Məhkəmə qərarları › İş №2(103)-892/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-892/2024

17.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-892/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dairmülki iş üzrə (Açar sözlər: Borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 katibliyiilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(004)-4216/2023 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh ASC ASC tərəfindən İddiaçıunun mənzilinə aid suölçən cihaza yoxlama keçirilərkən həmin suölçən cihazın kipliyinin pozulması, suölçən cihazın tənzimləyici araqat hissəsinin korroziyaya uğraması, müdaxilənin olmaması halları aşkar edilmiş və ona xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixədək 1292 kub.m sərfiyyat, ondan suya görə 783,84 manat, çirkab suya görə 335,93 manat, cəmi 1119,77 manat borc hesablanmışdır. 2.İddiaçıhəmin borcun qanunsuz hesablanmasını bildirərək, borcun silinməsini xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2023-cü tarixədək əsassız olaraq hesablanmış 1119 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ASC Nərimanov rayon Sukanal İdarəsi arasında bağlanılmış xx.xx.2001-ci tarixli, 11100015 nömrəli, abonent kodu **********510 olan müqaviləyə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə iddiaçı tərəfindən bu günədək "xxxx" Nərimanov rayon Sukanal İdarəsinə vaxtlı-vaxtında xidmət haqqı ödənilmişdir. Lakin buna baxmayaraq "xxxx" ASC NOCİ SCKL tərəfindən iddiaçının mənzilinə aid suölçən cihaza yoxlama keçirilərkən guya həmin suölçən cihazın kipliyinin pozulması aşkar olunmuş və suölçən cihazın tənzimləyici araqat hissəsinin korroziyaya uğraması halları aşkar edilmişdir. Suölçən cihaza iddiaçı tərəfindən hər hansı bir kənar müdaxilə olunması faktı öz təsdiqini tapmamışdır. Belə ki, "xxxx" ASC NOCİ SCKL-nin müdir müavini Orxan Mustafa oğlu tərəfindən tərtib edilərək təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 62718/0242902 nömrəli rəyə əsasən, suölçən cihaz nisbi xətanın təyini üçün yararlı deyil, müdaxilə aşkar edilmədi və istismara yararsızdır. Ərizəyə əlavə olunmuş su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2023-cü il tarixli abonent kartından da göründüyü kimi, Su İdarəsi tərəfindən su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2023-cü tarixədək iddiaçının əsassız olaraq 1119 manat borcunun yarandığı qeyd olunmuş və həmin tarixdən də su tam qanunsuz və əsassız olaraq dayandırılmışdır.İddiaçı tərəfindən məhkəməyə su təchizatı və kanalizasiya xidmətlərinin dayandırılmasının aradan qaldırılaraq həmin xidmətlərin bərpa olunmasına dair müraciət edilmiş və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ərizə təmin olunaraq həmin xidmətlər bərpa olunmuşdur. 5.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 16 oktyabr 2023-cü il tarixli, 2(004)-4216/2023 saylı qətnaməsi ilə (hakim-Təhminə Xəlilova) iddia tələbi təmin edilərək, İddiaçı məxsus **********510 saylı abonent koduna yazılmış 1119 (min yüz on doqquz) manat məbləğində borcun silinməsi vəzifəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 31,19 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 6.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçıya məxsus abonent kartından göründüyü kimi, iddiaçıya xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixədək 1292 kub.m sərfiyyat, ondan suya görə 783,84 manat, çirkab suya görə 335,93 manat, cəmi 1119,77 manat borc hesablanmışdır. Cavabdeh həmin borcun hesablanmasına əsas olmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə müəyyən etmişdir ki, iddiaçının mənzilinə aid sayğac onun manzilində deyil, mənzilindən kənarda, pilləkan meydançasında yerləşir. 7.Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının su sayğacına müdaxilədə təqsiri müəyyən edilmədiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. 8.Məhkəmə öz mövqeyini“Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “X4”nın 4.1.5-ci: ”Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1, 9.1.5-ci:Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 14.2, 119.1, 216-220, 227-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 9.Qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,60 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçıya borc məbləği sayğacın göstəricisinə əsasən hesablanmışdır. Borc sayğac göstəricisinə əsasən hesablandığı üçün məhkəmə tərəfindən əsassız olaraq silinmişdir. Digər tərəfdən iddiaçının faktiki olaraq 764,86 manat borcu olmasına baxmayaraq məhkəmə tərəfindən 1119 manat silinmişdir. Bu hissədə də məhkəmə tərəfindən araşdırma aparılmamışdır. Yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri, sübut qismində məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 11.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 12.İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbələri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 13.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.Maddə 21.Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsinəzərdə tutulmasın. 15.Maddə 560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 16.Maddə 72.Su təchizatı və kanalizasiya müəssisələri bu Qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “X4”nın: 17.7.9-cu bəndi.Suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir.

18. 5.1.5-ci bəndi.Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyridəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır.

19. 6.4-cü bəndi. Yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM (su təchizatı və kanalizasiya müəssisəsi), mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 20.Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 21.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 23.Maddə 77.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 24.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 26.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 28.Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, fiziki şəxs olan iddiaçının ünvanında su sayğacı evdən kənarda quraşdırılmış, həmin sayğaca cavabdeh təşkilatın əməkdaşlarının sərbəst şəkildə nəzarət imkanı olmuşdur. Buna baxmayaraq, cavabdehin əməkdaşları tərəfindən iddiaçının mənzilinə aid suölçən cihaza yoxlama keçirilərkən həmin suölçən cihazın kipliyinin pozulması aşkar olunmuş və suölçən cihazın tənzimləyici araqat hissəsinin korroziyaya uğraması halları aşkar edilmişdir. Sayğac dəyişdikdən sonra xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixədək 1292 kub.m sərfiyyat, ondan suya görə 783,84 manat, çirkab suya görə 335,93 manat, cəmi 1119,77 manat borc hesablanmışdır. 29.Həmçinin, sayğacın yoxlanılmasına dair 62718/024902 saylı, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, sayğacın laborator yoxlanması zamanı ona müdaxilə olunması aşkar edilməmişdir. 30.Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, evdən kənarda quraşdırılan suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM (su təchizatı və kanalizasiya müəssisəsi) cavabdehlik daşımasına və əgər sayğac istehlakçı tərəfindən yararsız hala düşmüşdürsə bunu da sübut edmək vəzifəsi cavabdehin üzərinə düşməsinə baxmayaraq qeyd olunan halları təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. 31.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya su təchizatı və kanalizasiya xidmətlərinə görə 1119,77 manat məbləğində borcun yazılması əsassız olduğundan məhkəmə tərəfindən iddia tələbi düzgün olaraq təmin edilmişdir. 32.Qeyd olunanları ümumiləşdirərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(004)-4216/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 33.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 40.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 34.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 35.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 36.Kollegiya hesab edir ki, dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq düzgün olaraq cavabdehdən tutulmuşdur. 37.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(004)-4216/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar