdeh2, yetkinlik yaşına çatmayan övladları X6 və X5 ilə birlikdə evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
7. İddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli ev mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçının oğlu Cavabdeh1 digər Cavabdeh2 ilə rəsmi nikahdadır və onların yetkinlik yaşına çatmayan 2 övladları var. Cavabdeh tərəf iddiaçıya məxsus evdə yaşayırlar. Son vaxtlar cavabdeh evdə dava-dalaş salır. Davalara tab gətirməyən iddiaçının həyat yoldaşı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Hazırda cavabdehlərlə birgə yaşayış qeyri-mümkündür. Bu səbəbdən iddiaçı öz evindən çıxaraq qızının evində yaşayır. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
8. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-36/23 nömrəli iş üzrə 29 mart 2023- cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddianın təmin edilməsi, Cavabdeh1 20.000 (iyirmi min) manat miqdarında kompensasiya ödənilməklə onun Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, Cavabdeh1, Cavabdeh2 və azyaşlı uşaqları X6 və X5 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehə təklif olunan kompensasiya onun davamlı surətdə və müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin olunması üçün yetərli olduğundan, Cavabdeh1 20000 manat miqdarında kompensasiya ödənilməklə onun Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən evdən istifadə hüququna xitam verilməli, iddianın həmin hissədə də təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi cavabdehin arvadı Cavabdeh2 mübahisəli mənzildən çıxarılması tələbinə qiymət verərək hesab etmişdir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının gəlini mübahisəli ünvanda qeydiyyatda deyildir. Ailə qurduqdan sonra onlar iddiaçıya məxsus olan mübahisəli mənzildə yaşamışlar. İddiaçı onların yalnız müvəqqəti olaraq orada yaşamasına icazə vermişdir. Cavabdeh arvadı və iki uşağı ilə birlikdə iddiaçıya məxsus olan mübahisəli mənzildə yaşayırlar. Məhkəmə, cavabdehlərin azyaşlı uşaqları X4 və X3 həmin yaşayış sahəsindən çıxarılması tələbinə münasibətdə bildirmişdir ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə, həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Hazırkı iş üzrə də uşaqların ev barəsində istifadə hüququ valideynlərinin istifadə hüquqlarından əmələ gələn hüquq olduğundan və ataları olan cavabdehin (Cavabdeh1) istifadə hüquqlarına xitam verildiyindən, onların da həmin evdə yaşamaqları üçün qanuni əsaslar qalmamışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 228.1 və 228.2-c maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
11. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin Cavabdeh1 20000 (iyirmi min) manat miqdarında kompensasiya ödənilməsi hissəsində dəyişdirilərək, kompensasiya 80000 manat məbləğində müəyyən edilməsi, kompensasiya ödənildikdən sonra istifadə hüququna xitam verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (İş № 2(103)-4107/2023) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar (İş № 2(102)-4348/2023) ilə kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini qərara almışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə (İş № 2(103)-1596/2024) ilə apellyasiya şikayətinin təmin edilməsi, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi qət etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar (İş № 2(102)-2926/2024) ilə kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini qərara almışdır.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
16. İddiaçı izahatında bildirmişdir ki, hazırıkı mübahisə üzrə razılıq əldə olunaraq barışıq sazişi imzalanmışdır, iş üzrə icraata xitam verilməsinin nəticələri onlara məlumdur. Barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir.
17. Cavabdeh1 izahatında bildirmişdir ki, hazırıkı mübahisə üzrə razılıq əldə olunaraq barışıq sazişi imzalanmışdır, iş üzrə icraata xitam verilməsinin nəticələri onlara məlumdur. Barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir.
18. Tərəflər arasında bağlanmış barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyən edilmişdir:
1. İddiaçı hazırkı iş üzrə iddia tələbindən imtina edir.
2. Cavabdeh öhdəlik götürür ki, iddia predmeti olan Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən 47,6 əsas 26,6 kv.m olan köməkçi sahədən ibarət fərdi yaşayış evinin (Cavabdeh1 sahibliyində olan) qonaq otağının yarı hissəsi və qonaq otağına bitişik yataq otağı tam olaraq bölgü aparılaraq iddiaçının istifadəsinə verir. Bölgü zamanı qapının açılması və qonaq otağının bölünməsi işləri cavabdehin hesabına aparılır.
3. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri onlara aydındır.
4. Barışıq sazişi azərbaycan dilində bir vərəqdə 3 nüsxədə tərtib olunmuş və tərəflər öz imzaları ilə təsdiq edirlər.
Tətbiq edilən hüquq normaları:
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər.
20. Həmin Məcəllənin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
21. Məcəllənin 261.0.5-ci maddəsində qeyd edilir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsində qeyd edilir ki, iş üzrə icraata xitam verilməsi barədə məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər
23. Məcəllənin 384.0.5-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir;
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
24. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-36/2023 saylı, 29 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödəməklə istifadə hüququna xitam vesilməsi” tələbinə dair mülki iş üzrə tərəflərin məhkəməyə təqdim etdikləri aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı hazırkı iş üzrə iddia tələbindən imtina edir.
2. Cavabdeh1 öhdəlik götürür ki, iddia predmeti olan Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən 47,6 əsas, 26,6 kv.m olan köməkçi sahədən ibarət fərdi yaşayış evinin (Cavabdeh1 sahibliyində olan) qonaq otağının yarı hissəsi və qonaq otağına bitişik yataq otağı tam olaraq bölgü aparılaraq iddiaçının istifadəsinə verir. Bölgü zamanı qapının açılması və qonaq otağının bölünməsi işləri cavabdehin hesabına aparılır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödəməklə istifadə hüququna xitam vesilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə ödənilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov