Məhkəmə qərarları › İş №2(103)-896/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-896/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-896/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-155/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) Cavabdeh1, Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “xxxxxxxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) xeyrinə 2014-cü il 26 dekabr tarixli kredit müqaviləsi üzrə banka 99522,54 manat əsas, 34066,24 manat faiz, 247,99 manat cərimə borcu olmaqla cəmi 133836,77 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı, 64 kv.m ümumi, 35 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 81 nömrəli evin 265 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına “xxxxxxxxx” ASC-yə (əvvəlki adı İddiaçı İKB ASC) olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə “xxxxxxxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) arasında bağlanmış xx xxxxxx 2014- cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il 26 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxxxxxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) “1 saylı” filialından illik 26%-lə 60 ay müddətinə 51000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx xxxxxx 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği (əsas borc, faiz borcu və gecikdirilmiş faiz borcu) 56919.32 ABŞ dolları Mərkəzi Bankın xx xxxxxx 2016-cı il olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 100035.7 manat təşkil etmişdir və kreditin müddəti xx xxxxxx 2026-cı il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı, 64 kv.m ümumi, 35 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 81 nömrəli evin 265 nömrəli mənzili 2014- cü il 26 dekabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014cü il 26 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2018-ci il mayın 31-dək Cavabdeh1 2014cü il 26 dekabr tarixli kredit müqaviləsi üzrə banka 99522.54 manat əsas, 34066.24 manat faiz, 247.99 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 133836.77 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişəmünasibətini bildirmir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.1 və 34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-155/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, “xxxxxxxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 2014-cü il 26 dekabr tarixli kredit müqaviləsi üzrə 99552.54 manat əsas, 34066.24 manat faiz, 247.99 manat cərimə borcu olmaqla cəmi 133836.77 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı “xxxxxxxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC)xeyrinə tutulnası, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən,qiyməti 95000 manat olan 2 otaqlı, 64 kv.m ümumi, 35 kv.m yaşayış, 29 kv.m. yardımçı sahədən ibarət 81 nömrəli evin 265 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına Cavabdeh1 Abzar qızının “xxxxxxxxx” ASC-yə (əvvəlki adı İddiaçı İKB ASC) olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı, 64 kv.m ümumi, 35 kv.m yaşayış, 29 kv.m. yardımçı sahədən ibarət 81 nömrəli evin 265 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-155/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 155/2019 saylı qətnaməsi ilə razı deyil razı olmamağına səbəb isə bank tərəfindən faiz məbləğinin şişirdilməsidir. İddiaçı “xxxxxxxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) nümayəndəsinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-155/2019 saylı qətnaməsi ləğv edilməli, işə işdə olan sübutlar əsasında baxılaraq yeni qətnamə qəbul edilməlidir. İşin apellyasiya baxışında müəyyən edilmişdir ki, İddiaçı İKB ASC-nin adı dəyişdirilərək “xxxxxxxxx” ASC olmuş və yeni adı reyster qeydiyyatına alınmışdır. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli 1-G-1-0-1442-14 saylı istehlak kredit müqaviləsindən görünür ki, Cavabdeh1 “xxxxxxxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC)-nin “1 saylı” filialından illik 26%-lə 60 ay müddətinə 51000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli 1-G-1-0-1442-14 saylı ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı,64 kv.m ümumi, 35 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 81 nömrəli evin 265 nömrəli mənzili 2014-cü il 26 dekabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarında olan xx xxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, “xxxxxxxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) “1 saylı” filialı ilə Cavabdeh1 arasında bağlanmış 2014-cü il 26 dekabr tarixli kredit müqaviləsinə əsasən, cavabdehin xx xxx 2018-ci il tarixinə 99522.54 manat əsas, 34066.24 manat faiz, 247.99 manat cərimə borcu olmaqla cəmi 133836.77 manat borcu vardır. İş materiallarında olan 1-G-1-0-1442-14 saylı istehlak kredit müqaviləsinə 1 saylı əlavəsindən görünür ki, cavabdeh borclu hər ayın 26-dan gec olmayaraq 1526,96 manat olmaqla banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxx 2018-ci il tarixli HDM-1880 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, “xxxxxxxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən AR DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 1990 nömrəli reyestr kitabının 183848 nömrəli vərəqində qeydiyyata alınmış və RX ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 nömrəli evin 265 nömrəli mənzili kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxxxxxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxx 2018-ci il tarixli HDM-1879 nömrəli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Bank tərəfindən Cavabdeh1 yaranmış borc məbləğinin 5 gün müddətində ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli əlavə sazişdən görünür ki, kreditin qalıq məbləği (əsas borc, faiz borc və gecikdirilmiş faiz borc) 56919.32 ABŞ dolları Mərkəzi Bankın xx xxxxxx 2016-cı il olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 100035.7 manat təşkil etmişdir və kreditin müddəti xx xxxxxx 2026-cı il tarixədək uzadılmışdır. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli müqaviləsinə 1 saylı əlavədən görünür ki, borclu 100035,7 manat pulu illik 24%-lə 120 ay müddətinə hər ay 21-dən gec olmayaraq 2205.60 manat olmaqla hər ay banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 nömrəli evin 265 nömrəli mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, xx xxxxxx 2014-cü il tarixli 1-G-1-0-1442-14 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 nömrəli evin 265 nömrəli mənzili “xxxxxxxxx” ASCnin (əvvəlki adı İddiaçı İKB ASC) “1 saylı” filialının xeyrinə 60 ay müddətinə yüklü edilmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, xx xxxxxx 2014-cü il tarixli 1-G-1-0-1442-14 saylı ipoteka müqaviləsinə və xx xxxxxx 2016-cı il tarixli Əlavə Sazişə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 nömrəli evin 265 nömrəli mənzili “xxxxxxxxx” ASC-yə (əvvəlki adı İddiaçı İKB ASC) “3 saylı” filialının xeyrinə 146 ay müddətinə yüklü edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli ekspert(qiymətləndirmə) rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 81 nömrəli evin 265 nömrəli mənzilin bazar qiyməti 95000 manat təşkil edir. Təqdim olunmuş ödəniş tapşırığından görünür ki, “xxxxxxxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Təqdim olunmuş müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, “xxxxxxxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC)tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. MM-nn 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirə və ya ləğv edə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi borcun tutulması ilə bağlı hissədə qətnaməni qəbul edərkən, iddianı tam olaraq təmin etməklə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan qətnamə ləğv olunmalı, işdə olan sübutlar əsasında iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 2058 saylı ekspert rəyinə əsasən xx xxxxxx 2014-cü il tarixli 1-G-1-0-1442-14 saylı ipoteka müqaviləsi üzrə əsas borc 99.822,53 manat, faiz borcu isə 33.839,31 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının ekspert rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Buna görə də, ekspert rəyi nəzərə alınmaqla, MPM-nin 218.3-cü maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə 99552,54 manat əsas borc tutulmalıdır. Faiz hissədə iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 33839,31 manat faiz borcu, 247,99 manat cərimə borcu, cəmi isə 133639,84 manat cəmi borc tutulmalıdır. Həmçinin cavabdeh tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğundan, kollegiya hesab edir ki, “xxxxxxxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilməlidir. MM-nin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. MM-nin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həçmdə təmin edir. Bu tələbə həmcinin faizlər, dəbbə pulu, icranın geçikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. MM-nin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-nin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. MM-nin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1 yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2 ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca icra etmədiyindən, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri Cavabdeh1 tərəfindən pozulduğundan və onun tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirmədiyindən ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməli, ipoteka predmeti açıq hərracdan satılmalıdır. Kollegiya hesab edir ki, iddia tələbi “mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi,” hissəsində qismən təmin edilməli, Cavabdeh1 məxsus evə tutma yönəldilməli, ev açıq hərracdan satılmalı, mənzil satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 1 ay müddətində boşaldılmaqla, onlar mənzildən çıxrılmalıdırlar. Məhkəmə kollegiyası qiymətləndirmə ilə bağlı rəyə qiymət verərək hesab edir ki, həmin rəy daha ətraflı və dolğun olaraq əmlakın ilkin satış qiymətini özündə əks etdirdiyindən, həmin rəy mötəbər sübut kimi qəbul olunmalı, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı, 64 kv.m ümumi, 35 kv.m yaşayış, 29 kv.m. yardımçı sahədən ibarət 81 nömrəli evin, 265 nömrəli mənzilinin ilkin satış qiyməti 95 000 manat müəyyən edilməlidir. Həmçinin ipoteka predmetinin satışından əldə olunmuş məbləğ tələbdən artıq olduqda, qalıq məbləğ Cavabdeh1 qaytarılmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Həmin Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddia qismən təmin olunduğundan, Cavabdeh1 iddiaçının xeyrinə iddianın təmin edilmiş hissəsinə münasib 29 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 9 manat dövlət rüsumu və 19 manat xidmət haqqı tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manatın 143 manatı cavabdehdən, 2 manatı iddiaçıdan alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)- 155/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. “xxxxxxxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 2014-cü il 26 dekabr tarixli kredit müqaviləsi üzrə 99552,54 (doxsan doqquz min beş yüz əlli iki manat əlli dörd qəpik) manat əsas, 33839,31 (otuz üç min səkkiz yüz otuz doqquz manat otuz bir qəpik) manat faiz, 247,99 (iki yüz qırx yeddi manat doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 133639,84 (yüz otuz üç min altı yüz otuz doqquz manat səksən dörd qəpik) manat məbləğində borc, 29 (iyirmi doqquz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 9 (doqquz) manat dövlət rüsumu və 19 (on doqquz) manat xidmət haqqı “xxxxxxxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB ASC) xeyrinə tutulsun. Tutma Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı, 64 kv.m ümumi, 35 kv.m yaşayış, 29 kv.m. yardımçı sahədən ibarət 81 nömrəli evin, 265 nömrəli mənzilinə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın. Mənzilin ilkin satış qiyməti 95000 (doxsan beş min) manat müəyyən edilsin. Mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına Cavabdeh1 Abzar qızının İddiaçı İKB ASC-yə olan borcu ödənilsin. Satışdan əldə olunmuş məbləğ tələbdən artıq olduqda, qalıq məbləğ Cavabdeh1 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilsin. Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 2 otaqlı, 64 kv.m ümumi, 35 kv.m yaşayış, 29 kv.m. yardımçı sahədən ibarət 81 nömrəli evin 265 nömrəli mənzil açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 1 ay müddətində boşaldılmaqla, onlar mənzildən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya mərhələsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manatın 143 (yüz qırx üç) manatı Cavabdeh1, 2 (iki) manatı “xxxxxxxxx” ASC-dən (əvvəlki adı “xxxxxxxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar