Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-896/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Abdulaziz Saleh M Alfavazın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, iddiaçı Cavabdeh2 cavabdeh Abdulaziz Saleh M Alfavaza qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və X3 Azərbaycan Respublikasındakı Səfirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) mülki iş üzrə Açar sözlər: müqavilənin ləğv edilməsinin təsbit edilməsi, müqavilə öhdəliklərinin icrası, müqavilədən irəli gələn zərərin ödənilməi, qəbzlərin etibarsız hesab edilməsi X1 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Abdulaziz Saleh M Alfavazın nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, habelə ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı Abdulaziz Saleh M Alfavazın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kirayə müqaviləsinın ləğv edilməsinin tanınması, müqavilədən irəli gələn pulun və zərərin tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh Abdulaziz Saleh M Alfavaza qarşı “müqavilə üzrə pulun tutulması, qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və X3 Azərbaycan Respublikasındakı Səfirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 1333/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Abdulaziz Saleh M Alfavazın nümayəndəsi və vəkili Vəkil2 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5-də istifadədə olan 0,09742 ha torpaq sahəsində yerləşən 36 saylı fərdi yaşayış evi xx.xx.2006-cı il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Onunla həmin vaxt X3 Bakıdakı Səfirliyinin Hərbi Attaşesi işləyən Abdulaziz Saleh M Alfavaz arasında xx.xx.2022-ci il tarixdə bağlanmış və notariat qaydasında təsdiq edilmiş icarə müqaviləsinə əsasən Cavabdeh2 bu fərdi yaşayış evini Abdulaziz Saleh M Alfavaza icarəyə verməyi, sonuncu isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin sonradan bu müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında, onların arasında xx.xx.2022-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş “Müqavilənin ləğvinə dair” müqaviləyə əsasən ləğv edilmişdir. Həmin, yəni xx.xx.2022-ci il tarixdə tərəflər arasında eyni əmlaka dair yeni icarə müqaviləsi bağlanmış və notarial qaydada təsdiq edilmişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilə, 3 il müddətinə, yəni xx.xx.2025-ci il tarixədək bağlanılmış, eyni zamanda müqavilənin uzadıla və ləğv oluna biləcəyi, habelə məbləğin illik ödəniləcəyi müəyyən edilmişdir. Müqaviləsinin 3-cü və 12-ci bəndlərinə əsasən Abdulaziz Saleh M Alfavaz icarəyə götürdüyü fərdi yaşayış evinin ödənişini, bir illik məbləğ əvvəlcədən ödənilməklə, ayda 14.200 manat (8.353 ABŞ dolları) olmaqla, müqaviləyə xitam verilməsi tələbi olduqda, üç il ərzində icarə haqqının tam məbləğini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli qəbzlərə əsasən Cavabdeh2 müvafiq olaraq hər il üzrə (xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək) 1 illik icarə haqqı olaraq 100,236 ABŞ dolları məbləğində pulu aldığını imzası ilə təsdiq etmişdir. X7 Bakıdakı Səfirliyinin Hərbi Attaşesi cənab X24 Cavabdeh2 məktubla müraciət edərək Səudiyyə Ərəbstanının sabiq hərbi attaşesinin Azərbaycandakı fəaliyyət müddəti bitdiyinə görə, mülkiyyəti ona aid olan villanın kirayə götürülməsi üçün onunla hərbi attaşe arasında bağlanan kirayə müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam veriləcəyi və villadan tam çıxış həyata keçiriləcəyi barədə məlumat vermişdir. X15 M xx.xx.2024-cü il tarixdə (daha sonra xx.xx.2024-cü il tarixdə) Cavabdeh2 və Cavabdeh1 pretenziya məktubu göndərərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 258.943 ABŞ dolları, gecikdirilmiş borca görə illik 5 faiz məbləğdə hesablanmış 33.520,35 ABŞ dolları məbləğində pul vəsaitinin, həmin fərdi yaşayış evində qalmış ona məxsus əşyaların və ya onların dəyərinin, vurulmuş mənəvi zərərə görə 20.000 manat pul vəsaitinin 3 gün ərzində ödənilməsini xahiş etmiş, əks halda həmin məbləğlərin və məhkəmə xərclərinin məcburi qaydada alınması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Abdulaziz Saleh M Alfavaz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin ləğv edilməsinin məhkəmə tərəfindən də tanınması, həmin müqavilənin 12-ci bəndinin etibarsızlığının təsbiti, cavabdehlərdən müqavilənin ləğvinə dair bildirişdə göstərilmiş xx.xx.2022-ci il tarixdən sonrakı dövr üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 142.001 ABŞ dolları məbləğində pul vəsaitinin, gecikdirilmiş borca görə illik 5 faiz məbləğə hesablanmış 33.520,35 ABŞ dolları məbləğində pul vəsaitinin, əssasız varlanmaya səbəb olmuş 58.471 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 805 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, qarşı tərəfə pretenziya məktubu göndərməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Digər Cavabdeh1 xx.xx.2022-ci il tarixli müqavilənin tərəfi olmasa da, artıq ödənilmiş kirayə haqqı ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olduğundan həm bu məbləğ, həm də gecikdirilmiş həmin borca görə hesablanmış məbləğ və digər xərclər müştərək qaydada müqavilə tərəfi olan cavabdehlə bərabər Cavabdeh1 da tutulmalıdır. Ötən müddət ərzində dəfələrlə kirayəyə verəndən artıq ödənilmiş vəsaiti geri almağa cəhdlər etsə də, ərinin general olduğu, buna cəhd edərsə, problemlərlə üzləşəcəyi ona bildirildiyindən məhkəməyə müraciət etməkdən ehtiyatlanmışdır. Sonradan internetdə axtarış apararkən kirayəyə verənin ərinin (hazırki iş üzrə digər cavabdehin) həqiqətən də general rütbəsində olduğu, lakin artıq vəzifədən çıxarıldığını bildikdən sonra həmişəki qorxuları qalsa da, özündə cəsarət taparaq məhkəməyə müraciət etmişdir.
4. Bundan sonra iddiaçı Cavabdeh2 cavabdeh Abdulaziz Saleh M Alfavaza qarşı qarşılıqlı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh X16 M-dən 258.943 ABŞ dollarının qətnamə icra olunan günə Azərbaycan manatına (Mərkəzi Bankın) məzənnəsi ilə tutularaq ona ödənilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödədiyi dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması, “xx.xx.2022-dən xx.xx.2023-dək, xx.xx.2023-dən xx.xx.2024-dək, xx.xx.2024-dən xx.xx.2025-dək dövrlər üzrə, hər il üçün ayrılqıda 100.236 ABŞ dolları olmaqla X3 Bakıdakı səfirliyinin nəzdindəki Hərbi Attaşelik Aparatından X20 Əl-Fəvvazdan, Hərbi Attaşelik Aparatının mənzili üçün...icarə ödənişi olaraq almışam” məzmunlu, hər bir “qəbz”in üzərində Tarix: xx.xx.2022; Tarix: xx.xx.2023; Tarix: xx.xx.2024 qeydi olan “qəbz”lərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, müqavilə bağlanan andan fərdi yaşayış evinin həyət qapısının açarları, böyük darvazanın avtomatik açılmasını həyata keçirən elektron pultu və fərdi yaşayış evinin giriş qapısının açarı cavabdehə təqdim olunmuş, ev onun istifadəsinə və sahibliyinə verilmişdir. Müqavilə üzrə nəzərdə tutulan illik məbləğin bir neçə günə ödəniləcəyi vədi edilmişdir. X12 tərəfindən Hərbi Attaşeliyin fəaliyyətinin yoxlanıldığını, müqavilə üzrə məbləğin ayrılmadığını, bunun müəyyən müddət çəkə biləcəyini bildirmişdir. Bir müddət sonra cənab Abdulazizdən ödəniş olmadıqda əlaqə saxlanıldıqda Səfirliyin yoxlamasının bitmədiyini, bir neçə gün daha gözləməli olduğunu bildirmişdir. O, müqavilənin notariatda bağlanmasını, cənab Abdulazizin X3 Azərbaycan Respublikasındakı Səfirliyinin Hərbi Attaşesi olduğunu, müqavilənin uzunmüddətli və sabit olduğunu nəzərə alaraq, ödənişlə bağlı problemin olacağını heç düşünməmişdir. Bu müddət ərzində onun evi cavabdehin istifadəsində idi, orada mühafizə qoyulmuşdu, onun icazəsiz daxil olmaq hüququ olmadığına görə evdə kimin yaşadığını bilmirdi, həmçinin cənab Abdulazizlə görüşüb ödənişlə bağlı müraciət edə bilmirdi. Müəyyən müddət ümidlə gözlədikdən sonra, nəhayət X3 Bakıdakı Səfirliyinin Hərbi Attaşesi cənab X18 icarə müqaviləsinin imtinasına dair ona rəsmi məktub daxil oldu. Bu məktubdan sonra gedib maraqlandıqda, Attaşeliyin əməkdaşları dedilər ki, cənab Abdulaziz həmin ərəfədə Bakıda deyilmiş, işlərilə bağlı öz ölkəsinə (və ya başqa ölkəyə) getmişdir. 2023-cü ilin yanvar ayında Səfirliyin yeni təyin olunmuş Hərbi Attaşesi cənab X22 nümayəndəsi tərəfindən fərdi yaşayış evinin açarları ona geri qaytarıldı. Beləliklə, X3 Bakıdakı Səfirliyinin yeni təyin olunmuş Hərbi Attaşesi cənab X22 məktubundan da aydın göründüyü kimi, 2022-ci ilin sonuna qədər onun evi kirayə müqaviləsi əsasında sabiq hərbi Attaşenin istifadəsində olmuşdur. Lakin sabiq hərbi Attaşe cənab Abdulaziz tərəfindən ona müqavilə üzrə razılaşdırılmış icarə haqqı ödənilməmişdir. Hərbi Attaşeliyin nümayəndəsi müqavilə üzrə ödənilməli olan icarə haqqının cənab Abdulaziz tərəfindən ödənilməli olduğunu, Səfirliyin bu müqavilə üzrə məbləği cənab Abdulazizə ödədiyini, lakin sonuncunun əvəzindən müqavilə şərtinə görə onun qarşısında öhdəlik daşımayacağını bildirmişdir. Müqavilə əsasında cənab Abdulaziz onun evini icarəyə götürərək, faktiki olaraq evindən istifadə etmiş, lakin müqavilə şərtlərini pozaraq icarə haqqını ödəməmiş, sonradan isə Səfirliyin Hərbi Attaşesinin göndərdiyi rəsmi məktubla müqavilə vaxtından əvvəl birtərəfli qaydada xitam edilmişdir. Ona görə də, ilkin iddiaçının iddia tələbinin heç bir faktiki və hüquqi əsası mövcud deyil. Cavabdehlə aralarındakı xx.xx.2022-ci il tarixli müqavilənin 12-ci bəndinə əsasən “Müqavilənyə xitam verilməsi tələbi olduqda, ikinci tərəf 3 (üç) il ərzində icarə haqqının tam məbləğini ödəməlidir”. Yuxarıda göstərilənlərdən müəyyən olunduğu kimi, icarə müqaviləsinə xitam verilməsi barədə birtərəfli qaydada “İkinci tərəf”dən təşəbbüs göstərilmiş, 2023-cü ilin yanvar ayında məhz Hərbi Attaşeliyin nümayəndəsi tərəfindən evin açaqları ona qaytarılmışdır. Müqavilə müddəti ərzində isə sabiq hərbi attaşe tərəfindən ona hər hansı vəsait ödənilməmişdir.
6. X3 Azərbaycan Respublikasındakı Səfirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb olunmuşdur.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 1333/2024 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. (hakim X9)
8. Məhkəmə ilk iddia tələbinin xx.xx.2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin ləğv edilməsinin məhkəmə tərəfindən tanınması hissəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına istinad edərək hesab etmişdir ki, ilk iddia tələbi həmin hissədə əsassızdır.
9. Məhkəmə xx.xx.2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin 12-ci bəndinin etibarsızlığının təsbiti hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı mübahisələndirilən kirayəicarə müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və müqavilənin 12 və 13-cü bəndlərində tərəflər öz üzərlərinə müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı qarşılıqlı öhdəliklər götürmüşlər. Yəni icarə müqaviləsinin 12-ci bəndinə əsasən müqaviləyə xitam verilməsi tələbi olduqda, ikinci tərəf (Abdulaziz Saleh M Alfavaz) üç il ərzində icarə haqqının tam məbləğini ödəməyi, icarə müqaviləsinin 13-cü bəndinə əsasən birinci tərəfin (Cavabdeh2) müqaviləyə xitam verilməsini tələb etdiyi halda, eyni və ya daha yaxşı bina xüsusiyyətləri, eyni dəyər və ya daha böyük və eyni məhəllə ilə təmin etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən icarə müqaviləsi bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları təqdim etməmişdir. Bu səbəbdən məhkəmə həmin hissədə də ilk iddia tələbini əsassız hesab etmişdir.
10. Məhkəmə mübahisə predmetini təşkil edən icarə (kirayə) müqaviləsinin 12-ci bəndinin tələblərini nəzərə alaraq, ilk iddia tələbinin cavabdehlərdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə müqavilənin ləğvinə dair bildirişdə göstərilmiş xx.xx.2022-ci il tarixdən sonrakı dövr üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləğini, habelə gecikdirilmiş borca görə illik 5 faiz məbləğini müştərək qaydada tutularaq ona ödənilməsi hissəsində əsassız hesab edilməsi və təmin edilməməsi qənaətinə gəlmişdir.
11. Məhkəmə qarşılıqlı iddia tələbini rədd edərkən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə eyni zamanda icarə müqaviləsində nəzərdə tutulan müddət üçün icarə haqqının iddiaçı tərəfindən cavabdehə ödənilməsi ilə bağlı Azərbaycan və Ərəb dillərində 3 ədəd qəbz tərtib edilmiş və həmin qəbzlərdə göstərilən məbləğin Cavabdeh2 tərəfindən alınması onun imzası ilə təsdiq edilmişdir. Cavabdeh2 qəbzlərdə olan imzaların onun tərəfindən icra edilmədiyinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 icarə müqaviləsi üzrə ona hər hansı ödənişin edilmədiyini iddia etsə də, bununla yanaşı, keçən müddət ərzində müqavilə öhdəliklərinin icrası ilə bağlı hər hansı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Bu da, qarşılıqlı iddia üzrə iddiaçının dəlillərinin əsassız olduğunu göstərir.
12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6-cı, 337-ci, 339-cu, 390.1-ci, 425.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli və “Ə.Ə.İbrahimovun şikayəti üzrə” xx.xx.2004-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Abdulaziz Saleh M Alfavazın nümayəndəsi və vəkili Vəkil2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ilk iddiannın rədd edilən hissəsində ləğv edilməsi və həmin hissədə ilk iddianın tam təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlnaılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının (kirayəçinin) müqaviləni ləğv etmək hüququ ilə bağlı Mülki Məcəllənin ümumi normalarına və AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına istinad edərək “ləğv edilmə”nin şərtlərini sadalayır və iddiada göstərilən formada ləğv etmənin əsaslı olmadığını bildirmişdir. Ancaq Mülki Məcəllənin kirayə müqaviləsinə aid normalarının özünəməxsusluğu, kirayəçiyə xüsusi ləğv etmə hüququ tanınması, hətta onu məhdudlaşdıran və ya aradan qaldıran razılaşmaların etibarsızlığı birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığı üçün əsassız və qanunsuz qərar qəbul edilməsinə gətirib çıxarmışdır. Eyni zamanda mübahisə predmeti olan müqavilənin 12-ci maddəsinin də Mülki Məcəllənin 677.1.4-cü və digər maddələrinin imperativ tələblərinə zidd olduğu, etibarsız olduğu birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkəmə tərəfindən düzgün təfsir edilmədiyi üçün həmin müqavilədə tərəflərə qüvvədə olma müddəti çatmadan “ləğv etmə” hüququ tanındığı qətnamədə öz əksini tapmamışdır. Digər tərəfdən işin faktiki halları qismində Abdulaziz Saleh M Alfavazın mənsub olduğu ölkənin səlahiyyətli qurumu tərəfindən geri çağrılması (şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi), Səfirliyin Hərbi Ataşelik Aparatının rəhbəri vasitəsilə cavabdehə bildiriş verilməsi, iddiaçının müddətsiz qaydada hərbi attaşe təyin olunması, ancaq diplomatik vəsiqənin ən çoxu 2 il müddətinə verilməsi, tərəflərin kirayə münasibətləri faktiki xitam olunduqdan sonra Abdulaziz Saleh MAlfavazın Azərbaycan Respublikasında olarkən başqa yerlərdə (məsələn hoteldə) qalması, Cavabdeh2 qarşılıqlı iddia ərizəsində 2023-cü ilin yanvar ayında evin açarlarını təhvil aldığını bildirməsi (üstü örtülü iradə ifadəsi əsasında xitam) kimi vacib məqamlar işə baxan məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə ilkin iddia tələbinin “icarə (kirayə) müqaviləsinin ləğv edilməsinin məhkəmə tərəfindən tanınması” hissəsi ilə bağlı AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına istinad etsə də, məhz “ləğv etmənin tanınması” tələbinin nəyə görə həmin qərara uyğun olmadığını açıqca göstərməmiş (öz mövqeyini ifadə etməmiş), sadəcə qərardan sitat gətirməklə kifayətlənmişdir. Ləğv etmənin tamamilə əsaslı olduğunu fikirləşən və AR Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarının iddiaçının mənafeyinə uyğun olduğunu düşünən iddiaçı tərəfində bu hal çaşqınlıq yaradır. Birinci instansiya məhkəməsinin ümumiyyətlə həmin müqavilə üzrə “ləğv etmə” hüququ olmadığı qənaətinə gəldiyi, yoxsa “ləğvetmənin” düzgün həyata keçirilmədiyi qənaətinə gəldiyi və yaxud da tamamilə başqa səbəbə görə iddianı əsaslı hesab etmədiyi sözügedən qətnamədən başa düşülmür. Bu vəziyyət hüquqi əsaslandırma zamanı xeyli çətinlik yaratmaqla birlikdə iddiaçı tərəf məcbur olur ki, hər bir ehtimal üzrə ayrı-ayrı əsaslarını qeyd etsin. Bu hal eyni zamanda məhkəmənin Mülki Məcəllənin 404-cü maddəsində göstərilən müqavilənin şərtlərini təfsir funksiyasını da yerinə yetirmədiyini bariz şəkildə göstərir. Ona görə də hüquqi müəyyənliyin təmin edilməsi, tərəflərin qəbul etdiyi öhdəliklərin, onların hüquqlarının həqiqi mahiyyətinin/həcminin bilinməsi və tətbiq ediləcək hüquq normalarının müəyyən edilməsi üçün məhkəmə ilk əvvəl onun şərtlərini təfsir etməli, hansı növ müqavilə olmasını (hansı qaydaların tətbiq edilməli olduğunu) aydınlaşdırmalıdır. Ancaq mövcud mübahisə baxımından birinci instansiya məhkəməsi müqaviləni təfsir etməmiş, 12-ci bəndinə dair yanlış nəticəyə gəlmişdir. Müqavilənin adının “icarə müqaviləsi” olmasına baxmayaraq onun 1-ci bəndindən (predmetindən) açıqca görünür ki, mənzil iddiaçının yaşaması niyyəti ilə onun istifadəsinə təqdim edilib. Deməli tərəflərin real iradələri və işin mahiyyəti onu deməyə əsas verir ki, bağlanmış müqavilə kirayə müqaviləsinin alt növü olan yaşayış otağının kirayəsi müqaviləsidir. Bu da onu deməyə əsas verir ki, müqaviləyə tətbiq ediləcək hüquq normaları Mülki Məcəllənin 675- 700-cü maddələri aralığında təsbit olunan yaşayış otağı kirayəsi müqaviləsini tənzimləyən normalardır. Bu eyni zamanda onu deməyə əsas verir ki, icarə müqaviləsindən və ya kirayə müqaviləsinin digər növlərindən fərqli olaraq yaşayış otağının kirayəçisinin xeyrinə müəyyən edilmiş nisbi imperativ (kirayəçi ziyanına dəyişdirilə bilməyən qaydalar) normalar bu müqaviləyə tətbiq edilməli, iddiaçı (kirayəçi) kirayəçinin qanunda təsbit olunmuş bütün hüquqlarından istifadə edə bilməlidir. Müqavilənin 2-ci bəndinin 2-ci cümləsinin həqiqi mənasına əsasən müqavilənin vaxtından əvvəl “qeyd olunmuş şərtlərə uyğun” ləğv edilməsi nəzərdə tutulub. Bu hal tərəflərin hərəkətlərindən də, üstü örtülü şəkildə onu qəbul etmələrindən də görünür. Belə ki, iddiaçı müqavilənin ləğvinə dair səfirlik vasitəsilə ləğv bildirişi təqdim edib, cavabdeh isə iddiaçı müqaviləni ləğv etdiyi üçün 12-ci bəndə istinad edərək 3 illik icarə haqqı tələb edib. Heç bir tərəf müqavilənin vaxtından əvvəl ləğv edilə bilməyəcəyini iddia etməyib. Əgər “ləğv etmə” nəzərdə tutulmamış olsaydı belə, tərəflərin bu cür hərəkətləri yenə də onu deməyə əsas verərdi ki, onlar öz hərəkətləri ilə müqavilənin vaxtından əvvəl ləğv edilə biləcəyinə dair şifahi razılıq əldə ediblər. Əgər tərəflər bir-birlərinə vaxtından əvvəl ləğv etmə hüququ tanımasaydılar, onda müqavilənin ləğvi halında meydana gələn öhdəliklərə dair 12 və 13-cü bəndlərin heç bir mənası və əhəmiyyəti olmazdı. Digər maraqlı nüans da ondan ibarətdir ki, birinci instansiya məhkəməsi 12-ci bəndi etibarlı hesab etdiyi halda iddiaçının “ləğv etmə” hüququnu tanımayıb. Bu da məhkəmənin mövqeyində ziddiyyət olduğunu göstərir. İddiaçı tərəfindən müqavilənin ləğv edilməsi AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cüil tarixli qərarında müəyyən edilmiş mövqeyə tamamilə uyğun gəlir. Belə ki, müqavilənin ləğvi məhkəmədənkənar qaydada baş vermiş və Mülki Məcəllədə nəzərdə tutulan digər hallara aiddir. Yəni həm öhdəliyin əhəmiyyətli pozuntusu, həm də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları baş versə belə, iddiaçının müqaviləni ləğv etməsi üçün xüsusi olaraq həmin hallara istinad etməyə, həmin halları sübut etməyə ehtiyacı olmadan da heç bir səbəb göstərmədən də müqaviləni ləğv etmək hüququ mövcuddur. Məlum olduğu kimi AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında Mülki Məcəllənin 786.1-ci maddəsi (Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər) misal çəkilmişdir. Bu vəziyyət qərarda “digər hal” kimi, yəni tərəflərin istəkləri əsasında müqaviləni ləğv edə bilmələri qəbilindən misal verilmişdir. Həmin qərarda “digər hallar”a aid olan 786.1-ci maddə məhdudlaşdırıcı deyil, sadalayıcı formada qeyd edilmişdir. Ona görə də Mülki Məcəllənin yaşayış otağının kirayəsi müqaviləsini tənzimləyən normalarında da “digər hal”a aid misal olduğuna diqqət çəkmək yerinə düşər. Müqavilənin ləğv ediləcəyi halda 3 illik icarə haqqının (müqavilə mahiyyəti etibarı ilə kirayə müqaviləsi olduğu üçün həmin ödəniş kirayə ödənişi adlanmalıdır, ancaq müqavilənin və qətnamənin məna bütövlüyünü pozmamaq üçün orada yazıldığı kimi qeyd olunur) kirayəçidən tələb olunması kirayəçinin müqaviləni ləğv etmək hüququnu məhdudlaşdırdığı üçün etibarsızdır. Digər tərəfdən həmin bənd nəinki hüququ məhdudlaşdırır, hətta ləğv etmək hüququnu istisna edir. Belə ki, kirayəçinin müqavilə üzrə yeganə aktiv öhdəliyi kirayə ödənişinin ödənilməsindən ibarətdir. Evdən istifadə etmək isə onun hüququdur. Kirayəçi müqaviləni vaxtından əvvəl ləğv etmək istədikdə əslində kirayə ödənişi ödəmək öhdəliyindən azad olmaq niyyəti güdür. Əgər o müqaviləni ləğv edəcəyi halda ödəməli olduğu bütün kirayə ödənişini yenə də ödəmək məcburiyyətində qalırsa, onda ləğv etmənin kirayəçi baxımından heç bir mahiyyəti qalmır, əksinə ləğv etmə ilə kirayəçi evdən istifadə etmək hüququnu da itirmiş olur. Xəbərdarlıq müddətini gözləməklə istənilən vaxt və səbəb göstərmədən kirayə müqaviləsi kirayəçi tərəfindən ləğv edilə bilər. Əksini düşünmək Mülki Məcəllənin yaşayış otağı kirayəsinə aid qaydaların sistematikasına, məqsədinə zidd olmuş olardı. AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cüil tarxli qərarından da göründüyü kimi, müqavilədə müəyyən edilməsə belə, Mülki Məcəllənin öhdəliklərə aid ümumi norması olan 447-ci maddəsinə istinad etməklə öhdəliyin əhəmiyyətli pozuntusu halında müqavilə ləğv edilə bilər. Belə olan halda Mülki Məcəllənin müqaviləni uzatmaqda üstünlük, satın almaqda üstünlük, yeni mülkiyyətçinin avtomatik müqavilə tərəfinə çevrilməsi (öhdəliyin nisbiliyi prinsipinin kirayəçinin xeyrinə pozulması) kimi xüsusi yanaşdığı yaşayış otağı kirayəçisinə daha ağır şərt müəyyən etməsi ağlabatan olmazdı. İddiaçıya diplomatik vəsiqəsi iki il ərzində etibarlı olmaqla verilsə də, iddiaçının Azərbaycan Respublikasındakı fəaliyyətinin sonlanma müddəti qabaqcadan bilinmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli məktbundan görünür ki, iddiaçının fəaliyyəti qabaqcadan bilinən hər hansı müddətlə məhdudlaşmayıb. Məhz bu səbəbdən də elə iddiaçı fəaliyyətini davam etdirəcəyinə güman edərək qabaqcadan üç illik kirayə ödənişi ödəmişdir. Deməli, əgər o fəaliyyətinin qabaqcadan dayandırılacağını bilsəydi, müqaviləni 3 il müddətində yox, daha qısa müddətdə bağlayardı. Buna görə də işin halları baxımından hazırkı situasiyada şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı mövcuddur. X3 Bakıdakı Səfirliyinin yeni təyin olunmuş Hərbi Attaşesi canab X22 tərəfindən göndərilmiş xitam bildirişi və həmin xitam bildirişi əsasında cavabdehin evin açarlarını təhvil alması şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsası ilə tərəflərin müqaviləyə xitam verdiyini bariz şəkildə göstərir. Müqavilə iddiaçı tərəfindən təktərəfli iradə ifadəsi ilə ləğv edilərək öz hüquqi nəticəsini əmələ gətirsə də, birinci instansiya məhkəməsi həmin ləğvi tanımamışdır. Bununla belə müqavilənin təktərəfli iradə ifadəsi ilə ləğv edildiyini qəbul etməsə də, məhkəmə işin hallarından, cavabdehin hərəkətlərindən müqavilənin qarşılıqlı razılıqla xitam olunduğunu müəyyən etməli idi. Belə ki, qarşılıqlı iddia ərizəsində cavabdeh iddiaçının evdən 2022-ci ilin sonuna kimi istifadə etdiyini, yəni 2023-cü ildən evdən istifadə etmədiyini və 2023-cü ilin yanvar ayında X3 Bakıdakı Səfirliyinin yeni təyin olunmuş Hərbi AAaşesi canab X22 nümayəndəsi tərəfindən fərdi yaşayış evinin açarlarının ona təhvil verildiyini etiraf edir (iddiaçı ilə müqavilə danışıqlarını cavabdehin oğlu votsap mobil tətbiqi vasitəsilə aparıb, 2022-ci ilin oktyabr ayından iddiaçı evdən istifadə etmir). İşin mübahisəsiz halıdır ki, 2023-cü ilin yanvarından iddiaçı evdən istifadə etmir və cavabdeh də bu barədə iddiaçıya heç nə deməyib, əksinə ona təhvil verilən açarları qəbul edib. Bu hal özlüyündə müqaviləyə qarşılıqlı razılıqla, üstü örtülü iradə ifadəsi ilə xitam verildiyini bildirir. Tərəflərin ödəniş məbləği ilə bağlı mübahisələri həmin razılığa xələl gətirmir. AR Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilən arayışdan da görünür ki, iddiaçı 2023cü il ərzində ümumilikdə 47 gün Azərbaycan Respublikası ərazisində olmuş, başqa ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. Bununla yanaşı ünvan 1ığında yerləşən “X23” tərəfindən təqdim olunmuş qeydiyyat vərəqəsinə əsasən iddiaçı xx.xx.2023 – xx.xx.2023 tarixləri aralığında hoteldə qalmışdır. İddiaçı 2022-ci ilin yay aylarından sonra başqa yerlərdə qalmağa məcbur olmuşdur. İşin halları göstərir ki, iddiaçı evdən istifadə edə bilməmiş, səfirlik vasitəsilə ləğv bildirişi təqdim edilmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında oxşar məzmunlu bir neçə müqavilənin bağlandığına münasibət bildirməmiş, işi hərtərəfli, tam və obyektiv araşdırmamışdır. İddiaçı tərəfindən tələb xx.xx.2022-ci il tarixli müqavilə ilə bağlı olsa da, həmin müqavilənin tərəflər arasında bağlanan son müqavilə olduğuna, ondan əvvəl daha 3 oxşar məzmunlu müqavilənin bağlandığına, tərəflər arasında bağlanmış müqavilələrin hamısının eyni münasibəti tənzimlədiyinə münasibət bildirməmişdir. Ödəniş qəbzlərinin tarixləri nəzərə alındıqda onların ilk müqavilə əsasında tərtib olunmasına, bu səbəbdən cavabdehin tarixlə bağlı etirazının əsassız olduğuna dair fikir bildirilməmişdir. Xüsusən xx.xx.2022-ci il tarixində notarial qaydada təsdiq edilməklə bağlanmış icarə müqaviləsi şərtlərinə görə digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir (İşə baxan birinci instansiya məhkəməsi eyni predmet barəsində müxtəlif sayda və fərqli şərtlərlə müqavilə bağlanmasının səbəblərini araşdırmamışdır.
15. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, qarşılıqlı iddiannın rədd edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun tərəfindən qəbzlərin etibarsızlığı mübahisələndirildiyi halda, qəbzlərdə yalnız onun imzasının olduğuna görə, həmin qəbzlərin mövcudluğuna istinad olunması işin həqiqi halının tam araşdırılmamasının və düzgün qiymətləndirilməməsinin nəticəsidir. Yalnız “qəbz”lərin mövcudluğu həmin 3 “qəbz”də ayrılıqda göstərilən 102.236 ABŞ dolları (birlikdə 300.000 ABŞ dollarındanm artıq məbləğin) onun tərəfindən alındığını sübut etmir. Bu qəbzlər etibarsızılıq tələbinə dair iddianın predmetidir. Tərəflər arasında müqavilə şərtinə görə icarə haqqı hər bir il üçün 1 illik qabaqcadan ödəniləcəyi nəzərdə tutulduğu halda, guya, iddiaçının elə müqavilə bağlanan gün 3 illik məbləği 3 ayrı “qəbz”lə verməsinə dair mülahizələri əsassızdır. Həmin gün pul ödənmiş olsaydı, bu xüsusat müqavilədə öz əksini tapardı. Gələcəkdə yaranacaq icarə münasibətinə görə müqavilənin notarial qaydada rəsmiləşdirdiyi halda, 300.000 ABŞ dollarından artıq (guya) pul verən şəxsin yalnız sadə imza ilə kifayətlənməsi də ağılabatan mühakiməyə uyğun deyildir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının notariusdan sorğu edərək aldığı və iş materialına təqdim etdiyi xx.xx.2022-ci il tarixli müqavilə nüsxəsində icarənin müddəti (müqavilənin müddəti) 3 il – xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilədək göstərilmişdir. Əsl nüsxə müqavilədə isə icarə müddəti 2 il 6 ay (xx.xx.2022-xx.xx.2025-ci il) razılaşdırılmışdır. Notariusda olan müqavilə nüsxəsi ilə onda olan müqavilə nüsxələrində fərqli müddətlərin göstərilməsinin səbəbini iddiaçı tərəf də ağılabatan izah edə bilməmişdir. Belə çıxır ki, xx.xx.2022-ci ildə notariusda müqavilə bağlanan ərəfədə, fərqli sənədlər imzalanmışdır ki, onların içində əhəmiyyətsiz “qəbz”lərin də olması mümkündür. Nəzərə alınmalıdır ki, tərəflər arasında olan xx.xx.2022-ci il tarixli müqavilənin mətni icarəçi – cənab Abdulaziz tərəfindən hazırlanması da, işin mübahisəsiz halıdır. Eynilə, qarşı tərəfin təqdim etdiyi 3 “qəbz”in də,Səfirliyin blankında Azərbaycan və ərəb dillərində məhz cənab Abduləziz tərəfindən tərtib olunması da işin mübahisəsiz halıdır. İddiaçının nümayəndəsi həmin “qəbz”lərin də xx.xx.2022-ci il tarixdə yazılaraq imzalandığını etiraf etmiş və guya, pulun da həmin gün verildiyini iddia etmişdir. Belə olan halda, gələcək icarə münasibəti üçün notarial qaydada müqavilə imzalandığı halda, 300.000 ABŞ dollarından artıq pul verdiyini iddia edən xarici ölkə diplomatının həmin “qəbz”ləri sadə imza təsdiqlənməsinə razılaşmasının ağılabatan olmadığına da məhkəmə əhəmiyyət verməmişdir. Əgər icarəçi, onun nümyəndəsinin dediyi kimi, 300.000 ABŞ dollarından artıq pulu müqavilə bağlanan gün ona vermiş olsaydı, bu xüsusatı Müqavilədə əks etdirərdi. Bütün bunlarla yanaşı, birinci instansiya məhkəməsində icraat zamanı şifahi və yazılı qaydada vəsatətlər verilərək, cənab Abdulazizin Səfirlikdə səlahiyyət müddəti, aldığı əmək haqqı, xx.xx.2022ci il tarixə 300.000 ABŞ dolları nağd pulun mənbəyi barədə Səfirliyə sorğu edilməsi xahiş olunmuş, məhkəmə isə bu vəsatətləri təmin etməmişdir. Həmçinin, cənab Abdulazizin nümayəndəsi/vəkili onun gəlirləri, 300.000 ABŞ dollarından artıq pulun mənbəyi barədə suallardan yayınmışdır. Məhkəmə nəzərə almamışdır ki, cənab Abduləzizin bu pulu Bakıdakı fəaliyyəti dövründə (diplomatik xidmətdə) qazandığını, yaxud həmin məbləği öz ölkəsindən gətirdiyini təsdiq edən hər hansı dəlil təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, cənab Abdulaziz xarici ölkə vətəndaşı olmaqla diplomatik xidmətdə olmuşdur, Azərbaycan Respublikasında başqa hər hansı fəaliyyətlə məşğul ola bilməzdi, başqa gəlir mənbəyi ola bilməzdi. Həmin məbləği ya diplomatik xidmətindən maaş kimi əldə etməli, ya da öz ölkəsindən gətirə bilərdi ki, hər iki halı və ya onlardan birini təsdiqləyən sübut təqdim etməmişdir. Həmçinin, Məhkəmə nəzərə almamışdır ki, xx.xx.2022-ci il tarixdə müqavilə bağlandığı halda, cənab Abdulazizin, guya, 2022-ci il üçün tam icarə haqqını (102.000 ABŞ dolları, həm də 2022-ci ilin əvvəlki 5 ayına görə) ödəməsi ağılabatan deyildir, bu suala iddiaçının nümayəndəsi də ağılabatan izah verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, səlahiyyət müddəti bitəcəyini gözləyən şəxs növbəti illər üçün niyə 200.000 ABŞ dollarından artıq pul ödəsin? Məhkəmə qətnaməsində qarşılıqlı iddia tələbinin təmin edilməməsini maddi-hüquqi cəhətdən əsaslandırmamış, yalnız “...vəkilin və nümayəndənin izahatlarının obyektiv xarakteri barədə məhkəmədə inam yaranmasına mane olur” qənaətilə kifayətlənmişdir. Məhkəmənin bu yanaşması, tərəflər arasında münasibətin (həm də mübahisənin) yaranmasına əsas olan Müqavilə şərtlərinin yanlış təfsiri, işin həqiqi hallarının nəzərə alınmaması, düzgün qiymətləndirilməməsi və iş üzrə müəyyən edilməli hallara tətbiq edilməli maddi hüququn tətbiq edilməməsinin nəticəsidir. Qarşılıqlı iddia tələbinin qanuni əsasları Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 152, 324, 385, 386, 389, 675-ci, 700-cü maddələridir. Maddi hüquq normaları və müqavilənin 12-ci bəndinə əsasən müqavilənin məhz Hərbi Attaşe (cavabdeh) tərəfindən ləğv edilməsinə görə müqavilənin “ikinci tərəf”i icarə haqqını tam məbləğdə ona ödəməlidir. Müqavilə müddəti ərzində isə cavabdeh tərəfindən ona hər hansı vəsait ödənilməmişdir. Məhkəmənin, icarə haqqının ödənilməsinə dair əvvəllər iddia qaldırılmamasının səbəbi haqqında, onun nümayəndəsi tərəfindən verilmiş izahatın onda inam yaratmadığına dair dəlilini subyektiv xarakterlidir. İş materiallarında mövcud olan “qəbz”lər onda olmamış, yalnız hazırki məhkəmə işinə cavabdeh tərəfindən təqdim olunmuş, işin materialları ilə tanış olan nümayəndə tərəfindən ona bu barədə məlumat verilmşdir. Həmin “qəbz”lər müqavilə münasibətinin həqiqi hüquqi vəziyyətini əks etdirmədiyindən əhəmiyyətsiz olmaqla, özü-özlüyündə etibarsızdır. İş üzrə üçüncü şəxsin (Səfirliyin) nümayəndəsi, məhkəmə iclasında sualların ona ünvanlanmasına cavab olaraq, iş üçün əhəmiyyət kəsb edən bu sualların hər hansı biri barədə məlumat verməmiş yalnız məhkəmənin sorğusuna əsasən Səfirlik tərəfindən cavab verilməsi məsələsinə baxılacağını bildirmişdir. Həmçinin, xx.xx.2022-ci ildə müqavilə bağlandığı və 2 il 6 ay (xx.xx.2025-ci ilədək) üçün nəzərdə tutulduğu halda, guya, “xx.xx.2022- xx.xx.2023-cü il üzrə illik icarə haqqı ödəməsi”nin səbəbi və s. barədə suallara qarşı tərəfin verdiyi ziddiyyətli cavab və izahlar məhkəmə tərəfindən düzgün hüquqi qiymətləndirilməmiş, bu xüsusatlar ümumiyyətlə, araşdırmadan və hüquqi qiymətləndirmədən kənarda qalmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Abdulaziz Saleh M Alfavazın nümayəndəsi və vəkili Vəkil2 qarşı tərəfin apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin övladı X11 votsap mobil tətbiqində qeydiyyatdan keçmiş (+994 55) *** ** ** mobil nömrəsi vasitəsilə iddiaçıya “Seyyid AbdulAziz İ told İ want only cash. Can you call me 1st time İ told only cash” (Abduzəziz bəy mən demişdim ki, mən ancaq nağd istəyirəm. Mənə zəng edə bilərsiz birinci səfər mən dedim ki, ancaq nağd) yazmışdır. Elə ilkin iddia üzrə cavabdeh tərəf özü ödənişin nağd ödənilməsini təkidlə tələb etmişdir. Digər tərəfdən öhdəliyin icrasını təsdiq edən sənəd üçün qanunvericilikdə məcburi forma şərti müəyyən edilməmişdir, o istənilən formada, o cümlədən sadə yazılı formada da tərtib edilə bilər. Məlum olduğu kimi hər bir tərəf öz öhdəliyinin icrasını sübut etmək vəzifəsi daşıyır. Mövcud münasibətlər baxımından kirayə ödənişi ödəmək öhdəliyinin borclusu ilkin iddia üzrə iddiaçı (kirayəçi), kreditoru isə ilkin iddia üzrə cavabdehdir (kirayəyə verən). Bununla da tamamilə sübuta yetirilir ki, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan ödənişlər tam həyata keçirilmişdir, əksini sübuta yetirmək ilkin iddia üzrə cavabdehin üzərindədir və o heç bir sübut təqdim edə bilməmişdir. Əvvəla ödənişin həyata keçirildiyi müqavilədə qeyd edilməsə də, ayrıca qəbzdə qeyd edilib. Digər tərəfdən müəyyən hərəkətlərin icrası və ya əmlak aktivlərinin təqdim edilməsi öhdəliyini müəyyən edən əqdlərdə həmin öhdəliklərin icra olunması barədə qeydin olması da məcburi deyildir. Eyni məntiqlə hərəkət etsək hər hansı malın alqı-satqısına dair bağlanmış müqavilədə pulun ödənildiyini göstərmək lazımdır, halbuki təcrübədə alqı-satqı müqaviləsi ayrıca imzalanır, malın təqdim edilməsi və pulun ödənilməsinə dair, yəni həmin öhdəliklərin icrasına dair sənədlər isə ayrıca tərtib edilir. İlk iddia üzrə cavabdehin işin faktiki hallarına dair heç bir sübut təqdim etmədən, qanunvericilikdə məcburi forma şərti müəyyən olunmayan sənədlərin notarial formada tərtib olunmadığına dair hüquqi cəhətdən heç bir əhəmiyyət kəsb etməyən ehtimallarına əsaslanaraq verdiyi apellyasiya şikayəti təmin edilməməlidir.
18. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, habelə ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 qarşı tərəfin apellyasiya şikayətinə etiraz təqdim edərək, etirazı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, Mənzil Məcəlləsinin və Nazirlər Kabinetinin 2010-cu il 6 may tarixli, 86 nömrəli Qərarında “xidməti mənzillər”in anlayışı, təyinatı, istifadəyə verilməsi və geri alınması qaydalarından göründüyü kimi, hazırki mübahisə üzrə münasibətlərə Mülki Məcəllənin 694-cü maddəsinin tətbiq edilməsi mümkün deyildir. Başqa sözlə, Cavabdeh2 xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin icarəyə verilməsinə dair Abdulaziz Saleh M Alfavaz ilə bağlanmış icarə müqaviləsindən irəli gələn münasibətlər MM-in 694-cü maddəsinin təsir dairəsinə düşmür. Əvvəla, tərəflər arasındakı müqavilə “İcarə müqaviləsi”dir və tərəflər müqavilə üzrə “İcarəçi” və “İcarəyəverən” adlandırılmaqla onların arasında icarə hüquq münasibətləri yaranmışdır. Bununla yanaşı, əgər hətta, fərdi yaşayış evinin yaşayış məqsədilə icarəyə götürülməsi və tərəflərin münasibətinin “kirayə münasibətlərinin təsir dairəsinə düşməsi”nə dair ilk iddiaçının nümayəndəsinin mövqeyinə MM-in 677.1.4-cü mddəsinin tələbi baxımından yanaşsaq belə, yenə də nəzərə alınmalıdır ki, MM-in 677.1.4-cü maddəsi hətta, kirayə müqaviləsinin “kirayəçi tərəfindən istənilən vaxt qeyd-şərtsiz pozulması toxunulmazılığını” ifadə etmir və ya MM-in 677.1.4-cü maddəsinin tələbi baxımından hazırki mübahisə üzrə Müqavilənin 12-ci bəndinin “özü-özlüyündə etibarsızlığına” dair mülahizə əsassızdır. MMin 677.1.4-cü maddəsinin tələbləri yalnız tərəflər arasındakı münasibətdə 676-ci maddənin məzmununda göstərilən hallara şamil oluna bilər. MM-in 677.1.4-cü maddəsinin məzmunundakı sonuncu cümləsi, hazırki münasibətlərə - daha doğrusu, tərəflər arasındakı Müqavilənin şərtlərinə tətbiq edilə bilməz. Belə ki, Müqavilənin 12-ci bəndində “müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşma” nəzərdə tutulmamışdır. Əksinə, Müqavilənin 12-ci bəndi İcarəçinin müqavilə müddəti daxilində istənilən vaxt müqaviləni ləğv etmək hüququna imkan verir, eyni zamanda, bu halda İcarəçinin üzərinə düşəcək öhdəliyi müəyyən edir. Eyni qaydada, Müqavilənin 13-cü bəndində İcarəyə verən tərəfindən müqavilənin vaxtından əvvəl ləğv ediləcəyi halında, İcarəyəverənin üzərinə düşəcək öhdəlik müəyyən edilmişdir. Tərəflər arasında olan Müqavilənin mətninin icarəçi – cənab Abdulaziz tərəfindən hazırlanması da işin mübahisəsiz halıdır. Cavabdeh2 ərəb dilini bilməməsi və ümumiyyətlə, müqavilə mətni hazırlaya bilməməsi, hesab edirik ki, aşkar və mübahisə olunmayan faktdır. Həmçinin, mübahisə olunan “qəbz”lərin Hərbi Attaşenin blankında, Azərbaycan və ərəb dillərində tərtib olunması da birmənalı olaraq həmin qəbzlərin ilk iddiaçı tərəfindən tərtib edildiyini sübut edir. Həmçinin, ilk iddiaçı həmin “qəbz”lərin onun tərəfindən tərtib edildiyini və Cavabdeh2 təqdim olunduğunu inkar etməmişdir.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Abdulaziz Saleh M Alfavazın nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək və qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin, ilk iddia tələbinin və qarşı tərəfin apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat vermiş, tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, habelə ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək və qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin, qarşılıqlı iddia tələbinin və qarşı tərəfin apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat vermiş, apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətlərinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbacan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında əks etdirilən hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Qərarda həmçinin göstərmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Hazırda apellyasiya şikayətləri ilə qətnamə müvafiq olaraq ilk və qarşılıqlı iddia tələblərinin rədd edilən hissələrində ayrı-ayrılıqda mübahisələndirildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətlərinin və etirazların dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Abdulaziz Saleh M Alfavazla Cavabdeh2 arasında hüquqi nəticə etibarı ilə kirayə müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Belə ki, onların arasında ilk olaraq xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmış, daha sonra onların qarşılıqlı razılığı əsasında bu müqavilə xx.xx.2022-ci il tarixdə ləğv edilmiş və həmin tarixdə yeni icarə müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evini xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək (3 il müddətinə) Abdulaziz Saleh M Alfavaza icarə verməyi, sonuncu isə müqavilə ilə müəyyən edilmiş icarə (kirayə) haqqını ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Həmin fərdi yaşayış evi Cavabdeh2 tərəfindən Abdulaziz Saleh M Alfavazla təhvil verilmişdir.
31. Bununla belə, müqavilə münasibətləri məhz bu tərəflər arasında yaranmışdır. Abdulaziz Saleh M Alfavazla digər Cavabdeh1 arasında hər hansı, o cümlədən müqavilə münasibəti yaranmamışdır. Bu şəxsin müqavilə tərəfi olan Cavabdeh2 əri olması mövcud vəziyyətdə müqavilədən irəli gələn hər hansı öhdəliyin icra edilməsi və ya əksinə icra edilməməsi nəticəsində Abdulaziz Saleh M Alfavaza vurulmuş zərərin ondan tələb edilməsi üçün əsas yaratmır. Bu səbəbdən Abdulaziz Saleh M Alfavazın ona qarşı iddiası və bu istiqamətdə apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
32. Məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə ilə bağlı qeyd edir ki, hər iki tərəf məhz bu müqavilədən irəli gələrək qarşı tərəfə qarşı tələblər irəli sürür. Belə ki, Abdulaziz Saleh M Alfavaz müqavilə üzrə müəyyən edilmiş icarə (kirayə) haqqını əvvəlcədən və tam şəkildə ödədiyini, lakin müqavilə bağlandıqdan qısa müddət sonra ölkəsinə geri çağırılması səbəbindən ona təhvil verilmiş fərdi yaşayış evindən istifadə etmədiyini bildirir və icarə (kirayə) haqqının ödənilməsini təsdiq edən qəbzləri (bu qəbzləri hər iki tərəf imzalamışdır və qəbzlərə əsasən Abdulaziz Saleh M Alfavaz Cavabdeh2 ümumilikdə (100.236 x 3 = 300.708) 300.708 ABŞ dolları məbləğində pul ödəmişdir) təqdim etməklə evdən istifadə etmədiyi bütün dövr üçün pulun geri qaytarılmasını və ona vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsini tələb edir.
33. Qarşı tərəf isə əksinə müqavilə üzrə hər hansı məbləğdə pulun ödənilmədiyini, təqdim edilmiş qəbzlərdə olan imzaların ona məxsus olmasına baxmayaraq, həmin qəbzlərdə göstərilən məbləğlərin ona verilmədiyini bildirir və öz mövqeyinin əsaslığına dar dəlillərini gətirərək, həmin qəbzlərin etibarsız hesab edilməsini və müqavilədə nəzərdə tutulmuş icarə (kirayə) haqqının ona ödənilməsini tələb edir.
34. Məhkəmə kollegiyası ilk növbədə müqavilənin müddətinə aydınlıq gətirilməsini zəruri hesab edir və bununla bağlı qeyd edir ki, tərəflər həmin müqaviləni 2,6 ay müddətinə bağlandığını bildirsələrdə bu müqaviləni təsdiq edən notariat kontorundan təqdim edilmiş nüsxədə müqavilənin 3 il müddətinə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək bağlandığı müəyyən edilir. Abdulaziz Saleh M Alfavazın təqdim etdiyi ödənişlər qəbzləri üzrə də onun tərəfindən 3 illik dövr üzrə əvvəlcədən ödənişlərin aparıldığı öz təsdiqini tapır. Hər bir halda, 2 il 6 müddətinə müqavilə bağlayan tərəflər, xüsusilə də Abdulaziz Saleh M Alfavaz 3 il üçün ödəniş aparmazdı. Bu səbəbdən məhkəmə kollegiyası müqavilənin 3 il müddətinə bağlanmasını əsas götürür.
35. Məhkəmə kollegiyası ilk öncə Abdulaziz Saleh M Alfavaz tərəfindən təqdim edilmiş və icarə (kirayə) haqqının ödənilməsini təsdiq edən qəbzlərə münasibət bildirilməsini zəruri hesab edir və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə istinadən vurğulayır ki, tərəflər öz iradələrinə uyğun olaraq məhz bu hesablaşma qaydasını seşmiş və bu qaydaya uyğun olaraq hesablaşmışdılar. Həmin qəbzlərdə olan imzaların Cavabdeh2 aid olması işin mübahisəsiz halıdır (Cavabdeh2 özü də bu halı etiraf edir). Tərəflər arasında icarə (kirayə) haqqının bütün müddət üçün əvvəlcədən ödənilməsini istisna edən, habelə xüsusi ödəniş qaydasını müəyyən edən hər hansı razılaşma və ya qeyd şərt nəzərdə tutulmamışdır.
36. Digər tərəfdən Cavabdeh2 müqavilə üzrə qarşı tərəfə təhvil verilmiş əmlakın açarlarının 2023-cü ilin yanvar ayında ona təhvil verildiyini etiraf edir. Lakin həmin müddətdən sonra onun müqavilə üzrə müəyyən edilmiş icarə (kirayə) haqqının tələb edilməsi ilə bağlı hər hansı formada qarşı tərəfə müraciət etməsi müəyyən edilmir. Hər bir halda, X3 Bakıdakı Səfirliyinin yeni Hərbi Attaşesi tərəfindən həmin müqaviləyə xx.xx.2022-ci il tarixdə xitam verilməsi barədə məktub göndərilən zaman, bu məktuba cavab olaraq Cavabdeh2 da həmin quruma müraciət edib, müqavilə üzrə ona hər hansı məbləğdə pulun ödənilmədiyini bildirməklə hazırki iddia üzrə tələb edilən pulu tələb edə bilərdi. Lakin ötən dövr ərzində Cavabdeh2 müqavilə üzrə pulun ona verilmədiyini təsdiq edən hər hansı hərəkət etməmişdir. hüquqi nəticə etibarı ilə 3 illik dövr üçün icarə (kirayə) haqqının ödənilməsini təsdiq edən qəbzlər mövcuddur, onlar Cavabdeh2 tərəfindən imzalanmışdır. Bu səbəbdən həmin qəbzlərin etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyil. Qeyd edilənlər öz növbəsində bu qəbzlərlə bağlı Cavabdeh2 apellyasiya şikayəti üzrə dəlillərinin əsassız olduğunu təsdiq edir. Birinci instansiya məhkəməsi bu tələbi rədd etməkdə haqlı olmuşdur.
37. Qarşılıqlı iddia üzrə “qəbzlərin etibarsız hesab edilməsi” tələbinin əsassız olması hüquqi nəticə etibarı ilə müqavilə üzrə pulun tutulması tələbinin də əsassız olduğunu təsdiq edir və onun da rədd edilməsini şərtləndirir.
38. Məhkəmə kollegiyası Abdulaziz Saleh M Alfavazın apellyasiya şikayərinə münasibətdə qeyd edir ki, mübahisələndirilən müqavilədən əvvəl tərəflər arasında xx.xx.2022-ci ildə icarə müqaviləsi bağlanmış, lakin xx.xx.2022-ci il tarixdə tərəflərin qarşılıqlı razılığına əsasən bu müqavilə ləğv edilmiş və həmin tarixdə hazırda mübahisələndirilən müqavilə bağlanmışdır. Hər iki müqavilə məzmun etibarı ilə məhz Abdulaziz Saleh M Alfavaz tərəfindən tərtib edilmişdir. Həmin müqavilələrin eyni zamanda, hər səhifədə bölünmüş sütunlar üzrə ingilis (xx.xx.2022-ci il) və ərəb dilinə 9xx.xx.2022-ci il) tərcümə edilməsi də bu halı təsdiq edir. müqavilələr məzmun etibarı ilə də biri birindən fərqlənir. Birinci müqavilədən fərqli olaraq ikinci müqavilənin 12-ci bəndində “müqaviləyə xitam verilməsi tələbi olduqda, ikinci tərəf 3 il ərzində icarə haqqının tam məbləğini ödəməlidir” məzmunda müddəa təsbit edilmişdir.
39. Bununla belə, 38-ci bənddə göstərilənlər bu bəndin məhz Abdulaziz Saleh M Alfavaz tərəfindən müqaviləyə daxil edildiyini və tam olaraq onun iradəsinə uyğun olduğunu təsdiq edir. Hər bir halda, xx.xx.2022-ci il tarixli müqavilədə belə bir bənd nəzərdə tutulmamışdır. Bu da öz növbəsində bu müqavilədə də belə bir bəndin nəzərdə tutulmadığını mümkün edirdi. Müqavilə notarial qaydada təsdiq edilmiş və ərəb dilinə də tərcümə edildiyindən onun məzmunu Abdulaziz Saleh M Alfavaz üçün tam aydın olmuşdur. Müqavilədə icarəyə (kirayəyə) verənə münasibətdə də demək olar ki, eyni məzmunlu bənd nəzərdə tutulmuşdur. Belə ki, müqavilənin 13-cü bəndinə əsasən Cavabdeh2 müqaviləyə xitam verilməsini tələb etdiyi halda, eyni və ya daha yaxşı bina xüsusiyyətləri, eyni dəyər və ya daha böyük və eyni məhəllə ilə təmin edilməsi öhdəliyini üzərinə götürmüşdür.
40. Digər tərəfdən müqavilə ilə demək olar ki, eyni vaxtda Abdulaziz Saleh M Alfavaz nəinki bir illik, ümumiyyətlə bütün müqavilə müddətini əhatə edən 3 illik dövr üçün icarə (kirayə) haqqını Cavabdeh2 tam şəkildə ödəmiş və bununla da müqavilənin bu bəndini vaxtından əvvəl tam şəkildə icra etmişdir. Bu da bir daha onun həmin bənd və onun hüquqi nəticələri barədə tam məlumatlı olmasını təsdiq edir. Hər bir halda, müqaviləyə 12ci bəndi daxil edən və ya bundan sonra icarə (kirayə) haqqını tam ödəyən Abdulaziz Saleh M Alfavaz müqavilənin hər hansı səbəbdən daha tez müddətdə ləğv edilməsinin mümkünlüyünü gözü önünə almalı idi. Abdulaziz Saleh M Alfavaz hər hansı formada bu məbləği ödəmək məcburiyyətində qaldığını da bildirmir. Məhkəmə kollegiyası da belə bir hal müəyyən etmir. Hüquqi nəticə etibarı ilə tərəflər öz aralarında bu məsələni razılaşdırmışlar, müqavilənin predmeti olan əmlakdan istifadəni də Abdulaziz Saleh M Alfavaz öz iradəsinə uyğun olaraq dayandırmışdır. Həmin əmlakın açarları 2023-cü ilin yanvar ayında Cavabdeh2 təhvil verilmişdir. Bu da həmin əmlakın bu vaxtadək məhz Abdulaziz Saleh M Alfavaz üçün əlçatan olduğunu təsdiq edir (halbuki, Abdulaziz Saleh M Alfavaz ilk öncə iddiası üzrə tam fərqli mövqedən çıxış etmiş və qarşı tərəfin əmlakdan istifadəyə maneə yaratdığını bildirmişdir). Bu əmlakın eyni əsaslarla nəinki açarlar təhvil verildikdən sonra, hətta bugünədək hər hansı başqa şəxsə təhvil verildiyi müəyyən edilmir. Bu səbəbdən onun hazırda şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad etməsi və bu bəndlə onun hüquqlarının pozulması mövqeyindən çıxış etməsi ümumiyyətlə əsassızdır.
41. Bu səbəbdən müqavilənin 12-ci bəndi Abdulaziz Saleh M Alfavazın hüquqlarını məhzdudlaşdıran şərt kimi qiymətləndirilə bilməz və etibarsız hesab edilə bilməz. Onun istinad etdiyi mülki Məcəllənin 677.1.4-cü maddəsi əşya müqaviləyə uyğun gəlmədikdə kirayəçinin hüquqi müdafiə vasitələri ilə bağlı məsələləri tənzimləyir (tərəflər arasında belə bir problem olmamışdır) və ümumiyyətlə hazırki münasibətlərə tətbiq edilə bilməz.
42. Məhkəmə kollegiyası o halı da vurğulayır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə müqavilənin bağlanması, sonradan ləğv edilməsi və yeni müqavilənin bağlanması, bu müqavilələrin notarial qaydada təsdiq edilməsi Abdulaziz Saleh M Alfavazın bu sahədə təcrübəyə malik olduğunu təsdiq edir. Belə olan halda, Abdulaziz Saleh M Alfavaz açarlar təhvil verilənədək və ya bundan sonra Azərbaycana gələn zaman qarşı tərəfə müraciət edib, müqavilə şərtlərinə, o cümlədən müddətinə dəyişiklik edilməsini təklif edə bilərdi. Lakin 2024-cü ilin yanvar ayınadək hər hansı tədbir görməmişdir.
43. Onun 2024-cü il tarixdə qarşı tərəfə pretenziya məktubu ilə müraciət etməsinin isə hər hansı hüquqi əhəmiyyəti qalmamışdır. Belə ki, həmin müqavilə artıq bu tarixdən də əvvəl ləğv edilmiş hesab edilməlidir. Nəzərə alınmalıdır ki, 2023-cü ilin yanvar ayında açarların təhvil verilməsi ilə və bundan sonra Azərbaycana gələrkən oteldə qalmaqla Abdulaziz Saleh M müqavilə ilə bağlı öz iradə ifadəsinin qarşı tərəfə bildirilmişdir. Bununla da həmin müqavilə qeyd edilən vaxtdan ləğv edilmiş hesab edilir və onun hazırki iş üzrə təsbit edilməsinə hər hansı zərurət yoxdur.
44. X10 M Alfavaz müqavilə üzrə ödədiyi icarə (kirayə) haqqının geri alınmasının təmin edilməsi məqsədi ilə xitam verilməsinin məhkəmə qaydasında tanınmasını tələb edir və eyni zamanda, həmin pul vəsaitinə istinadən digər məbləğləri (zərər və sair) tələb edir. Halbuki, yuxarıda göstərilən səbəblərdən həmin müqaviləyə Abdulaziz Saleh M Alfavaz tərəfindən vaxtından əvvəl xitam verilməsi onun tərəfindən icarə (kirayə) haqqı olaraq ödənilmiş məbləğin geri qaytarılmasını üçün əsas yaratmır. Bu da öz növbəsində iddia ərizəsinin və apellyasiya şikayətinin bu hissədə dəlillərinin əsassız olduğunu təsdiq edir. Məhkəmə kollegiyasının bu mövqeyi Abdulaziz Saleh M tərəfindən irəli sürülmüş digər pul tələblərinin də əsassız olduğunu təsdiq edir və onların da rədd edilməsini şərtləndirir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hər iki tərəfin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-c i, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Abdulaziz Saleh M Alfavazın nümayəndəsi və vəkili Vəkil2 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-1333/2024 nömrəli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.