Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-881/2025 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı iddiaçı1 cavabdehlər cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh4, cavabdeh5, cavabdeh6qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən alınması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: müqavilənin etibarsızlığı, maddi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X12 (sədrlik edən və məruzəçi), X4 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X13katibliyi, iddiaçının nümayəndəsi və vəkili vəkil3, cavabdeh cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, iddiaçı iddiaçı1 cavabdehlər cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh4, cavabdeh5, cavabdeh6qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən alınması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2010-cu il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh4 tərəfindən ayrı – ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 60 ünvanında yerləşən 172,5 m2 qeyri-yaşayış sahəsi və onun yerləşdiyi 419,0 m2 torpaq sahəsi iddiaçı1 mülkiyyətində olmuşdur.
2. cavabdeh2 2008-ci il ## ###### tarixli alqı-satqı müqaviləsi ilə iddiaçı1 mülkiyyətində olan həmin torpaq sahəsini və üzərindəki qeyri-yaşayış binasını 150000 manata cavabdeh3 MMC-yə satmışdır. Müqavilənin satıcı iddiaçı1 adından cavabdeh1 tərəfindən 2007-ci il ## ###### tarixdə verilmiş etibarnamə əsasında cavabdeh4 imzalamışdır. Müqavilənin bağlanmasına mülkiyyətçinin həyat yoldaşı X3 notarial qaydada təsdiqlənmiş ərizə ilə etiraz etməmişdir.
3. Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 60 ünvanında yerləşən 172,5 m2 qeyri-yaşayış sahəsi üzərində cavabdeh3 MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 2008-ci il ## ###### tarixdə ona reyestrdən çıxarış verilmişdir.
4. Bundan sonra Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ## ### 2009-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti 60, 62 ünvanında özünə məxsus 2,19 ha torpaq sahəsində “Aypara sarayı və şəhərciyi” tikintisinin layihələndirilməsi üçün cavabdeh3 MMC-yə icazə verilmiş və qeyd olunan yaşayış sahəsi sökülmüşdür.
Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı iddiaçı1 cavabdehiər cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh4, cavabdeh1, cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh cavabdeh3 MMC arasında bağlanmış, cavabdeh2 tərəfindən 4Ə-58 nömrə ilə reyestrdə qeydə alınmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı- satqısı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 60 ünvanında yerləşən 0,0419 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 172,50 kv.m, əsas sahəsi 82 kv.m, köməkçi sahəsi 90,50 kv.m olan qeyriyaşayış sahəsinin tam mülkiyyət hüququ üzrə cavabdeh cavabdeh3 MMC-nin adına qeydiyyata alınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş hüquqverici sənədlərin ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 60 ünvanında yerləşən 0,0419 ha torpaq sahəsinin cavabdeh cavabdeh3 MMC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, cavabdeh cavabdeh3 MMC tərəfindən sökülmüş, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 60 ünvanında yerləşən 0,0419 ha və ya 419 kv.m torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 172,50 kv.m, əsas sahəsi 82 kv.m, köməkçi sahəsi 90,50 kv.m olan qeyri-yaşayış sahəsinin real bazar qiymətləri ilə müəyyən edilmiş dəyərinin cavabdeh cavabdeh3 MMC-dən ona ödənilməsi və cavabdeh cavabdeh3 MMC-dən onun xeyrinə nümayəndənin göstərdiyi yardıma görə 500 manatın və 20 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia onunla əsaslandırılmışdır ki, 2007-ci ilin yaz-yay aylarında iddiaçının əri X3 iddiaçıya bildirmişdir ki, cavabdeh3 MMC onun mülkiyyəti olan torpaq və qeyri-yaşayış sahəsini almaq istəyir. 2007-ci ilin sonunda, 2008-ci ilin əvvəlində MMC-nin nümayəndələri tərəfindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış və torpaq sahələrinə görə əri A.X.Mahmudova avans şəklində 5***** manat məbləğində pul vəsaiti verilmiş, bunun müqabilində qeyri-yaşayış sahəsinin ****** nömrəli şəhadətnaməsini torpaq sahəsinin ****** nömrəli şəhadətnaməsinin və torpaq sahəsinin plan sxeminin əsilləri alınmış və razılaşdırılmış 15***** manatın qalan hissəsinin qeyri-yaşayış və torpaq sahəsinin alqı-satqısının aparılması zamanı veriləcəyi bildirilmişdir. Lakin 2009-cu ilin əvvəlində iddiaçı əri ilə birlikdə əraziyə gedib baxarkən ona məxsus qeyri-yaşayış sahəsinin söküldüyünü və torpaq sahəsində tikinti üçün hazırlıq işləri aparıldığını görmüşdür. Həmin vaxt 2008-ci il ## ###### tarixdə ** saylı DNK 4Ə-58 nömrəsi ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən Neftçilər prospekti 60 ünvanında yerləşən qeyri - yaşayış binasının cavabdeh cavabdeh3 MMC-yə satıldığı müəyyən olunmuşdur. MMC ilə onun arasında ## ###### 2008-ci il tarixdə ** saylı Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsindən, habelə ## ###### 2007-ci il tarixdə ** saylı DNK-da verilmiş və 7E/***** nömrəsi ilə reyestrdə qeydə alınmış ƏN-İ ****** nömrəli baş etibarnamədən məlum olmuşdur ki, guya iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 60 ünvanında yerləşən 419 kv.m torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 172,5 kv.m qeyri-yaşayış sahəsini cavabdeh cavabdeh3 MMC-yə 150000 manata satmışdır. Müqaviləyə iddiaçının adından onun tərəfindən ## ###### 2007-ci il tarixdə ** saylı DNK-da verilmiş və 7E/***** nömrəsi ilə reyestrdə qeydə alınmış ƏN-İ ****** nömrəli baş etibarnaməyə əsasən cavabdeh cavabdeh4 imza etmişdir. Iddiaçı müqavilənin bağlanmasına, mülkiyyətində olan torpaq sahəsinin və üzərində yerləşən qeyri- yaşayış sahəsinin 150000 manata cavabdeh3 MMC-yə satılmasına öz iradə ifadəsini bildirməmiş, bununla bağlı onun adından hər hansı bir əqdin bağlanmasına heç bir şəxsə, o cümlədən cavabdeh4 səlahiyyət verməmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2010-cu il tarixli, 2(006)- ***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı1 ilə cavabdeh3 MMC arasında bağls Dövlət Notariat Kontoru tərəfindən 4Ə-58 nömrəsi ilə reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti 60 ünvanında yerləşən 0,0419 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 172,5 kv.m, əsas sahəsi 81 kv.m, köməkçi sahəsi 90,5 kv.m olan qeyriyaşayış sahəsinin tam mülkiyyət hüququ üzrə cavabdeh3 MMC-nin adına qeydiyyata alınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş hüquqverici sənədlərin ləğv edilməsi, cavabdehlərdən iddiaçının xeyrinə nümayəndənin göstərdiyi yardıma görə 500 manat və 20 manat məbləğində dövlət rüsumunun tutulması, qalan hissədə isə iddianın rədd edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ## ###### 2007-ci il tarixli, 7E/***** reyestr nömrəli, ƏN-İ 105477 seriyalı blankda yazılmış etibarnamə mövcud olmadığına görə, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanarkən həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin iradə ifadəsi olmamış, o, cavabdeh cavabdeh4 etibarnamə verməmiş, sonuncunun ümumiyyətlə belə bir müqavilə bağlanmasından xəbəri olmamışdır. Göstərilənləri nəzərə alan məhkəmə hesab etmişdir ki, mövcud olmayan etibarnamənin kserosurəti əsasında cavabdeh2 bağlanmış ## ###### 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
9. Həmçinin, məhkəmə mübahisəli torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsinin məhz cavabdeh3 MMC tərəfindən sökülməsini təsdiq edən sübutların, habelə qeyriyaşayış sahəsinin real bazar qiymətinin nə qədər olmasını təsdiq edən sənədlərin təqdim edilməməsini nəzərə alaraq, hesab etmişdir ki, cavabdeh3 MMC tərəfindən sökülmüş qeyriyaşayış sahəsinin real bazar qiymətləri ilə müəyyən edilmiş dəyərinin cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia təmin edilməməlidir.
10. Bundan başqa, qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,0419 ha və ya 419 kv.m. torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilmədiyini göstərən birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin torpaq sahəsinin cavabdeh MMC-dən alınaraq iddiaçıya təhvil verilməsi hissəsində də iddia təmin edilməməlidir.
Apellyasiya instansiyası məhkəməsində icraat
11. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh4 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər - X.S.Məmmədov (sədrlik edən və məruzəçi), K.N.Bədəlov və E.Q.Nəbiyevdən ibarət məhkəmə tərkibində) ## #### 2011-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2010-cu il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən, Bakı şəhəri, Nəsimi Rayonu, Neftçilər prospekti 60 ünvanında yerləşən 0,0419 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 172,5 kv.m, əsas sahəsi 82 kv.m, köməkçi sahəsi 90,5 kv.m olan qeyriyaşayış sahəsinin tam mülkiyyət hüququ üzrə cavabdeh cavabdeh3 MMC-nin adına qeydiyyata alınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və onun əsasında verilmiş hüquqverici sənədlərin ləğv edilməsinə və cavabdehlərdən iddiaçı iddiaçı1 xeyrinə nümayəndənin göstərdiyi yardıma görə 500 manatın tutulmasına dair hissələrdə ləğv edilmiş və həmin hissələrdə iddia təmin olunmamışdır.
13. Apellyasiya instansiyası məhkəməsi kollegiyası alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının adından imza edilməsi üçün istifadə edilmiş cavabdeh1 tərəfindən ## ###### 2007-ci il tarixdə verilmiş reyestrdə 7E/***** nömrə ilə qeyd edilmiş ƏN ümumi etibarnamənin əslində iddiaçı tərəfindən verilmədiyi və beləliklə də ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhk ki, işin bu halları ** saylı DNKnın 2010-cu il ## ######## tarixli X/1-8 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat Idarəsinin rəisinin imzaladığı il ## ######## 2010-cu il tarixli **/****/*-** nömrəli və # ###### 2011-ci il tarixli **/***-** nömrəli məktubları, məhkəmə tərəfindən tədqiq edilmiş Bakı şəhəri ** saylı DNK tərəfindən təqdim edilmiş Notariat hərəkətlərinin qevd edilməsi üçün 7E/11 reyestri kitabı ilə tam təsdiq olunmuşdur.
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı şəhəri ** saylı DNK-da ## ###### 2008-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarnamə saxtalaşdırılmaqla iddiaçının adından bağlandığından, subyekt tərkibinə, eləcə də iradə və iradə ifadəsinə dair tələblərin ziddinə bağlanmış olduğu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd kimi etibarsız hesab edilməlidir.
15. Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqini müzakirə edən apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh3 MMC müqavilə bağladıqdan sonra torpaq sahəsinə və qeyri-yaşayış sahəsinə dair öz adına qeydiyyat vəsiqəsi almış, daha sonra isə mübahisəli sahə də daxil olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 60, 62 ünvanında bütövlükdə özünəməxsus 2,19 ha torpaq sahəsində “Aypara sarayı və şəhərciyi” tikintisinin lahiyələndirilməsi üçün Bakı Şəhər Icra Hakimiyyəti Başçısı tərəfindən Sərəncam verilmişdir. Həmin sərəncam 2009-cu il ## ### tarixdə verilmiş, sərəncam verilərkən torpaq sahəsinə üzərindəki tikiliyə dair hər hansı mübahisə olmamışdır. Iddiaçı isə hazırkı tələblə sərəncam verildikdən xeyli müddət sonra, yəni # ####### 2009-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Buna qədər isə, artıq hazırda da davam etməklə tərəflərin hamısının etiraf etdiyi kimi ərazi sökülmüş və tikinti işlərinin aparılmasına başlanılmışdır. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə işin real faktiki halları baxımından alınanları eyni ilə qaytarmanın mümkün olmaması halı yaranmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi kollegiyasının belə mövqeyə gəlməsinə əsas verən amillərdən biri də ondan ibarət olmuşdur ki, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 60 ünvanında yerləşən 0,0419 ha torpaq sahəsinin cavabdeh cavabdeh3 MMC-nin qanunsuz sahibliyindən alınaraq ona təhvil verilməsinə dair tələbi təmin edilmədiyi halda, onun tərəfindən mübahisələndiriiməmişdir.
17. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş alınanları eyni ilə qaytarmanın mümkün olmaması halının yarandığını, qeyri-yaşayış sahəsinin tamamilə məhv olduğunu və yerində başqa tikilinin tikildiyini nəzərə almaqla birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 60 ünvanında yerləşən 0,0419 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 172,5 kv.m, əsas sahəsi 82 kv.m, köməkçi sahəsi 90,5 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət hüququ üzrə cavabdeh cavabdeh3 MMC-nin adına qeydiyyata alınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş hüquqverici sənədlərin ləğv edilməsinə dair hissələrdə təmin etmişdir. Başqa sözlə, torpaq sahəsi və üzərindəki tikili iddiaçıya qaytarılmalı olmayacağına görə onlarla bağlı cavabdeh3 MMC- nin adına aparılmış qeydiyyat və onun əsasında verilmiş hüquqverici sənədlərin ləğv edilməsinə də əsas yoxdur. Müvafiq olaraq göstərilən əsaslara görə iddia tələbi həmin hissələrdə təmin edilməməlidir, iddiaçı bu halda yalnız ziyan tələbi ilə çıxış etmək hüququna malikdir, işin yuxarıda müəyyən olunmuş hallarından isə göründüyü kimi, hazırkı icraata iddiaçı belə ziyan tələbi ilə yalnız cavabdeh3 MMC-yə qarşı (cavabdeh cavabdeh3 MMC tərəfindən sökülmüş Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 60 ünvanında yerləşən 0,0419 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 172,5 kv.m, əsas sahəsi 82 kv.m, köməkçi sahəsi 90,5 kv.m olan qeyri – yaşayış sahəsinin real bazar qiymətləri ilə müəyyən edilmiş dəyərinin cavabdeh cavabdeh3 MMC-dən ona ödənilməsi) çıxış etmişdir. Həmin iddia tələbi isə birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş, iddiaçı isə bununla razılaşmaqla məsələni apellyasiya şikayəti verməklə mübahisələndirməmişdir.
Kassasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2011-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən kassasiya şikayəti verilmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər - Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), V.Ə.Ibayev və İ.Ə.Əliyevdən ibarət məhkəmə tərkibində) 2011-ci il ## ###### tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il ## #### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Insan Hüquqları üzrə Avropa Məhkəməsində icraat
20. Iddiaçı iddiaçı1 Insan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edərək, onun “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi və Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi ilə müəyyən olunmuş hüquqlarının pozulmasından şikayət etmişdir.
21. Insan Hüquqları üzrə Avropa Məhkəməsi ## ###### 2024-cü il tarixli qərarı ilə hazırkı iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusunu müəyyən etmiş, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi ilə şikayətin məqbulluğunu və mahiyyətini araşdırmağa ehtiyac olmadığını qərara almışdır.
22. Insan Hüquqları üzrə Avropa Məhkəməsi pozuntusu müəyyən edilmiş maddə üzrə göstərmişdir ki, hazırkı işdə yerli məhkəmələr müəyyən etmişlər ki, A.B. (cavabdeh4) iddiaçının əmlakının G şirkətinə (cavabdeh3 MMC-yə) satışı zamanı istifadə etdiyi etibarnamə saxtalaşdırılmışdır. Birinci instansiya məhkəməsi müvafiq olaraq alqı-satqı müqaviləsini etibarsız elan edərək G şirkətinin əmlaklara olan hüquqlarını ləğv etmişdir. Məhkəmə qeyd etmişdir ki, əməliyyatın etibarsız elan edilməsi hər bir tərəfin həmin əməliyyat nəticəsində aldığı əşyaları geri qaytarmasını tələb edir (bax: Yusifli və başqaları Azərbaycana qarşı (kk.), No 21274/08 və digər 6. § 50, 2022-ci il # ######). Bununla belə, məhkəmə ərizəçinin iddialarını rədd etmiş və torpaq sahəsinin ona qaytarılması barədə qərar verməkdən imtina etmişdir. Bununla da, o, qeyd etmişdir ki, ərizəçi onun torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etməyib və bu sübutları təmin etmək üçün ərizələr təqdim etməyib. Avropa Məhkəməsi qeyd etmişdir ki, bu ifadə iş materiallarında mövcud olan məlumatlarla açıq şəkildə ziddiyyət təşkil edir. Belə ki, ərizəçi ilkin baxış iclası zamanı bu barədə yazılı vəsatət vermiş və məhkəmə onu araşdırmamış saxlamışdır. Məhkəmənin ərizəçinin torpaq üzərində qeydə alınmış mülkiyyət hüququ barədə məlumatı aidiyyəti orqandan tələb etmədiyi aydın deyil.
23. Apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsinin etibarsız olduğu qənaətini qüvvədə saxlamaqla yanaşı, aşağı instansiya məhkəməsinin qərarının G şirkətinin əmlaka olan mülkiyyət hüquqlarını ləğv edən hissəsini onun səbəblərini göstərərək ləğv etmişdir. Ali Məhkəmə eyni əsaslandırmanı təkrarlamışdır.
24. Avropa Məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə yerli məhkəmələrin qərarları alqısatqı müqaviləsinin etibarsız elan edilməsi ilə nəticələnmiş, lakin G şirkəti hər iki əmlakın mülkiyyət hüququnu saxlamışdır. Eyni zamanda yerli məhkəmələr etibarsız əqdlərə dair yerli qanunvericilik müddəalarında nəzərdə tutulduğu kimi, ərizəçinin dəyəri ilə bağlı kompensasiya tələblərini lazımi qaydada həll etməmiş və ərizəçinin arqumentlərinə cavab verməmişdir. Nəticədə, ərizəçi əmlakından məhrum edilmiş və heç bir kompensasiya almamışdır. Başqa sözlə, üçüncü şəxslərin davranışında aşkar qanunsuzluq aşkar edilsə də, bu cür davranışın mənfi təsirləri ilə bağlı ərizəçinin iddiaları lazımi qaydada təmin edilməmiş və bununla bağlı bütün yüklər ərizəçinin üzərinə qoyulmuşdur. Belə olan halda, Məhkəmə hazırkı ış üzrə mülki icraatın ədalətli məhkəmə araşdırması tələbinə uyğun olması qənaətinə gəlməyə bilmədiyini göstərmişdir.
25. Insan Hüquqları üzrə Avropa Məhkəməsi əlavə olaraq göstərmişdir ki, hazırkı işin hallarında ərizəçinin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsi bu qənaəti dəyişdirə bilməz. Xüsusilə birinci instansiya məhkəməsi alqı – satqını elan etmiş və G-nin əmlaka olan hüquqları ləğv edərək eyni zamanda iddiaçının şübhəli görünən əsaslarla iddialarını rədd etdiyi halda apellyasiya instansiyası məhkəməsi əmlakların geri qaytarılmasının qeyri-mümkün olduğuna və şirkətin mülkiyyət hüquqlarının saxlanılmasına qərar vermişdir. Ərizəçi həmin qətnaməyə etiraz edərək kassasiya şikayəti vermiş və Ali Məhkəmə onu rədd etmişdir.
26. Yekun olaraq məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun mövqeyi
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2024-cü il tarixli, **(***)-*/**** nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qərarı və onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2011-ci il ## #### tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
28. Qərarda qeyd olunmuşdur ki, iddia bir neçə tələbdən ibarət olmuşdur: - iddiaçı və cavabdeh cavabdeh3 MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; - müqavilənin predmeti olan torpaq sahəsinin və onun üzərində yerləşən qeyriyaşayış sahəsinin cavabdeh cavabdeh3 MMC-nin adına qeydiyyata alınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və onun əsasında verilmiş hüquqverici sənədlərin ləğv edilməsi; - həmin torpaq sahəsinin cavabdeh cavabdeh3 MMC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi; - göstərilən torpaq sahəsinin üzərində yerləşmiş və cavabdeh cavabdeh3 MMC tərəfindən sökülmüş qeyri-yaşayış sahəsinin real bazar qiymətləri ilə müəyyən edilmiş dəyərinin cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi.
29. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən, yalnız 1 və 2-ci tələblər hissəsində təmin edilmişdir.
30. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia tam təmin olunmasa da, tərəflər arasında bağlanmış müqavilənin xxxx vasitəsi ilə bağlandığı üçün etibarsız olması müəyyən olunmuş və bu müqavilə əsasında cavabdehin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv olunmuşdur. Bununla da, iddiaçının həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququna dair qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində əvvəlki vəziyyətə gətirilmişdir.
31. Iddiaçı, iddianın təmin olunmayan hissəsini mübahisələndirməmiş və apellyasiya instansiyası məhkəməsi qətnaməni cavabdehlərin apellyasiya şikayətləri üzrə iddianın təmin olunan hissəsində yoxlamışdır.
32. Lakin apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin yuxanda qeyd olunan əsasla etibarsızlığını bir daha təsdiqləsə də, qətnaməni torpaq sahəsinin və onun üzərində yerləşən qeyri-yaşayış sahəsinin tam mülkiyyət hüququ üzrə cavabdeh MMCnin adına qeydiyyata alınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və onun əsasında verilmiş hüquqverici sənədlərin ləğv edilməsinə dair hissədə ləğv etməklə, iddianı bu hissədə də rədd etmişdir.
33. Bu zaman apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 337.5-ci maddəsi üzrə qiymətləndirmə aparsa da, onun mübahisəyə tətbiqini yuxanda qeyd olunan əsaslarla qeyri-mümkün hesab etmişdir. Kassasiya instansiyası məhkəməsi də, eyni əsaslarla iddiaçının kassasiya şikayətini təmin etməmişdir.
34. Göründüyü kimi, qəbul olunan məhkəmə aktları ilə iddiaçının adından bağlanmış müqavilənin etibarsız olması müəyyən olunsa da, onun mülkiyyət hüququ bərpa olunmamış qalmışdır.
35. Halbuki, Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq, əqd etibarsız hesab olunduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) isə onun dəyərini pulla ödəməlidir.
36. Ali Məhkəmənin Plenumu hesab edir ki, iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsi Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqini istisna etmir.
37. Ilk olaraq ona görə ki, mübahisəli torpaq sahəsinin cavabdehin sahibliyindən alınaraq iddiaçıya qaytarılması tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd olunsa da, iddiaçının hüquqlarının daşınmaz əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı faktiki bərpa olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmin qeydiyyatın bərpasını mümkünsüz hesab etdiyi halda iddiaçının tələbinin (apellyasiya şikayətinin) mövcudluğundan asılı olmadan Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməli idi.
38. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
39. Bundan əlavə, iddiaçının rədd olunmuş digər tələbi qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində bazar dəyəri ilə ziyanın ödənilməsi olmuşdur ki, həmin tələb iddiaçının torpaq sahəsindən mülkiyyət hüququnun pozulmasına görə kompensasiyanı əhatə etməmişdir. Odur ki, bu tələbin də rədd edilməsi Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqinə mane olmamışdır.
40. Beləliklə, Ali Məhkəmənin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli daşınmaz əmlaka dair alqı-satqı müqaviləsini etibarsız hesab edərkən tərəflərin hüquqi statusunu ilkin vəziyyətə qaytarmamaqla, iddiaçının mülkiyyətindən çıxan əşyanın qaytarılmasının mümkünsüzlüyünü müəyyən etdiyi halda isə dəyərinin pulla ödənilməsini təmin etməməklə, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbləri ilə uzlaşmayan qətnamə qəbul etmişdir.
41. Odur ki, iddiaçının dəlillərini və Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqinin rədd edilməsi üçün ağlabatan əsaslara istinad edilmədiyindən hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarı və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxacaq apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin hazırkı mülkiyyətçilərinin də işə cəlb edilməsini tərəflərlə müzakirə etməklə, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında qeyd olunan pozuntularla bağlı hallar və həmin halların təsdiq olunması üçün təqdim edilən sübutlarla bağlı əsaslandırılmış hüquqi dəyərləndirmə aparmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
42. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən sübutların təmini barədə qərardad çıxarılaraq 0,0419 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 172,50 kv.m olan qeyri – yaşayış sahəsinin hal – hazırda kimin mülkiyyətində olması, ## ###### 2008-ci il tarixdən sonra həmin əmlakla bağlı aparılmış əməliyyatlar, hal – hazırda həmin torpaq sahəsi üzərində hansı tikililərin mövcud olması, həmin tikililərin mülkiyyətçiləri barədə məlumatlar Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və Bakı şəhər Icra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilməsi qərara alınmışdır.
43. Əmlak Məsələləri Dövlət Xidmətinin ## ##### 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, mövcud arxiv materiallarına əsasən Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti, 60 ünvanında olan qeyri – yaşayış binası və onun yerləşdiyi 0,0419 ha torpaq sahəsi ## ###### 2008-ci il tarixdə cavabdeh3 MMC-nin adına qeydiyyata alınmış, lakin qeyri – yaşayış binasının sökülməsi ilə bağlı hüquq sahibinin ## ###### 2022-ci il tarixli, ***/** nömrəli məhv edilmə ərizəsinə və ## ###### 2008-ci il tarixli çıxarışa əsasən həmin binanın yerləşdiyi torpaq sahəsinə dair ## ###### 2022-ci il tarixli çıxarış tərtib edilmişdir. Habelə, ## ###### 2022-ci il tarixli çıxarışa və təhvil – təslim aktına əsasən həmin torpaq sahəsi ## ##### 2023cü il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına özgəninkiləşdirilmişdir. Sonradan həmin əmlak ## ### 2024-cü il tarixli alqı – satqı müqaviləsinə əsasən ## #### 2024-cü il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-nin adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir.
44. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
45. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş ## #### 2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 60 ünvanında yerləşən 172,5 kv.m. qeyri-yaşayış sahəsi və onun yerləşdiyi 419,0 kv.m. torpaq sahəsinin vahid əmlak olaraq 2008-ci ildə bazar dəyəri – 2895000 manat, 419,0 kv.m. torpaq sahəsinin 2008-ci ildə bazar dəyəri – 1665000 manat, 172,5 kv.m. qeyriyaşayış sahəsinin 2008-ci ildə bazar dəyəri – 1230000 manat, torpaq sahəsinin vahid əmlak olaraq ## #### 2025-ci ildə bazar dəyəri – 4436000 manat, 419,0 kv.m. torpaq sahəsinin ## #### 2025-ci ildə bazar dəyəri – 2549000 manat, 172,5 kv.m. qeyri-yaşayış sahəsinin ## #### 2025-ci ildə bazar dəyəri – 1886000 manat təşkil edir.
46. cavabdeh3 MMC-nin etirazı onunla əsaslandırılmışdır ki, mütəxəssis rəyi hazırkı mübahisənin predmeti üzrə sübut kimi hüquqi dəyərə malik ola bilməz. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi, tərəflər arasında mübahisəli əmlak kompleksinin alqı-satqısı üzrə konkret razılaşma olmuş və onlar həmin əmlakın dəyərini əvvəlcədən razılaşdırmışlar. Bu fakt həm iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində, həm də şahid qismində dindirilmiş iddiaçının həyat yoldaşı X3 məhkəmə iclasında verdiyi ifadəsində təsdiqini tapmışdır. Belə ki, iddia ərizəsində göstərilmişdir ki: təxminən 2007-ci ilin yaz-yay aylarında iddiaçı iddiaçı1 əri X3 ona bildirmişdir ki, cavabdeh cavabdeh3 MMC iddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 60 ünvanda yerləşən 172,5 kv.m qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 419,0 kv.m torpaq sahəsini almaq istəyir. Bunun cavabında iddiaçı iddiaçı1 mülkiyyətində olan qeyri-yaşayış və torpaq sahəsini 15***** manata satmağa razı olduğunu bildirmişdir. Təxminən 2007-ci ilin sonunda, 2008-ci ilin əvvəlində cavabdeh cavabdeh3 MMC-nin nümayəndələri tərəfindən ididaçı iddiaçı1 mülkiyyətində olan qeyri-yaşayış və torpaq sahəsçinə əri iddiaçı1 avans şəklində 5***** ABŞ dolları məbləğində pul vəsaiti verilmiş, bunun müqabilində qeyri-yaşayış sahəsinin 000418 No-li şəhadətnaməsini, torpaq sahəsinin 000043 No-li şəhadətnaməsinin və torpaq sahəsinin sxeminin əsilləri alınmış və razılaşdırılmış 15***** manatın qalan hissəsinin qeyri-yaşayış və torpaq sahəsinin alqı-satqısının aparılması zamanı veriləcəyi bildirilmişdir. Göründüyü kimi mübahisəli əmlakın alqı-satqı qiyməti tərəflər arasında razılaşdırılmış və həmin məbləğin bir hissəsi – 5***** ABŞ dolları alqı-satqıdan qabaq iddiaçıya ödənilmişdir. Əmlakın alqı-satqı dəyərinin yerdə qalan hissəsi – 13***** ABŞ dolları isə ## ###### 2008-ci ildə (alqı-satqıdan bir gün əvvəl) iddiaçının nümayəndələri kimi çıxış edən cavabdeh4 və X1 ödənilmişdir. Beləliklə, ümumi ödəniş 1456200 manat olmuşdur ki, bu da razılaşdırılmış alqısatqı dəyərinə yaxın göstəricidir. Qeyd olunmalıdır ki, tərəflər arasında əmlakın alqı-satqısı qiyməti ümumi olaraq həmin vaxt 18***** ABŞ dolları kimi razılaşdırılmışdır. Baxmayaraq ki, iddiaçı alqı-satqı dəyərinin yalnız bir hissəsini – 5***** ABŞ dollarını aldığını etiraf edir, lakin işin faktiki halları göstərir ki, qalan məbləğ də faktiki olaraq iddiaçıya ödənilmişdir və bu ödənişin iddiaçı1 çatdırılması həyat yoldaşının və iddiaçının özünün sonrakı davranışları ilə təsdiqlənir. Iddiaçı özü də göstərmişdir ki, əmlakın alqı-satqısı ilə bağlı danışıqlar həyat yoldaşı tərəfindən aparılmışdır və Azər Mahmudov ## ###### 2009-cu il tarixdə, yəni alqı-satqıdan qabaq notariat qaydada bu əməliyyata razılıq vermişdir. cavabdeh4 alqı-satqı zamanı iddiaçı iddiaçı1 təmsil etməsi faktı isə onu göstərir ki, tərəflər hələ alqı-satqıdan qabaq bir-birlərini tanımışlar. cavabdeh4 əvvəllər iddiaçı1 tanımadığını iddia etməsinə baxmayaraq, onun notariat kontoruna gələrək cavabdeh3 MMC ilə bağlanan alqı-satqı müqaviləsini imzalaması və özünü etibarnamə əsasında nümayəndə kimi təqdim etməsi açıq şəkildə göstərir ki, cavabdeh4 alqı-satqı prosesindən və onun konkret şərtlərindən məlumatlı olmuşdur. Bu isə o deməkdir ki, alqı-satqı ilə bağlı aparılmış danışıqlardan xəbərsiz bir şəxsin mübahisəli əmlakın satılacağı gün, alqı-satqı yeri və müqavilənin detalları barədə bu qədər məlumatlı olması yalnız bir yolla mümkündür – o da odur ki, bu məlumatlar ona bilavasitə mülkiyyətçinin özü və ya onun razılığı ilə ötürülmüşdür. Yəni, bu hadisələr və faktlar onu göstərir ki, iddiaçı cavabdeh4 adına olan “saxta” etibarnamədən məlumatı olmuş, 1.300.000 ABŞ dollarının alınması üçün nümayəndələrini özü cavabdeh3 MMC-yə göndərmiş və həmin pul məbləğinin (1.300.000 ABŞ dolları) X1 tərəfindən alınmasından məlumatlı olmuşdur. Digər tərəfdən, iddiaçı öz ərizəsində qeyd etmişdir ki, 2009-cu ilin əvvəlində həyat yoldaşı ilə birlikdə mübahisəli əmlakın yerləşdiyi əraziyə gedərkən görmüşdür ki, qeyri-yaşayış sahəsi artıq sökülüb və torpaq sahəsində tikinti işlərinə hazırlıq gedir. Lakin iddiaçının bu bəyanatı da işin faktiki halları ilə uyğunluq təşkil etmir. Belə ki, əgər əmlakın alqı-satqısı ilə bağlı razılaşma 2008-ci ilin yanvar ayında əldə olunaraq avans ödənilibsə, habelə alqı-satqı müqaviləsindən sonra mübahisəli əmlak cavabdeh3 MMCyə təhvil verilibsə və obyektin söküntüsü həyata keçirilibsə, iddiaçının bu proseslərə 1 il 10 ay ərzində heç bir etiraz etməməsi və yalnız 2009-cu ilin oktyabr ayında məhkəməyə müraciət etməsi onun baş verən hadisələrdən məlumatlı olmasını açıq şəkildə göstərir. Bundan başqa mübahisəli əmlak cavabdeh3 MMC-yə sökülmək üçün təhvil verilənədək iddiaçının faktiki istifadəsində olmuş və o özü həmin əmlakı təhvil vermişdir. Beləliklə, qeyd olunan faktlar onu göstər ki, cavabdeh4 şirkətin, alıcı tərəfin, müqavilə şərtlərinin və məbləğin konkret detalları barədə məlumatlı olmuşdur. Bu məlumatlar yalnız əməliyyatda birbaşa və ya dolayı yolla iştirak edən və ya məlumat verən şəxs vasitəsilə əldə edilə bilər – bu şəxs isə yalnız əmlak mülkiyyətçisi və ya onun həyat yoldaşı ola bilər. Əgər “xxxx” ilə çıxış edən şəxs şirkətin yalnız əmlak mülkiyyətçisi ilə paylaşa biləcəyi spesifik informasiyaya malikdirsə, bu, həmin şəxsin məlumatı mülkiyyətçidən aldığını və aralarında koordinasiyanın olduğunu göstərir. Mübahisəli əmlaka görə ödənişin qalan hissəsinin – 1.300.000 (bir milyon üç yüz min) ABŞ dollarının Cabir Zaidov adlı şəxs tərəfindən alınması ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının həyat yoldaşı Azər Mahmudov məhkəmədə verdiyi ifadəsində həmin şəxsi tanıdığını bildirmişdir. Belə ki, Azər Mahmudov məhkəmə iclasında şahid qismində verdiyi ifadədə Cabir Zaidovu cavabdeh cavabdeh3 MMC-nin nümayəndəsi kimi təqdim etsə də, bu iddia həqiqətə uyğun deyil. Belə ki, cavabdeh3 MMC-də Cabir Zaidov adlı şəxsin əmək fəaliyyəti barədə heç bir məlumat və sənəd mövcud deyildir və o, heç vaxt cəmiyyətin işçisi olmamışdır. Əgər bu şəxs həqiqətən cavabdeh3 MMC-də çalışsaydı belə, mübahisəli əmlakın sökülməsi ilə bağlı ona 13***** ABŞ dolları məbləğində vəsaitin ödənilməsi hüquqi və iqtisadi baxımdan əsassız və məntiqsiz olardı. Başqa sözlə, əgər iddiaçının mülkiyyətində olan əmlakla bağlı ödəniş cavabdeh cavabdeh3 MMC tərəfindən aparılmışdırsa, bu məbləğin hər hansı bir əməkdaşına, xüsusilə də hüquqi əsas olmadan Cabir Zaidov adlı şəxsə verilməsi hüquqi baxımdan qəbul olunmazdır və bu cür iddia obyektivlikdən uzaqdır. Bu səbəbdən X7 həmin hissədə məhkəmədə verdiyi ifadəsi də həqiqətə uyğun olmadığı üçün sübut növü kimi qəbul edilə bilməz. Görünən odur ki, Cabir Zaidov və Aidə Bayramova iddiaçını təmsil etmişlər və həmin şəxslər məhz iddiaçı tərəfindən şirkətə göndərilmişlər. X7 ifadəsindən həmçinin görünür ki, Cabir Zaidov əmlakın alqı-satqısı ilə bağlı əvvəldən bütün danışıqlardan məlumatlı olmuş və həmin prosesdə yaxından iştirak etmişdir. Əgər həqiqətən də evin alqı-satqısı ilə bağlı yerdə qalan məbləğ iddiaçıya ödənilməmişdirsə, bu məsələdə məsuliyyəti cavabdeh3 MMC deyil, iddiaçını aldatmış və ona pulu ödəməmiş şəxslər daşımalıdır. Baxmayaraq ki, mübahisəli alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilmiş və əmlak sonradan sökülmüşdür, cavabdeh cavabdeh3 MMC-nin həmin əmlak üzərində aparılmış dövlət qeydiyyatı bu günə qədər ləğv edilməmiş və hüquqi cəhətdən qüvvədə saxlanılmışdır. Bu hüquqi vəziyyət göstərir ki, cavabdeh3 MMC, qeydiyyat sahibi kimi, əmlak üzərində faktiki və hüquqi hökmranlıq hüququna malik olmuş və əmlakın istifadəsi və sökülməsi ilə bağlı verdiyi qərarlar hüquqi əsaslara söykənmişdir. Bundan əlavə, cavabdeh şirkət alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü bütün öhdəlikləri, o cümlədən əmlakın dəyərinin ödənilməsini tam şəkildə yerinə yetirmişdir və bu işin mübahisələndirilməyən halıdır. Əmlakın sökülməsi isə, bu öhdəliklərin icrası fonunda, artıq onun faktiki istifadə və sərəncam hüququ əsasında həyata keçirilmişdir. Bu baxımdan, cavabdeh3 MMC-nin əmlakı sökməsi, hər hansı bir mülki hüquq pozuntusu təşkil etmir. Belə ki, Mülki Məcəllədə etibarsız hesab olunmuş əqdlər üzrə tərəflərin məsuliyyəti məsələsi, əsasən, hər iki tərəfin davranışına və öhdəliklərin icra vəziyyətinə görə qiymətləndirilir. Əgər tərəf müqavilə üzrə öhdəliklərini tam icra etmiş, lakin əqdin etibarsızlığı onun iradəsindən asılı olmayan hallardan irəli gəlmişsə, bu halda həmin tərəfin məsuliyyətə cəlb edilməsi ədalət və bərabərlik prinsiplərinə zidd hesab olunur. Digər tərəfdən, əqdin etibarsızlığı hüquqi nəticələr doğursa da, bu nəticələrin tətbiqində qarşı tərəfin bilavasitə zərər çəkməməsi və ya digər tərəfin təqsirsiz olması halları xüsusi qiymətləndirilməlidir. Cavabdeh cavabdeh3 MMC əmlakı qanuni şəkildə əldə etmiş, müqavilə üzrə qiyməti tam ödəmiş, əldə olunmuş əmlak üzərində hüququ dövlət qeydiyyatına alınmış və bu hüquq əsasında həmin əmlak sökülmüşdür. Əmlakın fiziki olaraq artıq mövcud olmaması isə, həmin hüquqdan istifadə ilə bağlı nəticədir. Beləliklə, cavabdeh3 MMC əmlakın alqı-satqısı ilə bağlı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, əmlakın dəyərini tam ödəmiş və haqlı olaraq mübahisəli əmlakı sökmüşdür. Yəni, əmlakın sökülməsi ilə bağlı cavabdeh3 MMC-nin hərəkətlərində hər hansı mülki hüquq pozuntusu olmamışdır. Bununla belə iddiaçıya sökülmüş əmlaka görə ödənilmiş kompensasiyanın həqiqətən də iddiaçı tərəfindən alınıb-alınmaması və həmin məbləği kim tərəfindən alınmasını müəyyən edilməsi istiqamətində tədbirlər görülməli, pulu şəxsən qəbul edən X2 isə cavabdeh qismində işə cəlb edilməli və onun izahatı alınmalıdır. Qeyd olunmalıdır ki, alqı-satqı müqaviləsi üzrə cavabdeh3 satqısı MMC iləöz bağlıüzərində razılaşdırılmış düşənpulu ödədiyi öhdəlikləri üçün, icra iddiaçıya vurulmuş etdiyi üçünziyanın və ödənilməsi əmlakın üçünalqıvə C.Zaidov daşımalıdır. Digər tərəfdən iş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2011-ci il tarixli xüsusi qərardadı ilə təmsil edilən kimi iddiaçı1 adından təmsilçi X5 Bakı şəhər ** saylı Dövlət notariat kontoru tərəfindən ##.##.2007-ci il tarixdə reyestr 7E/***** nömrə ilə qeyd edilmiş ƏN-İ No****** nömrəli ümumi etibarnamənin verilməsi ilə bağlı hərəkətlərdə cinayətin əlamətlərinin olub-olmadığını araşdırılması və müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Prokurorluğuna məlumat verilmişdir. Iş materiallarından həmin xüsusi qərardadın nəticəsi barədə hər hansı məlumat yoxdur. Hesab edirik ki, həmin xüsusi qərardadla bağlı prokurorluqda aparılmış araşdırmanın da nəticəsi tələb edilməli və orada əldə edilmiş sübutlar nəzərə alınmaqla onlara hüquqi qiymət verilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, notariat orqanları daşınmaz əmlakın alqı-satqısı ilə bağlı müqavilələri təsdiq edən yeganə qurumlardır. Daşınmaz əmlakla bağlı müqavilələrin yalnız notariat orqanında rəsmiləşdirilməsinin məqsədi odur ki, vətəndaşlar və hüquqi şəxslər arasında bağlanan müqavilələr, o cümlədən daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar mübahisəyə yol açmadan, qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilsin. Məhz bu məqsədlə daşınmaz əmlakın alqı-satqısı kimi mühüm hüquqi nəticələr doğuran əməliyyatlar yalnız notariat qaydasında təsdiqləndikdə hüquqi qüvvəyə malik olur. Belə hallarda notariat orqanı alıcı və satıcının şəxsiyyətini, onların iradəsinin sərbəst və məcburiyyət olmadan ifadə edilməsini, eləcə də təmsilçilik əsasında çıxış edən şəxsin nümayəndəlik səlahiyyətlərini yoxlamaqla vəzifələndirilmişdir. Təcrübədə bir şəxs digərinin adından çıxış etdikdə və bu məqsədlə etibarnamə təqdim etdikdə, notarius təqdim olunan sənədin mötəbərliyini və təqdim edənin həqiqətən həmin səlahiyyətə malik olub-olmadığını yoxlamalıdır. Bu, yalnız sənədin mövcudluğunun qeydiyyatını aparmaqla bitmir – sənədin məzmununun, müddətinin və formal tələblərə uyğunluğunun qiymətləndirilməsi də notariat fəaliyyətinin ayrılmaz hissəsidir. Əgər daşınmaz əmlakın satıcısı adından çıxış edən şəxs etibarnamə təqdim edərək müqaviləyə imza atmışdırsa, lakin sonradan həmin etibarnamənin saxta olduğu məlum olmuşsa, bu halda belə bir sənəd əsasında təsdiqlənmiş alqı-satqı müqaviləsinin hüquqi nəticələri ciddi suallar doğurur. Belə vəziyyətdə əsas hüquqi məsələ ondan ibarətdir ki, bu saxtakarlığın qarşısının alınması məhz notariat orqanının vəzifəsi olduğu halda, bu öhdəlik yerinə yetirilməmişdir. Notariat sistemi elə məhz bu cür halların baş verməməsi üçün mövcuddur. Notariat qaydaları da notariusa yalnız formal yoxlama deyil, təqdim edilən sənədlərin qanuniliyinə şübhə yarandıqda əlavə tədbirlər görmək və zəruri hallarda sənədi qəbul etməmək səlahiyyəti və eyni zamanda vəzifəsi verir. Yəni, notarius bu sənədlərə hüquqi məsuliyyət hissi ilə yanaşmalı, onların saxta olub-olmadığını müəyyən etməyə borcludur. Bu baxımdan, xxxx əsasında daşınmaz əmlakın alqı-satqısı aparılmışsa və notarius bunu təsdiq etmişsə, bu, notariat fəaliyyətinin qanuni əsaslarla aparılmadığını və notariat orqanının vəzifəsini lazımi qaydada yerinə yetirmədiyini göstərir. Nəticədə isə, belə hərəkət (və ya hərəkətsizlik) nəticəsində meydana çıxan hüquqi və maliyyə nəticələrinə görə cavabdehlik, zərərçəkmiş üçüncü şəxsə yox, bilavasitə vəzifəsini yerinə yetirməmiş notariat orqanına və onun nümayəndəsinə aid edilməlidir. Başqa sözlə, daşınmaz əmlakın alqı-satqısı zamanı təqdim edilən etibarnamənin hüquqi etibarlılığının yoxlanılmaması notariat fəaliyyətinin əsas prinsiplərinə ziddir və bu ziddiyyət nəticəsində doğan zərərə görə hüquqi məsuliyyət notariusun və ya notariat orqanının üzərinə düşür. Mübahisəli əmlakın alqı-satqı müqaviləsi ** saylı Dövlət Notariat kontoru tərəfindən təsdiq olunduğu üçün və həmin orqan iddiaçının adından verilmiş etibarnaməni yoxlamaq vəzifəsini daşıdığı üçün, lakin bu vəzifəni lazımi qaydada icra etmədiyi üçün, alqı-satqıdan doğan məsuliyyət üçün cavabdehliyi də məhz həmin notariat kontoru daşımalıdır. Belə ki, ** saylı DNK-nın alqı-satqı müqaviləsini rəsmiləşdirərkən üzərinə düşən öhdəlikləri lazımınca icra etməməsi nəticəsində mülkiyyətçiyə ziyan vurulmuşdursa, bu halda həmin hərəkətlərə görə maddi məsuliyyəti heç bir halda cavabdeh3 MMC daşıya bilməz. Bu səbəbdən hesab edirik ki, iddiaçıya vurulmuş maddi ziyana görə cavabdeh ** saylı Dövlət Notariat Kontorunun da məsuliyyəti istisna edilməməlidir. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin Plenumu tərəfindən verilmiş göstərişlərdən biri də işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görülməsi olmuşdur. Buna görə də cavabdeh cavabdeh3 MMC tərəfindən qanuni əsaslarla sökülmüş əmlaka görə kompensasiyanın ödənilməsi ilə bağlı tələblərə hüquqi qiymət verilərkən, cavabdehin müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməsi, əmlakın dəyərini tam ödəməsi, mülki hüquq pozuntusuna yol verməməsi nəzərə alınaraq cavabdeh3 MMC-nin həmin kompensasiya tələbi üzrə cavabdehliyi istisna edilməli, iş üzrə hüquqi vəziyyətin tam və hərtərəfli araşdırılması məqsədilə, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2011-ci il tarixli xüsusi qərardadına əsasən aparılmış araşdırmanın nəticələri məhkəmə kollegiyası tərəfindən aidiyyəti instansiyadan tələb edilərək iş materiallarına əlavə edilməli və nəzərə alınmalı, iddiaçıya vurulduğu iddia edilən maddi ziyanın kompensasiya edilməsi məqsədilə, alqı-satqı müqaviləsi üzrə əmlaka görə ödənişin yerdə qalan hissəsini faktiki olaraq qəbul etmiş şəxs – X1 iş üzrə cavabdeh qismində cəlb edilməsi ilə bağlı prosessual hərəkətlər həyata keçirilməli, kompensasiya məbləği tutularkən cavabdeh iddiaçı1 alqı-satqıdan qabaq ödənilmiş 5***** ABŞ dolları nəzərə alınmalı, iddiaçıya vurulmuş ziyanın əvəzini müştərək qaydada cavabdehlər cavabdeh4, Bakı şəhər ** saylı Dövlət notariat Kontorundan və X1 tutulmalıdır.
47. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2011-ci il tarixli xüsusi qərardadına əsasən açılmış cinayət işi materialları məhkəmə kollegiyası tərfəfindən araşdırılarkən müəyyən olunmuşdur ki, X1 2007-ci ilin dekabr ayında X3 arvadı X8 məxsus Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti 60 ünvanında yerləşən 419 kv.m torpaq sahəsini üzərində olan 172 kv.m qeyri – yaşayış sahəsi ilə birlikdə yaxınlıqda inşaat işləri aparan cavabdeh3 MMC-yə satılmasında vasitəçilik etməsi barədə müraciəti ilə əlaqədar cavabdeh1 tərəfindən təsdiq edilmiş iddiaçı1 öz tanışı X5 adına müvafiq qaydada qeydiyyata alınmamış hüquq verən rəsmi sənəd – ## ###### 2007-ci il tarixli, xxxx əldə edərək həmin etibarnamədə iddiaçı1 yerinə imza etdikdən sonra bilə-bilə saxttalaşdırılmış sənəddən istifadə edərək cavabdeh4 onun adına aldığı mülkü satmaq istədiyini bildirib alqı – satqı üçün tələb olunan sənədləri toplayaraq cavabdeh4 daşınmaz əmlakın cavabdeh3 MMC-yə satılması ilə bağlı ## ###### 2008-ci il tarixli alqı – satqı müqaviləsini imzadatdırdığına görə ona Azərbaycan Respaublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülmüş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli qərarına əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə iş üzrə icraata xitam verilmişdir.
48. Dövlət Sərhəd Xidmətinin ## #### 2026-cı il tarixli məktubuna əsasən müəyyən edilir ki, X1 ## ####### 2019-cu il tarixdə ölkədən çıxmış və ## ####### 2019-cu il tarixdə Gürcüstan Respublikasının ərazisinə giriş etmişdir, bundan sonra hər hansı bir məlumat yoxdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
49. Iddiaçının nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayətlərinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətlərinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
50. Iddiaçı məhkəməyə ünvanladığı vəsatətdə əmlakın dəyəri və zərərin məbləği müəyyən edilərkən mütəxəssis rəyinə əsasən ## #### 2025-ci il tarixə müəyyən edilmiş real bazar qiymətləri əsas götürülməklə 4435000 manat, həçmçinin, əldən çıxmış fayda olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının 2008-ci ildən 2025-ci ilə kimi dövrdə olan uçot faiz dərəcələri üzrə 2405066 ABŞ dolları (4088612 manat), mənəvi zərərin əvəzi olaraq 2008-ci ildən 2025-ci ilə kimi hər ay 10000 manat hesablanmaqla 2160000 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş edir.
51. Cavabdeh cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir.
52. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
53. Cavabdeh cavabdeh4 nümayəndəsi və vəkili vəkil2 qızı iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
54. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.5 Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli Qərarı: ... yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxışının hədləri
57. Apellyasiya şikayətləri ilə birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayətləri həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətlərinin dəlilləri üzrə iddianın təmin edildiyi hissədə yoxlanılmalı, apellyasiya şikayətlərinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalı, həmçinin, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında əks olunan mövqelər nəzərə alınmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qərarında qeyd etmişdir ki, “... apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 337.5-ci maddəsi üzrə qiymətləndirmə aparsa da, onun mübahisəyə tətbiqini yuxanda qeyd olunan əsaslarla qeyrimümkün hesab etmişdir. Göründüyü kimi, qəbul olunan məhkəmə aktları ilə iddiaçının adından bağlanmış müqavilənin etibarsız olması müəyyən olunsa da, onun mülkiyyət hüququ bərpa olunmamış qalmışdır. Halbuki Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq, əqd etibarsız hesab olunduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) isə onun dəyərini pulla ödəməlidir. Ali Məhkəmənin Plenumu hesab edir ki, iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsi Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqini istisna etmir.” Ilk olaraq ona görə ki, mübahisəli torpaq sahəsinin cavabdehin sahibliyindən alınaraq iddiaçıya qaytarılması tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd olunsa da, iddiaçının hüquqlarının daşınmaz əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı faktiki bərpa olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmin qeydiyyatın bərpasını mümkünsüz hesab etdiyi halda iddiaçının tələbinin (apellyasiya şikayətinin) mövcudluğundan asılı olmadan Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməli idi. Bundan əlavə, iddiaçının rədd olunmuş digər tələbi qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində bazar dəyəri ilə ziyanın ödənilməsi olmuşdur ki, həmin tələb iddiaçının torpaq sahəsindən mülkiyyət hüququnun pozulmasına görə kompensasiyanı əhatə etməmişdir. Odur ki, bu tələbin də rədd edilməsi Mülki Məcəllənin 337.5ci maddəsinin tətbiqinə mane olmamışdır. Beləliklə, Ali Məhkəmənin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli daşınmaz əmlaka dair alqı-satqı müqaviləsini etibarsız hesab edərkən tərəflərin hüquqi statusunu ilkin vəziyyətə qaytarmamaqla, iddiaçının mülkiyyətindən çıxan əşyanın qaytarılmasının mümkünsüzlüyünü müəyyən etdiyi halda isə dəyərinin pulla ödənilməsini təmin etməməklə, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbləri ilə uzlaşmayan qətnamə qəbul etmişdir. Odur ki, iddiaçının dəlillərini və Mülki Məcəllənin 337.5ci maddəsinin tətbiqinin rədd edilməsi üçün ağlabatan əsaslara istinad edilmədiyindən hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarı və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxacaq apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin hazırkı mülkiyyətçilərinin də işə cəlb edilməsini tərəflərlə müzakirə etməklə, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında qeyd olunan pozuntularla bağlı hallar və həmin halların təsdiq olunması üçün təqdim edilən sübutlarla bağlı əsaslandırılmış hüquqi dəyərləndirmə aparmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
59. cavabdeh3 MMC etiraz ərizəsinin əsaslarından biri kimi qalan pul məbləğinin ödənilməsinə istinad edərək məhkəməyə bu barədə qəbz təqdim etsə də, məhkəmə kollegiyası bu xüsusatı əsaslı hesab etmir.
60. Ilkin olaraq onu qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilməsə də, cavabdeh3 MMC tərəfindən mübahisələndirilmişdir. 13***** ABŞ dollarının ödənilməsi nə MMC-nin iddiaya etirazında, nə də apellyasiya şikayətində əksini tapmışdır. cavabdeh3 MMC həmin qəbzi yalnız işə Avropa Məhkəməsində baxıldıqdan sonra sübut olaraq təqdim etmişdir. Qeyd olunan hal həmin qəbzi mötəbər sübut kimi qəbul etməməyə əsas verir. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə mütəxəssis rəyi təqdim olunmuşdur ki, həmin qəbzdə olan imza hətta Cabir Zaidov tərəfindən belə icra olunmamışdır.
61. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hazırkı vəziyyətdə bu normanın “alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda” şərti mövcud olduğundan iddiaçının mülkiyyətində olmuş əmlakının dəyərinin pulla ödənilməlidir.
62. Iddiaçı məhkəməyə ünvanladığı vəsatətdə əmlakın dəyəri və zərərin məbləği müəyyən edilərkən mütəxəssis rəyinə əsasən ## #### 2025-ci il tarixə müəyyən edilmiş real bazar qiymətləri əsas götürülməklə 4435000 manat, həçmçinin, əldən çıxmış fayda olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının 2008-ci ildən 2025-ci ilə kimi dövrdə olan uçot faiz dərəcələri üzrə 2405066 ABŞ dolları (4088612 manat), mənəvi zərərin əvəzi olaraq 2008ci ildən 2025-ci ilə kimi hər ay 10000 manat hesablanmaqla 2160000 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir.
63. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin predmetini yalnız Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq olunmaqla pul məbləğinin ödənilməsi təşkil etdiyindən yalnız bu məsələ qiymətləndirilməlidir.
64. Yuxarıda qeyd olunduğu kimi tərəflərin arasında daşınmaz əmlakın alqı – satqısı ilə bağlı razılaşmanın mövcudluğu, dəyərinin 15***** manata razılaşdırılması, bu məqsədlə 5***** manat məbləğində pul vəsaitinin cavabdeh3 MMC tərəfindən iddiaçıya ödənilməsi işin mübahisələndirilməyən hallarıdır.
65. cavabdeh3 MMC tərəfindən iddiaçıya ödənilən məbləğ əmlakın dəyərinin 1/3 hissəsini təşkil etdiyindən bu məbləğ “avans” kimi qiymətləndirilməlidir. Mülki Məcəllədə “avans” sözünün anlayışı verilməsə də, Məcəllənin müxtəlif hissələrində bu sözdən istifadə edilir və mahiyyətinə görə iki əks öhdəliyin olması halında tərəflərdən biri qarşı öhdəliyin icrasına başlamazdan əvvəl öhdəliyini yerinə yetirmək üçün digərinə köçürülən müəyyən pul və ya digər əmlak dəyəridir.
66. Mülki Məcəllənin 598.1 və 598.3-cü maddəsinin məzmununa görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
67. Məhkəmə kollegiyası Mülki Məcəllənin 337.5, 598.1 və 598.3-cü maddələrinin müqayisəli təhlilini apararaq belə nəticəyə gəlir ki, tərəflər arasında alqı – satqı müqaviləsinin bağlanması barədə razılaşma mövcud olmaqla əmlakın dəyəri 15***** manat müəyyən olunmuş, cavabdeh3 MMC tərəfindən iddiaçıya 5***** manat məbləğində avans ödənilmiş, lakin öhdəliyin 1*****0 manat məbləğində hissəsi alıcı tərəfindən icra edilməmişdir. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə “alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda” şərti mövcud olduğundan iddiaçının mülkiyyətində olmuş əmlakının dəyərinin pulla ödənilməlidir. Lakin hazırkı situasiyada əmlakın dəyəri tərəflər arasında razılaşdırılmış və dəyərinin 1/3 hissəsi ödənilmişdir. Belə olduğu təqdirdə tutulmalı məbləğ əmlakın dəyərinə uyğun deyil, Mülki Məcəllənin 598.3-cü maddəsinə uyğun olaraq qalan məbləğin ödənilməsi formasında müəyyən olunmalıdır. Belə olan halda gəlinən nəticə ondan ibarət olur ki, əmlakın dəyərinin 1*****0 manat məbləğində hissəsi cavabdeh3 MMC tərəfindən iddiaçıya ödənilmədiyindən həmin məbləğ cavabdeh cavabdeh3 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
68. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, notariat kontorunda müqavilə bağlanarkən ödənilmiş 150000 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmədiyindən həmin məbləğ iddiaçıya vürülmuş zərərin məbləği müəyyənləşdirilərkən nəzərə alınmamalıdır.
69. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qətnamə “Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti 60 ünvanında yerləşən 0,0419 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 172,5 kv.m, əsas sahəsi 81 kv.m, köməkçi sahəsi 90,5 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət hüququ üzrə cavabdeh3 MMC-nin adına qeydiyyata alınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş hüquqverici sənədlərin ləğv edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd olunmalı və Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinə uyğun olaraq 1*****0 manat məbləğində pul vəsaiti cavabdeh3 MMC-dən tutularaq iddiaçı1 ödənilməlidir.
70. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2010-cu il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Qətnamə “Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti 60 ünvanında yerləşən 0,0419 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 172,5 kv.m, əsas sahəsi 81 kv.m, köməkçi sahəsi 90,5 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət hüququ üzrə cavabdeh3 MMC-nin adına qeydiyyata alınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş hüquqverici sənədlərin ləğv edilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. 1*****0 manat məbləğində pul vəsaiti cavabdeh3 MMC-dən tutularaq iddiaçı1 ödənilsin. Mütəxəssis rəyinin alınması üçün ödənilməli olan 600 manat məbləğində pul vəsaiti cavabdeh3 MMC-dən tutularaq tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.