Məhkəmə qərarları › İş №2(103)-891/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-891/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-891/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh lizinq şirkəti QSCnin nümayəndəsi X5 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-207/2019 saylı 23 iyul 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Lizinq Şirkəti QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hesabına köçürtdüyü 184774,96 ABŞ dolları məbləğində pulun Cavabdeh Lizinq Şirkəti QSC-dən alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Cavabdehlizinq şirkəti QSC ilə bağlanmış 28.03.2013-cü il tarixli 942 T/13S saylı müqavilə bağlayaraq, lizing obyekti olan Hundai R 260 LC -9S markalı tırtırlı ekskavatoru lizing obyektinin müəyyən edilmiş haqqı məbləği müqabilində ona verilmişdir. Və o, 28.03.2013-cü il tarixdən, 04.12.2015-ci il tarixədək 184774.96 ABŞ dolları məbləğində lizing haqqına Cavabdeh lizinq şirkəti QSC-nin hesabına ödəmişdir. Lakin Cavabdeh lizinq şirkəti QSC iddiaçının onun hesabına keçirdiyi 184774.96 ABŞ dolları məbləğindən əsas məbləğə 115147.72 ABŞ dolları məbləğində pulu saxlamış, əsassız olaraq, faiz borcuna, dəbbə puluna və.s 69627 ABŞ dollarını isə hesablayaraq, onun üçün süni borclandırma şəraiti yaratmışdır. Bildirir ki, lizing obyekti olan Hundai R 260 LC-9S markalı tırtırlı ekskavatoru “xxxx”MMCdən Azərbaycan manatı ilə almaq bardə razılaşmış, lakin sonradan lizing müqaviləsində onu aldadaraq, ABŞ dolları hesablasalar da, halbuki iddiaçının lizinq müqaviləsinin ABŞ dolları ilə hesablanmasından xəbəri olmamışdır. Bunu sonradan ödəniş zamanı aşkar etmiş ödənişləri məcburi şəkildə Azərbaycan manatı ilə aparmağı ondan tələb etmişlər. Manatın birinci devalvasiyasında razılığa gəlib ödənişləri davam etdirsə də, manatın ikinci devalivasiyasında cavabdeh aldadıcı manevir edərək, ona bildirmişdir ki, lizing obyekti olan Hundai R 260 LC-9S markalı tırtırlı ekskavatoru gətirib cavabdehin saxlanc yerində saxlasın və beləliklə fazilər dayansın. Sonra çatışmayan ödəniş məbləğini ödəyərək lizing obyekti olan Hundai R 260 LC -9S markalı tırtırlı ekskavatoru saxlancdan geri özünə götürsün. Razılaşdıqları kimi o, çatışmayan ödəniş məbləğini götürüb ödəmək məqsədi ilə cavabdehin ofisinə getdikdə məlum olmuşdur ki, həmin texnika dəyərindən çox-çox aşağı qiymətə satılıb. Bütün bunlar sübut edir ki, iddiaçını hüquqi yolla aldatmışlar. Sonradan ona məlum olmuşdur ki, onunla “Cavabdeh’lizinq şirkəti QSC arasında bağlanmış 28.03.2013-cü il tarixli 942 T/13S saylı müqavilənin 13-cü maddəsində nəzərdə tutulan müqavilə şərtlərini pozmadığı halda iddiaçıya heç bir xəbərdarlıq etmədən və onun heç bir rəsmi və ya qeyri-rəsmi məlumatı olmadan Cavabdehlizinq şirkəti QSC 28.03.2013-cü il tarixli 942 T/13S saylı lizing müqaviləsinin lizing obyekti olan Hundai R 260 LC -9S markalı tırtırlı ekskavatoru özbaşına olaraq başqa bir şəxsə fiziki şəxs X1. Halbuki, cavabdeh “Cavabdeh’lizinq şirkəti QSC iddiaçı müqavilənin heç bir şərtini pozmadığı halda ona heç bir xəbərdarlıq edilmədən lizing obyekti olan Hundai R 260 LC-9S markalı tırtırlı ekskavatoru xəbərsiz halda başqa şəxsə sata və ya lizing müqaviləsi üzrə verə biliməzdi. Cavabdehlizinq şirkəti QSC-nin bu hərəkətləri mülkü qanunvericiliyin tələbləri baxımından qadağan edilmiş özbaşınalıq sayılmalıdır. Cavabdeh “Cavabdeh’lizinq şirkəti QSC-nin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçı küllü miqdarda maddi ziyan çəkmişdir. Göstərilənləri nəzərə alaraq, onun Cavabdeh lizinq şirkəti QSC-nin hesabına köçürdüyü 184774.96 ABŞ dolları məbləğində pulun Cavabdehlizinq şirkəti QSC-dən alınıb ona verilməsinə dair qətnamə qəbul ediləsini xahiş etmişdir. İddiaçı Cavabdeh Lizinq Şirkəti QSC-nin hüquqi varisi “xxxx” MMC cavabdehlər İddiaçı və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lizinq Şirkəti QSC ilə bağlanmış 28 mart 2013-cu il tarixli 942T/13/S saylı X18 Müqaviləsinə əsasən cavabdehlər İddiaçı və X3 öhdəliklərinin yerinə yetirməməsi nəticəsində müştərək qaydada dəymiş ziyan üzrə 8715,30 ABŞ dollarıəsas məbləğdən gecikmə, 3138 ABŞ dolları faiz, 201 ABŞ dolan dəbbə borcu və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Lizinq Şirkəti QSC ilə İddiaçı arasında bağlanmış 28 mart 2013-cüil tarixli X18 Müqaviləsinə əsasən Cavabdeh Lizinq Şirkəti QSC ümumi dəyəri 181971,93 ABŞ dolları olan, 10-0-176 dövlət qeydiyyat nişanlı “Hyundai R260LC-9S” tırtıllı ekskavatoru öz mülkiyyətinə əldə edərək, onu İddiaçı müvəqqəti istifadəsinə vermişdir. İddiaçı öz növbəsində 47319,31 ABŞ dolları avans olmaqla 181971,96 ABŞ dolları məbləğində borcu illik 21% olmaqla, 36 ay müddətində Cavabdeh Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 28 mart 2013-cü il tarixli təhvil-təslim aktı ilə lizinq obyekti olan “Hyundai R260LC-9S” tırtıllı ekskavator cavabdehə təhvil verilmişdir. İddiaçı Lizinq Müqaviləsinə 1 saylı Əlavədə (lizinq ödənişləri qrafiki) göstərilmiş illik 21% olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Bundan sonra cavabdeh İddiaçı tərəfindən 10 fevral 2016-cı il tarixdə lizinq obyekti Cavabdeh Lizinq Şirkəti QSC-yə təhvil verilmişdir. Nəticədə cavabdehin X18 Müqaviləsi üzrə lizinq obyekti təhvil verilən tarixə kimi öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə 10 fevral 2016-cı il tarixə 8715,30 ABŞ dolları əsas məbləğdən gecikmə, 3138 ABŞ dolları faiz və 201 ABŞ dolan dəbbə pulu borcu yaranmışdır. Eyni zamanda X18 müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq X9 ilə aralarında bağlanmış 28 mart 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-207/2019 saylı 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh lizinq şirkəti QSC-yə qarşı pul tələbinə dair ilkin iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, cavabdehlər İddiaçı və X3 müştərək qaydada dəymiş ziyan üzrə 8715,3 ABŞ dolları əsas məbləğdən gecikmə, 3138 ABŞ dolları faiz, 201 ABŞ dolan dəbbə borcu və 30 manat dövlət rüsumunun Cavabdeh Lizinq Şirkəti QSC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti ilkin iddia ərizəsində göstərilən hallara istinad edilməklə, onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qətnamədə müəyyən olunmuş nəticələr işin hallarına uyğun gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-969/2020 saylı, 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-207/2019 saylı iş üzrə 23 iyul 2019-cu il tarixli qətnaməsi faiz borcu hissəsində dəyişdirilərək, İddiaçı və X3 müştərək qaydada Cavabdeh Lizinq Şirkəti QSC-nin xeyrinə tutulan faiz borcunun 2174,40 ABŞ dolları (iki min bir yüz yetmiş dörd ABŞ dolları, qırx sent) məbləğində (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) müəyyən edilməsi, qətnamənin qalan hissədə verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, apelyasiya instansiyası məhkəmə tərəfindən keçirilmiş məhkəmə ekspertizasının xərci hesabına İddiaçı 145 (bir yüz qırx beş) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə İddiaçı kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3649/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli qərarı ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.01.2020-ci il tarixli, 2(103)-969/2020 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilmiş, iş həmin hissədə yəni apelyasiya baxışına qaytarılmış, qətnamə qalan hissəsə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apelyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh lizinq şirkəti QSC-nin nümayəndəsi X11 14.06.2021-ci il tarixli maliyyə arayışı təqdim edərək bildirdi ki, kasasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hazırda qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X3 müştərək qaydada 6839,44 manat əsas məbləğdən gecikmə, 2462,70 manat faiz, 157,74 manat dəbbə borcu olmaqla cəmi 9460.21 manat pul vəsaiti tələb edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X9 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdeh X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız qarşılıqlı iddianın təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3649/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli qərarı ilə məhkəmə qətnaməsi qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və kasasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-207/2019 saylı, 23 iyul 2019-cu il tarixli qətnaməsi cavabdehlər İddiaçı və X3 müştərək qaydada dəymiş ziyan üzrə 8715,3 ABŞ dolları əsas məbləğdən gecikmə, 3138 ABŞ dolları faiz, 201 ABŞ doları dəbbə borcu və 30 manat dövlət rüsumunun Cavabdeh Lizinq Şirkəti QSC-nin xeyrinə tutulması hissəsində dəyişdirilərək, həmin məbləğ 6839,77 manat əsas məbləğdən gecikmə, 2462,70 manat faiz, 157,74 manat dəbbə borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 9490.21 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan "Cavabdeh” Lizinq Şirkəti QSC ilə İddiaçı arasında 28.03.2013-cü il tarixli, 942T/13/S saylı X13 bağlanmışdır, lizing obyekti olan Hundai R 260 LC -9S markalı tırtırlı ekskavatoru lizing obyektinin müəyyən edilmiş haqqı məbləği müqabilində İddiaçı verilmişdir. İş materiallarında olan 29.03.2013-cü il tarixli S-594 saylı müqavilədən görünür ki, “xxxx” MMC və İddiaçı arasında bağlanmış müqaviləyə əsasən “xxxx” MMC 1 ədəd R260LC-9S ekskavatorun texniki servisini həyata keçirməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan lizinq ödənişləri cədvəlinə əsasən ilk ödəniş tarixi 28.03.2013, son ödəniş tarixi isə 28.03.2016-cı ildir. İş materiallarında olan 576№-li təhvil təslim aktından görünür ki, İddiaçı 1 ədəd Hundai markalı, R260LC-9S model tırtıllı ekskavatoru avadanlıqları ilə birlikdə yeni və heç işlənilməmiş olaraq zədəsiz və işləyən vəziyyətdə təslim almışdır. İş materiallarında olan 28.03.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, kreditordan kredit götürmüş İddiaçı kreditor qarşısında öz öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürən zamin X9 qeyd edilən müqaviləni imzalamışdır. İş materiallarında olan 942T/13/S saylı X8 30.09.2015-ci il tarixli əlavədən görünür ki, tərəflər aralarında bağlanmış olan 942T/13/S saylı X8 aşağıdakı dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər: Lizinq müddəti 24 (iyirmi dörd) ay təşkil edir. Lizinq verənin mükafatı Lizinq verən tərəfindən ınaliyyəşdirilən məbləğə illik 21.1) 0 % (iyirini bir laiz) olmaqla, gündəlik hesablama metodu ilə hesablanacaqdır. Bu müqaviləyə Əlavə № İ (Lizinq ödənişləri Cədvəli) müəyyən edilən müddətdə Lizinq alan lizinq ödənişini tam həyata keçirmirsə. Lizinq alan Lizinq verənə hər gecikdirilmiş təqvim günü üçün vaxtında ödənilməmiş əsas məbləğdən 0,6% (sıfır tam onda altı faiz) miqdarında dəbbə pulu ödəyir. Bu Razılaşma 942T/İ3/S saylı X15 Müqaviləsinin hüquqi qüvvəsinə təsir etmir və həmin müqavilənin ayrılmaz tərkib hissəsi kimi qəbul edilir. Tərəflər razılaşırlar ki, müqavilənin valyutası - ABŞ dolları. X21 №1 (Lizinq ödənişləri Cədvəli) qiymətlər USD ilə ifadə olunacaq. Əlavə №1 (Lizinq ödənişləri Cədvəli) lizinq obyekti Lizinq alana təhvil ediləndən sonra təqdim ediləcək. X19 ödoniş gününə olan məzənnəsinə uyğun olaraq manatla aparılmalıdır. İş materiallarına əlavə edilmiş 06.04.2016-cı il tarixli ərizədən görünür ki, X10 "Cavabdeh” Lizinq Şirkəti QSC-yə maliyyət lizinqi müqaviləsinin bağlanması üçün müraciət etmişdir. İş materiallarına əlavə edilmiş "Cavabdeh” Lizinq Şirkəti QSC ilə X10 arasında 06.04.2016-cı il tarixli, 2847T/16/B saylı X13 bağlanmışdır, lizing obyekti olan Hundai R 260 LC -9S markalı tırtırlı ekskavatoru lizing obyektinin müəyyən edilmiş haqqı məbləği müqabilində X6 verilmişdir İş materiallarında olan 2847T/16/B saylı X8 2№-li əlavədən görünür ki, satıcı ümumi dəyəri 131,550.00 manat olan lizing obyektini alıcıya təqdim edir, alıcı isə qeyd olunan əmlakı sinradan lizinqə vermək məqsədilə öz mülkiyyətinə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, 10.02.2016-cı il tarixə cavabdehin X18 müqaviləsi üzrə əsas borcu 58164,73 ABŞ dolları, əsas məbləğdən gecikmə 8715,3 ABŞ dolları, faiz borcuna görə 3138 ABŞ dolları, dəbbə puluna görə 201 ABŞ dolları olmaqla, cəmi 70219,03 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş “Proleasing” mühasibat uçotu proqramından çıxarışdan görünür ki, İddiaçı 13.11.2015-04.12.2015-cil tarixlərdə 2856,04 ABŞ dolları məbləğində ödəniş etmişdir. İş materiallarında olan 31 may 2019-cu il tarixli 26790 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, İddiaçı 942T/13/S saylı X13 üzrə lizinq şirkətinə borcu əsas borc üzrə 56.477,99 ABŞ dolları, faiz borcu üzrə 2.174,40 ABŞ dolları təşkil edir. Kasasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, qarşılıqlı iddia tələbi üzrə apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi hüquq normalarını pozmuşdur. Bu da qətnamənin həmin hissəsinin ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kasasiya məhkəməsinin göstərişləri əsasında apelyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 03.05.2021-ci il tarixli 9/403 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, 28.03.2013-cü il tarixli 942-T/13S nömrəli X13nin qeyd olunan şərtləri nəzərə alınmaqla, İddiaçı 10 fevral 2016-cı il tarixə (maliyyə arayışında tələb olunan tarixə) iddiaçı Cavabdeh Lizinq Şirkəti QSC-nə olan borcu ümumilikdə 69.795,05 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 56.477,99 ABŞ dolları, faiz borcu üzrə 2.174,40 ABŞ dolları. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X3 müştərək qaydada dəymiş ziyan üzrə 8715,30 ABŞ dolları əsas məbləğdən gecikmə, 3138 ABŞ dolları faiz, 201 ABŞ dolan dəbbə borcu tutmuş, apelyasiya instansiyası məhkəməsi isə ekspert rəyinə əsasən yalnız faiz boircunu azaldıb 2174,40 ABŞ dolları müəyyən etmişdir. Lizinq Şirkəti ilə İddiaçı arasında 28 mart 2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən lizinq obyektinin dəyəri 142757 manatdır. Ödəniş cədvəlində isə lizinq obyektinin bazar dəyəri 181971,96 ABŞ kimi göstərilmişdir. Lizinq müqaviləsində lizinq obyektinin qiyməti manatla göstərilsə də, şərti pul vahidinin Mərkəzi Bankın müəyyən etidiyi məzənnəyə uyğun olaraq ABŞ dolları olması müəyyən edilib. Eyni zamanda ödəniş cədvəlində də pul vahidinin ABŞ dolları olması müəyyən edilib. Baxmayaraq ki, müqavilədə şərti pul vahidinin xarici valyuta kimi ABŞ dolları müəyyən olunub, bu halda həmin valyuta ilə pul məbləğinin tutulması istisna olunur. Əvvəla, lizinq obyektinin dəyəri müqavilədə manatla ifadə edilib. İkincisi, lizinq müqaviləsində lizinq obyektinin dəyərinin xarici valyuta ilə göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konsitutsiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsində pul öhdəliyinin manatla ifadə edilməsi, əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirilə bilər. Hazırkı işin halları baxımından qeyd edilməlidir ki, müqavilə tərəfləri, o cümlədən iddiaçı təşkilat xarici hüquq şəxs deyil, bağlanmış lizinq müqaviləsində və ödəniş cədvəlində lizinq alanın pul öhdəliyi xarici valyuta ilə ifadə oluna bilməz. Üstəlik, lizinq obyektinin dəyəri manatla ifadə olunub. Məhkəmə kollegiyası qeyd edir ki, lizinq müqaviləsi kredit müqaviləsi deyildir. Lizinq müqaviləsi mahiyyət etibarı ilə kirayə müqaviləsidir və lizinq alanın özünün seçdiyi əşya lizinq verən tərəfindən əldə olunaraq onun istifadəsinə verilir, lizinq alan bunun müqabilində istifadə haqqı ödəyir və bütün ödənişləri etdikdən sonra həmin əşyanı öz mülkiyyətinə keçirmək hüququ əldə edir. Ona görə də borc münasibətlərindən fərqli olaraq lizinq müqaviləsi üzrə ödənişlər pul öhdəliyidir və yuxarda istinad olunan maddi hüquq normalarının tələbinə görə həmin öhdəlik yalnız manatla ifadə olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14.05.2015-ci il tarixli qərarında da Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəasının yalnız kredit (borc) müqavilələri üzrə öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmaması qeyd edilib. Hazırki işdə isə öhdəlik kredit müqaviləsindən deyil, lizinq müqaviləsindən yaranıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14.05.2015-ci il tarixli qərarında isə o da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. Birinci instansiya məhkəməsi isə qarşılıqlı iddianı qanunvericiliyin qeyd edilən normaları baxımından qiymətləndirməmiş, qarşılıqlı iddia üzrə cavabdehin xarici valyutada ödədiyi (ABŞ dolları ilə) məbləğin ödənildiyi anda manata məzənnəsi nəzərə alınmaqla, manatla ifadə olunan borcunun nə qədər olmasını, ümumiyyətlə, borcunun qalıbqalmamasını müəyyən etməmiş və cavabdehin borcunu ABŞ dolları ilə müəyyən etməklə maddi hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Mülki Məcəllənin 419.2-ci maddəsinin görə isə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Bu baxımdan, lizinq müqaviləsində qeyri-müəyyənlik həmin şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin, yəni Lizinq Şirkətinin ziyanına təfsir edilməlidir. Apelyasiya icraatı zamanı təyin edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 03.05.2021-ci il tarixli 9/403 nömrəli rəyi ilə İddiaçı 10 fevral 2016cı il tarixə (maliyyə arayışında tələb olunan tarixə) iddiaçı Cavabdeh Lizinq Şirkəti QSC-nə olan borcu ümumilikdə 69.795,05 ABŞ dolları məbləğində müəyyən edildiyi göstərilsə də, kollegiya hesab edir ki, həmin ekspert rəyi məhkəmə üçün məcburi deyildir. Belə ki, ekspert qarşısında "Cavabdeh” Lizinq Şirkəti QSC ilə İddiaçı arasında bağlanmış 28.03.2013-cü il tarixli 942T/13/S saylı X13 üzrə lizinqə verilən əmkakın dəyəri, lizinq məbləği və müqavilə və ona edilmiş əlavə və dəyişikliklərə əsasən İddiaçı tərəfindən ABŞ dolları ilə aparılılmış ödənişlər (ödənildiyi anda) manatla nəzərə alındıqda, onun manatla ifadə olunan borcu qalıb-qalmaması və əgər qalmışdırsa həmin borcun nə qədər təşkil etməsi sualı qoyulsa da, ekspert iş üzrə keçirlimiş 31 may 2019-cu il tarixli, 26790 saylı rəyini təkrarlamaqla kifayətlənmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, ekspert iş üzrə keçirlimiş ekspert rəyi hazırki halda məhkəmə üçün sübut əhəmiyyəti kəsb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Apelyasiya icraatı zamanı iddiaçı Cavabdeh Lizinq Şirkəti QSC-nin hüquqi varisi “xxxx” MMC tərəfindən təqdim edilmiş 14.06.2021-ci il tarixli maliyyət arayışından görünür ki, cavabdeh İddiaçı əsas məbləğdən 6839,77 manat, Lizinq mükafatı üzrə 2462,70 manat, 157,74 manat borcu müəyyən edilir. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən təqdim edilmiş 14.06.2021-ci il tarixli maliyyə arayışı nəzərə alınmaqla Cavabdeh Lizinq Şirkəti QSC ilə cavabdeh İddiaçı arasında bağlanmış 28.03.2013-cü il tarixli daxili maliyyə lizingi və zaminlik müqavilələri üzrə cavabdehlər İddiaçı və X3 müştərək qaydada dəymiş ziyan üzrə 6839,77 manat əsas məbləğdən gecikmə, 2462,70 manat faiz, 157,74 manat dəbbə borcu olmaqla cəmi 9460.21 manat borc Cavabdeh Lizinq Şirkəti QSC-nin (hüquqi varisi “xxxx” MMC) xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, “xxxxt” MMC-nin qarşılıqlı iddiası əsas hissədə təmin edildiyindən qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər İddiaçı və X3 müştərək qaydada tutularaq Cavabdeh Lizinq Şirkəti QSC-nin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının xərcinin 50%-i (145 manatı) Cavabdeh Lizinq Şirkəti QSC-dən və 50%-i (145 manatı) isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayətinin dəlilləri qismən əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-207/2019 saylı, 23 iyul 2019-cu il tarixli qətnaməsi cavabdehlər İddiaçı və X3 müştərək qaydada dəymiş ziyan üzrə 8715,3 ABŞ dolları əsas məbləğdən gecikmə, 3138 ABŞ dolları faiz, 201 ABŞ doları dəbbə borcu və 30 manat dövlət rüsumunun Cavabdeh Lizinq Şirkəti QSC-nin xeyrinə tutulması hissəsində dəyişdirilərək, həmin məbləğ 6839,77 manat əsas məbləğdən gecikmə, 2462,70 manat faiz, 157,74 manat dəbbə borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 9490.21 manat müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-207/2019 saylı, 23 iyul 2019-cu il tarixli qətnaməsi “cavabdehlər İddiaçı və X3 müştərək qaydada dəymiş ziyan üzrə 8715,3 ABŞ dolları əsas məbləğdən gecikmə, 3138 ABŞ dolları faiz, 201 ABŞ doları dəbbə borcu və 30 manat dövlət rüsumunun Cavabdeh Lizinq Şirkəti QSC-nin xeyrinə tutulması” hissəsində dəyişdirilərək, həmin məbləğ 6839,77 manat əsas məbləğdən gecikmə, 2462,70 manat faiz, 157,74 manat dəbbə borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 9490.21 manat müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manatın 50%-i (145 manatı) Cavabdeh Lizinq Şirkəti QSC-dən və 50%-i (145 manatı) isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar