Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-887/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə Açar sözlər: aktın ləğv edilməsi və borcun silinməsi X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh “İri şəhərlərin X10 Xidməti” X11 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “İri şəhərlərin X10 Xidməti” X7rşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-5249/2024 nömrəli qətnaməsindən cavabdeh “İri şəhərlərin X10 Xidməti” X15 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən bağ evi İddiaçı məxsusdur. Onunla cavabdeh "xxxx" ASC arasında bağlanmış “Su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə dair” müvafiq müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən su ilə təchiz edilmiş və su xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə 157785 nömrəli abonent kodu verilmişdir. Qeyd edilən ünvan üzrə İddiaçı barəsində “Su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqında” xx.xx.2024-cü il tarixli, 602286 saylı akt tərtib olunmuş və akta əsasən 2.052 manat məbləğində sudan qanunsuz istifadəyə görə borc hesablanmışdır. Bununla bağlı "xxxx" ASC Bağlar Sukanal İdarəsi tərəfindən İddiaçı dəymiş maddi ziyanın ödənilməsinə dair bildiriş göndərilmişdir. “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X2 əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və X16 Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilmişdir. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh “İri Şəhərlərin X10 Xidməti” X7rşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 602286 saylı aktın ləğv edilməsi və ona təyin edilmiş 2.052 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində ünvan 1 ünvanında bağ evi var. Həmin evin su təchizatını təmin etmək üçün texniki şərt almış və qanunda nəzərdə tutulmuş qaydada sudan istifadə etmişdir. Heç vaxt qanundankənar əməllərə yol verməmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixdə əsassız və ədalətsiz olaraq onun tərəfindən sudan qanunsuz istifadə etməsini əsas götürərək, istifadə fakturası tərtib etmiş və xx.xx.2024-cü il tarixli, 602286 saylı akta əsasən ona ümumilikdə 2.052 manat məbləğində cərimə hesablamışdır. Cavabdeh ona ünvanladığı bildirişdə xx.xx.2024-cü il tarixədək onun qalıq borcunun 2.135 manat təşkil etdiyini qeyd etmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 5249/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, “İri Şəhərlərin X10 Xidməti” X15 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 602286 saylı “su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə” haqqında aktının ləğv edilməsi, Novxanı bağları 5, ev 876/A ünvanı üzrə İddiaçı xx.xx.2024-cü il tarixli, 602286 saylı akta əsasən əsassız hesablanmış 2.052 manat məbləğində borcun “İri Şəhərlərin X10 Xidməti” X15 tərəfindən silinməsi qət edilmişdir. (hakim X6)
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisəli borc "xxxx" ASC tərəfindən hesablandığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən ünvan 1 ünvanı üzrə İddiaçı hesablanılmış 2.052 manat məbləğində borcun qanuni əsaslarla yazılmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, xüsusi mülkiyyətdə olan su obyektlərində sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. İddiaçı tərəfindən sayğac göstəricilərinə uyğun olaraq istifadə olunmuş suyun dəyəri tam olaraq ödənilmişdir. Belə ki, İddiaçı su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, xx.xx.2024-cü il tarixli, 602286 saylı aktda qeyd edilən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəyə dair pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından həmin akt üzrə cavabdehin hesabladığı 2.052 manat borcu iddiaçıdan tələb etməsi əsassızdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Su Məcəlləsinin 98-ci, Azərbaycan Respublikası Mülki Məcəllənin 385-386-cı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 18-ci, 26-cı, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu, 59.3-cü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü maddələrinə və “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh "xxxx" ASC həmin qətnamədən şikayət verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20,26 manat dövlət rüsumunun iddiaçıdan onun xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı sayğacdan kənar su xətti vasitəsi ilə qoşulma edərək, sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində "xxxx" ASC-yə 2.052 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği “Sudan istifadə Qaydaları”nın 8.7-ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmiş, video çəkiliş aparılmışdır. İş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən göstərilən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Məhkəməyə sayğacdan kənar qeyri-qanuni xəttin çəkilməsi faktını sübut edən videogörüntü təqdim edilmişdir. Həmin sübutlarda su sayğacından kənar qeyriqanuni su xəttinin mövcudluğu (kənar xəttin iş diametri 20-mm-lik) açıq-aşkar görünür. Lakin məhkəmə qətnamə qəbul edərkən həmin sübutları qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən sudan qeyri-qanuni istifadə faktını sübut edən inventar aktı ətraflı araşdırılmamışdır. Eyni zamanda həmin faktın doğruluğunu yoxlamaq üçün aktı tərtib edən əməkdaşlar şahid kimi dindirilməmiş, hadisə yerinə baxış keçirməmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən həmin sübutlara qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında cavabdeh İri şəhərlərin X10 Xidməti” X11 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının həyətində sudan qanunsuz xətt, yəni boru vasitəsi ilə istifadə edildiyi müəyyən edilmişdir. Belə ki, iddiaçı qonşudan və ya hər hansı başqa yerdən su xəttinə qanunsuz qoşulma yolu ilə sudan istifadə etmişdir. Lakin qoşulmanın hansı yerdən olması məlum deyil. Sadəcə olaraq müəyyən edilmişdir ki, istifadə edilən su sayğac tərəfindən qeydə alınmır. İstifadə edilən boru qonşunun həyətindən uzanırdı, lakin qonşunun həyətinə daxil olmaq mümkün olmamışdır. Özünün sayğacı və su xətti olduğu halda, qonşu sahədən uzanan su borusu vasitəsi ilə sudan istifadə edilməsi iddiaçının sudan qanunsuz birləşmə yolu ilə istifadə etməsini təsdiq edir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və hər hansı qanunsuz qoşulmaya yol vermədiyini, bu qaydada sudan istifadə edilməsinə hər hansı zərurətinin olmadığını, həyətində iri həcmli su çəninin olduğunu və əksinə suya ehtiyac olduqda qonşularının ona müraciət etdiyini bildirmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
13. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 24-cü maddəsinin 1-ci bəndinin “b” hissəsinə əsasən su təchizatı müəssisələri öz xidməti zonası hüdudlarındakı istehlakçılardan hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını rəsmi qaydada tələb edə bilər; 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 32-ci maddəsinin 2-ci bəndinə əsasən istehlakçı suölçən cihazların mühafizəsi tələblərinə əməl etmədikdə, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi istehlakçının vəsaiti hesabına onların təmirini, yenidən quraşdırılmasını və onların işinə mane olan səbəblərin aradan qaldırılmasını və ya su təchizatının ölçülməsi və düzgün qeydiyyatının təmin edilməsi üçün zəruri olan digər işləri yerinə yetirə bilər. Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur; 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır; 67-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır; 72-ci maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 2.1.8-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir; 3.1.1-ci bəndinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin hüququdur; 4.1.2-ci və 4.1.3-cü bəndlərinə əsasən STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək, habalə bu Qaydaların tələblərinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə aid edilmişdir; 5.1.1-ci və 5.1.5-ci bəndlərinə əsasən qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək, habelə verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır; 8.6-cı bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir; 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
20. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə suölçən cihazın (sayğacın) quraşdırılması, onun işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğacın zədələnməsi, habelə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və verilən sudan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus yaşayış sahəsinə baxış keçirilən zaman onun su təchizatı sisteminə qanunsuz qoşulması əsası ilə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir və belə qoşulmanın tarixinin müəyyən edilməsinin mümkün olmaması əsası ilə hesablama 1 il üzrə aparılmaqla iddiaçıya 2.052 manat məbləğində cərimə yazılmışdır. Həmin məbləğ də onun abonent hesabına daxil edilmişdir.
22. Hazırda iddiaçı sudan istifadə ilə bağlı hər hansı qanunsuzluğa yol vermədiyini, sudan sayğacın göstəricisi həcmində istifadə etdiyini, cavabdeh tərəfindən hər hansı əsas olmadan onun barəsində akt tərtib edildiyini və onun abonent koduna cərimə hesablandığını iddia edir. Cavabdeh iddianı qəbul etmir. İddiaçının su təchizatı sisteminə qanunsuz qoşulduğunu və nəticədə cavabdehə 2.052 manat məbləğində maddi zərərin vurulduğunu bildirir. Lakin bu halın sübutu olaraq cavabdeh tərəfindən yalnız xx.xx.2024cü il tarixli akta istinad edilir. Halbuki, yalnız belə bir aktın mövcudluğu su təchizatı sisteminə qanunsuz qoşulmanın baş verməsini təsdiq etmir və zərər məbləğinin hesablanması üçün əsas yaratmır.
23. Hər bir halda, belə bir aktın tərtib edilməsi üçün ilk növbədə qanunsuz qoşulma halı aşkar edilməlidir. Lakin aparılmış araşdırma zamanı iddiaçının su təchizatı sisteminə qanunsuz qoşulması müəyyən edilməmişdir. Cavabdeh tərəfindən verilən məlumata əsasən iddiaçı öz həyətində başqa (qonşu) sahədən uzanan boru vasitəsi ilə sudan istifadə etmişdir. Lakin bu halı aşkar edən cavabdehin əməkdaşları həmin borunun başlanğıcının hara birləşdiyini müəyyən edə bilməmişdilər.
24. Nəticə etibarı ilə iddiaçı ümumi və ya öz həyətinə çəkilən su xəttinə hər hansı formada qanunsuz birləşməmiş, sayğaca bu məqsədlə müdaxilə etməmiş, qonşu sahədən uzanan boru vasitəsi ilə sudan istifadə etmişdir. Cavabdehin əməkdaşları qonşu sahə üzrə də qanunsuz birləşməyə yol verilməsini müəyyən etməmişdilər. Hər bir halda, ilk növbədə birləşmənin qanunsuz olması aşkar edilməli, daha sonra isə qanunsuz qoşulma dərhal su və kanalizasiya sistemindən ayrılmalıdır. Lakin hər hansı qanunsuz qoşulma su və kanalizasiya sistemindən ayrılmamışdır. Nəticə etibarı ilə cavabdehin əməkdaşları iddiaçının həyətində qonşu sahədən (qonşu sahənin ünvanı, abonent barədə məlumat da verilmir) uzanan borudan suyun axdığını görüb, onun qanunsuz birləşməyə yol verməsi qənaətinə gəlmişdilər.
25. Bununla belə, cavabdeh iddiaçının 2.052 manat dəyərində sudan qanunsuz birləşmə yolu ilə istifadə etməsini bildirsə də, onun nəinki bu, ümumiyyətlə hər hansı dəyərdə sudan qanunsuz istifadə etməsini sübuta yetirə bilməmiş, hüquqi nəticə etibarı ilə əsassız akt tərtib etmişdir. Nəticə etibarı ilə iddiaçının bu məsələ üzrə cavabdehə qarşı hər hansı hüquqazidd əmələ yol verməsi və maddi zərər vurması öz təsdiqini tapmır. Belə olan halda, iddiaçıdan hər hansı məbləğdə zərər tutula bilməz. Bu baxımdan iddiaçının ünvanı üzrə 2.052 manat əlavə sərfiyyatın hesablanmasının hər hansı hüquqi əsası yoxdur. Qeyd edilənlər öz növbəsində cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın əsassız olduğunu təsdiq edir və bu hal onun ləğv edilməsini, habelə həmin akt əsasında iddiaçının abonent hesabına yazılmış cərimə (borc) məbləğinin silinməsini şərtləndirir.
26. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Bu baxımdan cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə və ya ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
27. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh “İri şəhərlərin X10 Xidməti” X11 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-5249/2024 nömrəli qətnaməsi cavabdeh “İri şəhərlərin X10 Xidməti” X11 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh “İri şəhərlərin X10 Xidməti” X14 aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.