Məhkəmə qərarları › İş №2(103)-8896/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8896/2021

15.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8896/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-918/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 1 saylı evin 42 saylı mənzilindən istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi, qeyd olunan mənzildən çıxarılmaları, cavabdehlərin həmin mənzildən çıxarılan günədək aylıq olaraq 300 manat vəsaitin kompensasiya məbləğindən çıxılması və qalıq pulun cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-918/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, yəni İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 11.000 (on bir min) manat məbləğində kompensasiya ödənilməklə, onların Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 1 saylı evin 42 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kompensasiya ödənilməsi ilə onların istifadə hüquqlarına xitam verilməsinin və mənzildən çıxarılmalarının eyni vaxtda icra olunması; ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi; iş üzrə aparılmış qiymətləndirmə ekspertizasının dəyərini olan 300 (üç yüz) manatın İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdr. Bakı Apellyasiya Məhkəməsinə 27 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sorğusu daxil olmuşdur. Həmin sorğuda qeyd edilən mülki iş üzrə İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-918/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verildiyi qeyd edilmiş, yaranmış zərurətlə əlaqədar hazırki mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması və buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə baxılması üçün icraata qəbul qərardadı ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Binəqdi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı, 402.2.5-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-8896/2021 saylı, 18.08.2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-918/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması və buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar