Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-891/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil3, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinə dair reyestrdə aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3930/2023 nömrəli 03 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin alqı-satqı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə aparılmış ********** qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3930/2023 nömrəli 03 avqust 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3930/2023 nömrəli 03 avqust 2023-cü il tarixli qətnaməsində yol verilmiş yalnışlıqların aradan qaldırılması məsələsinə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3930/2023 nömrəli 16 noyabr 2023cü il tarixli əlavə qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 08 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair reyestrdə 11 fevral 2019-cu il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın ləğv edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Daha sonra zərurət aradan qalxdıqdan sonra mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3930/2023 nömrəli 03 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili mülki işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədi. İddiaçının nümayəndəsi-vəkili məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hazırda cavabdehin nümayəndəsi-vəkili “apellyasiya şikayətinə əlavə” verərək, məhkəmənin əlavə qətnaməsinin də ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi apellyasiya şikayətinə əlavə kimi qeyd edilsə də, əlavə qətnamə mübahisələndirilmişdir. Belə olan halda əlavə qətnamədən verilmiş apellyasiya şikayəti olduğundan qanunvericiliyin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 364.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, əlavə qətnamədən cavabdeh tərəfdən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360-364cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3930/2023 nömrəli 16 noyabr 2023cü il tarixli əlavə qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-891/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-891/2024
23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver