Məhkəmə qərarları › İş №2(103)-890/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-890/2023

07.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-890/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X8 ibarət tərkibdə, Məhkəmə iclas katibi X15, İddiaçılar İddiaçı1 və X9, İddiaçıların vəkili Nümayəndə, Cavabdeh1 və onun nümayəndəsi-vəkili Vəkil Abdulqadir qızının iştirakı ilə, İddiaçılar İddiaçı1 və X9 cavabdehlər X11, Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37rşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(006)-2588/2022 saylı qətnaməsindən iddiaçıların nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçılar xx.xx.1965-ci il təvəllüdlü X20 və xx.xx.1967-ci il təvəllüdlü X5 Sabir Əlipaşa oğlunun birinci nikahından olan övladlarıdır. Sonradan, xx.xx.1996-cı il tarixdə X2 Səmayə Elxan qızı (hazırki mülki iş üzrə cavabdehlərdən biri) ilə nikaha daxil olmuşdur, evlənəndən sonra qadına Hüseynova soyadı verilmişdir. Hüseynov Sabir ilə Cavabdeh1 X17 (hazırki mülki iş üzrə cavabdehlərdən biri) xx.xx.1997-ci il tarixdə övladlığa götürmüşlər. İddiaçılar iddia edirlər ki, mərhum ataları Cavabdeh1 ilə birgə nikah dövründə daşınmaz əmlak əldə etmiş, ataları vəfat etdikdən sonra həmin əmlakda onların payı da mövcuddur. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və X20 Cavabdeh1 qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 məxsus ünvan 2, mənzil 1 və ünvan 1 ünvanında yerləşən hər bir mənzildə 50 (əlli) faiz 1/3 (üçdə bir) hissəsinə (16,6 faiz) Ağayeva (Hüseynova) Gülşən Sabir qızının və Ağayeva (Hüseynova) Gülcahan Sabir qızının vərəsəlik hüququnun tanınması və mənzillərdəki paya daşınmaz əmlakın reyestr xidmətindən müvafiq çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların atası X29 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. İddiaçılar atalarının X27 ilə ilk nikahlarından olan övladlarıdır. X16 iddiaçıların anası ilə arasında olan nikah pozulduqdan sonra o, xx.xx.1996-cı il tarixində cavabdeh Hüseynova (Mustafayeva) Səmayə Elxan qızı ilə nikaha daxil olmuşdur. Ataları vəfat etdiyi tarixdə onun cavabdehlə nikaha daxil olduqdan sonra birgə nikah dövründə əldə etdiyi əmlaklar aşağıdakılar olmuşdur: 1. ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilə mülkiyyət hüququ xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh1 məxsus olmuşdur; 2. Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7 ünvanında yerləşən 18 saylı mənzilə mülkiyyət hüququ MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh1 məxsus olmuşdur. Həmin əmlak da birgə nikah dövründə əldə edilmişdir. Göstərilən mənzillərin 50 % pay hissəsi iddiaçıların atası X22 məxsus olmuşdur. X29 ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. Həmin mənzil iddiaçıların ögey bacısı X10 mülkiyyətindədir. Belə ki, həmin mənzili ona ataları X3 bağışlamışdır. İddiaçılar atalarının vəfatından sonra ərazi üzrə 14 saylı Notariat Ofisinə vərəsəliyin açılması ilə bağlı müraciət etmişlər. Ataları sağlığında ögey bacılarına mənzil hədiyyə edib onun payını ayırdığından iddiaçılar hesab edir ki, ona vərəsəlikdən pay düşmür. Bundan başqa, X4 Sabirin vəfatından sonra notariusa vərəsəliyin açılması ilə bağlı qanunla müəyyən olunmuş 6 aylıq müddət ərzində müraciət etməmişdir. O, atalarının sağlığında ərə gedərək köçüb getmişdir. Göstərilən səbəblərə görə hesab edirlər ki, hər mənzildəki 50 faiz paya üç varis var: iddiaçılar Ağayeva (Hüseynova) Gülşən Sabir qızı, X20 və cavabdeh Hüseynova (Mustafayeva) Səmayə Elxan qızı. Qeyd edildiyi kimi, həmin daşınmaz əmlaklar cavabdehin adınadır. Bu səbəbdən hal-hazırda vərəsəlik hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət edirlər. Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək, iddia ərizəsini əsassız hesab etdiyindən rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh mərhum X29 ilə xx.xx.1996-cı il tarixində nikaha qeydiyyatından keçməklə ailə qurmuşdur. Ailə qurduqları gündən X44 cavabehə məxsus S.Rəhimov küçəsi, ev 181, mənzil 7-də onunla birlikdə yaşamışdır. Həmin mənzil cavabdehə uzun müddət işlədiyi Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. Hüseynov Sabir həmin ünvanda qeydiyyatda olmamışdır. Ev 1 otaqdan, 16.0 m2-dən ibarət olmuşdur. Cavabdeh xx.xx.2005-ci il tarixində evi öz adına özəlləşdirmişdir. İddiaçıların atası həmin ünvanda qeydiyyatda olmadığından onun həmin evə heç bir hüququ olmamışdır. Cavabdeh evi özəlləşdirərkən, yəni xx.xx.2005-ci il tarixində X29 yazdığı ərizəsində qeyd etmişdir ki, Cavabdeh1 özünə məxsus olan 1 yaşayış otağının satılmasına etiraz etməmişdir. Əslində onun ərizəsinin lazım olmadığını bildirərək, həmin 1 otaqlı mənzili birgə nikah dövründə əldə etmədiyini qeyd etmişdir. Mərhum orada qeydiyyatda olmamışdır. 2008-ci il tarixində həmin mənzil cavabdehdən şirkət tərəfindən alınmış və əvəzinə cavabdehə 2 otaqdan ibarət ünvan 2-də 1 saylı mənzil və 2 otaqdan ibarət Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7-də 18 saylı mənzil verilmişdir. Hər iki mənzil 2 otaqdan ibarətdir və cavabdehin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir, yəni həmin mənzil cavabdehə məxsus xüsusi mülkiyyət olan birotaqlı mənzilin əvəzində verilmişdir və birgə nikah dövrünə aid olmamışdır. Həmin mənzillərin alınmasında iddiaçıların atası X16 maddi dəstəyi olmamışdır. Hər iki mənzil cavabdehə məxsusdur, ona məxsus mənzilin satılması nəticəsində əldə edilmişdir. Buna görə də vərəsəliyin predmeti ola bilməz. Göstərilənlərə əsasən, iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan, xx.xx.2022-ci il tarixdə iddiaçılar İddiaçı1 və X18 vəkili-nümayəndəsi Nümayəndə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 ilə yanaşı, X12, Bakı şəhəri 14 saylı Notariat Ofisini və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini də cavabdehlər qismində göstərərək,

1. Cavabdeh1 və X23 arasında bağlanmış 4Ə-280 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən X11 verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın və aparılmış qeydiyyatın;

2. Cavabdeh1 və X23 arasında bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən X11 verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın və aparılmış qeydiyyatın ləğv edilməsi;

3. X6 məxsus ünvan 2, mənzil 1 və ünvan 1 ünvanında yerləşən hər bir mənzildə 50 (əlli) faiz payın 1/3 (üçdə bir) hisssəsinə (16,6 %) Ağayeva (Hüseynova) Gülşən Sabir qızının və hər bir mənzildə 50 (əlli) faiz payın 1/3 (üçdə bir) hisssəsinə (16,6 %) Ağayeva (Hüseynova) Gülcahan Sabir qızının vərəsəlik hüququnun tanınması və mənzillərdəki paya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixdə iddiaçı X18 vəkili-nümayəndəsi Nümayəndə müddətin buraxılmamış hesab olunması barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, X1 pisləşdiyindən atası vəfat etdikdən sonra bacısı ilə birlikdə notariusa gedə bilməmişdir. O, onkoloji xəstə olduğundan kimyaterapiya müalicəsi almışdır. Səhhəti ilə əlaqədar vərəsəliklə bağlı o, yalnız bir neçə ay sonra notariat ofisinə gedə bilmişdir. Nəticədə 3 aylıq müddət keçəndən sonra, lakin 6 aylıq müddət bitməmiş iddiaçı Ağayeva Gülcahan notariat ofisində vərəsəliyin açılması üçün müraciət etmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən iddiaçıların vərəsəliyi qəbul etməsi həmin notariat ofisinin xx.xx.2022-ci il tarixli 913 saylı məktubu ilə təsdiq edilmişdir. Göstərilənlər, həmçinin, 14 saylı Notariat Ofisinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 1229 saylı məktubundakı qoşmalar ilə də təsdiq olunur. Qeyd olunanlara əsasən, vərəsəliyin qəbul edilməsi üçün müddətin buraxılmamış hesab edilməsi və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan, 19 iyul 2022-ci il tarixdə iddiaçıların vəkili-nümayəndəsi Nümayəndə iddia tələblərinin dəqiqləşdirilməsi barədə yeni ərizə təqdim edərək,

1. Cavabdeh1 və X23 arasında ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış 4Ə-280 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən aparılmış hüquqların dövlət qeydiyyatı və X11 verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi;

2. Cavabdeh1 və X23 arasında ünvan 2, 1 saylı mənzilə dair bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən aparılmış hüquqların dövlət qeydiyyatı və X11 verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi;

3. X6 məxsus ünvan 2, mənzil 1 və ünvan 1 ünvanında yerləşən hər bir mənzildə 50 (əlli) faiz payın 1/3 (üçdə bir) hisssəsinə (16,6 %) Ağayeva (Hüseynova) Gülşən Sabir qızının və hər bir mənzildə 50 (əlli) faiz payın 1/3 (üçdə bir) hisssəsinə (16,6 %) Ağayeva (Hüseynova) Gülcahan Sabir qızının vərəsəlik hüququnun tanınması və mənzillərdəki paya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, 26 sentyabr 2022-ci il tarixdə iddiaçıların vəkili-nümayəndəsi Nümayəndə yenidən iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək,

1. Cavabdeh1 və X23 arasında ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış 4Ə-280 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən aparılmış hüquqların dövlət qeydiyyatı və X11 verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi;

2. Cavabdeh1 və X23 arasında ünvan 2, 1 saylı mənzilə dair bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən aparılmış hüquqların dövlət qeydiyyatı və X11 verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi;

3. X6 məxsus ünvan 2, mənzil 1 və ünvan 1 ünvanında yerləşən hər bir mənzildə 50 (əlli) faiz payın 1/3 (üçdə bir) hisssəsinə (16,6 %) Ağayeva (Hüseynova) Gülşən Sabir qızının və hər bir mənzildə 50 (əlli) faiz payın 1/3 (üçdə bir) hisssəsinə (16,6 %) X9 vərəsəlik hüququnun tanınması və mənzillərdəki paya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(006)- 2588/2022 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və X9 cavabdehlər X11, Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37rşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 223.1, 337-ci və Ailə Məcəlləsinin 36.1-ci maddələri ilə əsaslandıraraq, belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7 ünvanında yerləşən 18 saylı mənzili xx.xx.2008-ci il tarixdə 68.680 (altmış səkkiz min altı yüz səksən) manata almışdır. Sözügedən mənzili Cavabdeh1 məhz xx.xx.2008-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 181 nömrəli binada yerləşən bir otaqlı, 16.0 kv.m-dən ibarət olan 7 nömrəli mənzili "xxxx" MMC-yə 128800 (yüz iyirmi səkkiz min səkkiz yüz) manata satandan sonra, həmin vəsait hesabına almışdır. "xxxx" MMC-yə satılan ünvan 5 ünvanında yerləşən 7 nömrəli mənzil isə Cavabdeh1 Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 738 №-li Sərəncamı əsasında Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 002021 saylı orderi ilə verilmiş, X29 xx.xx.2005ci il tarixdə Bakı şəhəri Texniki İnventarlaşdırma İdarəsinə razılıq ərizəsi təqdim edərək, mənzilin həyat yoldaşı Cavabdeh1 adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Bununla da mərhum könüllü olaraq özəlləşdirmədə iştirak etmək hüququndan arvadının xeyrinə imtina etmişdir. Həmçinin xx.xx.2008-ci il tarixdə X29 ərizə təqdim edərək, arvadı Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 181 nömrəli binada yerləşən 7 saylı mənzildən özünə məxsus olan 1 yaşayış otağının 16,0 kv.m. hissəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. Həmin ərizəni məhkəmə mərhum tərəfindən mənzilin arvadına məxsus olmasına dair edilmiş etiraf kimi qiymətləndirir. “Cavabdeh1 və X23 arasında ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış 4Ə-280 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7 ünvanında yerləşən 18 saylı mübahisəli mənzilin Cavabdeh1 mərhum X29 ilə birgə nikah dövründə əvəzsiz verilən və onun adına özəlləşdirilməsinə X44 tərəfindən qanuna müvafiq qaydada razılıq verilən başqa bir mənzilin satılmasından əldə edilən vəsait hesabına alınması aşkardır. Qanunvericiliyə əsasən, mənzilin Cavabdeh1 mərhum X29 ilə birgə nikah dövründə verilməsinə baxmayaraq, əvəzsiz verildiyindən və mərhumun razılığı ilə Cavabdeh1 adına özəlləşdirildiyindən, həmin mənzil onların birgə mülkiyyəti hesab edilmir, dolayısı ilə həmin mənzilin satılmasından əldə olunan vəsait hesabına birgə nikah dövründə alınan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7 ünvanında yerləşən 18 saylı mənzil də ümumi əmlak hesab edilə bilməz. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7 ünvanında yerləşən 18 saylı mənzil Cavabdeh1 ilə mərhum X16 ümumi əmlakı deyildir, cavabdehlər Cavabdeh1 ilə X23 arasında həmin əmlaka dair bağlanmış 4Ə-280 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur, buna görə də iddia tələbi bu hissədə təmin edilə bilməz. İddia tələbinin “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən aparılmış hüquqların dövlət qeydiyyatı və X11 verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələbin bu hissəsi yuxarıda qeyd olunan tələblə birbaşa əlaqəli olduğundan və həmin tələb təmin edilmədiyindən, yəni bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas olmadığından, müqavilə əsasında müvafiq reyestrdə aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi də əsassızdır, buna görə də iddia bu hissədə də təmin edilməməlidir. Qeyd edilənlərdən əlavə məhkəmə iddia tələbinin “Cavabdeh1 və X23 arasında ünvan 2, 1 saylı mənzilə dair bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə hesab etmişdir ki, iş materiallarından da göründüyü kimi, mübahisəli mənzil Cavabdeh1 ilə X44in birgə nikah dövründə əldə etdikləri əmlakdır. Həmin əmlakın tərəflərin birgə vəsaiti hesabına alınıbalınmaması işin mübahisəli halıdır. Lakin burada qeyd edilməlidir ki, həmin mənzilin ümumi mülkiyyətdə olub-olmamasından asılı olmayaraq, iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqları yoxdur. Belə ki, birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü tələbi məhz X44ə məxsus olan şəxsi hüquq olmuş, lakin iş materiallarından müəyyən olunur ki, Hüseynov Sabir öz sağlığında mübahisəli mənzildə olan pay hüququnun müəyyən edilməsinə dair hər hansı hüquqi addım atmamışdır. Bu da onu düşünməyə əsas verir ki, mərhum həmin əmlakda öz pay hüququnun müəyyənləşdirilmədən əmlakın arvadının mülkiyyətində olması ilə razı olmuşdur. İddiaçılar hesab edir ki, Cavabdeh1 ilə X23 arasında ünvan 2, 1 saylı mənzilə dair 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi bağlanan zaman onların atası ölmüş olduğundan, mərhumun vərəsəsi olaraq onların mövqeyi nəzərə alınmalı olmuş, lakin alınmamışdır. Halbuki, qeyd edilməlidir ki, ümumi mülkiyyətdə olan əmlakda hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi, mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir. Nikah müddətində yalnız ər-arvadın ümumi gəlirləri əsasında əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur. Mübahisəli əmlakın iddiaçıların atası ilə Cavabdeh1 birgə nikahı dövründə əldə edilməsi mübahisəsiz olsa da, birgə gəlirlər hesabına əldə edilibedilməməsini hazırda müəyyənləşdirmək mümkünsüzdür. Çünki hazırki iddia irəli sürülənədək tərəflərdən biri, yəni iddiaçıların atası vəfat etmiş, sağlığında isə bu əmlakın bölünməsini tələb etməmişdir. Hazırki iş üzrə iddiaçılar mənzil bağışlanarkən ataları öldüyündən onların vərəsə kimi razılığının alınmasının məcburi olduğunu düşünsələr də, bu dəlil əsaslı ola bilməz. Çünki mənzil birgə nikah dövründə, birgə gəlirlər hesabına əldə edilmiş olsa belə, buna razılıq hüququ əgər sağ olsaydı onların atası tərəfindən verilə bilərdi. Ancaq qeyd olunduğu kimi, mənzil özgəninkiləşdirilərkən Hüseynov Sabir sağ olmamış, sağlığında da mənzilin bölünməsini tələb etməmişdir. Bu cür vəziyyətdə Hüseynov Sabirin həmin mənzil üzərində payı müəyyən edilmədiyindən, bağışlama müqaviləsinin bağlanmasına iddiaçıların razılığı da tələb olunmurdu. Ona görə də iddiaçıların məhz Hüseynov Sabirin vərəsələri kimi mübahisəli mənzilin bağışlanmasının etibarsızlığını tələb etməyə subyektiv hüquqları da yaranmamışdır, X44 sağlığında mübahisəli mənzildə olan pay hüququnun müəyyən edilməsinə dair hər hansı hüquqi addım atmadığından və əgər mənzil ümumi mülkiyyətdə olsaydı belə, hazırda onun ölümü səbəbindən həmin mənzilin birgə mülkiyyət rejiminə xitam verildiyindən, iddiaçıların isə belə bir subyektiv hüquqları olmadığından, iddia tələbi “Cavabdeh1 və X23 arasında ünvan 2, 1 saylı mənzilə dair bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş materiallarını yuxarıdakı hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq hesab etmişdir ki, mübahisələndirilən bağışlama müqavilələrinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün əsaslar yoxdur. İddia tələbinin “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən aparılmış hüquqların dövlət qeydiyyatı və X11 verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələbin bu hissəsi yuxarıda qeyd olunan tələblə birbaşa əlaqəli olduğundan və həmin tələb təmin edilmədiyindən, yəni bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas olmadığından, müqavilə əsasında müvafiq reyestrdə aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi də əsassızdır, buna görə də iddia bu hissədə də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “X6 məxsus ünvan 2, mənzil 1 və ünvan 1 ünvanında yerləşən hər bir mənzildə 50 (əlli) faiz payın 1/3 (üçdə bir) hisssəsinə (16,6 %) Ağayeva (Hüseynova) Gülşən Sabir qızının və hər bir mənzildə 50 (əlli) faiz payın 1/3 (üçdə bir) hisssəsinə (16,6 %) X9 vərəsəlik hüququnun tanınması və mənzillərdəki paya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, bu mənzillərə mülkiyyət hüququna dair diqqətəlayiq hallar məhkəmə tərəfindən yuxarıda araşdırılmış və mənzillərin iddiaçıların iddia etdiyi kimi X6 məxsus olması və ya onun hər bir mənzildə 50 (əlli) faiz payının olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi mübahisəli mənzillərdə atalarına məxsus 50 % payda müəyyən hissəyə iddiaçıların vərəsəlik hüquqlarının tanınması və mənzillərdəki paya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. Yuxarıda da qeyd edildiyi kimi, iddia təmin edilmədiyindən məhkəmə tərəfindən iddiaçı X18 vəkilinümayəndəsi Nümayəndə verdiyi müddətin buraxılmamış hesab olunması barədə ərizəyə münasibət bildirilməsinə zərurət qalmamışdır. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı X9 nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh1 məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 181 nömrəli binada yerləşən 7 saylı mənzilin mərhumla birgə nikah dövründə satılmasına istinad edərək iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Halbuki, iddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi,ev 13, 1 saylı və ünvan 1 saylı mənzillərə yönəlmişdir. Məhkəmənin əsaslandırması faktlar arasında səbəbli əlaqə olmamasından və çoxsaylı maddi hüquq normalarının düzgün tətbiq olunmaması əsassızdır. Məhkəmə mənzillərin birgə nikah dövründə alınmasını təsdiq edir və eyni zamanda iddia tələbini təmin etmir. Məhkəmə 2008-ci ilə qədər Cavabdeh1 məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 181 nömrəli binada yerləşən 7 saylı mənzil hüquqi satusu ilə bağlı bir sıra normativ aktlara istinad etmişdir. İddia tələbi isə Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi,ev 13, 1 saylı mənzil və Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi,ev 7, mənzil 18-lə bağlıdır. Belə ki, ər-arvad olan X29 və Cavabdeh1 başqa mənzillər də məxsus ola və satıla, bağışlanıla bilərdi. O cümlədən, X16 da adında Bakı şəhəri, X46 küçəsi, 251 nömrəli yaşayış evinin 24 “a”mənzil olmuşdur, hansı ki, ölümündən əvvəl qızı X11 bağışlanılmışdır. Göstərilən əsaslarla məhkəmə qətnaməsində Azərbaycan Respubblikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublkası Qanununun 1-ci, 5-ci və 12ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci i ltarixli Qərarına istinad olunması əsassızdır və tətbiq edilməli deyildir. Belə ki, həmin əmlakla bağlı iddia tələbi irəli sürülməmişdir. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan Qərarı və həmin Qərarın əsaslandırıcı hissəsi özəlləşdirilən mənzilllərə aiddir. Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi,ev 13, 1 saylı mənzil və Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi,ev 7, mənzil 18-ə aid deyildir (mübahisə predmeti olmayan mənzilin hüquqi statusunun əsaslandırılması). Ardı ilə Məhkəmə həmin Qərara istinadən nəticəyə gəlir ki,“... iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi,ev 7 ünvanında yerləşən 18 saylı mübahisəli mənzilin Cavabdeh1 mərhum X29 ilə birgə nikah dövründə əvəzsiz verilən və onun adına özəlləşdirilməsinə X44 tərəfindən qanunamüvafiq qaydada razılıq verilən başqa bir mənzilin satılmasından əldə edilən vəsait hesabına alnması aşkarıdır”. “... dolayısı ilə həmin mənzilin satılmasından əldə olunan vəsait hesabına birgə nikah dövründə alınan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi,ev 7 ünvanında yerləşən 18 saylı mənzil də ümumi əmlak hesab oluna bilməz”. Halbuki, Konstitusiya Məhkəməsinin məlum qərarındakı əsaslar mübahisəli mənzillə əlaqədar tətbiq oluna bilməz. Hüquqi baxımdan “dolayısı ilə” ifadəsi də sübutun əsaslandırılması nöqteyi-nəzərindən etibarlı hesab edilə bilməz. İlk növbədə nəzərə alınmalıdır ki, ərarvadın həmin dövrdə alınan mənzillərin (Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi,ev 7 mənzil 18 vəvə Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi,ev 13, 1 saylı mənzil) statusu (təkcə arvada məxsus olması) ilə bağli heç bir açıqlama ya bəyanatı olmayıb (məsələn, notariusda ər arvad arasında razılaşma ya digər birtərəfli ya ikitərəfli əqd). Təsdiq olunan hal (sübut) əmlakların birgə nikah dövründə alınmasıdır. Göstərilənlərdən başqa, iddiaçılar hələ hazırlıq mərhələsində bildirmişdilər ki, 16 kv.m.-lik cavabdeh Səmayə Hüsüynovanın adına özəlləşdirilmiş mənziləslində real olaraq 70 kv.metrlik bir ev olub və həmin ev Cavabdeh1 əri Sabir Hüseynov tərəfindən artırılıb və təmir edilib. Həmin mənzil təmir olunana qədər və sonralar da yaşayışın təmin edilməsi Sabir Hüseynova məxsus Bakı şəhəri, X46 küçəsi, 251 nömrəli yaşayış evinin 24 “a”mənzilinin (nikahdan əvvəl alınıb) aylıq 1500 ABŞ dollarına(o dövrdə kiaylıq kirayə qiymətlərinə uyğun) kirayə verilərək, həmin məbləğlər ailənin saxlanılmasına xərclənmişdir. Həmin mənzilin və Sabir Hüseynovun gəlirlərinin olmayacağı təqdirdə 16 kv. metrlik mənzilin qalıb-qalmaması da sual altında olardı, həmin mənzilin 70 kv.m dək artırılması, həmçinin alınan mənzillərin Sabir Hüseynovun vəfatına qədər qalıb-qalmaması da sual altında olardı. Ailəni mərhum Sabir Hüseynov saxlamışdır. Belə ki, o həmin dövrdə Gürcüstanda xaricə üzən gəmidə işləmişdir və xarici səfərləri olması səbəbindən imkanlı şəxs olmuşdur. Yəni alınan mənzillərin hər ikisi Sabir Hüseynovun ailəni saxlaması nəticəsində mümkün olmuşdur və hər iki mənzil birgə nikah dövründə əldə olunduğundan Sabir Hüseynovun bu mənzillərdə payı vardır. Məhkəmə işin bu faktiki hallarını da nəzərə almamışdır. Nəzərə alınmalıdır ki, iddiaçıların sənədin sübutlar sırasından çıxarılması barədə vəsatətinə ("xxxx" MMC-nin məktubu) Məhkəmə tərəfindən də münasibət bildirilməmişdir. Qətnamədə bir hissəsi miras əmlak olan Bakı şəhəri , Nəsimi rayonu, Kaveroçkin küçəsi,ev 13,mənzil 1 ilə bağlı qeyd edilir ki, “... mübahisəli mənzil Cavabdeh1 ilə X44in birgə nikah dövründə əldə etdikləri əmlakdır. Həmin əmlakların tərəflərin birgə vəsaiti hesabına alınıb-alınmaması işin mübahisəli halıdır. Lakin burada qeyd edilməlidir ki, həmin mənzilin ümumi mülkiyyətdə olub-olmamasından asılı olmayaraq, iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqları yoxdur. Belə ki, birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü tələbi məhz X44ə məxsus olan şəxsi hüquq olmuş, lakin iş materiallarından müəyyən olunur ki, Hüseynov Sabir öz sağlığında mübahisəli mənzildə olan pay hüququnun müəyyən edilməsinə dair hər hansı hüquqi addım atmamışdır. Bu da onu düşünməyə əsas verir ki, mərhum həmin əmlakda öz pay hüququnun müəyyənləşdirilmədən əmlakın arvadının mülkiyyətində olması ilə razı olmuşdur.” Birmənalı olaraq göstərilməlidir ki, Məhkəmə tərəfindən Mülki Məcəllənin 1151ci (Miras əmlak) maddəsinin tələbləri tətbiq olunmamışdır. Yəni, Mülki Məcəllə birmənalı olaraq əmlak hüquqlarını vurğulayır ki, bu da birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri,Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, mənzil 1-ə aiddir. Məhkəmə tərəfindən iddiaçıların hüquqlarının pozulması onların mərhumun qızları ola-ola vərəsə kimi tanınmaması tərəflərin bərabərliyi prinsipini pozmuşdur. Məhkəmə cavabdehlərin dəlilləlrinə əsassız olaraq üstünlük vermişdir. Cavabdehlər tərəfindən təqdim olunmuş sübutun şübhəli olması səbəbindən sübutlar sırasından çıxarılması ya qətnamə çıxarılarkən nəzərə alınmaması barədə vəsatəti təmin etməmişdir. İddiaçıların mərhumla bağlı məhkəmə iclaslarında söylədikləri hallar da nəzərə alınmamıdır. Şahidlərin dindirilməsi barədə vəsatət də təmin olunmamışdır. İddia tələbinin aydınlaşdırlması zamanı məhkəmə hazırlıq iclasında şahidlərin dindirilməsi barədə vəsatət və"xxxx"MMCnin məktubunun sübutlar sırasından çıxarılması barədə vəsatətlərin təmin olunmaması və eyni zamanda məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir.

Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları

Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar və onların vəkili Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsivəkili Vəkil Abdulqadir qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və öz nümayəndələrinin iştirakını təmin etmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

223.1-ci maddəsinə müvafiq olaraq, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 3-cü maddələrinin məzmununa görə isə mənzillər (evlər) əvəzsiz (pulsuz) olaraq şəxsi mülkiyyətə keçirilir. Ailə Məcəlləsinin 34cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ər-arvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Bununla yanaşı, mənzilin (evin) özəlləşdirilməsində ərarvaddan biri iştirak etdikdə, digəri isə könüllü olaraq özəlləşdirmədə iştirak etmək hüququndan imtina etdikdə (özəlləşdirməyə razılıq verdikdə), həmin mənzil özəlləşdirmədə iştirak etmiş ərin (arvadın) şəxsi mülkiyyətinə keçir, buna görə də bölünə bilməz. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Bu halda, ər (arvad) mənzilin (evin) özəlləşdirilərək onlardan birinin mülkiyyətinə keçirilməsinə könüllü razılıq verdiyindən, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir: Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Mülki Məcəllənin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ərarvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçıların nümayəndə-vəkilinin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından görünür ki, Cavabdeh1 X29 ilə birgə nikahda olduğu dövrdə 15 saylı MKİS-də “dalandar” vəzifəsində işlədiyinə görə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 738 №-li «S.Rəhimov küçəsi, 181 saylı evdə k/k Saakovun boşalmış mənzilinin vətəndaş Cavabdeh1 mənzil sahəsinə əlavə edilməsi və ona daimi verilməsi barədə» Sərəncamı ilə S.Rəhimov küçəsi, 181 saylı evin 1 otaqlı yaşayış sahəsi 16,0 kv.m. olan 7 saylı mənzili xidməti mənzil siyahısından çıxarılmış, S.Rəhimov küçəsi, 181 saylı evdə keçmiş icarədar Saakovun boşalmış 1 otaqlı yaşayış sahəsi 13,0 kv.m. olan 10 saylı mənzili vətəndaş Cavabdeh1 mənzil sahəsinə əlavə edilmiş və 2 otaqlı yaşayış sahəsi 29,0 kv.m. olan 7 saylı mənzilə daimi order verilmişdir. Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 002021 saylı orderi ilə bu fakt təsdiqlənmiş və qeyd edilmişdir ki, Cavabdeh1 sözügedən mənzildə 3 nəfər (özü, həyat yoldaşı, qızı) ilə yaşamaq hüququ var. X29 xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Texniki İnventarlaşdırma İdarəsinə razılıq ərizəsi təqdim edərək, həmin mənzilin həyat yoldaşı Cavabdeh1 adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, iş materiallarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 243489 nömrəli Qeydiyyat Vəsiqəsini əldə etmiş və vəsiqədən görünür ki, ünvan 8 evin 29.0 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 7 saylı mənzili Cavabdeh1 adına 16,0 m2 payda, digər paylar üzrə 1 y/otaq 13,0 m2 payda, 16,5 m2 üm/sahə X24 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1380 saylı reyestr kitabında 207251 nömrəli səhifədə 30/15603 qeydə alma nömrəsi ilə xx.xx.2005-ci il tarixində qeydiyyat aparılmışdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2005-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə Bakı şəhəri, S.Rəhimov küçəsi, ev 181, mənzil 7-də yerləşən ümumi sahəsi 57,43 kv.m., yaşayış sahəsi 29,0 kv.m. olan iki otaqdan ümumi sahəsi 16,5 kv.m. olan, yaşayış sahəsi 13,0 kv.m-dən ibarət 1 (bir) otağını X13 117840 (yüz on yeddi milyon səkkiz yüz qırx min) manata satmışdır. İş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2008-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə X7 Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 13 nömrəli binada yerləşən ümumi sahəsi 43,4 kv.m., yaşayış sahəsi 31,0 kv.m. olan iki otaqlı 1 nömrəli mənzili 135744 (yüz otuz beş min yeddi yüz qırx dörd) manata almışdır. Cavabdeh1 həmin mənzili xx.xx.2022-ci il tarixdə 73418 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi üzrə X10 mülkiyyətinə vermiş və hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 73418 nömrəli Çıxarışına əsasən, ünvan 2, mənzil 1 xüsusi mülkiyyət hüququ əsasında tam mülkiyyət hüququ üzrə X11 məxsusdur, xx.xx.2022-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 804 nömrəli reyestr kitabının 75039 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından daha sonra görünür ki, xx.xx.2008-ci il tarixdə X24 ərizə təqdim edərək, şərikli mülkiyyətçi Cavabdeh1 məxsus olan ünvan 8 ünvanda yerləşən 7 saylı mənzildən özünə məxsus olan 1 yaşayış otağının 16,0 kv.m. hissəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. Həmin tarixdə, həmçinin, X29 ərizə təqdim edərək, arvadı Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 181 nömrəli binada yerləşən 7 saylı mənzildən özünə məxsus olan 1 yaşayış otağının 16,0 kv.m. hissəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. Beləliklə, Cavabdeh1 xx.xx.2008-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə bir otaqlı, 16.0 kv.m. olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 181 nömrəli binada yerləşən 7 nömrəli mənzili "xxxx" MMC-yə 128800 (yüz iyirmi səkkiz min səkkiz yüz) manata satmışdır. İş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2008-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə X19 Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, 7 nömrəli binada yerləşən dörd otaqlı 18 saylı mənzildən ona məxsus olan yaşayış sahəsi 28.4 kv.m-dən ibarət olan iki otağını 68680 (altmış səkkiz min altı yüz səksən) manata almışdır. Cavabdeh1 sözügedən əmlakı xx.xx.2022-ci il tarixdə 75187 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi üzrə X10 mülkiyyətinə vermiş və hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 75187 nömrəli Çıxarışına əsasən, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında paylı mülkiyyət hüququ üzrə 2 otaq, y/s – 28.2 kv.m-dən ibarət payda X26, 2 otaq, y/s – 28.4 kv.m-dən ibarət payda isə X11 məxsusdur. X10 payı xx.xx.2022-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 824 nömrəli reyestr kitabının 76818 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialları ilə müəyyən edilir ki, X29 xx.xx.2021-ci ildə ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı dövlət notariat kontorunda V-82 saylı vərəsəlik işi açılmış, X29 iş üzrə miras qoyan, Cavabdeh1, İddiaçı1, X20 və X23 isə iş üzrə vərəsəliyi qəbul edənlər olmuşlar. Belə ki, İddiaçı1 xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək, X16 vərəsəsi olduğunu bildirmiş və özündən başqa X9 da vərəsə olduğunu qeyd etmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək, X16 vərəsəsi olduğunu bildirmiş və özündən başqa Hüseynova Rəsmiyyə, İddiaçı1, Hüseynova Gülcahanın da vərəsələr olduğunu qeyd etmişdir. Həmin tarixdə X23 da ərizə təqdim edərək, X16 vərəsəsi olduğunu bildirmiş və özündən başqa Cavabdeh1, İddiaçı1, Hüseynova Gülcahanın da vərəsələr olduğunu qeyd etmişdir. X20 xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək, X16 vərəsəsi olduğunu bildirmiş və özündən başqa İddiaçı1 də vərəsə olduğunu qeyd etmişdir. İddiaçılar Cavabdeh1 və X23 arasında ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış 4Ə-280 reyestr nömrəli xx.xx.2022-ci il tarixli, Bakı şəhəri,Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13, 1 saylı mənzilə dair bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsini və göstərilən mənzillərə 50 (əlli) faiz payın 1/3 (üçdə bir) hisssəsinə (16,6 %) Ağayeva (Hüseynova) Gülşən Sabir qızının və hər bir mənzildə 50 (əlli) faiz payın 1/3 (üçdə bir) hisssəsinə (16,6 %) X9 vərəsəlik hüququnun tanınmasını mübahisələndirirlər. Beləliklə də, müəyyən olunur ki, iddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi,ev 13, 1 saylı və ünvan 1 saylı mənzillərə yönəlmişdir Tələbin əsasını göstərilən mənzillərin Cavabdeh1 iddiaçıların ataları ilə birgə nikah dövründə əldə etdiklərindən Ailə Məcəlləsinin 32-cimaddəsinə əsasən onların da ümumi əmlakı hesab olunur və beləliklə də, atalarının ölümündən sonra onun mənzillərdəki payının miras əmlak olduğu üçün qanun üzrə vərəsələr arasında bölünməli olması təşkil edir. Məhkəmə kollegiyası bununla bağlı apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırki mübahisəyə Mülki Məcəllənin 1151-ci (Miras əmlak) maddəsinin tələbləri tətbiq etməmişdir. Mübahisəli mənzillərin birgə nikah dövründə əldə etdikləri əmlak olsa da, həmin mənzillərdə ölən mərhum Sabir Hüseynova məxsus pay mövcud olması iş materiallarından görünmür və buna dair birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır. Belə ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7 ünvanında yerləşən 18 saylı mənzili xx.xx.2008ci il tarixdə 68680 (altmış səkkiz min altı yüz səksən) manata almışdır. Burada qeyd edilməlidir ki, sözügedən mənzili Cavabdeh1 məhz xx.xx.2008-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 181 nömrəli binada yerləşən bir otaqlı, 16.0 kv.m-dən ibarət olan 7 nömrəli mənzili "xxxx" MMC-yə 128800 (yüz iyirmi səkkiz min səkkiz yüz) manata satandan sonra, həmin vəsait hesabına almışdır. "xxxx" MMC-yə satılan ünvan 5 ünvanında yerləşən 7 nömrəli mənzil isə Cavabdeh1 Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 738 №-li Sərəncamı əsasında Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 002021 saylı orderi ilə verilmiş, X29 xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Texniki İnventarlaşdırma İdarəsinə razılıq ərizəsi təqdim edərək, mənzilin həyat yoldaşı Cavabdeh1 adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Bununla da mərhum könüllü olaraq özəlləşdirmədə iştirak etmək hüququndan arvadının xeyrinə imtina etmişdir. Həmçinin, qeyd edilməlidir ki, xx.xx.2008-ci il tarixdə X29 ərizə təqdim edərək, arvadı Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 181 nömrəli binada yerləşən 7 saylı mənzildən özünə məxsus olan 1 yaşayış otağının 16,0 kv.m. hissəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edilən ərizəni birinci instansiya məhkəməsi tərəfindən mərhum tərəfindən mənzilin arvadına məxsus olmasına dair edilmiş etiraf kimi qiymətləndirilməsi ilə razılaşır və hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 21 dekabr 2012-ci il tarixli Qərarına istinad etmək məhkəmə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7 ünvanında yerləşən 18 saylı mübahisəli mənzilin Cavabdeh1 mərhum X29 ilə birgə nikah dövründə əvəzsiz verilən və onun adına özəlləşdirilməsinə X44 tərəfindən qanuna müvafiq qaydada razılıq verilən başqa bir mənzilin satılmasından əldə edilən vəsait hesabına alınması aşkar olduğu üçün qanunvericiliyə əsasən, mənzilin Cavabdeh1 mərhum X29 ilə birgə nikah dövründə verilməsinə baxmayaraq, əvəzsiz verildiyindən və mərhumun razılığı ilə Cavabdeh1 adına özəlləşdirildiyindən, həmin mənzil onların birgə mülkiyyəti hesab edilmir, dolayısı ilə həmin mənzilin satılmasından əldə olunan vəsait hesabına birgə nikah dövründə alınan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7 ünvanında yerləşən 18 saylı mənzil də ümumi əmlak hesab edilə bilməz. Məhkəmə kollegiyası Cavabdeh1 və X23 arasında ünvan 2, 1 saylı mənzilə dair bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin həmin mənzillə bağlı mövqeyi işin araşdırılmış hallarına tam uyğun olmuşdur. Belə ki, işin materiallarından görünür ki, mübahisəli mənzil Cavabdeh1 ilə X44in birgə nikah dövründə əldə etdikləri əmlakdır və həmin əmlakın tərəflərin birgə vəsaiti hesabına alınıb-alınmaması işin mübahisəli halıdır. Lakin burada qeyd edilməlidir ki, həmin mənzilin ümumi mülkiyyətdə olub-olmamasından asılı olmayaraq, iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqları yoxdur. Belə ki, birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü tələbi məhz X44ə məxsus olan şəxsi hüquq olmuş, lakin iş materiallarından müəyyən olunur ki, Hüseynov Sabir öz sağlığında mübahisəli mənzildə olan pay hüququnun müəyyən edilməsinə dair hər hansı hüquqi addım atmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin göstərilən hallarına əsasən, mərhum həmin əmlakda öz pay hüququnun müəyyənləşdirilmədən əmlakın arvadının mülkiyyətində olması ilə razı olmasına dair birinci instansiya məhkəməsi düzgün mövqeyi sərgiləmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh1 ilə X23 arasında ünvan 2, 1 saylı mənzilə dair 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi bağlanan zaman onların atası ölmüş olduğundan, mərhumun vərəsəsi olaraq onların mövqeyi nəzərə alınmalı olduqları halda alınmamasına dair dəlilləri ilə bağlı qeyd edir ki, ümumi mülkiyyətdə olan əmlakda hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi, mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir. Nikah müddətində yalnız ər-arvadın ümumi gəlirləri əsasında əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən əmlaklar ümumi əmlak hesab olunmadığından iddia predmeti olan mənzillərin təcili olaraq Sabir Hüseynovun vəfatından sonra bağışlanılmasının Mülki Məcəllənin 667-ci maddəsinin tələblərinə zidd olmasının nə mənzilləri bağışlayan Cavabdeh1, nə əqdi imzalayan Rəsmiyyə Hüseynova tərəfindən, nə də Məhkəmə tərəfindən nəzərə alınmamasına dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, qeyd edildiyi kimi əvvəla qeyd edilən əmlaklar ümumi əmlak olmamış, ikincisi də bağışlama müqavilələri rəsmiləşdirilən zamanı mənzillər Cavabdeh1 mülkiyyətində olduğu üçün mülkiyyətçi kimi həmin əmlaklar üzərində sərəncam verməkdə sərbəst idi. Beləliklə də, mübahisələndirilən müqavilələr bağlanmasının Mülki Məcəllənin 667-ci maddəsinin tələblərinə zidd olmasına dair əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin cavabdehlərin dəlilləlrinə əsassız olaraq üstünlük verməsi kimi dəlilinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin izahatları özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və iddia tələblərinin əsaslı olmasına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin "xxxx" MMC-nin məktubunun sübutlar sırasından çıxarılması barədə vəsatətinə məhkəmə tərəfindən də münasibət bildirilməməsi dəlili ilə bağlı qeyd edir ki, iddiaçı tərəfin qeyd edilən məktubun qanuna uyğun olmamasına dair şübhələri ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət etmək hüquqları vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7 ünvanında yerləşən 18 saylı mənzil Cavabdeh1 ilə mərhum X16 ümumi əmlakı olmaması, cavabdehlər Cavabdeh1 ilə X23 arasında həmin əmlaka dair bağlanmış 4Ə-280 reyestr nömrəli xx.xx.2022-ci il tarixli və Cavabdeh1 və X23 arasında ünvan 2, 1 saylı mənzilə dair bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsinə heç bir əsas olmamasına dair birinci instansiya məhkəməsinin nəticələri işin araşdırılmış hallarına uyğundur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, mübahisəli əmlakın iddiaçıların atası ilə Cavabdeh1 birgə nikahı dövründə əldə edilməsi mübahisəsiz olsa da, birgə gəlirlər hesabına əldə edilib-edilməməsini hazırda müəyyənləşdirmək mümkünsüz olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi də düzgün olmuşdur. Çünki, hazırki iddia irəli sürülənədək tərəflərdən biri, yəni iddiaçıların atası vəfat etmiş, sağlığında isə bu əmlakın bölünməsini tələb etməmişdir. Hazırki iş üzrə iddiaçılar mənzil bağışlanarkən ataları öldüyündən onların vərəsə kimi razılığının alınmasının məcburi olduğunu düşünsələr də, bu dəlil əsaslı ola bilməz. Çünki mənzil birgə nikah dövründə, birgə gəlirlər hesabına əldə edilmiş olsa belə, buna razılıq hüququ əgər sağ olsaydı onların atası tərəfindən verilə bilərdi. Ancaq qeyd olunduğu kimi, mənzil özgəninkiləşdirilərkən Hüseynov Sabir sağ olmamış, sağlığında da mənzilin bölünməsini tələb etməmişdir. Bu cür vəziyyətdə Hüseynov Sabirin həmin mənzil üzərində payı müəyyən edilmədiyindən, bağışlama müqaviləsinin bağlanmasına iddiaçıların razılığı da tələb olunmurdu. Ona görə də iddiaçıların məhz Hüseynov Sabirin vərəsələri kimi mübahisəli mənzilin bağışlanmasının etibarsızlığını tələb etməyə subyektiv hüquqları da yaranmamasına dair birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır. Bununla əlaqədar kollegiya qeyd edir ki, işə irəli surülmuş tələblər üzrə baxaraq qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Beləliklə də göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə əsasında müvafiq reyestrdə aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi tələbinin də əsassız olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Belə ki, tələbin bu hissəsi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə birbaşa əlaqəli olduğundan və həmin tələb təmin edilməsi üçün heç bir əsas olmadığından, müqavilə əsasında müvafiq reyestrdə aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi tələbləri də əsassızdır Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin mübahisəli mənzillərdə iddiaçıların atalarına məxsus 50% payda müəyyən hissəyə iddiaçıların vərəsəlik hüquqlarının tanınması və mənzillərdəki paya çıxarışın verilməsi tələbinin də əsassız olmasına dair nəticəsi ilə razılaşır. Belə ki, işin araşdırılmış halları ilə tərəfindən mənzillərin iddiaçıların iddia etdiyi kimi X6 məxsus olması və ya onun hər bir mənzildə 50 (əlli) faiz payının olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(006)- 2588/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar