Məhkəmə qərarları › İş №2(103)-889/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-889/2021

27.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-889/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Şeyda Ədalət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 16 saylı Notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2560/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.72 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Bakı şəhəri 16 saylı Notariat ofisində qeydə alınmış xx xxxxx 2019-cu il tarixli, 4Ə-/200 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə ilə Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.1988-ci il tarixində rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.1992-ci il tarixdə X5 və xx.xx.2004-cü il tarixində X14 adlı uşaqları dünyaya gəlmişdir. Həyat yoldaşı Cavabdeh1 ilə birgə nikah dövründə Qəbələ rayonu Yemişanlı kəndində 0.72 ha torpaq sahəsi əldə etmiş və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmişlər. Bu barədə Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində 7 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmaqla (qeydiyyat nömrəsi: **********) Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Eyni zamanda, nikah müddətində Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov m/s ərazisində inşa edilmiş çoxmərtəbəli binadan müqavilə ilə təmirsiz mənzil almışlar. 2019cu ilin əvvəllərində həyat yoldaşı (cavabdeh) Cavabdeh1 ilə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov ərazisində yerləşən çoxmərtəbəli binada olan mənzilin satılması və geniş mənzil alaraq həmin mənzilə köçmələri barədə razılaşmışlar. Bu məqsədlə, yəni Bakı şəhəri Xətai rayonu H.Aslanov ərazisində yerləşən çoxmərtəbəli binada olan mənzilin satılması üçün Cavabdeh1 xx.xx.2019-cu il tarixdə etibarnamə vermişdir. O, latın qrafikalı əlifba ilə yazıb-oxuya bilmədiyi üçün etibarnamənin məzmunu ilə tanış ola bilməmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 nəinki Bakı şəhəri, Xətai rayonu, H.Aslanov ərazisində yerləşən çoxmərtəbəli binada olan mənzili satdığını, hətta Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 0.72 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evini də öz doğma bacısı oğlu olan Cavabdeh2 bağışladığını öyrənmişdir. O, bu xəbəri eşidən kimi dərhal notariat kontoruna gedib məlumatı dəqiqləşdirməyə çalışmışdır. Notariat kontorundan bildirilmişdir ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə Qəbələ rayonu, Yemişanlı kəndində 0.72 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini bacısı oğlu olan Cavabdeh2 bağışlamışdır. Cavabdeh1la bu barədə nə qədər danışmağa cəhd etsə də, heç bir nəticəsi olmamışdır. Evi onun razılığı olmadan cavabdehin bacısı oğluna bağışladığı üçün aralarında dava-dalaş olmuş və cavabdeh, özünə məxsus əşyaları toplayıb evdən getmişdir. O, hal-hazırda qızı ilə tək kirayədə yaşayır və uşağın bütün maddi xərcləri qardaşı tərəfindən qarşılanır. Onların oğlu atasının bu hərəkətinə görə evdən çıxıb getmişdir. Cavabdeh1 evi tərk edəndən bir neçə gün sonra, ona məhkəmədən nikahın pozulması barədə elektron bildiriş gəlmişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh1 Nizami Rayon Məhkəməsində ona qarşı “nikahın pozulması” tələbi ilə iddia qaldırmışdır. Göründüyü kimi, Cavabdeh1 ona başqa məqsədlə vermiş olduğu etibarnamədən sui-istifadə edərək Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Yemişanlı kənd X13 üzrə nümayəndəliyi tərəfindən verilmiş 97 saylı, xx.xx.2019-cu il tarixli arayışla da qeydiyyatda olduğu təsdiq olunan Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.72 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evini heç bir əsas olmadan və ən əsası onun razılığı olmadan öz doğma bacısı oğluna bağışlamışdır. Halbuki o, həmin evdə qeydiyyatdadır və fərdi yaşayış evinin bağışlanması zamanı heç bir razılıq ərizəsi verməmişdir. Həm torpaq sahəsi, həm də fərdi yaşayış evi birgə nikah dövründə əldə edilmişdir. Buna baxmayaraq, Cavabdeh1 mənzili doğma bacısı oğlu olan Cavabdeh2 bağışlamaqla onun əmlak hüququnu kobud şəkildə pozmuş, ona başqa məqsədlə verdiyi etibarnaməni öz xeyrinə istifadə etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(007)- 2560/2019 nömrəli qətnaməsi ilə iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-14477/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(007)-2560/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçıvə vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3724/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə, kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, mübahisəli əmlaka dair bağışlama müqaviləsi formal olaraq bağlanmış, əmlak onlara mühafizə edilməsi üçün verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 və Bakı şəhəri 16 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini o əsasla ləğv etmişdir ki, “...Cavabdeh1 izahatında əmlakı mühafizə etmək və qızları yetkinlik yaşına çatdıqdan sonra onun adına keçirmək üçün bağışladığını, başqa sözlə, bağışlamanın formal əsaslarla olmasını göstərmişdir. ..... Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin (hədiyyə alanın) da izahatında ona bağışlanmış əmlakın mühafizəsini həyata keçirərək, iddiaçı ilə Cavabdeh1 övladı Nübarın 18 yaşına çatdıqdan sonra ona bağışlamaq niyyətinin olmasını bildirməsinə işin faktiki araşdırılmış halları və mülki qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri, Xətai rayonu, H.Aslanov ərazisində yerləşən çoxmərtəbəli binada olan mənzilin mülkiyyət hüquqları dövlət qeydiyyatından keçmədiyindən onun notarial qaydada alqı-satqısının mümkünsüz olduğunu qeyd etsə də, cavabdehin qeyd edilən həmin mənzillə bağlı etibarnamə əsasında iddiaçının adından hansı hərəkətləri etməsini araşdırmamış, həmin mənzilin satılması ilə bağlı qarşılıqlı razılıq olduğu halda, birgə nikah dövründə əldə edilmiş digər əmlak olan Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.72 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin bağışlanması barədə müqaviləni mübahisələndirməsinin həqiqətən də bu əqdin bağlanmasından məlumatsız olmasına dəlalət etməsinə, məhkəmənin etibarnamənin məzmununa istinad etməklə belə razılığın olmasını güman etməklə, tərəflərin həqiqi iradə ifadəsinin müəyyən edilməməsinə dair apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh1 izahatlarından görünür ki, Bakı şəhəri Xətai rayonu H.Aslanov ərazisində yerləşən çoxmərtəbəli binada olan 5 otaqlı mənzili 125000 manata satıb başqa ev almışdır, həmin evin pulundan oğluna ev alması üçün 40000 manat pul vermişdir. Göründüyü kimi, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 tərəfindən Bakı şəhəri Xətai rayonu H.Aslanov ərazisində yerləşən çoxmərtəbəli binada olan mənzili satılmasını iddiaçı heç bir halda mübahisələndirmir, əksinə etibarnamənin məhz bu məqsədlə də verildiyini təsdiq edir. Lakin apellyasiya instansiyası məhkəməsi xx xxxxxx 2019-cu il tarixli etibarnamədə Cavabdeh1 əmlakın satılması, bağışlanması səlahiyyətlərinin olmasına istinad edərək onun Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.72 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evini xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 bağışlamaqda haqlı olmasına dair qənaəti və bununla bağlı maddi hüquq normalarının tətbiqi ilə kollegiya razılaşmır, hesab edir ki, işə baxan məhkəmə Bakı şəhəri 16 saylı Notariat ofisində qeydə alınmış xx xxxxx 2019-cu il tarixli, 4Ə-/200 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlandığı andan əhəmiyyətsiz əqd olmasına, görünüş üçün bağlanmasına dair iş materiallarında olan sübutlara (cavabdehlərin izahatlarına) düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsində sual-cavab zamanı cavabdehlərin verdiyi izahatların məzmunundan görünür ki, Cavabdeh1 hədiyyə verən kimi öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alan Cavabdeh2 zənginləşdirmək niyyəti olmamış, hədiyyə alan isə mübahisəli əmlakı yalnız mühafizə etmək niyyəti ilə qəbul edərək, iddiaçı ilə Cavabdeh1 övladı Nübarın 18 yaşına çatdıqdan sonra ona bağışlamaq niyyətinin olduğunu bildirməklə bu əqdin həqiqi bağışlanma niyyəti ilə bağlanmamasını təsdiq etmişdir.”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi isə təmin edilməlidir. İş mаtеriаllаrındа оlаn Dаşınmаz Əmlаkın Dövlət Rеyеstri Хidmətinin Bаkı şəhər Ərаzi İdаrəsi tərəfindən vеrilmiş Sеriyа MA ******* №-li Çıхаrışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.72 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi хüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş mаtеriаllаrındа оlаn 5 sаylı АSАN Хidmət mərkəzində fəаliyyət göstərən nоtаriаt оfisi tərəfindən təsdiq еdilmiş 05 fеvrаl 2019-cu il tаriхli ƏN-İ № 782192 sаylı еtibаrnаmənin surətindən görünür ki, Еyvаzоvа Gülşən Vəzir qızı hаrаdа yеrləşməsindən və nədən ibаrət оlmаsındаn аsılı оlmаyаrаq bütün əmlаkını idаrə еtməyi və оnun üzərində sərəncаm vеrməyi, bunа müvаfiq оlаrаq bütün hаllаrdа öz mülаhizəsi ilə məbləği, müddəti və digər şərtləri müəyyən еtməklə qаnunlа icаzə vеrilmiş bütün əqdləri bаğlаmаğı Еyvаzоv Tоfiq Şаbаn оğlunа еtibаr еtmişdir. İş mаtеriаllаrındа оlаn Qəbələ rayon İcra Hakimiyyəti başçısının Yemişanlı kənd X13 üzrə Nümayəndəliyinin xx xxxxx 2019-cu il tarixli arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu, Yemişanlı kəndində MA ******* №-li Çıхаrışa əsasən Cavabdeh1 məxsus evdə İddiaçı qeydiyyatdadır. İş mаtеriаllаrındа оlаn İddiaçı tərəfindən Notariat ofisinə ünvanlanmış xx xxxxx 2019- cu il tarixli notarial qaydada tərtib olunmuş ərizənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Cavabdeh1 məxsus olan xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qəbələ rayonu, Yemişanlı kəndində olan 0,72 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin bağışlanmasına etiraz etmir. İş mаtеriаllаrındа оlаn Dаşınmаz Əmlаkın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Cavabdeh1 məxsus olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmayıb. İş mаtеriаllаrındа оlаn xx xxxxxxxx 1960-cı ildə verilmiş İ-İЕ və xx xxxxx 1963-cü ildə verilmiş АZ 442042№-li doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh1 xx.xx.1960-cı ildə və X7 xx.xx.1959-cu ildə anadan olmuşlar, ataları X8, anaları X2r. İş mаtеriаllаrındа оlаn xx xxxxxx 1977-ci il tarixdə X18 tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X4 ilə X7 arasında xx xxxxxx 1977-ci il tarixdə nikah bağlanmış və nikah bağlanandan sonra arvada Ağakərimova soyadı verilmişdir. İş mаtеriаllаrındа оlаn xx xxxxxx 1992-ci il tarixdə verilmiş Türkanlı inzibati-ərazi üzrə icra hakimiyyəti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətnindən görünür ki, Cavabdeh2 xx xxxxxx 1992-ci il tarixdə anadan olmuşdur. X1, anası X3r. İş mаtеriаllаrındа оlаn xx xxxxx 2019-cu il tаriхli daşınmaz əmlakın bağışlanma müqаviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, hədiyyə verən Cavabdeh1, bacısının oğlu olan hədiyyə alan Cavabdeh2 tam mülkiyyət hüququ üzrə ona məxsus olan Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.72 ha torpaq sahəsini onun mülkiyyətinə vermişdir. İş mаtеriаllаrındа оlаn bağışlanan daşınmaz əmlak ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2011 tarixdə Cavabdeh1 verilmiş **********70- 10301 reyestr nömrəli ********** qeydiyyatlı qeydiyyat nömrəli dövlər reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 171.2 kv.m, 4 otaq, 0.72 ha-dır. İş mаtеriаllаrındа оlаn Dаşınmаz Əmlаkın Dövlət Rеyеstri Хidmətinin 1 saylı Bаkı Ərаzi İdarəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il və xx.xx.2019-cu il tarixli məktublarından görünür ki, Azərbaycan Respublikası üzrə Milli Qeydiyyat Sisteminə əsasən Cavabdeh1 adına hazırda Respublikası üzrə daşınmaz əmlak aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi tərəflərin bağladıqları bağışlama müqaviləsinin bağlanması zamanı hər hansı qanunsuzluğa yol verilmədiyini və onun tərəflərin iradə ifadəsinə uyğun olduğunu vurğulamaqla iddia tələbinin əsaslı olmadığı nəticəsinə gəlmiş, hüquqi mövqeyini Mülki Məcəllənin 337.1-ci, 666.1-ci və 670-ci maddələri ilə izah etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı olduğundan müqavilələrin, ümumilikdə isə əqdlərin bağlanması və etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması zəruridir; belə ki, mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1- vacib əhəmiyyətli yanılma, 2- aldatma, 3təhdid edilmə (hədələnmə). Aldatma, əqdin tərəflərindən birində qəsdən səhv bir qənaət və təsəvvür əmələ gətirərək, ya da ondakı səhv qənaət və təsəvvürü davam etdirərək onun həmin bu səhv təsəvvürə görə əqd bağlamasına səbəb olmaqdır. Göründüyü kimi, aldatma əslində əqdin bir tərəfinin qəsdən yanılmasına səbəb olmaqdır. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə görə isə, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Şərh olunanlar kontekstində işin faktiki hallarını ağlabatan mühakimə əsasında nəzərdən keçirən kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli müqavilədə hər hansı bir qeyd-şərt nəzərdə tutulmuş olmasa belə, birinci apellyasiya baxışında sual-cavab zamanı cavabdehlərin verdiyi izahatların məzmunundan görünür ki, Cavabdeh1 hədiyyə verən kimi öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alan Cavabdeh2 zənginləşdirmək niyyəti olmamış, hədiyyə alan isə mübahisəli əmlakı yalnız mühafizə etmək niyyəti ilə qəbul edərək, iddiaçı ilə Cavabdeh1 övladı Nübarın 18 yaşına çatdıqdan sonra ona bağışlamaq niyyətinin olduğunu bildirməklə bu əqdin həqiqi bağışlanma niyyəti ilə bağlanmamasını təsdiq etmişdir. Həmçinin təkrar apellyasiya baxışı zamanı da məhkəmə iclasında iştirak edən Cavabdeh2 sözügedən bağışlama müqaviləsinin formal bağlanmasını və mübahisəli əmlakın ona mühafizə edilməsi üçün verilməsini etiraf etmişdir. Bu mənada kollegiyanın qənaəti ondan ibarətdir ki, Cavabdeh1 hədiyyə verən kimi öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alan Cavabdeh2 zənginləşdirmək niyyəti olmamış, hədiyyə alan isə mübahisəli əmlakı yalnız mühafizə etmək niyyəti ilə qəbul edərək, iddiaçı ilə Cavabdeh1 övladı Nübarın 18 yaşına çatdıqdan sonra ona bağışlamaq niyyətinin olduğunu bildirməklə bu əqdin həqiqi bağışlanma niyyəti ilə bağlanmamasını təsdiq etmişdir. Göründüyü kimi Bakı şəhəri 16 saylı Notariat ofisində qeydə alınmış xx xxxxx 2019-cu il tarixli, 4Ə-/200 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlandığı andan əhəmiyyətsiz əqddir və bu əqd heç bir hüquqi nəticə yarada bilməz. Buna görə də iddiaçı həmin əqdi mübahisələndirməkdə haqlı olmuşdur. Gəldiyi nəticənin məntiqi davamı olaraq kollegiya qeyd edir ki, sözügedən müqavilə etibarsız hesab edildiyindən, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilməlidir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd əhəmiyyətsizdir. Bu o deməkdir ki, iddiaçının iddia tələbləri ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Nəzərə alınmalıdır ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Mülki Məcəllənin 340-cı maddəsinin məntiqi anlamından aydın olur ki, əqd hər bir halda müəyyən hüquqi nəticələr yaradır. Lakin həmin maddə bağlanmış əqdə uyğun olan deyil, uyğun olmayan hüquqi nəticələri ehtiva edir ki, bu, mübahisə edilən hala münasibətdə əqdlərin etibarsızlığı üçün əsas yaradır. Yəni ona uyğun hüquqi nəticələr yaratması niyyəti ilə bağlanmadığı və görünüş xarakteri daşıdığı üçün həmin əqdlər həqiqi hesab oluna bilməzlər. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2560/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.72 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış, Bakı şəhəri 16 saylı Notariat ofisində qeydə alınmış xx xxxxx 2019-cu il tarixli, 4Ə-/200 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. xx xxxxx 2019-cu il tarixli, 4Ə-/200 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Qəbələ rayonu, Yemişanlı kəndində yerləşən 0.72 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şeyda Məhərrəmova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar