Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-897/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər LPO "xxxx" ASC-yə və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 9 saylı Notariat Ofisi cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-897/2025 (Açar sözlər: müqavilənin etibarsızlığı, çıxarışın ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndə-vəkili Vəkil1, Cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh2, onun nümayəndəsi (atası) Nümayəndə və nümayəndə-vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər LPO "xxxx" ASC-yə və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 9 saylı Notariat Ofisi cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-748/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 12 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər LPO "xxxx" ASC-yə və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 9 saylı Notariat Ofisi cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyriyaşayış binasına dair Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə/326 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı borcun girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə aralarında çox saylı məhkəmə mübahisələri olmuşdur. Bank qeyri-qanuni yolla, yəni əmkak üzərində həbs ola-ola Sumqayıt şəhəri, 9- cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyriyaşayış binasından ibarət olan ipoteka predmetinə dair çıxarış almışdır. Bundan sonra aralarında məhkəmədə barışıq sazişi bağlanmış və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2013-cu il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 ASC barışıq sazişinin şərtlərinə qərəzli şəkildə əməl etməmiş, tərəfindən təklif olunmuş real alıcıdan 20.000 manat beh aldığı halda barışıq sazişinin şərtlərini pozmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə ona Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cu il tarixli qərardadının Cavabdeh1 ASC ilə tərəfindən məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sonuncu dəfə “Muğanbank" ASC ərizə ilə müraciət edərək ipoteka predmeti üzərində olan iddianın təmini tədbirinin ləğv edilməsini xahiş etmiş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və ipoteka predmeti üzərində olan həbsin götürülməsi qərara alınmışdır. Cavabdeh1 ASC həmin əmlak üzərində həbs ola-ola həmin əmlaka dair çıxarış almışdır. İddiaçının Cavabdeh1 ASC-yə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə mübahisəsi Bakı Apellyasiya Məhkəməsində davam edir. Bundan sonra ona məlum olmuşdur ki. Cavabdeh1 ASC Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyriyaşayış binasını xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 9 saylı Notariat Ofisində real dəyərindən və aralarında olan məhkəmə mübahisələri zamanı əmlakın qiymətləndirilməsinə dair rəylərdən aşağı qiymətlə, yəni 210.400 manata Cavabdeh2 satmışdır.
3. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 sonradan məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasına dair Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə/326 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Əmlak Məhərrəm Fikrət oğlunun adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, əlavə olaraq bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə mübahisəli qeyri-yaşayış sahəsinə dair hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddiaçının tələbinə dair mülki iş üzrə icraata tərəflər arasında barışıq sazişi təsdiqləndiyindən xitam verilmişdir. Bundan əlavə, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ASC tərəfindən 2014-cü il tarixli beh müqaviləsinin şərtlərinin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Barışıq sazişinin qüvvədə olmasına baxmayaraq, mübahisəli əmlak ekspert rəyləri ilə müəyyən olunan qiymətdən olduqca aşağı qiymətə satılmışdır. Cavabdeh2 nümayəndələrinə də dəfələrlə bununla bağlı məlumat verilmişdir. Sözügedən barışıq sazişinin ləğv edilməsi ilə bağlı əvvəlki məhkəmə mübahisələri olsa da, həmin barışıq sazişi ləğv edilməmişdir və hazırda qüvvədədir. İddiaçı barışıq sazişində göstərilən məbləği ödəyə bilmədiyinə görə, tanışı olan Şahin adlı şəxsi alıcı qismində irəli sürmüşdür. Borclunun göstərdiyi şəxs beh müqaviləsi ilə müəyyən edilən məbləğin ilkin hissəsini ödəmiş, qalan hissəsini isə xx.xx.2014-cü il tarixədək ödəyə bilməməsinin səbəbi isə Cavabdeh1 ASC-nin təqsiri ilə bağlı olmuş və bu təqsir qanuni qüvvəyə minən məhkəmə qətnaməsi ilə də müəyyən edilmişdir. Beh müqaviləsinin şərtlərinə əməl edilməməsinin səbəbi Cavabdeh1 ASC-nin öhdəliklərini yerinə yetirməməsi ilə bağlı olmuşdur. Cavabdeh1 ASC-nin adına mübahisəli qeyri-yaşayış sahəsinə dair çıxarış olmuşdur. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X7 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, hazırki iddia tələbinə münasibətdə iddiaçının subyektiv hüququ yoxdur. Mübahisəli alqı-satqı müqaviləsi Cavabdeh1 ASC ilə üçüncü şəxs arasında bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəf olmadığından, belə bir tələb irəli sürmək üçün hüququ mövcud deyil
6. Cavabdeh2 Nümayəndə və onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, sözügedən barışıq sazişi 1 il müddətinə bağlanılmış və müddətin bitdiyi gün iddiaçının digər məhkəmə icraatı çərçivəsində müvəqqəti təminat tələbi əsasında mübahisəli qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Məhz bu səbəbdən Cavabdeh1 ASC mübahisəli əmlakı Şahin İbrahimova sata bilməmişdir. Barışıq sazişində də əmlakın məhz iddiaçı tərəfindən deyil, iddiaçının təqdim etdiyi şəxs tərəfindən mübahisəli əmlakın alına bilməsi şərti nəzərdə tutulmuşdur. Həmin şəxs isə Şahin İbrahimov olmuş və sonradan vəfat etmişdir. Buna görə barışıq sazişinin hər bir halda icrası mümkün deyildi. Digər tərəfdən, iddiaçı həqiqətən barışıq sazişinin yerinə yetirilmədiyini iddia edirsə, bankdan bununla bağlı kompensasiya da tələb edə bilərdi. Barışıq sazişində də əmlakın 1 il ərzində əldə edilmədiyi təqdirdə başqa şəxsə satıla bilməsinin mümkünlüyü göstərilmişdir. İddiaçının isə barışıq sazişi bağlanıldığı müddətdən keçən 6 il vaxt ərzində hər hansı tələbi olmamışdır. Həmçinin, iddiaçının banka 320.000 ABŞ dolları məbləğində borcu olduğu halda, bankın da əmlakı 210.000 manat məbləği qarşılığında satmasında maraqlı olması ağlabatan deyil. Bundan əlavə, mübahisəli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi də düzgün formada aparılmamış və həmin əmlaka aid olmayan hissələr də fotoşəkilləri çəkilməklə qiymətləndirilmişdir. Hazırda barışıq sazişinin qüvvədə olmasına görə Cavabdeh2 məsuliyyət daşımır. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməmə sini xahiş etdi.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-748/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1,324.2, 324.4, 337.1, 337.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1 və 217.4-cü maddələrinə, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətlərinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, hər iki tərəf İddiaçılə bank arasında məhkəmə mübahisələrinin olduğunu bildiyi halda (Nümayəndə məhkəmə iclasında bunu etiraf edir) Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında əsl niyyəti fərqli olan xx.xx.2023-cü il tarixli 4Ə/326 saylı alqı-satqı müqaviləsi bağlamışdır. Məhkəmə hesab edir ki, iddiaçı hazırda iddiasını birbaşa olaraq mübahisəli qeyri-yaşayış sahəsinin qaytarılması yönündə irəli sürməsə də, lakin mövcud iddiadan müəyyən edilir ki, hazırkı iddianın məqsədi iddiaçının əvvəllər mülkiyyətində olan əmlak üzərində gələcəkdə mülkiyyət hüquqlarının bərpasına xidmət edir. – Bu məhkəmənin özünün formalaşdırdığı nəticədir. İddiaçı əqdin etibarsızlığı ilə bunu arzu etmir. İddiaçının əqdin etibarsızlığı ilə arzuladığı nəticə ondan ibarətdir ki, tərəflər arasında bağlanmış əqd əhəmiyyətsizdir. İddiaçı bunu mübahisələndirir. Çünki iddiaçının banka borcu var, iddiaçının əmlakı isə bankın balansındadır. Tərəflər arasında uzun illər məhkəmə qərarları ilə təsdiq edilən hal ondan ibarətdir ki, bank iddiaçının öz əmlakını qaytarması üçün şərait yaratmır. İddiaçının qaytarmalı olduğu məbləğ 340.000 ABŞ dollarıdır. Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri yaşayış binasının hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 728.000 manat (1.392x522,8) məbləğində müəyyən olunur. İddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olmuşdur. Əmlakla bağlı iddiaçı uzun illər mübarizə aparmışdır, bu halda onun ləğv olunmuş bankdan maddi zərər tələb etməsi ilk növbədə məhkəmə hakimiyyətinə olan inamı sarsıdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsi "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli barışıq sazişini ona təsdiqləmişdir ki, bank bilirdi ki, keçirilən hərrac qanunsuz olmuşdur və nəticələri etibarsız sayılacaq. Ona görə də İddiaçı bu “jest”i etmişdir. Məhkəmə qərarlarına diqqətlə baxılsa, müəyyən olunacaq ki, bank bu sazişi qəsdən pozmağa cəhd etmişdir. Çünki həmin dövrdə olan devalvasiyalar bankı borcun iki qatının almağa şirnikləşdirirdi. Daha sonra isə barışıq sazişinin icrası baş tutmadığı üçün İddiaçı müvafiq addımlar atmağa başlamışdır. Məhkəmə iclaslarında Cavabdeh2 nümayəndəsi də etiraf etmişdir ki, banka əlavə “hörmət etməklə” Cavabdeh1 ASC Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyriyaşayış binasını xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 9 saylıNotariat Ofisində real dəyərindən və aralarında olan məhkəmə mübahisələri zamanı əmlakın qiymətləndirilməsinə dair rəylərdə göstəriləndən qat-qat aşağı qiymətlə, yəni 210.400 manata Cavabdeh2 satmışdır. Məhkəmə iclasında dəfələrlə nümayəndəyə sual verilmişdir ki, nə üçün 210.400 manata 522,8 kv.metr olan qeyri-yaşayış binasını almışdır? Bu suala hər iki cavabdeh cavab verməmişdir. X10 bank pul verməli idi, bank bu pulu verə bilməmişdir, onun əvəzində bazar dəyərindən 3 dəfə aşağı qiymətə bank Fikrətə əmlakı satmışdır. Ümumiyyətlə, hansısa əqdin əhəmiyyətsiz olması qanunda birbaşa göstərilməli deyil. Məsələn, Mülki Məcəllənin 420-ci maddəsi müqavilənin standart şərtlərinin etibarsızlığına həsr olunub. Orada söhbət mahiyyət etibarilə məhz əhəmiyyətsiz əqdlərdən gedir. Həmin müqavilə niyə əhəmiyyətsizdir? Harada yazılıb bu? Ona görə əhəmiyyətsizdir ki, qanunvericiliyin imperativ normalarına ziddir. Əka halda, imperativ normalar nəyə lazımdır ki? Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Bu müqavilədə üçüncü şəxs İddiaçıdir. Əgər əmlak qat-qat ucuz qiymətə satılmasa, elə əmlakı həmin məbləğə İddiaçı də alardı. Bu əqddə olan məntiqsizliyi hamı görür. Lakin nədənsə göz, qulaq və ağızlar bağlanıb. Sahibin 340 000 ABŞ dollar borcu var, bank ləğv edilir, Sahibin əmlakı bankın balansındadır. Bank həmin əmlakı hərracda özü əldə edib. Bu hərrac etibarsız sayılmasın deyə Sahibə yalvarıb barışıq sazişi bağlanılıb. 10 il Sahib mübarizə aparır, lakin bank əmlakı 210.000 manata defakto Fikrətə satır. Hətta məhkəmə iclasında bankın nümayəndəsi məhkəməyə açıq çağırış edir ki, bu bankın belə mübahisələri çoxdur xahiş edirəm xüsusi qərardad çıxarıb göndərin araşdırılsın. Sahib bu pərdələnmiş əqdin etibarsız hesab edilərək, əvvəlki vəziyyətin bərpasını arzu edir. Çünki əmlakın dəyərindən qat-qat ucuz qiymətə satılması, banka sərf edir. Bank bu halda Sahibdən daha çox borc pul tələb edə bilir. Beləliklə bank həm əmlakı ucuz satıb korrupsiya nəticəsində nağd pul əldə edir (bunu Fikrət məhkəmə iclasında etiraf edir), həm də Sahibdən daha çox pul tələb edə bilir. Hesab edirik ki, Sahibin üstünlük hüququ vardır, bu hüquq elə onun məhkəmədə əqdi mübahisələndirməsi üçün də subyektiv hüquq verir. Üstünlük hüququ, üstünlük hüququ və ya ilk satın alma seçimi hər hansı digər şəxsə və ya quruma təklif edilməzdən əvvəl yeni yaranan müəyyən əmlakı əldə etmək üçün müqavilə hüququdur. Latın dilindəki emo, emere, emi, emptum, almaq və ya almaq, üstəgəl ayrılmaz ön sözdən, əvvəldən gəlir. Mövcud əmlakı hər hansı digər şəxsdən üstün tutaraq əldə etmək hüququ adətən ilk imtina hüququ adlanır. İlk imtina hüququ (ROFR və ya RFR) sahibinə üçüncü şəxslə həmin əməliyyatı bağlamaq hüququna malik olmamışdan əvvəl müəyyən edilmiş şərtlərə uyğun olaraq bir şeyin sahibi ilə iş əməliyyatı etmək imkanı verən müqavilə hüququdur. Birinci imtina hüququ ən azı üç tərəfə malik olmalıdır: sahibi, üçüncü tərəf və ya alıcı və opsion sahibi. Ümumiyyətlə, sahibi alıcıya təklif etməzdən əvvəl opsion sahibinə eyni təklifi verməlidir. İlk imtina hüququ konseptual olaraq çağırış opsionuna bənzəyir. Məhkəmə bu mübahisəyə baxarkən çəkişmə prinsipini pozmuşdur. Bundan əlavə məhkəmə mübahisəyə baxarkən sübutların bölüşdürülməsini də düzgün etməmişdir. İddiaçının iddia etdiyi hər dəlil də bu halları iddiaçının sübut etmədiyi üçün əsassız olduğu qənaətinə gəlsə də, cavabdehə qeyd olunanların əksini sübut etməsi ilə bağlı sübutları təqdim etməsi təklif etməmiş, hətta cavabdehin izahatında iddiaçının halını pisləşdirən faktları əsaslı hesab etmişdir. Beləliklə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmayaraq, qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə, qətnaməsini özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Cavabdeh bank hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir. Cavabdehin hərəkətsizliyi ilə bağlı qeyd edilməsi zəruridir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları). Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mübahisə üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir. Buna görə də məhkəmə cavabdehin mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini–məhkəmə iclaslarında sübutların təmin edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə almalı idi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatı
12. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndə-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İzahatında göstərdi ki, cavabdeh əmlakda təmir işləri apardığını bildirsə də, bununla əlaqədar sübut yoxdur. Ekspertiza təyin edilərkən təmirlə əlaqədar sual qoyulmamışdır, ekspertin verdiyi rəy mübahisələndirilməmişdir. Qeyd etdi ki, əmlakın 300 000 manata onlara satılmasına razıdırlar.
13. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. O, izahatında bildirdi ki, əmlak bankın mülkiyyətinə keçmiş, əmlakın üzərinə qoyulmuş həbs 2022-ci ildə götürülmüşdür. Bu müddətə qədər əmlak bankda olmuşdur. Tərəflər əmlakın həbsdən azad olunması üçün şikayət vermişdirlər. İddiaçının artıq müqaviləni mübahisələndirmək hüququ yoxdur. İddiaçının nümayəndə-vəkili beh müqaviləsinin baş tutmamasında iddiaçının buna aidiyyatının olmadığını bildirdi. Amma nəzərə çatdırır ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə əmlakın üzərinə həbs qoyulması iddiaçının müraciəti əsasında olmuşdur. Müqavilə etibarsız olsa yenə əmlak bankın mülkiyyətinə qayıdacaqdır. Əmlakı 210 000 manata almışlar, 2023-cü ildə digər cavabdehə eyni qiymətə satmışlar.
14. Apellyasiya baxışında iştirak edən digər cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Bildirdi ki, əmlakı alıb və 110.000 manata yaxın xərc qoyub. Daha əvvəl razılıq əldə olunması üçün qarşı tərəfə təklif etsə də, alınmadı, qarşı tərəf məhkəməyə müraciət etdi. İndi cavabdeh razılaşmır, çünki bu işlərə görə stress yaşayıb.
15. Apellyasiya baxışında iştirak edən Cavabdeh2 nümayəndə-vəkili də apellyasiya şikayəti ilə razılaşmadığını bildirdi və qeyd etdi ki, müqavilə alıcı ilə satıcı arasında bağlanmışdır, iddiaçının müvafiq müqaviləni mübahisələndirməyə subyektiv hüququ yoxdur.
16. Apellyasiya baxışında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış 3-cü şəxs məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
18. Kollegiya Mülki-Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mübahisəyə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
20. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər
21. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
23. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir;
24. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir;
25. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 217.3 və 217.4. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
29. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Kollegiya tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Kollegiya hesab edir ki, məhkəmə mübahisəni həll edərkən işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquq normaları barədə düzgün nəticəyə gəlmişdir, bu səbəbdən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün hər hansı əsas mövcud deyil.
37. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, satıcı "xxxx" ASC ilə alıcı Cavabdeh2 arasında bağlanmış AN-İ №1142285 nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasını 210.400 manata alıcıya satmışdır.
38. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1042/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X8 və İddiaçı qarşı kredit və ipoteka müqavilələrinin ləğv edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi, yüklü əmlaka olan hüquqların itirilməsi və əmlakın boşaldılması tələbinin təmin edilməsi, cavabdeh X6 Cavabdeh1 ASC-nin xeyrinə kredit borcu 300.000 ABŞ dolları, faiz borcu 20.818,09 ABŞ dolları, cəmi 320.818,09 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutulması, borcun əvəzinə yönəldilən ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı mülkiyyətindəki ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda icarəsində olan 0,0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına dair hüququnun itirilməsi və 1 ay ərzində boşaldılması, borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və həmin binanın açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsinə yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsi qət edilmişdir.
39. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3369/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ASC-dən ödənilmiş behin iki misli, 40.000 manat tutularaq X3 verilməsi qət edilmişdir.
40. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(105)-876/2014 saylı qərardadının surətindən görünür ki, Cavabdeh1 ASC-nin şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(060)-1683/2014 saylı qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(060)-1683/2014 saylı qərardadına əsasən, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 7/23 saylı qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 ASC-nə, Sumqayıt şəhər İcra şöbəsinə və qeyrilərinə müəyyən hərəkətlərin aparılması qadağan edilmişdir.
41. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2147/2023 saylı xx.xx.2023- cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən Cavabdeh1 ASC göstərilməklə) qarşı reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
42. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-544/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2147/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasına "xxxx" ASC-nin hüquqlarının qeydə alınmasına dair seriya MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
43. Tələbkar "xxxx" ASC ilə borclu İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli barışıq sazişinin surətindən görünür ki, həmin sazişin 3- cü maddəsinə əsasən, borclu bu barışıq razılaşması məhkəmə tərəfindən təsdiq olunduqdan sonra 8 ay müddətinə Sumqayıt şəhəri, 9-cu mikrorayonda olan 0,0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 manat köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış (laşə) binasını 340.000 ABŞ dollarına almağı öhdəsinə götürür. 4-cü maddəsinə əsasən, əgər göstərilən müddətdə borclu həmin qeyriyaşayış sahəsini almadığı halda tələbkarın müstəqil surətdə həmin qeyri-yaşayış binasını satılmasına, ipoteka ilə yüklü edilməsinə və ümumiyyətlə üzərində sərəncam verməyə borclu etiraz etmir.
44. xx.xx.2014-cü il tarixli beh alan Cavabdeh1 ASC ilə beh verən X9 arasında bağlanmış beh müqaviləsinin surətindən görünür ki, tərəflər xx.xx.2014-cü il tarixədək Sumqayıt şəhəri, 9-cu mikrorayonda olan 0,0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış (iaşə) binasını 267.100 manata alqı-satqı bağlamaq barədə öhdəlik götürürlər. Beh verən beh alana 20.000 manat beh verməyi, qalan 247.100 manatı isə xx.xx.2014-cü il tarixədək satıcıya verməyi öhdəsinə götürür.
45. S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş hesabatdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli, 8 girişli, 2 mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasının, onun yerləşdiyi torpaq sahəsinin real bazar dəyəri 939.600 manat, likvid dəyəri 798.660 manat, binanın içərisində olan inventar və avadanlıqları ilə birlikdə real bazar dəyəri 42.000 manat, likvid dəyəri 35.700 manatdır.
46. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyriyaşayış binasının hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 728.000 manat (1.392x522,8) məbləğində müəyyən olunur.
47. Beləliklə, iş üzrə toplanmış sübutların tədqiqi nəticəsində işin müəyyən olunmuş faktiki hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2010-cu il tarixli qətnaməsinə əsasən, X4 Cavabdeh1 ASC-nin xeyrinə cəmi 320.818,09 ABŞ dolları pul vəsaitinin tutulması və borcun ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayonda icarəsində olan 0,0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi müəyyən edilmişdir. İpoteka ilə yüklü edilən sözügedən əmlak açıq hərracda Cavabdeh1 ASC-nə satılmış, nəticədə mülkiyyətçi ASC olmuşdur. Daha sonra tərəflər arasında sözügedən əmlakla bağlı məhkəmə çəkişmələri olmuş, çəkişmələr tərəflər arasında xx.xx.2013-cü il tarixdə barışıq sazişinin imzalanması ilə nəticələnmişdir. Barışıq sazişinə əsasən, 8 ay müddətinə İddiaçı mübahisəli əmlakı əldə etməli idi. İddiaçı həmin müddətdə əmlakı ala bilmədikdə Cavabdeh1 ASC-nin əmlakı digər şəxsə satmaq hüququ müəyyən edilmişdir. İddiaçı əmlakı özü ala bilmədiyi üçün əmlakı dostu Şahin İbrahimov tərəfindən alınmasını təklif etmiş, bununla bağlı ASC ilə Şahin İbrahimov arasında xx.xx.2014-cü ildə beh müqaviləsi bağlanaraq sonuncu tərəfindən ASC-nə 20.000 manat beh verilmiş və əmlakın qalıq məbləğinin xx.xx.2014-cü il tarixədək ödənilməsi razılaşdırılmışdır. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsi əsasında əmlakın özgəninkiləşdirilməsi qadağan edilmişdir. Sonradan əmlakın alınması mümkün olmadığından Şahin İbrahimov behin iki mislinin qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3369/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ASC-dən ödənilmiş behin iki misli, 40.000 manat tutularaq X3 verilməsi qət edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 544/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən əsasən, İddiaçı şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2147/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasına "xxxx" ASC-nin hüquqlarının qeydə alınmasına dair seriya MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli 4Ə/326 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 ASC tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyriyaşayış binası Cavabdeh2 satılmışdır.
48. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəlmiş olduğu qənaətini iddiaçının cavabdehlər arasında bağlanmış müqaviləni mübahisələndirmək üçün subyektiv hüququnun olmaması və müqavilənin etibarlılığını istisna edən hər hansı halın müəyyən olunmaması ilə əsaslandırmışdır.
49. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir.
50. İşin hallarından göründüyü kimi iddiaçı cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız olmasını Cavabdeh1 ASC-nin barışıq sazişi qüvvədə ola-ola onun şətlərinə əməl etməyərək əmlakı başqa şəxsin xeyrinə (digər Cavabdeh2) özgəninkiləşdirməsi, əmlakın dəyərindən xeyli aşağı qiymətə satılması, ilə əsaslandırmışdır.
51. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
52. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında da oxşar mövqe əks etdirilərək göstərilmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
53. Qeyd edilənlərə əsasən kollegiya əqdin tərəfi olmayan şəxsin, yəni hazırki işdə iddiaçının cavabdehlər arasında bağlanmış müqaviləni mübahisələndirmək hüququna malik olub-olmadığına qiymət verməyi zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 337.2-ci maddəsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək hüququ verilmişdir. Belə ki, müqavilə əqddir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Lakin əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər. a) Hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər b) Hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər. c) Vəzifənin icrasını çətinləşdirə bilər.
54. Toxunmanın olub-olmadığı müəyyən edilərkən əqdin yaratdığı nəticə əsas götürülür. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür: - Hüquq münasibəti əmələ gəlir; - Hüquq münasibəti dəyişir; - Hüquq münasibəti xitam olunur.
55. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: - Münasibətin subyekti; - Münasibətin obyekti; - Münasibətin məzmunu
56. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan üç elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır.
57. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan görünür ki, mübahisələndirilən müqaviləyə əsasən satıcı qismində bank digər cavabdehə öz əmlakını satmış, alıcı da öz növbəsində əmlakı mülkiyyətinə qəbul etmişdir. Beləliklə hazırki işdə əmlakın alqı-satqı müqaviləsi bankın əmlak üzərində mülkiyyət hüququnun xitamına, Cavabdeh2 üçün isə əksinə mülkiyyət hüququnun yaranmasına, yəni hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, alqı-satqı müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun satıcıdan alıcıya keçməsində ifadə olunur.
58. Göründüyü kimi hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Belə ki, iddiaçı müqavilə münasibətlərinin subyekti deyildir, müqavilənin predmeti iddiaçıya hər hansı əşya hüququ ilə məxsus olmayan əmlakın özgəninkiləşdirilməsi ilə əlaqədardır. Bundan başqa müqaviləyə əsasən yaranmış öhdəlik münasibətinin məzmununun da iddiaçıya bağlılığı müəyyən edilməyib, çünki subyektiv hüquq və hüquqi vəzifələr müqavilənin tərəflərinə aiddir. Belə olan halda hazırki işdə yuxarıda göstərilən üç elementdən heç birinin iddiaçıya aidiyyəti olmadığı müəyyən edilir.
59. Kollegiya iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığının araşdırılması üçün müqavilənin barışıq sazişinin şərtlərini pozaraq bağlanması barədə dəlilinə münasibətdə qeyd edir ki, tərəflər barışıq sazişi imzalayaraq həmin əmlakın iddiaçıya (Borcluya) satılması barədə razılığa gəlmişdirlər. Barışıq sazişində müəyyən olunan müddət ərzində iddiaçı qeyri-yaşayış sahəsini əldə etməmişdir. Sonradan cavabdeh xx.xx.2023-cü il tarixli 4Ə/326 saylı alqı-satqı müqaviləsinə əsasən Məhərrəm Bəxşəliyevə satmışdır. İddiaçı cavabdehin barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri pozduğunu bildirir, lakin həmin öhdəliklərin cavabdeh bank tərəfindən pozulmasına istinad edərək, öhdəliklərin pozulması nəticəsində ona dəymiş ziyanı tələb etmir. Hazırda digər cavabdehin mülkiyyətində olan əmlakın əldə edilməsi ilə bağlı müqaviləni mübahisələndirir. Bu zaman iddiaçı belə bir iddia irəli sürərkən mübahisəli əmlaka münasibətdə hansı hüquqlardan çıxış etdiyini bildirmir. İddia dəlillərinin əsasını məhz cavabdeh bankın mübahisəli əmlakı ona satmaq barədə öhdəlik götürməsi, lakin öhdəliyi icra etməməsi ilə izah edir. Lakin belə bir öhdəliyin olması iddiaçının mübahisəli əmlaka hər hansı əşya hüququnun mövcudluğu demək deyildir. Həmçinin barışıq sazişində iddiaçı əmlakı göstərilən vaxtda əldə etməzsə, əmlakın ASC tərəfindən digər şəxsə özgəninkiləşdiriləcəyi konkret olaraq müəyyən edilmişdir. Bank da tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilmiş həmin şərtə uyğun olaraq əmlakı başqa şəxsə özgəninkiləşdirmişdir. Bu səbəbdən mübahisələndirilən müqavilənin bağlanması iddiaçının barışıq sazişində irəli gələn hüququnu və ya qanuni mənafeyini pozmamışdır.
60. Nəzərə alınır ki, məhkəmə qətnaməsi mülki işlər üzrə ədalət mühakiməsinin yekun sənədi olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətində müəyyənlik yaratmalı, pozulmuş və mübahisə edilən hüquqların real bərpası təmin olunmalıdır. İddiaçının hazırki tələbi təmin olusa belə, bu, əmlakın bankın mülkiyyətinə qaytarılması ilə nəticələnəcəkdir. İddiaçı həmin nəticənin ona nə kimi fayda verəcəyini, hansı qanuni maraqlarına xidmət etdiyini əsaslandıra bilməmişdir.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarının məzmunundan göründüyü kimi pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia, buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd olunmalıdır.
62. İddiaçı iddia tələbi üzrə subyektiv hüquqa malik olmadığından kollegiya müqavilənin etibarsızlğı ilə bağlı iddia ərizəsinin digər dəlillərinə və eləcə də apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsini zərurui hesab etmir, belə ki, iddiaçının müvafiq subyektiv hüququ olmadığı təqdirdə məhkəmə hüquqi dəyərləndirməni artıq bitirməlidir, çünki işin həlli üçün bunun heç bir əhəmiyyəti yoxdur.
63. Beləliklə, işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
64. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
65. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
66. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
67. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-748/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev