Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8867/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1662/2020 saylı, 12 oktyabr 2020ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 14.07.2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdehə məxsus “Ət məhsulları istehsalı müəssisəsində” 2015-ci il tarixdən 2020-ci ilin aprel ayınadək qeyri-rəsmi, 14 aprel 2020-ci il tarixdən 2020-ci ilin iyul ayınadək isə rəsmi sürücü ekspeditor vəzifəsində işləmişdir. Müəssisənin rəhbərinin ona bildirdiyinə görə 2020-ci ilin aprel ayında o, rəsmi olaraq ştata qəbul olunmuşdur. Buna baxmayaraq, onunla müəssisə arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. “Ət məhsulları istehsalı müəssisəsi”nin iş qaydası, müəssisənin ət məhsulları işçiyə qaimə ilə verilirdi və həmin məhsullar müvafiq marketlərə daşınırdı və hər ayın axırında o, satılan malların ödənişini müəssisənin mühasibinə çatdırırdı. Onlar həmin müəssisədə qeyri-rəsmi işlədiklərindən müəssisənin rəhbəri onlarla müxtəlif özlərinin etibar etdiyi şəxslərlə kredit (borc) müqaviləsi bağlayırdı. Belə ki, ona münasibətdə kredit müqaviləsi ilk dəfə 27.02.2018-ci il tarixdə müəssisə rəhbərinin qardaşı iş üzrə cavabdeh ilə bağlanılmışdır. Qeyd olunan kredit müqaviləsi tərəflər arasında 1 il müddətinə 24 min manat olmaqla bağlanılmışdır. Həmin il qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olduğu müəssisə həmin kredit müqaviləsi müqabilində ona marketlərə daşınması və satılması üçün 24 min manatlıq ət məhsulu vermişdir. Qeyd olunan məsələnin bir daha təsdiqləmək üçün tərəflər arasında 27.02.2018-ci tarixdə 3M-313 reyestr nömrəsi ilə 9 saylı Notariat ofisində rəsmiləşmiş kredit müqaviləsinin 6-cı bəndinə əsasən borc verən bu müqavilə üzrə öhdəliyin icrasının hissə-hissə hər ay 2000 manat olmaqla qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq edəcəyi göstərilmişdir. Qeyd olunan kredit müqaviləsi 1 il müddətində olmasına baxmayaraq həmin müqavilə üzrə öhdəliklər 14.07.2020-ci ildə icra edilmişdir. Belə ki, ona müəssisə tərəfindən verilən malların ödənişini etdiyindən onunla 27.02.2018-ci il tarixdə bağlanılmış kredit müqaviləsi cavabdeh tərəfindən ləğv edilmişdir. Belə olduğu halda müəssisənin rəhbəri cavabdeh ona 25 min manatlıq yenidən ət məhsullarının veriləcəyini bildirdi. O, müəssisədə işini davam etdirmək üçün cavabdehlə yenidən notariusda kredit müqaviləsi imzalamaq məcburiyyətində oldu. Cavabdeh onunla 14.07.2020-ci il tarixdə yenidən 9 saylı notarius ofisinə gələrək, əvvəl bağlanılmış kredit müqaviləsində qeyd olunmuş öhdəliklər icra olunduğundan həmin müqavilənin ləğv olunması barədə ərizə yazmış və həmin tarixdə tərəflər arasında yenidən, bu dəfə 25 min manat məbləğində, kredit müqaviləsi rəsmiləşmişdir. Cavabdeh keçən dəfədən fərqli olaraq nəzərdə tutulan pul məbləğini ona notariusun bankda olan depozit hesabı vasitəsilə ödəmişdir. O, qeyd olunan notariusda kredit müqaviləsi üzrə olan 25 min manatı kassadan alan kimi cavabdeh həmin məbləği və onda qalan kredit müqaviləsini ondan almışdır. Onlar müəssisənin inzibati binasına gəlmiş və cavabdeh onun işdən çıxmağı barədə yazılma tarixi göstərilmədən ərizə almış və onun həmin andan işə bir daha gəlməməyini bildirmişdir. Belə olduğu halda o, adı çəkilən notariusa gələrək onunla bağlanılmış kredit müqavilələrinin və əvvəlki kredit müqaviləsinin ləğv olunması ilə əlaqədar ərizələrin surətlərini çətinliklə də olsa almağa nail olmuşdur. O, tərəflər arasında 14.07.2020-ci il tarixdə bağlanılmış kredit (borc) müqaviləsi ilə əsaslı tanış olarkən, onun krediti 24.07.2020-ci il tarixinədək cavabdehə qaytarmağını, yəni krediti aldığı tarixdən başlayaraq, 10 gündən sonra ödəməyinin qeyd olunduğunu görüb. “Ət məhsulları istehsalı müəssisəsi”ni işlədən şəxs, qardaşı ilə əlbir olaraq, onu aldatmışlar. Bu cür münasibətlər həmin müəssisədə işləyən digər işçilərlə də olmuşdur və hazırda olmaqdadır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1662/2020 saylı, 12 oktyabr 2020ci il tarixli qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı müqavilənin etibarsız sayılması tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, X3 məxsus “Ət məhsulları istehsalı müəssisəsində” 2015-ci il tarixdən 2020-ci ilin aprel ayınadək qeyri-rəsmi, 14 aprel 2020-ci il tarixdən 2020-ci ilin iyul ayınadək isə rəsmi sürücü ekspeditor vəzifəsində işləmişdir. Müəssisənin rəhbərinin ona bildirdiyinə görə 2020-ci ilin aprel ayında o, rəsmi olaraq ştata qəbul olunmuşdur. Buna baxmayaraq, onunla müəssisə arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. “Ət məhsulları istehsalı müəssisəsi”nin iş qaydası, müəssisənin ət məhsulları işçiyə qaimə ilə verilirdi və həmin məhsullar müvafiq marketlərə daşınırdı və hər ayın axırında o, satılan malların ödənişini müəssisənin mühasibinə çatdırırdı. Onlar həmin müəssisədə qeyri-rəsmi işlədiklərindən müəssisənin rəhbəri onlarla müxtəlif özlərinin etibar etdiyi şəxslərlə kredit (borc) müqaviləsi bağlayırdı. Belə ki, ona münasibətdə kredit müqaviləsi ilk dəfə 27.02.2018-ci il tarixdə müəssisə rəhbərinin qardaşı iş üzrə Cavabdeh ilə bağlanılmışdır. Qeyd olunan kredit müqaviləsi tərəflər arasında 1 il müddətinə 24 min manat olmaqla bağlanılmışdır. Həmin il qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olduğu müəssisə həmin kredit müqaviləsi müqabilində ona marketlərə daşınması və satılması üçün 24 min manatlıq ət məhsulu vermişdir. Qeyd olunan məsələnin bir daha təsdiqləmək üçün tərəflər arasında 27.02.2018-ci tarixdə 3M-313 reyestr nömrəsi ilə 9 saylı Notariat ofisində rəsmiləşmiş kredit müqaviləsinin 6-cı bəndinə əsasən borc verən bu müqavilə üzrə öhdəliyin icrasının hissə-hissə hər ay 2.000 manat olmaqla qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq edəcəyi göstərilmişdir. Qeyd olunan kredit müqaviləsi 1 il müddətində olmasına baxmayaraq, həmin müqavilə üzrə öhdəliklər 14.07.2020-ci ildə icra edilmişdir. Belə ki, ona müəssisə tərəfindən verilən malların tam ödənişi olduğundan, onunla 27.02.2018-ci il tarixdə bağlanılmış kredit müqaviləsi cavabdeh tərəfindən ləğv edilmişdir. Belə olduğu halda müəssisənin rəhbəri X4 ona 25 min manatlıq yenidən ət məhsullarının veriləcəyini bildirdi. O, müəssisədə işini davam etdirmək üçün cavabdehlə yenidən notariusda kredit müqaviləsi imzalamaq məcburiyyətində oldu. Cavabdeh onunla 14.07.2020-ci il tarixdə yenidən 9 saylı notarius ofisinə gələrək, əvvəl bağlanılmış kredit müqaviləsində qeyd olunmuş öhdəliklər icra olunduğundan həmin müqavilənin ləğv olunması barədə ərizə yazmış və həmin tarixdə tərəflər arasında yenidən, bu dəfə 25 min manat məbləğində, kredit müqaviləsi rəsmiləşmişdir. Cavabdeh keçən dəfədən fərqli olaraq nəzərdə tutulan pul məbləğini ona notariusun bankda olan depozit hesabı vasitəsilə ödəmişdir. O, qeyd olunan notariusda kredit müqaviləsi üzrə olan 25 min manatı kassadan alan kimi cavabdeh həmin məbləği və onda qalan kredit müqaviləsini ondan almışdır. Onlar müəssisənin inzibati binasına gəlmiş və cavabdeh onun işdən çıxmağı barədə yazılma tarixi göstərilmədən ərizə aldı və onun həmin andan işə bir daha gəlməməyini bildirdi. Belə olduğu halda o, adı çəkilən notariusa gələrək, onunla bağlanılmış kredit müqavilələrinin və əvvəlki kredit müqaviləsinin ləğv olunması ilə əlaqədar ərizələrin surətlərini çətinliklə də olsa almağa nail olmuşdur. O, tərəflər arasında 14.07.2020-ci il tarixdə bağlanılmış kredit (borc) müqaviləsi ilə əsaslı tanış olarkən, onun krediti 24.07.2020-ci il tarixinədək cavabdehə qaytarmağını, yəni krediti aldığı tarixdən başlayaraq, 10 gündən sonra ödəməyinin qeyd olunduğunu görüb. “Ət məhsulları istehsalı müəssisəsi”ni işlədən şəxs, qardaşı ilə əlbir olaraq, onu aldatmışlar. Onunla cavabdeh arasında heç bir qohumluq, dostluq münasibətləri yoxdur. Eyni zamanda o, uzun müddət işlədiyi müəssisənin rəhbərinin qardaşıdır. Bu cür münasibətlər həmin müəssisədə işləyən digər işçilərlə də olmuşdur və hazırda olmaqdadır. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1662/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kolegiyasının İddiaçı apelyasiya şikayətinin təmin edilməsi, hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1662/2021 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14.07.2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh, kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4066/2021 saylı, 17.07.2021-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1686/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 418.1.3-cü maddələrinin tələblərinə əsaslanaraq hessab etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçı verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1662/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, 27 fevral 2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 27.02.2019-cu il tarixədək ödəmək şərtilə 24.000 manat məbləğində borc pul verir. Kredit müqaviləsinin 6-cı bəndinə əsasən öhdəliyin icrası hissə-hissə hər ay 2.000 manat olmaqla həyata keçirilməlidir.(İ.v. 9) İş materiallarında olan, Cavabdeh tərəfindən ünvan ünvanlanmış 14 iyul 2020-ci il tarixli ərizədən görünür ki, 27.02.2018-ci il tarixli, 3M-313 reyestr nömrəli kredit müqaviləsi üzrə 27.02.2019-cu il tarixədək İddiaçı borc verilmiş 24.000 manat pul məbləği borclu tərəfindən tam ödənilmiş və bununla bağlı kredit müqaviləsinin ləğv edilməsi xahiş olunmuşdur.(İ.v. 8) İş materiallarında olan 14 iyul 2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Tahirov X1 Hüseyin Azad oğluna 24.07.2020-ci il tarixədək ödəmək şərtilə 25.000 manat məbləğində borc pul verir.(İ.v. 11) İş hallarından görünür ki, tərəflər arasında bağlanmış 14.07.2020-ci il tarixli borc müqaviləsinə görə, cavadeh iddiaçıya 10 gün müddətinə qaytarmq şərti ilə 25.000 manat borc vermişdir. Pul notariusun depozit hesabına köçürülmüş və iddiaçı tərəfindən kassa məxaric orderinə imza olunmaqla alınmışdır. Birinci nistansiya məhkəməsi təqdim edilmiş sübutların tədqiqi ilə müəyyən etmişdir ki, İddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür. Məhkəmə kollegiyası birinci nistansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətində göstərdiyi dəlilləri ilə bağlı aşağıdakiları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən: 324.1. Əəqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alaıb İddiaçı apelyasiya şikayətinin cavabdehlə aralarında bağlanmış həmin müqavilənin onun cavabehin qardaşına məxsus ət məhsullarının satışı müəssində qeyri rəsmi əmək fəaliyyətinə davam etməsi üçün müəsisədən satmaq üçün qəbul etdiyi malların qarşılığında, yəni həmin mallara görə pulun qaytarılmasının təminatı kimi bağlanması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı kredit müqaviləsinin bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə, nədə ki, apelyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış borc müqaviləsinin iddiacı ilə cavabdehin qardaşına məxsus ət məhsullarının satışı məqsədi ilə bağlı münasibətlər çərçivəsində bağlanılması iddiaçının göstərdiklərindən başqa hər-hansı bir sübutla təsdiq edilmir. Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddiaçıya borc pul lazım olduğunu, iddiaçının dayısını tanıdığı üçün ona borc pul verdiyini göstərmişdir. Göründüyü kimi cavabdeh iddiaçının göstərdikləri ilə razılaşmayaraq iddia tələbində qeyd edilən halları qəbul etməmişdir. İddiaçı tərəflər arasında əvvələrdə malın satılması ilə bağlı belə müqavilələr bağlanılmasını və malın pulunu tam verdiyindən onun ərizəsi əsasında həmin müqavilənin ləğv edildiyini bildirmişdir. Lakin, həmin ərizələrdə də, iddiaçı cavabdehə olan borcunu tam ödədiyindən aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini göstərmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin əslində cavabdehin qardaşına məxsus ət məhsulları sexindən iddiaçıya satılması üçün verilmiş malın satışı ilə əlaqədar yaranmış münasibətlərin pərdələnməsi müəyyən edilmir. İşin qeyd edilən hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi yuxarıda qeyd edilmiş maddi-hüquq normalarının tələblərinə əsasən qanuna uyğun bağlanmış və həmin müqavilənin etibarsızlığı üçün əsaslar müəyyən edilmir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1662/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1662/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8867/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8867/2021
05.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver