Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-886/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X10, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X3 və X5 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər:(müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X19 və X2 ibarət tərkibdə İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçılar İddiaçı4 nümayəndəsi və vəkili Vəkil2, İddiaçı5 nümayəndəsi X13, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 ASC-nin nümayəndəsi X4, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(001)-4160/2021 saylı qətnaməsindən Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.xx.xx.2012-ci il tarixdə cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh1 ASC ona məxsus olan ünvan 1 ünvanında yerləşən 3 sot torpaqda Cavabdeh2 MTK-ya çoxmərtəbəli yaşayış binasının tikintisinin aparılması üçün razılıq vermiş, Cavabdeh2 MTK isə həmin torpaq sahəsində inşa ediləcək çoxmənzilli yaşayış binasından 3 otaqlı, 20 nömrəli, 2 otaqlı 23 nömrəli, 2 otaqlı 34 nömrəli, 2 otaqlı 43 nömrəli, 1 otaqlı 45 nömrəli, 3 otaqlı 48 nömrəli və 1 otaqlı, 53 nömrəli mənzilləri Cavabdeh1 ASC-nin və ya onun tərəfindən müəyyən edilmiş şəxslərin mülkiyyətinə verilməsini öz öhdəsinə götürmüşdür. 2.Bundan sonra Cavabdeh2 MTK həmin müqavilənin predmeti olan 20 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzillə bağlı xx.xx.2013-cü il tarixdə X14, 48 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzillə bağlı xx.xx.2013-cü il tarixdə İddiaçı2, 23 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2013-cü il tarixdə X21, 43 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzilə bağlı xx.xx.2014-cü il tarixdə X11, 34 nömrəli (2 otaqlı, 76,5 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2014-cü il tarixdə İddiaçı5, 53 nömrəli (1 otaqlı, 42,7 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2014-cü il tarixdə İddiaçı4, 45 nömrəli (1 otaqlı, 42,7 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2018-ci il tarixdə İddiaçı3 ilə “Mənzil tikintisinə dair” müqavilələr bağlamışdı 3.Qeyd edilən müqavilələrə əsasən Cavabdeh2 MTK müqavilələrin predmeti olan həmin mənzilləri inşa edib iddiaçılara təhvil verməyi, iddiaçılar isə mənzillərin müqavilələr üzrə müəyyən edilmiş dəyərini Cavabdeh2 MTK-ya ödəməyi öhdəsinə götürmüşdülər. Müqavilələrin predmeti olan mənzillərin dəyərinin ödənilməsi barədə iddiaçıların hər birinə Cavabdeh2 MTK tərəfindən maliyyə arayışları verilmişdir. a) Birinci instansiya məhkəməsində icraat 4.İddiaçılar X21, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. 5.X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında ünvan 1 ünvanında yeddi ədəd mənzilin, o cümlədən ona məxsus olan 43 saylı, 2 otaqlı mənzilin Cavabdeh1 ASC-yə verilməsi barədə bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, 43 saylı, 2 otaqlı mənzilin onun sahiblik və istifadəsinə verilməsi və mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia icraata qəbul edilmişdir. 6.İddiaçı4 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4484/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı4 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2(001)-4484/2021 saylı mülki işlə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı2 və digərlərinin cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2(001)-4160/2021 saylı mülki iş birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. 8.X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında 11 oktyabr 2012-ci il tarixdə bağlanmış müqavilənin qismən, ona məxsus olan ünvan 1 ünvanında Cavabdeh2 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının 20 nömrəli, 3 otaqlı mənzili ilə bağlı hissədə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia icraata qəbul edilmişdir. 9.İddiaçı5 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTKya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4488/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı5 nümayəndəsi və vəkili X22 vəsatəti təmin edilmiş, İddiaçı5 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2(001)-4488/2021 saylı mülki iş iddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2(001)-4160/2021 saylı mülki işlə bir icraatda birləşdirilmiş və həmin işlərə bir icraatda 2(001)-4160/2021 nömrə ilə baxılması qərara alınmışdır. 11.Məhkəmə iclasında iddiaçı X21 iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, 23 nömrəli mənzil xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən inşa edilən vaxtdan onun istifadə və sahibliyində olmuş, həmin mənzildə onun tərəfindən təmir işləri aparılmış və o, təmir işlərini yekunlaşdırıb, mənzilə köçmək istəyir. Lakin həm onunla müqavilə bağlanan zaman, həm də ötən dövr ərzində bir dəfə olsun belə mənzilin Cavabdeh1 ASC-yə məxsus olması barədə ona hər hansı məlumat verilməmiş, hər hansı şəxs həmin mənzilin cəmiyyətə məxsus olması ilə bağlı ona müraciət etməmişdir. Mübahisəli mənzillə bağlı cavabdehlər arasında müqavilənin bağlanması barədə məlumatı Cavabdeh1 ASC-nin Cavabdeh2 MTK-ya qarşı mübahisəli mənzilin təhvil verilməsi ilə bağlı iddiası üzrə qətnamə qəbul edildikdən sonra əldə etmişdir. Göstərilənlərin nəzərəalımasını və tərəfindən təqdim edilmiş sübutların nəzərə alınmaqla iddiasının təmin edilməsini xahiş etmişdir. 12.Məhkəmə iclasında iddiaçılar X10, İddiaçı2 və İddiaçı3 vəkili Vəkil1 iddianı və iddiaçı X10 mövqeyini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçıların mübahisələndirdiyi mənzillər inşa edilən tarixdən etibarən onların istifadə və sahibliyində olmuş, iddiaçılarla aidiyyəti qurumlar arasında bağlanmış müqavilələrə əsasən mübahisəli mənzillərə kommunal xidmətlərin göstərilməsi məqsədi ilə sayğaclar quraşdırılmış, X21 mübahisələndirdiyi mənzildə həcmli təmir işləri aparmış, İddiaçı2 isə artıq xeyli müddətdir ki, mübahisələndirdiyi mənzildə yaşayır. Bu da öz növbəsində iddiaçıların mübahisələndirdiyi mənzillərin onların istifadə və sahibliyində olmasına və cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız olmasına dəlalət edir. Digər tərəfdən cavabdehlər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış müqavilədə ünvan 1 ünvanında yerləşən 3 sot ölçüdə torpaq sahəsinin Cavabdeh1 ASC-yə məxsus olduğu göstərilsə də, mötəbər sübutlarla qeyd edilən torpaq sahəsinin Cavabdeh1 ASC-yə məxsus olmadığı müəyyən edilmiş və bu baxımdan Cavabdeh1 ASC həmin torpaq sahəsini Cavabdeh2 MTK-ya təhvil verə bilməzdi. Qeyd edilənlər də öz növbəsində cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız olduğunu təsdiq edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. 13.Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil3 iddianı müdafiə etmiş, habelə Vəkil1 mövqeyindən çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi mənzil inşa edilən tarixdən etibarən onun istifadə və sahibliyində olmuş, mənzilə kommunal xidmətlərin göstərilməsi məqsədi ilə müvafiq sayğaclar quraşdırılmış, habelə onun tərəfindən mənzildə ilkin təmir işləri aparılmışdır. Mənzil heç vaxt Cavabdeh1 ASC-nin istifadə və sahibliyində olmamışdır. Həmçinin, apardıqları araşdırma zamanı torpaq sahəsinin Cavabdeh2 MTK-ya təhvil verilməsi ilə bağlı Cavabdeh1 ASC-nin ümumi yığıncağı tərəfindən hər hansı qərarın qəbul edilmədiyi, həmçinin cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin əslinin ümumiyyətlə mövcud olmadığı müəyyən edilmişdir. Bütün bunlar cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas yaradır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. 14.Məhkəmə iclasında İddiaçı4 nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə etmiş, habelə yuxarıda göstərilən iddiaçıların mövqeyindən çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2012ci il tarixli müqavilədə Cavabdeh1 ASC-yə təhvil verilməli olan mənzillərin yerləşdiyi mərtəbələr göstərilməsə də, mənzillərin nömrələri dəqiq göstərilmişdir. Halbuki, həmin binanın layihəsi aidiyyəti qurumla yalnız xx.xx.2013-cü il tarixdə razılaşdırılmışdır. Həmçinin, xx.xx.2012-ci il tarixli müqaviləni Cavabdeh2 MTK-nın sədri qismində imzalayan Elmira Şirinova yalnız xx.xx.2012-ci il tarixdə kooperativin sədri təyin edilmişdir. Bununla belə, müqaviləni imzalayan vaxt o, kooperativin sədri olmamışdır. Həmin müqavilədə göstərilən 53 saylı mənzil isə xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən inşa edilən tarixdən etibarən iddiaçının istifadə və sahibliyində olmuş, mənzilə kommunal xidmətlərin göstərilməsi məqsədi ilə müvafiq sayğaclar quraşdırılmış və iddiaçı hazırda mənzildə yaşayır. Lakinhəm onunla müqavilə bağlanan zaman, həm də ötən dövr ərzində bir dəfə olsun belə mənzilin Cavabdeh1 ASC-yə məxsus olması barədə ona hər hansı məlumat verilməmiş, hər hansı şəxs həmin mənzilin cəmiyyətə məxsus olması ilə bağlı ona müraciət etməmişdir. Əksinə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4305/2019 saylı, xx.xx.2019- cu il tarixli qətnaməsi ilə mübahisəli mənzil ona təhvil verilmişdir. Qeyd edilənlər də öz növbəsində xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız olduğunu təsdiq edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. 15.Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X14 iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, mübahisələndirdiyi 20 nömrəli mənzil xx.xx.2013-cü il tarixli müqavilə üzrə inşa edilən tarixdən etibarən onun istifadə və sahibliyində olmuş, mənzilə kommunal xidmətlərin göstərilməsi məqsədi ilə müvafiq sayğaclar quraşdırılmış və 2018-ci ildən etibarən həmin mənzildə yaşayır. Hətta onunla müqavilə bağlandıqdan sonra həmin mənzillə bağlı müxtəlif tarixlərdə Cavabdeh2 MTK ilə X24, X25 və X15 adlı şəxslərlə də müqavilələr bağlanmışdır. Bununla bağlı başlanmış cinayət işi üzrə aparılmış istintaq zamanı qeyd edilən əməllərlə onun öz əmlakına sahiblik etmək və ondan normal istifadə etmək hüquqlarının pozulması, yəni ona mənəvi zərərin vurulması müəyyən edildiyindən o, iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Həmin vaxt da bu mənzilin Cavabdeh1 ASC-yə məxsus olması, o cümlədən xx.xx.2012-ci il tarixdə mənzillə bağlı müqavilənin bağlanması müəyyən edilməmişdir. Ona məxsus olan mənzillə bağlı cavabdehlər arasında müqavilənin bağlanması barədə məlumatı isə Cavabdeh1 ASC-nin Cavabdeh2 MTK-ya qarşı mübahisəli mənzilin təhvil verilməsi ilə bağlı iddiası üzrə qətnamə qəbul edildikdən sonra əldə etmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. 16.Məhkəmə iclasında İddiaçı5 nümayəndəsi və vəkili X6 iddianı müdafiə etmiş, habelə yuxarıda göstərilən iddiaçıların mövqeyindən çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən mənzil xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən onun istifadə və sahibliyinə verilmiş, bundan sonra mənzilə kommunal xidmətlərin göstərilməsi məqsədi ilə müvafiq sayğaclar quraşdırılmış və iddiaçı artıq həmin mənzildə yaşayır. Sonradan həmin mənzilin 2018-ci il tarixdə digər şəxslə bağlanmış müqaviləyə əsasən Cavabdeh2 MTK tərəfindən başqa şəxsə də satıldığı müəyyən edilmişdir. Bu və digər belə hallarla bağlı başlanılmış cinayət işi üzrə araşdırma aparılmış və nəticə mənzilin məhz iddiaçıya məxsus olduğu müəyyən edilmişdir. Həmin cinayət işi üzrə Cavabdeh2 MTK-nın sədri olmuş Elmira Şirinova dindirilərkən bir mənzilin başqa-başqa şəxslərə satılması hallarına yol verdiyini etiraf etmiş, lakin bu mənzilin iddiaçıdan əvvəl hər hansı şəxsə, o cümlədən Cavabdeh1 ASC-yə satılması barədə hər hansı fikir söyləməmişdir. Ümumiyyətlə həm onunla müqavilə bağlanan zaman, həm də ötən dövr ərzində bir dəfə olsun belə mənzilin Cavabdeh1 ASC-yə məxsus olması barədə iddiaçıya hər hansı məlumat verilməmiş, bu qurumun hər hansı nümayəndəsi ona müraciət etməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. 17.Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X34 iddianı qəbul etməyərək, Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin predmeti olan 7 ədəd mənzilin Cavabdeh1 ASC-yə məxsus olduğunu və ona təhvil verilməli olduğunu bildirmiş və iddiaların rədd edilməsini xahiş etmişdir. 18.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 24 noyabr 2021-ci il tarixli, 2(001)-4160/2021 saylı qətnaməsi ilə (sədrlik edən-Fuad Abdıyev) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 iddiası təmin, iddiaçılar X10, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, “Mənzil tikintisinə dair” xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli binanın 2 otaqlı, 72,3 kv.m. sahəsi olan 43 nömrəli mənzili Cavabdeh2 MTK tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 istifadə və sahibliyinə verilmiş, iddiaçılar X10, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 iddiası qalan hissədə rədd edilmişdir. 19.Məhkəmə mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən etmişdir ki, xx.xx.2012-ci il tarixdə cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh1 ASC ona məxsus olan ünvan 1 ünvanında yerləşən 3 sot torpaqda Cavabdeh2 MTK-ya çoxmərtəbəli yaşayış binasının tikintisinin aparılması üçün razılıq vermiş, Cavabdeh2 MTK isə həmin torpaq sahəsində inşa ediləcək çoxmənzilli yaşayış binasından 3 otaqlı, 20 nömrəli, 2 otaqlı 23 nömrəli, 2 otaqlı 34 nömrəli, 2 otaqlı 43 nömrəli, 1 otaqlı 45 nömrəli, 3 otaqlı 48 nömrəli və 1 otaqlı, 53 nömrəli mənzilləri Cavabdeh1 ASC-nin və ya onun tərəfindən müəyyən edilmiş şəxslərin mülkiyyətinə verilməsini öz öhdəsinə götürmüşdür. Bundan sonra Cavabdeh2 MTK həmin müqavilənin predmeti olan 20 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzillə bağlı xx.xx.2013-cü il tarixdə X14, 48 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzillə bağlı xx.xx.2013-cü il tarixdə İddiaçı2, 23 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2013-cü il tarixdə X21, 43 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzilə bağlı xx.xx.2014-cü il tarixdə X11, 34 nömrəli (2 otaqlı, 76,5 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2014-cü il tarixdə İddiaçı5, 53 nömrəli (1 otaqlı, 42,7 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2014-cü il tarixdə İddiaçı4, 45 nömrəli (1 otaqlı, 42,7 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2018-ci il tarixdə İddiaçı3 ilə “Mənzil tikintisinə dair” müqavilələr bağlamışdır. Qeyd edilən müqavilələrə əsasən Cavabdeh2 MTK müqavilələrin predmeti olan həmin mənzilləri inşa edib iddiaçılara təhvil verməyi, iddiaçılar isə mənzillərin müqavilələr üzrə müəyyən edilmiş dəyərini Cavabdeh2 MTK-ya ödəməyi öhdəsinə götürmüşdülər. Müqavilələrin predmeti olan mənzillərin dəyərinin ödənilməsi barədə iddiaçıların hər birinə Cavabdeh2 MTK tərəfindən maliyyə arayışları verilmişdir. Qeyd edilən ünvanda Cavabdeh2 MTK tərəfindən hündürmərtəbəli, çoxmənzilli yaşayış binası inşa edilmişdir. Hazırda iddiaçılar cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız olduğunu iddia edir və tərəflərindən bağlanmış müqavilələrə istinad edərək, həmin müqavilələrin predmeti olan mənzillərin müqavilələr üzrə müəyyən edilmiş dəyərlərini ödədiklərini, müqavilələr bağlandığı tarixdən mənzillərin onların istifadə və sahibliyində olduğunu, onlar tərəfindən mənzillərə kommunal xidmətlərin göstərilməsi məqsədi ilə müvafiq, o cümlədən su sayğaclarının quraşdırıldığını, həm müqavilələr bağlanan zaman, həm də ötən dövr ərzində bir dəfə olsun belə mənzillərin Cavabdeh1 ASC-yə məxsus olması barədə onlara hər hansı məlumatın verilmədiyini, hər hansı şəxsin həmin mənzillərin cəmiyyətə məxsus olması ilə bağlı onlara müraciət etmədiyini, binada olan bəzi mənzillərin (məsələn, X5 və İddiaçı5 mübahisələndirdiyi mənzillər) bir neçə şəxsə satılması ilə bağlı başlanılmış cinayət işi üzrə də Cavabdeh1 ASCnin hər hansı mənzilə sahib olmasının müəyyən edilmədiyini, cəmiyyətin hər hansı statusla işə cəlb edilmədiyini, habelə iddiaçılar X21 və X11 mübahisələndirdikləri mənzillərdə təmir işləri apardığını, iddiaçılarİddiaçı2, İddiaçı4, X14 və İddiaçı5 isə mübahisələndirdikləri mənzildə yaşadıqlarını bildirirlər. Eyni zamanda, iddiaçılar xx.xx.2012-ci il tarixli müqavilədə Cavabdeh1 ASC-nin əmlakı kimi göstərilən ünvan 1 ünvanında yerləşən 3 sot ölçüdə torpaq sahəsinin Cavabdeh1 ASC-yə deyil, Cavabdeh2 MTK-ya məxsus olduğunu, bu baxımdan Cavabdeh1 ASC-nin həmin torpaq sahəsi üzərində Cavabdeh2 MTK tərəfindən tikinti işlərinin aparılmasına razılıq vermək səlahiyyətinə malik olmadığını, torpaq sahəsinin Cavabdeh2 MTK-ya təhvil verilməsi ilə bağlı Cavabdeh1 ASC-nin ümumi yığıncağı tərəfindən hər hansı qərarının qəbul edilmədiyi, cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin əslinin ümumiyyətlə mövcud olmadığını, müqaviləni Cavabdeh2 MTK-nın sədri qismində imzalayan Elmira Şirinovanın əvvəllər Cavabdeh1 ASC-nin əməkdaşı olduğunu, onun yalnız xx.xx.2012-ci il tarixdə kooperativin sədri təyin olunduğunu və xx.xx.2012-ci il tarixli müqavilə bağlanan zaman onun koooperativin sədri olmadığını, xx.xx.2012-ci il tarixli müqavilədə əks olunmuş mənzillərlə bağlı hər hansı məlumatın əks olunmadığını, lakin nömrələrinin dəqiq göstərildiyini, halbuki mənzillərin yerləşəcəyi binanın lahiyəsinin aidiyyəti qurumla yalnız xx.xx.2013-cü il tarixdə razılaşdırıldığını bildirirlər. Cavabdeh iddianı qəbul etmir, Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin predmeti olan 7 ədəd mənzilin Cavabdeh1 ASC-yə məxsus olduğunu və ona təhvil verilməli olduğunu bildirir və iddianın rədd edilməsini xahiş edir. Torpaqdan daimi istifadə hüququna dair JN-0555 seriyalı, 00100026 kodlu dövlət aktına əsasən Bakı şəhər X18 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/104 saylı qərarı ilə ünvan 2 ünvanında yerləşən 0,5100 ha torpaq sahəsi yaşayış binasının tikintisi üçün Cavabdeh2 MTK-ya verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən ünvan 2 ünvanında olan torpaq sahəsinin Cavabdeh1 ASC-yə aid hər hansı hüquqla qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh2 MTK-nın adına ünvan 2 ünvanında yerləşən 0,5100 ha torpaq sahəsinə dair JN-0555, Kod 00100026 olan torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2020-ci il tarixli məktuba əsasən Bakı şəhər İcra Haimiyyətinin xx.xx.1991-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmış Cavabdeh2 MTK Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə yenidən dövlət qeydiyyatına alınmış və dövlət qeydiyyatına alındığı tarixdən hazıradək sədri X9r. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən əvvəllər Cavabdeh1 ASC (hazırda Cavabdeh2 MTK) tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədəki yaşayış binasından Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Fonduna 1 saylı, 3 otaqlı, 2 saylı, 2 otaqlı, 46 saylı, 2 otaqlı, 54 saylı, 2 otaqlı, 57 saylı, 3 otaqlı və 58 saylı, 2 otaqlı mənzillər təhvil verilmişdir. 20.Məhkəmə, iddiaçılar tərəfindən mübahisələndirilən xx.xx.2012-ci il tarixli müqavilə ilə bağlı ilk növbədə qeyd etmişdir ki, Cavabdeh1 ASC-yə təklif edilməsinə və bu məqsədlə məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, həmin müqavilənin əsli Cavabdeh1 ASC tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, həmin müqavilədə ünvan 1 ünvanında yerləşən 3 sot ölçüdə torpaq sahəsinin Cavabdeh1 ASC-yə məxsus olması göstərilsə də, Torpaqdan daimi istifadə hüququna dair JN-0555 seriyalı, 00100026 kodlu dövlət aktından və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan həmin torpaq sahəsinin heç vaxt Cavabdeh1 ASC-yə məxsus olmadığı, həmin ünvanında yerləşən 0,5100 ha torpaq sahəsinin yaşayış binasının tikintisi üçün məhz Cavabdeh2 MTK-ya ayrıldığı müəyyən edilmişdir. Müqavilədə bu torpaq sahəsi üzərində Cavabdeh2 MTK tərəfindən tikinti işlərinin aparılmasına Cavabdeh1 ASC tərəfindən razılıq verildiyi göstərilsə də, bu razılığın verilməsi ilə bağlı rəsmiləşdirmənin aparılması, o cümlədən bu məsələ ilə bağlı Cavabdeh1 ASC-nin səhmdralarının ümumi yığıncağı tərəfindən hər hansı qərarın qəbul edilməsi də müəyyən edilməmişdir (məhkəmətərəfindən təklif edilsə də, Cavabdeh1 ASC tərəfindən bununla bağlı da hər hansı sənəd təqdim edilməmişdir). 21.İddiaçıların bağladıqları müqavilələrlə bağlı məhkəmə qeyd etmişdir ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq iddiaçılarla Cavabdeh2 MTK arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqavilələridir. Həmin müqavilələrin hər birinin predmeti olan mənzillər xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 MTK tərəfindən məhz Cavabdeh1 ASCyə təhvil verilməli idi. Bununla belə, 7 ədəd mənzilə dair ilk olaraq Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında, bundan sonra isə həmin mənzillərin hər biri ilə bağlı ayrı-ayrılıqda müxtəlif tarixlərdə hər bir iddiaçı ilə podrat müqaviləsi bağlanmış və həmin müqavilələrin hər biri üzrə Cavabdeh2 MTK xx.xx.2012-ci il tarixli müqavilənin predmeti olan 7 ədəd mənzili inşa edərək, ayrı-ayrılıqda iddiaçıların istifadə və sahibliyinə verilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin mülki qanunvericiliyin yuxarıda qeyd edilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalarının tələbləri baxımından eyni mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması, o cümlədən bir mənzilin eyni zamanda iki müxtəlif şəxsin istifadə və sahibliyinə verilməsi öhdəliyin icra edilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri-mümkündür (təbii ki, onlardan birinin xeyrinə bağlanmış müqavilənin qanuni əsaslarla ləğv olunması və ya etibarsız hesab edilməsi halı istisna olmaqla). Bir belə müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur. Belə ki, müqavilə bağlamaqla üzərinə öhdəlik götürmüş Cavabdeh2 MTK növbəlik etibarı ilə sonrakı müqaviləni imzalamaq üçün artıq hər hansı səlahiyyətə malik olmur və həm bu, həm də digər əsaslarla sonradan bağlanmış müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqaviləyə çevrilməklə etibarsız olur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu baxımdan həm Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında, həm də iddiaçılar arasında bağlanmış müqavilə etibarlı ola bilməz və onlardan biri bağlandığı andan etibarsızdır. Belə olan halda, mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı (öhdəliyin əmələ gəldiyi), payçı (sifarişçi) qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar əlaqəli şəkildə araşdırılmalıdır. 22.Bununla bağlı, məhkəmə qeyd etmişdir ki, müddət etibarı ilə Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında müqavilə daha əvvəl bağlanmışdır. Lakin bu hal həmin müqavilənin predmeti olan 7 ədəd mübahisəli mənzilin Cavabdeh2 MTK tərəfindən iddiaçılara deyil, məhz Cavabdeh1 ASC-yə təhvil verilməsi barədə öhdəliyin yaranması kimi qəbul edilə bilməz. Belə ki, Cavabdeh1 ASC ilə müqavilə xx.xx.2012-ci il tarixdə bağlanmasına baxmayaraq, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ASC həmin mənzilləri təhvil almamış, bu mənzillər heç vaxt Cavabdeh1 ASC-nin istifadə və sahibliyində olmamışdır. Bu hal, Cavabdeh1 ASC-nin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 01/01- 2/27704 nömrəli məktubla da öz təsdiqini tapır. Belə ki, həmin məktubda Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin predmeti olan 20, 23, 34, 43, 45, 48 və 53 nömrəli mənzillərin bugünədək Cavabdeh1 ASC-yə təhvil verilmədiyi, Cavabdeh2 MTK tərəfindən həmin müqavilənin şərtlərinin pozulduğu bildirilmişdir. Bu məktubun tərtib edildiyi tarixə artıq Cavabdeh2 MTK ilə bütün iddiaçılar arasında mübahisəli mənzillərə dair müqavilələr bağlanmışdır. Lakin məktubda bu barədəhər hansı qeyd aparılmamışdır. Bu da Cavabdeh1 ASC-nin həmin tarixdə nə mənzillərin vəziyyəti, nə də ki, onun faktiki sahibləri barədə hər hansı məlumatının olmaması qənaətinə gəlməyə imkan verir. Halbuki, kooperativ cəmiyyət üçün əlçatımlı olmuş və adi fiziki şəxslərdən fərqli olaraq öz fəaliyyəti ilə bağlı çoxlu sayda müqavilə bağlayan, həmin müqavilələrdən irəli gələn öhdəliklərinin icrasının təmin və tələb etmə mexanizmlərinə malik olan Cavabdeh1 ASC çox asanlıqla belə bir dəyəri olan müqavilədən irəli gələn öhdəliklərin icrası vəziyyətini də nəzərətdə saxlayıb öz mənzillərinə sahib ola bilərdi. Cavabdeh1 ASC bunun üçün həm kifayət qədər hüquqi biliyə, həm də kadr potensialına malikdir. Bu işi cəmiyyətin həmin sahəyə nəzarət edən mütəxəssisləri asanlıqla yerinə yetirə bilərdi. Lakin buna baxmayaraq, mənzillər bugünədək Cavabdeh1 ASC-yə təhvil verilməmişdir. İddiaçılar isə həmin mənzillərlə bağlı müqavilələr bağladıqdan və mənzillərin dəyərini ödədikdən sonra mənzillərə sahiblik və ondan istifadə etməyə başlamışlar. Belə ki, iddiaçılar X21 və X11 müvafiq olaraq 23 nömrəli və 43 nömrəli mənzillərdə təmir işləri aparmış, iddiaçılar İddiaçı2, İddiaçı4, X14 və İddiaçı5 isə müvafiq olaraq 48, 53, 20 və 34 nömrəli mənzillərdə yaşayırlar. İddiaçılar həmin mənzillərə kommunal xidmətlərin göstərilməsi üçün aidiyyəti qurumlarla, o cümlədən su təchizatına dair xidmətlərin göstərilməsi üçün Cavabdeh1 ASC ilə müqavilələr bağlamışdılar. Halbuki, məhz Cavabdeh1 ASC xx.xx.2012-ci il tarixli müqaviləyə istinadən iddiaçılarla belə bir müqavilələrin bağlanmasından imtina etməli və iddiaçıların müqavilələrini mübahisələndirməli idi. Lakin bunu etməmişdir. O hal da nəzərə alınmalıdır ki, iddiaçılarla Cavabdeh1 ASC arasında su təchizatı xidmətlərinə dair müqavilələr xx.xx.2020-ci il tarixdə, yəni Cavabdeh1 ASC-nin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiyi tarixdən (xx.xx.2019- cu il tarixli məktub) sonra bağlanmışdır. Hər bir halda, ən azı 2019-cu il tarixdə xx.xx.2012-ci il tarixli müqavilədə göstərilən mənzillərin ona təhvil verilməsi üçün tədbirlər görən Cavabdeh1 ASC bu tədbirlər çərçivəsində məsələni nəzarətə götürməli, o cümlədən mənzillərin vəziyyəti ilə maraqlanmalı və təbii ki, ilk növbədə iddiaçılarla su təchizatı xidmətlərinə dair müqavilələr bağlamamalı idi. Lakin göründüyü kimi bağlamış və bununla da hüquqi nəticə etibarı ilə mənzillərin öz istifadə və sahibliyində olmadığını, iddiaçıların istifadə və sahibliyində olmasını qəbul etmişdir. Digər tərəfdən Cavabdeh2 MTK-nın sədri olmuş Elmira Şirinova tərəfindən eyni mənzillərin başqa-başqa şəxslərə satılması faktı ilə bağlı başlanılmış cinayət işi üzrə də Cavabdeh1 ASC hər hansı mənzilin sahibi kimi keçməmiş, hər hansı statusla cinayət işinə cəlb edilməmiş, ümumiyyətlə xx.xx.2012-ci il tarixli müqavilə barədə hər hansı məlumat əks olunmamışdır. Halbuki, məsələn, İddiaçı5 mübahisələndirdiyi 34 nömrəli mənzilin və X5 mübahisələndirdiyi 20 nömrəli mənzilin onlarla yanaşı digər şəxslərə də satıldığı müəyyən edilmişdir. Buna baxmayaraq, həmin mənzillərin, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 ASC-yə məxsus olması məsələsi ortaya çıxmamışdır. 23.Bununla belə, məhkəmə göstərilənləri və tərəfindən aparılmış araşdırmanın nəticələrini nəzərə alıb, belə qənaətə gəlmişdir ki, Cavabdeh2 MTK ilə X14 arasında 20 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə, İddiaçı2 arasında 48 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə, X21 arasında 23 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə, X11 arasında 43 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2014-cü il tarixdə, İddiaçı5 arasında 34 nömrəli (2 otaqlı, 76,5 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2014-cü il tarixdə, İddiaçı4 arasında 53 nömrəli (1 otaqlı, 42,7 kv.m.sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2014-cü il tarixdə və İddiaçı3 arasında 45 nömrəli (1 otaqlı, 42,7 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2018-ci il tarixdə müqavilələr qüvvədə olan mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış və həmin müqavilələrin predmeti olan mənzillərin hər biri real olaraq iddiaçılara məxsusdur. Bu da öz növbəsində həmin müqavilələrin etibarsız olmasını istisna edir və araşdırma zamanı müəyyən edilmiş digər hallarla birlikdə xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız olmasını şərtləndirir. 24.Məhkəmə o halı da nəzərə almışdır ki, xx.xx.2012-ci il tarixli müqavilənin 2-ci bəndində (Tərəflərin hüquq və vəzifələri) əsasən tərəflər razılaşmışdılar ki, bu müqavilənin 2.4-cü və 2.5-ci maddəsində qeyd olunan şərtlər Bina inşa edildikdən sonra 6 (altı) ay ərzində Cavabdeh2 MTK tərəfindən icra olunmadıqda, əmlaka dair rəsmiləşdirilmiş müqavilə etibarsız hesab ediləcəkdir. Ötən 9 ilə yaxın müddət ərzində də müqavilənin nə 2.4-cü, nədə ki, 2.5-ci maddələri icra edilməmişdir. Bu halın mövcudluğu da xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır. 25.Məhkəmə, iddiaçılar X10, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X3 “xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, bu iddiaçıların hər biri ümumilikdə müqavilənin etibarsız hesab edilməsini tələb edir. Lakin onlarla bağlanmış müqavilələrdən fərqli olaraq xx.xx.2012-ci il tarixli müqavilənin predmetini 7 mənzil təşkil edir və hər bir iddiaçının mübahisələndirdiyi mənzil istisna olmaqla, onların digər mənzillərə hər hansı aidiyyəti yoxdur. X14 isə həmin müqavilənin etibarsızlığını məhz onunla bağlanmış müqavilənin predmeti olan 20 nömrəli mənzillə bağlı hissədə mübahisələndirir. Bu səbəbdən iddiaçılar X10, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X3 iddiası qismən (yəni 11ş10ş2012-ci il tarixli müqavilə bu iddiaçıların hər birinə münasibətdə onlarla bağlanmış müqavilələrin predmeti olan mənzillərlə bağlı hissədə etibarsız hesab edilməli), iddiaçı X5 iddiası isə təmin edilməlidir. Bu da öz növbəsində (aparılmış araşdırmanın nəticələri də daxil olmaqla) ümumilikdə xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır. 26.Məhkəmə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 iddiasını “mənzilin istifadə və sahibliyə verilməsi” hissəsində əsaslı hesab edir və belə qənaətə gəlmişdir ki, “Mənzil tikintisinə dair” xx.xx.2014- cü il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli binanın 2 otaqlı, 72,3 kv.m. sahəsi olan 43 nömrəli mənzili onun istifadə və sahibliyinə verilməlidir. 27.Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 iddiasının “mənzildən istifadə və sahiblik etməyə maneənin yaradılmasının cavabdehlərə qadağan edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, X7 mübahisəli mənzildən istifadə və ona sahiblik etməsini qeyri-mümkün edən hal bu mənzillə bağlı Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında xx.xx.2012-ci il tarixdə müqavilənin bağlanması və Cavabdeh1 ASC-nin həmin müqaviləyə əsaslanaraq bu mənzilə olan hüquqlarını mübahisələndirməsi ilə bağlı olmuşdur. Lakin həmin müqavilənin etibarsız hesab edilməsi artıq mübahisəli mənzilə münasibətdə Cavabdeh1 ASC-nin hər hansı hüququnun olmasını istisna edir və onun X11 tərəfindən bu mənzilə sahiblik və istifadə etməsinə hər hansı maneə yaratmasını qeyri-mümkün edir. Eyni zamanda, Cavabdeh2 MTK-nın ona bu mənzildənistifadə və sahiblik etməsinə hər hansı maneə yaratması müəyyən edilmir. Bu səbəbdən məhkəmə iddianı bu hissədə əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. 28.Məhkəmə, xx.xx.2012-ci il tarixli müqavilənin Cavabdeh2 MTK-nın adından buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə dəlillərlə bağlı qeyd etmişdir ki, Cavabdeh2 MTK-nın sədri qismində xx.xx.2012-ci il tarixli müqaviləni imzalayan Elmira Şirinovanın həmin kooperativin sədri vəzifəsinə xx.xx.2012-ci il tarixə təyin edilməsi barədə məlumat Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1124/2018 saylı, xx.xx.2018-ci il tarixli Hökmündə əks olunsa da, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda Cavabdeh2 MTK-nın Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə yenidən dövlət qeydiyyatına alındığı və dövlət qeydiyyatına alındığı tarixdən hazıradək sədri X16 olduğu göstərilmişdir. Bu səbəbdən məhkəmə həmin müqavilənin “Bulaq-2“ “MTK-nın adından buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə dəlillərlə razılaşmır. 29.Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 iddiası təmin, iddiaçılar X10, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə etibarsız hesab edilməli, “Mənzil tikintisinə dair” xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli binanın 2 otaqlı, 72,3 kv.m. sahəsi olan 43 nömrəli mənzili Cavabdeh2 MTK tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 istifadə və sahibliyinə verilməli, iddiaçılar X10, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 iddiası qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumları tələb edilmədiyindən iddiaçıların özlərinə aid edilməlidir. 30.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 152.1, 152.2, 152.3, 157.2, 157.8, xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada 178.8-ci, 337.1, 385.1, 425.1, 442, 448.1, 452.1, 752.1, 762.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 119.1, 217.4, 226.1, 226.2 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 31.Qətnamədən Cavabdeh1 ASC apellyasiya şikayəti verərək, qətnamənin, iddianın təmin edilmiş hissəsində ləğv edilərək, iddia tələblərinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 32.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında məhkəmə mübahisəsinə dair qanuni qüvvəyə minmiş (Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2016-cı il tarixli, 2-2(102)-109/2016 saylı) məhkəmə qərarı mövcuddur ki, bu halı işə baxan məhkəmə ümumiyyətlə araşdırmamış və qiymət verməmişdir. Məhkəmə ilk növbədə iki təsərrüfat subyekti arasında bağlanmış müqavilənin predmetini, tərəflərin vəzifələri və öhdəliklərini araşdırmalı idi. Cavabdeh1 ASC-ilə “Bulaq-2“ MTK arasında olan xx.xx.2012-ci tarixli müqavilənin etibarsızlığına dair müddəanın heç bir hüquqi əsası yoxdur. İş materiallarından görünür ki, Cavabdeh1 ASC-ilə “Bulaq- 2“ MTK arasında xx.xx.2012-ci il tarixli müqavilə bağlanmışdır. İddiaçılar ilə cavabdeh “Bulaq- 2“MTK arasında bağlanmış 7 predmeti olan müqavilələr isə 2014-ci ildən başlayaraq sonrakı dövrləri əhatə edir. Göründüyü kimi Cavabdeh1SC-ilə daha əvvəl müqavilə bağlanmış, beləliklə Cəmiyyətin üstünlük hüququ yaranmışdır. Bu hal həmin müqavilənin predmeti olan 7 ədəd mübahisəli mənzilin “Bulaq-2“ MTK tərəfindən fiziki şəxs olan iddiaçılara deyil, məhz Cavabdeh1 ASC-yə təhvil verilməsi barədə öhdəliyin yaranması üçün əsas yaradır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 33.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 34.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X12 apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməsini, iddianın rədd edilməsini xahiş etdi. 35.Məhkəmə kollegiyasının iclasında İddiaçı4 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 36.Məhkəmə kollegiyasının iclaında İddiaçı5 nümayəndəsi X26 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 37.Məhkəmə kollegiyasının iclasında İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 38.Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 39.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı X21, İddiaçı3, Cavabdeh2 MTK-nın nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X17 məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 40.Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 41.Maddə 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 42.Maddə 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 43.Maddə 152.3.İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 44.Maddə 157.8.Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 45.Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli 918-VQD nömrəli qanunla dəyişiklik edilənədək olan redaksiyada). 46.Maddələr 337.1, 337.2, 337.3 və 337.4.Bu Məcəllə ilə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mubahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; əqd barəsində mubahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 47.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 48.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 49.Maddə 435.Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. 50.Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 51.Maddə 452.1.Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 52.Maddə 452.2.Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 53.Maddə 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 54.Maddə 762.1.Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 55.Maddələr 14.2,77.1,217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 56.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 57.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 58.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 59.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 iddiasının təmin, iddiaçılar X10, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 iddiasının qismən təmin edilən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni ancaq qeyd olunan hissələrdə mübahisələndirmiş, digər tərəflər isə qətnamədən apellyasiya şikayəti verməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 60.Məhkəmə kollegiyası tərəfləri, onların nümayəndələrini, müstəqil tələb irəli sürən 3-cü şəxsin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(001)-4160/2021 saylı qətnaməsi mübahisələndirilən- cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddiaların təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 61.Birinci instansiya məhkəməsi iddiaları Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin və qismən təmin edərkən, qeyd etmişdir ki, iddiaçılar tərəfindən mübahisələndirilən xx.xx.2012-ci il tarixli müqavilə ilə bağlı ilk növbədə qeyd etmişdir ki, Cavabdeh1 ASC-yə təklif edilməsinə və bu məqsədlə məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, həmin müqavilənin əsli Cavabdeh1 ASC tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, həmin müqavilədə ünvan 1 ünvanında yerləşən 3 sot ölçüdə torpaq sahəsinin Cavabdeh1 ASC-yə məxsus olması göstərilsə də, Torpaqdan daimi istifadə hüququna dair JN-0555 seriyalı, 00100026 kodlu dövlət aktından və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan həmin torpaq sahəsinin heç vaxt Cavabdeh1 ASC-yə məxsus olmadığı, həmin ünvanında yerləşən 0,5100 ha torpaq sahəsinin yaşayış binasının tikintisi üçün məhz Cavabdeh2 MTK-ya ayrıldığı müəyyən edilmişdir. Müqavilədə bu torpaq sahəsi üzərində Cavabdeh2 MTK tərəfindən tikinti işlərinin aparılmasına Cavabdeh1 ASC tərəfindən razılıq verildiyi göstərilsə də, bu razılığın verilməsi ilə bağlı rəsmiləşdirmənin aparılması, o cümlədən bu məsələ ilə bağlı Cavabdeh1 ASC-nin səhmdralarının ümumi yığıncağı tərəfindən hər hansı qərarın qəbul edilməsi də müəyyən edilməmişdir (məhkəmə tərəfindən təklif edilsə də, Cavabdeh1 ASC tərəfindən bununla bağlı da hər hansı sənəd təqdim edilməmişdir). İddiaçıların bağladıqları müqavilələrlə bağlı məhkəmə qeyd etmişdir ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq iddiaçılarla Cavabdeh2 MTK arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqavilələridir. Həmin müqavilələrin hər birinin predmeti olan mənzillər xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 MTK tərəfindən məhz Cavabdeh1 ASC-yə təhvil verilməli idi. Bununla belə, 7 ədəd mənzilə dair ilk olaraq Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında, bundan sonra isə həmin mənzillərin hər biri ilə bağlı ayrı-ayrılıqda müxtəlif tarixlərdə hər bir iddiaçı ilə podrat müqaviləsi bağlanmış və həmin müqavilələrin hər biri üzrə Cavabdeh2 MTK xx.xx.2012-ci il tarixli müqavilənin predmeti olan 7 ədəd mənzili inşa edərək, ayrı-ayrılıqda iddiaçıların istifadə və sahibliyinə verilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin mülki qanunvericiliyin yuxarıda qeyd edilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalarının tələbləri baxımından eyni mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması, o cümlədən bir mənzilin eyni zamanda iki müxtəlif şəxsin istifadə və sahibliyinə verilməsi öhdəliyin icra edilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri-mümkündür (təbii ki, onlardan birinin xeyrinə bağlanmış müqavilənin qanuni əsaslarla ləğv olunması və ya etibarsız hesab edilməsi halı istisna olmaqla). Bir belə müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur. Belə ki, müqavilə bağlamaqla üzərinə öhdəlik götürmüş Cavabdeh2 MTK növbəlik etibarı ilə sonrakı müqaviləni imzalamaq üçün artıq hər hansı səlahiyyətə malik olmur və həm bu, həm də digər əsaslarla sonradan bağlanmış müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqaviləyə çevrilməklə etibarsız olur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu baxımdan həm Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında, həm də iddiaçılar arasında bağlanmış müqavilə etibarlı ola bilməz və onlardan biri bağlandığı andan etibarsızdır. Belə olan halda, mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı (öhdəliyin əmələ gəldiyi), payçı (sifarişçi) qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar əlaqəli şəkildə araşdırılmalıdır. Bununla bağlı, məhkəmə qeyd etmişdir ki, müddət etibarı ilə Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında müqavilə daha əvvəl bağlanmışdır. Lakin bu hal həmin müqavilənin predmeti olan 7 ədəd mübahisəli mənzilin Cavabdeh2 MTK tərəfindən iddiaçılara deyil, məhz Cavabdeh1 ASC-yə təhvil verilməsi barədə öhdəliyin yaranması kimi qəbul edilə bilməz. Belə ki, Cavabdeh1 ASC ilə müqavilə xx.xx.2012-ci il tarixdə bağlanmasına baxmayaraq, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ASC həmin mənzilləri təhvil almamış, bu mənzillər heç vaxt Cavabdeh1 ASC-nin istifadə və sahibliyində olmamışdır. Bu hal, Cavabdeh1 ASC-nin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 01/01- 2/27704 nömrəli məktubla da öz təsdiqini tapır. Belə ki, həmin məktubda Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin predmeti olan 20, 23, 34, 43, 45, 48 və 53 nömrəli mənzillərin bugünədək Cavabdeh1 ASC-yə təhvil verilmədiyi, Cavabdeh2 MTK tərəfindən həmin müqavilənin şərtlərinin pozulduğu bildirilmişdir. Bu məktubun tərtib edildiyi tarixə artıq Cavabdeh2 MTK ilə bütün iddiaçılar arasında mübahisəli mənzillərə dair müqavilələr bağlanmışdır. Lakin məktubda bu barədəhər hansı qeyd aparılmamışdır. Bu da Cavabdeh1 ASC-nin həmin tarixdə nə mənzillərin vəziyyəti, nə də ki, onun faktiki sahibləri barədə hər hansı məlumatının olmaması qənaətinə gəlməyə imkan verir. Halbuki, kooperativ cəmiyyət üçün əlçatımlı olmuş və adi fiziki şəxslərdən fərqli olaraq öz fəaliyyəti ilə bağlı çoxlu sayda müqavilə bağlayan, həmin müqavilələrdən irəli gələn öhdəliklərinin icrasının təmin və tələb etmə mexanizmlərinə malik olan Cavabdeh1 ASC çox asanlıqla belə bir dəyəri olan müqavilədən irəli gələn öhdəliklərin icrası vəziyyətini də nəzərətdə saxlayıb öz mənzillərinə sahib ola bilərdi. Cavabdeh1 ASC bunun üçün həm kifayət qədər hüquqi biliyə, həm də kadr potensialına malikdir. Bu işi cəmiyyətin həmin sahəyə nəzarət edən mütəxəssisləri asanlıqla yerinə yetirə bilərdi. Lakin buna baxmayaraq, mənzillər bugünədək Cavabdeh1 ASC-yə təhvil verilməmişdir. İddiaçılar isə həmin mənzillərlə bağlı müqavilələr bağladıqdan və mənzillərin dəyərini ödədikdən sonra mənzillərə sahiblik və ondan istifadə etməyə başlamışlar. Belə ki, iddiaçılar X21 və X11 müvafiq olaraq 23 nömrəli və 43 nömrəli mənzillərdə təmir işləri aparmış, iddiaçılar İddiaçı2, İddiaçı4, X14 və İddiaçı5 isə müvafiq olaraq 48, 53, 20 və 34 nömrəli mənzillərdə yaşayırlar. İddiaçılar həmin mənzillərə kommunal xidmətlərin göstərilməsi üçün aidiyyəti qurumlarla, o cümlədən su təchizatına dair xidmətlərin göstərilməsi üçün Cavabdeh1 ASC ilə müqavilələr bağlamışdılar. Halbuki, məhz Cavabdeh1 ASC xx.xx.2012-ci il tarixli müqaviləyə istinadən iddiaçılarla belə bir müqavilələrin bağlanmasından imtina etməli və iddiaçıların müqavilələrini mübahisələndirməli idi. Lakin bunu etməmişdir. O hal da nəzərə alınmalıdır ki, iddiaçılarla Cavabdeh1 ASC arasında su təchizatı xidmətlərinə dair müqavilələr xx.xx.2020-ci il tarixdə, yəni Cavabdeh1 ASC-nin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiyi tarixdən (xx.xx.2019- cu il tarixli məktub) sonra bağlanmışdır. Hər bir halda, ən azı 2019-cu il tarixdə xx.xx.2012-ci il tarixli müqavilədə göstərilən mənzillərin ona təhvil verilməsi üçün tədbirlər görən Cavabdeh1 ASC bu tədbirlər çərçivəsində məsələni nəzarətə götürməli, o cümlədən mənzillərin vəziyyəti ilə maraqlanmalı və təbii ki, ilk növbədə iddiaçılarla su təchizatı xidmətlərinə dair müqavilələr bağlamamalı idi. Lakin göründüyü kimi bağlamış və bununla da hüquqi nəticə etibarı ilə mənzillərin öz istifadə və sahibliyində olmadığını, iddiaçıların istifadə və sahibliyində olmasını qəbul etmişdir. Digər tərəfdən Cavabdeh2 MTK-nın sədri olmuş Elmira Şirinova tərəfindən eyni mənzillərin başqabaşqa şəxslərə satılması faktı ilə bağlı başlanılmış cinayət işi üzrə də Cavabdeh1 ASC hər hansı mənzilin sahibi kimi keçməmiş, hər hansı statusla cinayət işinə cəlb edilməmiş, ümumiyyətlə xx.xx.2012-ci il tarixli müqavilə barədə hər hansı məlumat əks olunmamışdır. Halbuki, məsələn, İddiaçı5 mübahisələndirdiyi 34 nömrəli mənzilin və X5 mübahisələndirdiyi 20 nömrəli mənzilin onlarla yanaşı digər şəxslərə də satıldığı müəyyən edilmişdir. Buna baxmayaraq, həmin mənzillərin, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 ASC-yə məxsus olması məsələsi ortaya çıxmamışdır. Bununla belə, məhkəmə göstərilənləri və tərəfindən aparılmış araşdırmanın nəticələrini nəzərə alıb, belə qənaətə gəlmişdir ki, Cavabdeh2 MTK ilə X14 arasında 20 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə, İddiaçı2 arasında 48 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə, X21 arasında 23 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə, X11 arasında 43 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2014-cü il tarixdə, İddiaçı5 arasında 34 nömrəli (2 otaqlı, 76,5 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2014-cü il tarixdə, İddiaçı4 arasında 53 nömrəli (1 otaqlı, 42,7 kv.m.sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2014-cü il tarixdə və İddiaçı3 arasında 45 nömrəli (1 otaqlı, 42,7 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2018-ci il tarixdə müqavilələr qüvvədə olan mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış və həmin müqavilələrin predmeti olan mənzillərin hər biri real olaraq iddiaçılara məxsusdur. Bu da öz növbəsində həmin müqavilələrin etibarsız olmasını istisna edir və araşdırma zamanı müəyyən edilmiş digər hallarla birlikdə xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız olmasını şərtləndirir. Məhkəmə o halı da nəzərə almışdır ki, xx.xx.2012-ci il tarixli müqavilənin 2-ci bəndində (Tərəflərin hüquq və vəzifələri) əsasən tərəflər razılaşmışdılar ki, bu müqavilənin 2.4-cü və 2.5-ci maddəsində qeyd olunan şərtlər Bina inşa edildikdən sonra 6 (altı) ay ərzində Cavabdeh2 MTK tərəfindən icra olunmadıqda, əmlaka dair rəsmiləşdirilmiş müqavilə etibarsız hesab ediləcəkdir. Ötən 9 ilə yaxın müddət ərzində də müqavilənin nə 2.4-cü, nədə ki, 2.5-ci maddələri icra edilməmişdir. Bu halın mövcudluğu da xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır. Məhkəmə, iddiaçılar X10, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X3 “xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, bu iddiaçıların hər biri ümumilikdə müqavilənin etibarsız hesab edilməsini tələb edir. Lakin onlarla bağlanmış müqavilələrdən fərqli olaraq xx.xx.2012-ci il tarixli müqavilənin predmetini 7 mənzil təşkil edir və hər bir iddiaçının mübahisələndirdiyi mənzil istisna olmaqla, onların digər mənzillərə hər hansı aidiyyəti yoxdur. X14 isə həmin müqavilənin etibarsızlığını məhz onunla bağlanmış müqavilənin predmeti olan 20 nömrəli mənzillə bağlı hissədə mübahisələndirir. Bu səbəbdən iddiaçılar X10, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X3 iddiası qismən (yəni 11ş10ş2012-ci il tarixli müqavilə bu iddiaçıların hər birinə münasibətdə onlarla bağlanmış müqavilələrin predmeti olan mənzillərlə bağlı hissədə etibarsız hesab edilməli), iddiaçı X5 iddiası isə təmin edilməlidir. Bu da öz növbəsində (aparılmış araşdırmanın nəticələri də daxil olmaqla) ümumilikdə xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır. 62.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. 63.Belə ki, Cavabdeh1 ASC tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 13 aprel 2016-cı il tarixli, 2- 2(102)-109/2016 saylı qərarına əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 dekabr 2015-ci il tarixli, 2-2(103)-501/2-2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh1 ASC və Cavabdeh2 MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi tələbinə dair iddia 1 saylı Bakı İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2014-cü il tarixli, 2-(81)-1452/2014 saylı qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 dekabr 2015-ci il tarixli, 2-2(103)-501/2-2015 saylı qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2014-cü il tarixli, 2-(81)-1452/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 64.Həmin mülki iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri X29 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/104 saylı qərarına əsasən “Bakı Su Kəmərləri” İstehsalat İdarəsinin xahişi təmin olunmuş və Kirov rayonu, C.Xəndan küçəsi 3202 məhəllədə kooperativ yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. 1991-ci ilin aprel ayında 91/88 saylı aktla 0,51 ha torpaq sahəsinin cizgisi tərtib olunmuş, tikiləcək binanın 8216 saylı İnşaat pasportu xx.xx.1991-ci il tarixdə Bakı şəhərinin baş memarı tərəfindən təsdiq olunmuşdur. “Bakı Su Kəmərləri” İİ-nin işçilərinin həmkarlar ittifaqının ümumi iclasının xx.xx.1991-ci il tarixli, 18 saylı qərarı ilə Cavabdeh2 kooperativi yaradılmış, Cavabdeh2 MTK ilk dəfə xx.xx.1991-ci il tarixdə 236 sayla qeydiyyatdan keçmiş, xx.xx.2000-ci il tarixdə KO-33 nömrə ilə yenidən dövlət qeydiyyatına alınmış, Kooperativin 0,51ha torpaq sahəsi üzərində daimi istifadə hüququ xx.xx.2000-ci il tarixdə 48 nömrə ilə Bakı şəhər torpaq sahəsində qeydiyyata alınmış və bu barədə ona JN-0555 Kod 00100026 nömrəli Dövlət aktı verilmiş, Binəqədi rayonu 3202-ci məhəllə C.Xəndan küçəsində inşa ediləcək İ bloklı çoxmərtəbəli yaşayış binasının işçi layihəsinin memarlıq hissəsi Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma baş idarəsi ilə xx.xx.2010-cu il tarixli, 18/04-135 nömrəli məktubu, digər hissələri isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyi Təsisatdankənar dövlət ekspertiza baş idarəsinin xx.xx.2013-cü il tarixli, 15384 nömrəli rəyi ilə razılaşdırılmış, Bakı ŞİH MŞBİİ xx.xx.2013-cü il tarixdə Tikinti işlərinə başlanılması üçün əsas olan 007 nömrəli Xüsusi nişan verilmişdir. Qeyd olunan ünvanda yerləşən 340 kv.m torpaq sahəsində layihəyə uyğun olaraq binanın tikintisinin həyata keçirilməsi məqsədilə Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında xx.xx.2012-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh1 ASC-yə məxsus olan ünvan 3 ünvanda yerləşən 3 sot torpaqda Cavabdeh2 isə Cavabdeh1 ASC-yə bu müqavilə tikintisinin aparılması üçün razılıq vermiş, Cavabdeh2 isə Cavabdeh1 ASC-yə bu müqavilə ilə müəyyən edilmiş mənzilləri Cavabdeh1 ASCnin və ya onun tərəfindən müəyyən edilmiş şəxslərin mülkiyyətinə verilməsini öz öhdəsinə götürmüşdür. 65.Cavabdeh2 MTK-nin xx.xx.2000-ci il tarixli Nizamnaməsinin 1.4-cü bəndində qeyd olunmuşdur ki, kooperativ Bakı şəhər İcra hakimiyyəti tərəfindən 26 dekabr 1991-ci il tarixdə 236 saylı qərarı ilə qeydiyyatdan keçmiş X23 Su Cəmiyyətinin Cavabdeh2 bazasında yaradılıb və onun hüquqi varisidir. Kooperativ bu sahədə işləyən əməkdaşlar və respublika vətəndaşları üçün yaşayış binasının layihələndirilməsi və tikintisi üçün yaradılmışdır. 66.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 252 saylı sərəncamı ilə X23 Su Cəmiyyəti Cavabdeh1 Səhmdar Cəmiyyəti adlandırılmışdır. 67.Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd etdiyi kimi əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. 68.Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır; -əqdin subyektiv tərkibinə dair şərtlər; -əqdin məzmununa dair şərtlər; -əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; -əqdin formasına dair şərtlər. 69.Müqavilənin öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 01 dekabr tarixli Qərarları). 70.Əqdlərin etibarsızlığı Azərbaycan Respublikası Mülki Məcəlləsinin XİV fəslinin müddəaları ilə tənzimlənmişdir. Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə yaşayış binasının tikintisi ilə bağlı podrat müqaviləsidir. Həmin müqavilə ilə Cavabdeh1 ASC torpaq sahəsini Cavabdeh2 MTK-nın istifadəsinə verməmiş, yalnız həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisi barədə sonuncu ilə razılığa gəlmiş və onun razılığı da tikintinin aparılmasına dair olmuşdur, həmin torpaq sahəsi dövlət mülkiyyətində olsa da, məhz kooperativ binanın tikintisi üçün buna tam səlahiyyətli dövlət orqanı tərəfindən ayrılmış və torpaq sahəsinin cizgisi tərtib olunmuşdur, tikiləcək binanın inşaat pasportu təsdiq olunmuşdur. Kooperativin torpaq sahəsi üzərində daimi istifadə hüququ dövlət qeydiyyatına alınmışdır və bu barədə ona Dövlət aktı verilmişdir, yaşayış binasının işçi layihəsinin memarlıq hissəsi və digər hissələri səlahi yyətli dövlət orqanları ilə razılaşdırılmışdır. Tikinti işlərinə başlanılması üçün əsas olan Xüsusi nişan verilmişdir, bundan əlavə Cavabdeh2 MTK-nın yeganə təsisçisi Cavabdeh1 ASC-dir. Cavabdeh2 MTK 0,51ha torpaq sahəsi üzərində daimi istifadə hüququ barədə xx.xx.2000ci il tarixli Dövlət aktının ləğv edilməsi yaxud etibarsız sayılması iş materialları ilə təsdiq olunmur. Kollegiya qeyd edir ki, əqdin etibarsız hesab edilməsinə səbəb ola biləcək dörd mühüm şərtinəqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid-hər hansı birinin qüsuru olduğu müəyyən olunmur. 71.Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki hüquq münasibətlərində fərdi müəyyən əşya ilə bağlı bir neçə razılaşmanın olması istisna edilmir və bu cür vəziyyət özüözlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil. 72.Belə bir yanaşma Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan da irəli gəlir. Həmin maddəyə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 73.Normadan göründüyü kimi fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir.
74. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin ödəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcələ, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə maddə 443.1 və 452.2) hüquqları vardır. 75.Hazırki işdə iddiaçılar onlarla bağlanmış mənzillərdə təmir işləri apardıqlarını, bəzilərinin orada yaşadıqlarını, kommunal xidmətlərin adlarına olduqlarını bildirirlər. 76.Bu baxımdan hazırkı iş üzrə Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsızlığı tələbinin təmin olunmaması, Cavabdeh1 ASC-nin ayrı icranı qəbul etmək və ya bağladığı müqavilə üzrə ona dəymiş zərərin əvəzinin ödənilməsini Cavabdeh2 MTK-dan tələb etmək imkanından məhrum etmir. 77.Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X11 mübahisəli 43 saylı mənzildə təmir işləri aparmış, kommunal xidmətlərin göstərilməsi məqsədi ilə müvafiq sayğaclar quraşdırılmışdır. 78.Kollegiya hesab edir ki, məhkəmə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 iddiasını “mənzilin istifadə və sahibliyə verilməsi” hissəsində əsaslı hesab edərək, təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. 79.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(001)-4160/2021 saylı qətnaməsi mübahisələndirilən- cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Qeyd olunan hissədə barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X3 və X5, iddiaçılar X10, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 iddiaları təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov