Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8936/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh LPO “xxxx” KB QSC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh LPO «xxxx» KB QSC-yə qarşı «faizin və faizin gecikdirildiyi günlərin silinməsi, faizin olmaması və faizin gecikdirilmiş günlərin silinməsi ilə əlaqədar arayış verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1618/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə LPO «xxxx» KB QSC arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin kreditorun xeyrinə icra edildiyi, borc tam ödənildiyi üçün öhdəliyə xitam verilməsi, bankın əməliyyat sistemində 3.477 manat 55 qəpik faiz və cərimənin olmaması müəyyən olunması, faiz və cərimənin, faizin gecikdirildiyi günlərin silinməsi barədə məlumatın (arayışın) «xxxx» MMCyə verilməsi vəzifəsi LPO «xxxx» KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh LPO «xxxx» KB QSC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1618/2020 saylı qərardadı ilə cavabdeh LPO «xxxx» KB QSC-nin ləğvedicsi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1618/2020 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh LPO QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)- 1618/2020 saylı qərardadından şikayət verilərək, qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1618/2020 saylı qətnaməsi LPO “xxxx” KB QSC-yə xx xxxxxx 2020-ci il tarixində daxil olmuşdur. Həmin qətnamədən xx xxxxxxxx 2020-ci il tarixində apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan məktubdan, poçt reyestrindən və xəbərnamədən (iş vərəqi 43-45) görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1618/2020 saylı qətnaməsi cavabdeh LPO “xxxx” KB QSC-yə xx.xx.2020-ci il tarixdə göndərilmiş və qətnamə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə rəsmi qaydada alınmışdır. Kollegiya eləcə də qeyd edir ki, işdə olan xx xxx 2020-ci il tarixli məktubdan görünür ki, həmin qətnamə əsasında icra vərəqəsi verilərək qətnamə icraya yönəldilmiş, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx xxx 2020-ci il tarixdə həmin icra vərəqəsi əsasında icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh LPO “xxxx” KB QSC tərəfindən xx.xx.2020-ci il tarixdə rəsmi qaydada alınmış qətnamədən, xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verilməklə, qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Ona görə də, kollegiya hesab edir ki, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh LPO «xxxx» KB QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8936/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8936/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver