Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-883/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi və əmlakların çıxarılması» tələbinə dair ilk, həmçinin Cavabdeh İddiaçı qarşı «mənzilə mülkiyyət hüququnun tanınması və mənzilə köçürülmə» barədə qarşılıqlıiddiaya dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(006)-4421/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı(bundan sonra, iddiaçı)Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi və əmlakların çıxarılması» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 27B-də yerləşən, 2 otaqlı, 57 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və cehiz əşyalarının cavabdehin hesabına mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx xxxx 2012-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş və cavabdeh iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 27B-də yerləşən, 2 otaqlı, 57 saylı mənzilə gəlin köçmüş, cehiz əşyalarını da həmin məzildə yerləşdirmişdir. Nikahlarından iki övladları - xx xxxxxx 2013-cü il təvəllüdlü qızları Nuray və xx xxxx 2014cü il təvəllüdlü oğlanları Afiq anadan olmuşdur. Cavabdeh xx xxxx 2014-cü il tarixədək birgə təsərrüfat aparmış, həmin tarixdən yaşadıqları mənzili tərk etmiş, valideynlərinə məxsus Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 77 saylı evə çıxıb getmiş və hazırda da həmin ünvanda yaşayır. xx xxxx 2014-cü ildən hal-hazıradək iddiaçıya məxsus mənzilə qayıtmamış, nəticədə mübahisələr daha da dərinləşmişdir. Cavabdeh qohum olduğuna görə, iddiaçı bu mübahisələrin qarşısını dəfələrlə almağa cəhd göstərsə də, nəticəsi olmamışdır. Bundan sonra cavabdehlə bir ailədə yaşamağın daha mümkün olmayacağını başa düşüb, nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-1712/2019 saylı qətnməsi ilə nikahları pozulmuşdur. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə ünvan üzrə qeydiyyata alınmışdır. Məqsəd, yalnız uşaqların ananın rəsmi yaşayış yeri üzrə qeydiyyata alınması ilə əlaqədar olmuşdur. Cavabdehin əmlakı, özünə məxsus cehiz əşyaları (geyim əşyaları) mülkiyyət hüququ ilə iddiaçıya məxsus mənzildə qalmışdır. Onlar tamamilə bir-birlərinə yad olan şəxslər olduqlarına görə, cavabdehə məxsus əşyaların iddiaçının mənzilində qalması mülkiyyət hüququnu məhdudlaşdırır, mülkiyyətə dair sərbəst şəkildə sərəncam vermək hüququna mane olur. Əşyaların məhkəmədən kənar şəkildə götürülməsi barədə təklifi qəbul etmədiyindən, iddiaçı hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 2014-cü il tarixdən hal-hazıradək yaşayış sahəsini tərk edib daimi yaşamaq üçün valideynlərinin yaşadığı Gəncə şəhərinə getdiyindən, onun keçmiş ailə üzvü kimi yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı «mənzilə mülkiyyət hüququnun tanınması və mənzilə köçürülmə» barədə qarşılıqlı iddia verərək, məhkəmədən ünvan 1 ünvanda yerləşən mənzilin ½ hissəsinə Cavabdeh mülkiyyət hüququnun tanınması və onun azyaşlı uşaqları xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxx 2014-cü il təvəllüdlü X5 ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər xx xxxx 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikahlarından xx xxxxxx 2013-cü il tarixdə X4, xx xxxx 2014-cü il tarixdə X5 dünyaya gəlmişlər. Lakin sonradan şəxsi münasibətlərinin pozulması səbəbindən nikahları Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur.Hazırda İddiaçı məhkəmədə Cavabdeh qarşı «mənzilə hüququna xitam verilməsi, cehiz əşyalarının mənzildən çıxarılması» tələbinə dair iddia qaldırmışdır. Bu səbəbdən iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, Cavabdeh hal-hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı xx.xx.2010-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən almışdır. Mənzil hazırda ipoteka ilə Bankın xeyrinə yüklüdür. İddiaçı ilə 7 ildən artıq müddətdə rəsmi nikahda olmuşlar və bu illər ərzində mütamadi olaraq mənzil üçün kredit borcu ödənilmişdir.Göstərilənləri nəzərə alaraq qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilk iddianın rədd olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(006)- 4421/2019 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) ilk iddia təmin, qarşılıqlı iddia rədd olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qarşılıqlı iddia ərizələrində göstərilən qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını göstərmiş, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmadı olması, iş üzrə tam və hərtərəfli araşdırma aparılmaması, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə, qarşılıqlı iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, ilk iddia ərizəsinə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM)372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsinivəizahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli vəobyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin xx xxxx 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmaları, birgə nikahdan iki yetkinlik yaşına çatmayan uşaqlarının (xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxx 2014-cü il təvəllüdlü X5) olması, nikahlarının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə pozulması işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx xxxx 2010-cu il tarixdə qeydiyyata alınmışdır. Həmçinin, işdə olan Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Təsərrüfatı birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 413 və 414 saylı arayışlardan görünür ki, tərəflər ünvan 1-də qeydiyyatdadır. İşdə olan Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Təsərrüfatı birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 463 saylı arayışdan görünür ki, Cavabdeh ünvan 1-də qeydiyyatdadır, lakin 2013-cü il tarixdən hazıradək göstərilən ünvanda yaşamır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 tərəfindən Gəncə şəhəri 1 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********41 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 27B, 57 saylı mənzil Bakı şəhəri 9 saylı Notariat Kontorunun təsdiq etdiyi xx.xx.2010-cu il tarixli 4-Ə-51-664 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən İddiaçı adına qeydiyyata alınmışdır və ona xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Mənzil hal-hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə yüklüdür. İddiaçı adına Azərbaycan Respublikası üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. İlk iddia üzrə tələbə əsasən – cavabdeh ailə qurduqdan sonra (xx xxxx 2012-ci il tarixdən sonra) iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 27B-də yerləşən, 2 otaqlı, 57 saylı mənzilə gəlin köçmüş, özünə məxsus cehiz əşyalarını həmin məzildə yerləşdirmişdir. Tərəflər xx xxxx 2014-cü il tarixədək birgə təsərrüfat aparmış, lakin həmin tarixdən ailə münasibətləri pisləşmiş və cavabdeh yaşadıqları mənzili tərk edərək, valideynlərinə məxsus Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 77 saylı evə getmiş, hazırda da həmin ünvanda yaşayır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehlə ailə müqasibətlərinə xitam verildiyindən, onun mübahisəli mənzilə istifadə hüquqları saxlanılmır. Bu səbəbdən də, cavabdehə məxsus əmlaklar (cehiz və s.) mülkiyyətində olan mənzildən çıxarılmalıdır. Qarşılıqlı iddiaya əsasən – mübahisəli mənzil birgə nikahdan əvvəl iddiaçının mülkiyyətinə keçsə də, birgə nikah dövründə (birgə yaşadıqları dövrdə) mənzilin kredit ödənişləri onların birgə vəsaitləri hesabına həyata keçirilmişdir. Bu səbəbdən də, cavabdehin mübahisəli mənzil üzərində birgə mülkiyyət hüququ yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) mübahisəli mənzil üzərində cavabdehin birgə mülkiyyət hüququnun yaranıbyaranmaması 2) əgər cavabdehin mübahisəli mənzil üzərində birgə mülkiyyət hüququ yaranmamışsa, o zaman hazırki vaxtda cavabdehin mənzil üzərində istifadə hüququnun mövcudluğu, 3) əgər əvvəlki hər iki şərt (və ya onlardan biri) cavabdehin xeyrinə müsbət müəyyən olunarsa, o zaman ilk və qarşılıqlı iddianın əsaslı olub-olmaması məsələsidir. Yox əgər, əgər əvvəlki hər iki şərt cavabdehin ziyanına müəyyən olunarsa, o zaman cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarının müvəqqəti saxlanılmasına əsasların olub-olmaması müəyyən edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunmuş ilk iki halla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 32.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 225.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. MM-nin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. AM-nin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. İşin faktiki hallarına və qanunvericiliyin qeyd edilən normalarına əsasən mübahisəli yaşayış sahəsi tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlak deyildir. Yəni, iddiaçının mənzil üzərində mülkiyyət hüquqları xx xxxx 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh də tələbində mübahisəli yaşayış sahəsinin birgə nikahdan əvvəl iddiaçı tərəfindən əldə olunmasını mübahisələndirməmiş, lakin nikah dövründə mənzilə görə bank tərəfindən iddiaçıya verilmiş kreditin bir hissəsinin ödənilməsini iddia edərək, onun üzərində birgə mülkiyyət hüququnun yaranmasını, bu səbəbdən də onun üzərində ½ hissədə payının müəyyən olunmasını tələb etmişdir. Cavabdeh mübahisəli mənzil üzərində birgə mülkiyyət hüququnun yaranmasının hüquqi əsası kimi AM-nin 35-ci maddəsinə əsaslanmışdır. Həmin normaya əsasən - nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Analoji norma, MM-nin 225.4-cü maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya əsasən, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Qanunvericiliyin qeyd edilən normalarına əsasən, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu müəyyən olunsun. Bunlara, əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və s. bu istiqamətdə digər halları aid etmək olar. Həmçinin, qeyd edilməlidir ki, birgə nikah dövründə ər-arvadın hər birinin özünə məxsus əmlakının saxlanılmasına, cari təmir edilməsinə və s. bu kimi hallarla bağlı pul vəsaitlərin sərf edilməsi həmin əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün yetərli deyildir. Qanunverici yalnız əhəmyyətli, yəni əmlakın dəyərini xeyli artıran vəsaitin qoyulması halının mövcudluğu qeyd etmişdir. Cavabdehin isə mənzilin dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulması ilə bağlı (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin dəlilləri (qarşılıqlı iddia tələbi) mənzilin alınmasına görə verilmiş kreditin birgə nikah dövründə ödənilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, birgə nikah dövründə borcların ödənilməsi (kreditin qaytarılması) özü-özlüyündə daşınmaz əmlaka birgə mülkiyyət hüququnun yaranmasına əsas ola bilməz. Bununla yanaşı, işdə olan sənədlərdən (xx.xx.2010-cu il tarixli «Yaşayış mənzilinin alqı-satqı və ipoteka müqaviləsi, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi, bank arayışı və s.) görünür ki,mübahisəli mənzilin alqı-satqı qiyməti 52000manat müəyyən olunmuş, həmin məbləğin 8000 manat hissəsi alıcı (hazırki iş üzrə iddiaçı) tərəfindən, 44000 manat hissəsi isə verilmiş kredit hesabına ödənilmişdir. «xxxxxxxxx» ASC ilə İddiaçı (hazırki iş üzrə iddiaçı) arasında bağlanmış xx xxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 8 faiz dərəcəsi ilə 300 ay müddətinə 44000 manat ipoteka krediti verilmişdir. İddiaçı banka xx xxxxxx 2020-ciiltarixə 35939,63 manat əsas, 40,54 manat faiz borcu vardır. Göründüyü kimi, mənzilin alınmasına görə verilmiş kredit məbləğinin yalnız kiçik hissəsi tərəflərin birgə yaşadıqları müddətdə ödənilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qarşılıqlı iddia tələbi «ünvan 1 ünvanda yerləşən mənzilin ½ hissəsinə Cavabdeh mülkiyyət hüququnun tanınması» hissədə tam əsassız olmaqla, qanunvericiliyin tələbləri ilə uzlaşmır (həmin iddia tələbinin hüquqi əsası yoxdur). Belə olan halda isə, yoxlanılmalı olan ikinci məsələ - hazırki vaxtda cavabdehin mənzil üzərində istifadə hüququnun mövcudolub-olmamasıdır. Yuxarıda qeyd edildiyi kimi, tərəflər xx xxxx 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və cavabdeh iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə gəlin köçmüş, münasibətləri pozulanadək arada yaşamış, nikahları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçının bildirməsinə görə cavabdehlə ailə münasibətlərinə faktiki olaraq 2014-cü ilin iyun ayında xitam verilmiş və sonuncu uşaqları da götürərək mənzili tərk etmiş, atasına məxsus Gəncə şəhərində yerləşən evə getmiş, hazırda da həmin ünvanda yaşayır. Cavabdehin nümayəndəsinin bilidrməsinə görə isə, tərəflər arasında ailə münasibətləri təqribən 2013-2014-cü il pisləşmiş və cavabdeh atasının evinə getmiş, lakin sonradan (ikinci uşaq olduqdan sonra) tərəflər barışmış və cavabdeh yenidən mübahisəli mənzilə qayıtmışdır. Buna baxmayaraq, sonradan tərəflər arasında ailə münasibətləri yenidən pozulmuş, cavabdeh təqribən 2018-ci ilin əvvəlləri mənzilin tərk etmiş və bir daha geri qayıtmamışdır. Göründüyü kimi, tərəflər cavabdehin mənzili tərk etmə anını müxtəlif vaxtlarla əlaqələndirmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası bu istiqamətdə sübutları araşdırmağı zəruri hesabedir. İddiaçı tərəfin təqdim etdiyi 77 saylı MKİS-in arayışlarından və xx xxxx 2019-cu il tarixli aktdan (akt qonşular tərəfindən tərtib olunmuşdur) görünür ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, təqribən 2013-cü ildən etibarən orada yaşamır. Eyni zamanda, 12 saylı Uşaq Poliklinikasının xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, mübahisəli mənzildə qeydiyyatda olmuş uşaqlar xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxx 2014-cü il təvəllüdlü X5 xx xxxxxx 2018-ci ildə tərtib edilmiş akta əsasən həmin ünvanda yaşamadıqlarına görə poliklinikadan qeydiyyatdan çıxarılmışlar. Axırıncı dəfə Axundzadə Nuray xx xxxx 2014-cü il tarixdə peyvəndlə əlaqədar poliklinikada qəbulda olmuş, Axundzadə Afiqisə xx xxxx 2014-cü il tarixdə sahə həkimi tərəfindən evdə patronaj olunmuşdur. Beləliklə, qeyd edilən sübutlardan cavabdehin ən azından 2014-cu ildən sonra mübahisəli mənzildə yaşamaması görünür. Cavabdeh tərəf isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında ailə münasibətləri 2012-ci ildə yarandığından, mənzildən istifadə hüququ ilə bağlı hazırki mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri çərçivəsində həll olunmalıdır. Beləki, hazırda qüvvədə olan Mənzil Məcəllənin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Cavabdeh iddiaçı ilə ailə quraraq, mübahisəli mənzilə köçüb orada yaşamağa başladığı andan Mənzil Məcəlləsinin 30.1, 30.2-cü maddələrə uyğun olaraq həmin yaşayış sahəsindən istifadə etmək hüququnu əldə etmişdir. Lakin, sonradan iddiaçı ilə ailə münasibətlərinə xitam verildiyindən, hazırda cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ mövcud deyildir. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, qanunverici ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmasını istisna etmişdir. Eyni zamanda, cavabdeh tərəf yaşayış sahəsindən istifadə ilə bağlı başqa razılaşmanın olması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda isə, yəni hazırki vaxtda cavabdehin mübahisəli yaşayış sahəsinə istifadə hüququ mövcud olmadığı (saxlanılmadığı) halda onun mənzilə köçürülməsi barədə tələbi də təmin oluna bilməz (həmin tələbin hüquqi əsası yoxdur). Bu baxımdan, «kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməli olması» barədə apellyasiya şikayətinin dəlili də tam əsassızdır. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətinin dəlillərində Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən mübahisəli evdən müvəqqəti istifadə hüququnun mövcudluğuna istinad etmişdir. Beləki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı» Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsi Palatasının xx xxxxxx 2015-ci il tarixli qərardadında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq... yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Göründüyü kimi, qanunverici yalnız müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılması imkanını müəyyən etmişdir. Yəni, istifadə etmək hüququ aradan qalxmış şəxsin mənzildən çıxarılması anında, məhkəmə keçmiş ailə üzvünün başqa yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsaslarının olub-olmaması baxımından məsələyə hüquqi qiymət verməlidir. Hazırki işin faktiki hallarına əsasən isə cavabdeh uzun müddətdir ki, mübahisəli mənzildən çıxaraq başqa yaşayış sahəsində yaşayır və keçən müddət ərzində mənzilə qayıtmamış, ən azından buna cəhd etməmişdir (mənzilə köçürülməsi barədə iddia qaldırmamış və s.). Cavabdeh yalnız iddiaçının hazırki tələbindən (əmlakın çıxarılması) sonra, 2019-cu ilin iyul ayında qarşılıqlı iddia verərək, həmçinin mənzilə köçmək tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə etmək zərurəti müəyyən edilmir, bu səbəbdən onun müəyyən müddətə istifadə hüququnun saxlanılmasına da ehtiyac yoxdur. Cavabdeh bunun əksini təsdimq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin faktiki halları, qanunvericiliyin qeyd edilən normalarına və tədqiq olunmuş sübutlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia əsassız olmuş, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Belə olan halda isə, ilk iddia əsaslı sayılmalıdır. Çünki, cavabdehin əmlakının hazırki vəziyyətdə iddiaçıya məxsus yaşayış sahəsində faktiki yerləşməsi hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi və əmlakların çıxarılması» tələbinə dair ilk, həmçinin Cavabdeh İddiaçı qarşı «mənzilə mülkiyyət hüququnun tanınması və mənzilə köçürülmə» barədə qarşılıqlıiddiaya dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(006)-4421/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(006)-4421/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-883/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-883/2020
19.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver