Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8948/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Quliyev Rauf Cəbrayıl oğlunun, Cavabdeh "xxxx" QSC BOKT-nin nümayəndəsi Babayev Vüqar Eyvaz oğlunun iştirakı ilə,, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3508/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar Səmədzadə Sevinc Şamil qızı və Bədəlov Cavid Əliyar oğlu cavabdeh "xxxx" QSC BOKT-a qarşı aktın və çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.08.2018-ci il tarixli 2(009)-74/2018 saylı qətnaməsi ilə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş hərracın yekunları barədə 12.06.2014-cü il tarixli Y-395 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12.06.2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evə "xxxx" ASC-nin mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 16.01.2015-ci il tarixli ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarış etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)-173/2019 saylı qətnaməsi ilə iddiaçı Bədəlov Cavid Əliyar oğlunun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 03.08.2018-ci il tarixli qətnaməsi qismən-Bədəlov Cavid Əliyar oğlunun iddiasının təmin olunmayan hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, H.Cavid prospekti “Q” ünvanda yerləşən 38 saylı mənzilin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş hərracın yekunları barədə 12.06.2014-cü tarixli Y395 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12.06.2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, H.Cavid prospekti “Q” ünvanda yerləşən 38 saylı mənzilə "xxxx" ASC-nin mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 13.02.2015-ci il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX0572927 seriyalı çıxarış etibarsız hesab edilmiş, Cavabdeh QSC-nin apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.09.2019-cu il tarixli 2(102)-5751/2019 saylı qərarı ilə üçüncü şəxs Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)- 173/2019 nömrəli icra vərəqəsinin icrasına dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 15.11.2019-cu il tarixli 15670-12Q saylı və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 20.11.2019-cu il tarixli 17/72-168206/18-30378 saylı məktublarına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılaraq 19.12.2019-cu il tarixli **********66 nömrəli cavab məktubu ilə göstərilir ki, Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)-173/2019 nömrəli icra vərəqəsində qeyd edilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evi və Bakı şəhəri, Yasamal rayonu, 528ci məhəllə, H.Cavid prospekti, “Q” ünvanda yerləşən 38 saylı mənzil 18.01.2018-ci il tarixdə "xxxx" ASC-nin adından Cavabdeh QSC-nin adına keçərək, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)-173/2019 nömrəli icra vərəqəsi ilə müvafiq əmlaklara dair Cavabdeh QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların hüquqi əsası etibarsız edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1 -ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinə və Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, H.Cavid prospekti, “Q” ünvanda yerləşən 38 saylı mənzilə dair Cavabdeh QSCnin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata və onun hüquqi əsasının etibarsızlığına münasibət bildirərək, Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019cu il tarixli 2(103)-173/2019 nömrəli icra vərəqəsinə izah verilməsi xahiş olunmuşdur. Bildiririk ki, keçən müddət ərzində Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)-173/2019 nömrəli icra vərəqəsinə heç bir izah verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)-173/2019 nömrəli icra vərəqəsinə əsasən, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş hərracın yekunları barədə 12.06.2014-cü il tarixli Y-395 saylı protokolun və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 12.06.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evə "xxxx" ASC-nin mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 16.01.2015-ci il tarixli ********** saylı qeydiyyatın və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarışın etibarsız hesab edilməsi; "xxxx" MMC tərəfındən Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, H.Cavid prospekti “Q” ünvanda yerləşən 38 saylı mənzilin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş hərracın yekunları barədə 12.06.2014-cü il tarixli Y-395 saylı protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12.06.2014- cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, H.Cavid prospekti “Q” ünvanda yerləşən 38 saylı mənzilə "xxxx" ASC-nin mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 13.02.2015-ci il tarixli, ********** saylı qeydiyyatın və həmin qeydiyyata dair RX0572927 seriyalı çıxarış etibarsız hesab edilməsi; icra olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)- 173/2019 nömrəli icra vərəqəsi ilə həmin əmlaklara dair Cavabdeh QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların hüquqi əsası etibarsız edilmişdir. Cavabdeh QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların hüquqi əsasının etibarsız edilməsi ilə əlaqədar, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin və Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, H.Cavid prospekti, “Q” ünvanda yerləşən 38 saylı mənzilin 18.01.2018-ci il tarixdə "xxxx" ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair müqavilə etibarsız hesab edilməli və daşınmaz əmlakın dövlət reyestrində aparılmış müfaviq qeydiyyat və həmin qeydiyyata əsasən verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin və Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, H.Cavid prospekti, “Q” ünvanda yerləşən 38 saylı mənzilin 18.01.2018-ci il tarixdə "xxxx" ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydiyyatın və həmin qeydiyyata əsasən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin və Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, H.Cavid prospekti, “Q” ünvanda yerləşən 38 saylı mənzilin 18.01.2018-ci il tarixdə "xxxx" ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış müfaviq qeydiyyatın və həmin qeydiyyata əsasən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə məhkəmə baxılan zaman iddiaçının nümayəndəsi və eyni zamanda vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin "xxxx" ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair 27.12.2017-ci il tarixli, S-ƏML 124 saylı aktın etibarsız hesab edilməsi və onun əsasında verilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 18.01.2018-ci il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti məhəllə 528, “Q” ünvanda yerləşən ev 38 (yeni qaydalarla ünvan 4, mənzil 2) saylı mənzilin "xxxx" ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair 27.12.2017-ci il tarixli, S-ƏML 125 saylı aktın etibarsız hesab edilməsi və onun əsasında verilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 18.01.2018-ci il tarixli ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarışın etibarsız hesab ediləməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3508/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin "xxxx" ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair 27 dekabr 2017-ci il tarixli, S-ƏML 124 saylı akt etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evə Cavabdeh QSC-nin mülkiyyət hüququna dair Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 18.01.2018-ci il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarış etibarsız hesab edilməsi, Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti məhəllə 528 ev Q, 38 (yeni qaydalarla ünvan 4, mənzil 2) saylı mənzilin "xxxx" ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair 27 dekabr 2017-ci il tarixli, S-ƏML 125 saylı aktın etibarsız hesab edilməsi, Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti məhəllə 528 ev Q, 38 (yeni qaydalarla ünvan 4, mənzil 2) saylı mənzilə Cavabdeh QSC-nin mülkiyyət hüququna dair Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 18.01.2018-ci il tarixli, ********** saylı qeydiyyatın və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" QSC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(004)-3508/2021 saylı qətnaməsi Cavabdeh QSC-nin mülkiyyət hüquqlarının pozulması ilə nəticələndiyindən ləğv edilməlidir. Belə ki, qətnamədə qeyd olunmuşdur: "Bakı şəhəti, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin və Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 528 ev O, 38 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi 36, Ml, mənzil 2) saylı mənzilin "xxxx" ASC adma mülkiyyət hüququ ilə keçməsinə əsas olmuş hüquqi sənədlər müvafiq məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. " Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015ci il tarixli 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-nin mülkiyyətində olmuş ünvan 5 ünvanında 0,020164 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 307,53 kv.m olan bağ evi 27 dekabr 2017-ci il tarixli S-ƏML 124 nömrəli təhvil-təslim aktına əsasən Cavabdeh QSC-yə təhvil verilmiş və həmin əmlak üzərində Cavabdeh QSC- nin mülkiyyət hüquqlarının qeydiyyatı aparılaraq buna dair RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi - 18.01.2018-ci il, qeydiyyat nömrəsi - **********) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanılmış kredit müqaviləsinin təminatı olaraq iddiaçıların miilkiyyətindəki olan sözügedən daşınmaz əmlaklar ipotekaya qoyulmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borclu "xxxx" MMC üzərinə düşən öhdəliyin yerinə yetirmədiyindən, məhkəmə qətnaməsinin icrası ilə əlaqədar həmin daşınmaz əmlaklar hərrac vasitəsi ilə "xxxx" ASC-yə təklif olunmuş və qanununa müvafiq olaraq sözügedən daşınmaz əmlaklar bankın mülkiyyətinə keçirilmişdir. Yuxarıda qeyd fərman və sərəncamın icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-nin mülkiyyətində olmuş ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 80,46 kv.m olan 3 otaqlı 38 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rəhim küçəsi, 36, Ml, mənzil 2) 27 dekabr 2017-ci il tarixli S-ƏML 125 nömrəli təhvil-təslim aktına əsasən Cavabdeh QSC-yə təhvil verilmiş və həmin əmlak üzərində Cavabdeh QSC-nin mülkiyyət hüquqlarının qeydiyyatı aparılaraq buna dair RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi - 18.02.2018-ci il, qeydiyyat nömrəsi - 11 ********) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanına əsasən Cavabdeh QSC-nin "xxxx" ASC-dən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı, habelə alınacaq aktivlər üzrə tələb hüququ "xxxx" ASC-dən Cavabdeh QSC-yə ötürülmüş Birləşmiş Ərəb Əmirliklərinin “Fujairah” azad iqtisadi zonasında yerləşən pambıq iplik istehsalı üzrə “United Textiles FZE” müəssisəsinin maşın və avadanlıqları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə (balansına) verilməldir. Həmin fərmana əsasən hazırki iş üzrə mübahisəli daşınmaz əmlaklar da Cavabdeh QSC tərəfindən "xxxx" ASC-nin mülkiyyətinə (balansına) verilməldir. Lakin iddiaçılar Səmədzadə Sevinc Şamil qızı və Bədəlov Cavid Əliyar oğlu məhkəmələrdə əsassız iddialar qaldıraraq sözügedən fərmanın icrasında çətinliklər yaradır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Quliyev Rauf Cəbrayıl oğlu şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" QSC BOKT-nin nümayəndəsi Babayev Vüqar Eyvaz oğlu apellyasiya şikayətinin əsassız olduğunu bildirərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3508/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.06.2021-ci il tarixli **********69 nömrəli məktubuna əsasən ünvan 7 ünvanı 21.08.1997-ci il tarixdə Əliyeva Səmayə Salman qızının adına ilkin qeydiyyata alınmışdır. Sözügedən mənzil 27.09.1997-ci il tarixdə Mirzoyeva Seda Surxay qızının adına rəsmiləşdirilmişdir. Yasamal rayon İcra Hakimiyyətinin 764 saylı, 03.12.2003-cü il tarixli sərəncamına əsasən həmin mənzilə əlavə olaraq 24 kv.m tikinti işi aparılması faktı təsdiq edilmişdir. Qeyd olunan mənzil Mehrəliyev Cabbar Şüvüb oğlunun adına 18.12.2003-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzil üzərində Bədəlov Cavid Əliyar oğlunun mülkiyyət hüququ 19.06.2004-cü il tarixdə qeydə alınmışdır. 13.02.2015-ci il tarixdə sözügedən ünvan "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. 18.01.2018-ci il tarixdə isə Cavabdeh QSC BOKT-un mülkiyyət hüququ bəhs olunan mənzil üzərində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bakı şəhəri İcraiyyə Komitəsinin 22.12.1989-cu il tarixli, 14/519 nömrəli qərarına əsasən 37 nömrəli BTK nəzdində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.09 hektardan ibarət olan 408 nömrəli bağ sahəsinə dair Səməd-zadə Şamil Əliabbas oğlunun adına b/s nömrəli order verilmişdir. Həmin order əsasında sözügedən bağ evi 22.10.2004-cü il tarixdə Səmədzadə Şamil Əliabbas oğlunun adına ilkin qeydiyyata alınmışdır. Həmin bağ evinə dair verilmiş qeydiyyat vəsiqəsi onun adına 27.11.2007-ci il tarixdə çıxarışla əvəz edilmişdir. Daha sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evi Şəki Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli 2(075)-109/2013 saylı icra vərəqəsi, "xxxx" hərracın nəticələri haqqında Y-395 nömrəli 12.06.2014- cü il tarixli Protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12.06.2014-cü il tarixli müqaviləsi əsasında 16.01.2015-ci il tarixə "xxxx" ASCnin adına, 18.01.2018-ci il tarixdə isə Cavabdeh QSC BOKT-un adına qeydiyyata alınmışdır. İş materialları və işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-74/2018 saylı, 03.08.2018-ci il tarixli qətnaməsin əsasən, iddiaçılar Bədəlov Cavid Əliyar oğlunun və Səmədzadə Sevinc Şamil qızının - cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələri haqqında protokolların və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş hərracın yekunları barədə 12 iyun 2014-cü il tarixli Y395 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsi və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evə "xxxx" ASC-nin mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 16.01.2015-ci il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarış etibarsız hesab edilmişdir. Daha sonra həmin qətnamədən iddiaçı C.Bədəlov tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-173/2019 saylı, 08.04.2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı Bədəlov Cavid Əliyar oğlunun apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.08.201 8-ci il tarixli qətnaməsinin qismən - Bədəlov Cavid Əliyar oğlunun iddiasının təmin olunmayan hissəsində ləğv edilməsi və nəmin hissədə yeni qətnamə qəbul edilməsi; "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, H.Cavid prospekti, «Q» ünvanda yerləşən 38 saylı mənzilin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş hərracın yekunları barədə 12 iyun 2014-cü il tarixli Y-395 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Yasamal rayonu, 528-ci məhəllə, H.Cavid prospekti, «Q» ünvanda yerləşən 38 saylı mənzilə "xxxx" ASC-nin mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsində aparılmış 13.02.2015-ci il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX0572927 seriyalı çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh QSC-nin apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5751/2019 saylı, 06.09.2019-cu il tarixli qərarından görünür ki, üçüncü şəxs Cavabdeh QSC BOKT-un kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 173/2019 saylı, 08.04.2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti üzrə” 13.02.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan hüquq normalarına əsaslanmaqla haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin "xxxx" ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair 27 dekabr 2017ci il tarixli, S-ƏML 124 saylı akt etibarsız hesab edilməli; Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evə Cavabdeh QSC-nin mülkiyyət hüququna dair Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 18.01.2018-ci il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarış etibarsız hesab edilməli; Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti məhəllə 528 ev Q, 38 (yeni qaydalarla ünvan 4, mənzil 2) saylı mənzilin "xxxx" ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair 27 dekabr 2017-ci il tarixli, S-ƏML 125 saylı akt etibarsız hesab edilməli; Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti məhəllə 528 ev Q, 38 (yeni qaydalarla ünvan 4, mənzil 2) saylı mənzilə Cavabdeh QSC-nin mülkiyyət hüququna dair Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsində aparılmış 18.01.2018-ci il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarış etibarsız hesab edilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilən hallar formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 408 saylı bağ evinin və Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti məhəllə 528 ev Q, 38 (yeni qaydalarla ünvan 4, mənzil 2) saylı mənzilin "xxxx" ASC-nin adına mülkiyyət hüququ ilə keçməsinə əsas olmuş hüquqi sənədlər müvafiq məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3508/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3508/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8948/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8948/2021
29.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver