Məhkəmə qərarları › İş №2(103)-9018/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9018/2021

22.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9018/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi Cavabdeh İB-nin nümayəndəsi Əliyev Rəşad Vaqif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1138/2021 saylı 31 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı - ünvan 1 ünvanına əsassız hesablanmış 1471,40 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda ünvan 1-də öz ailəsi ilə birlikdə yaşayır. Cavabdeh əməkdaşları ünvana yaxınlaşaraq qaz sayğacının aktlaşdıraraq heç bir əsası olmayan akt tərtib etmişdirlər. Lakin, iddiaçı qaz sayğacına müdaxilə etməmiş və kənar xətdən istifadə etməmişdir. Bir müddət qazdan istifadə edəndən sonra qaz sayğac kartina pul köçürdükləri zaman ödədiyi məbləğin yarısı cərimə kimi tutulmuşdu. İddiaçı Cavabdehndən maraqlandıqda, ona bildirmişdirlər ki, iddiaçı barəsində akt tərtib olunmuş və həmin akta əsasən, guya, iddiaçının istifadəsində kənar qaz xətti aşkar olunmuş, və iddiaçı cərimə borcunu ödəməlidir. Halbuki iddiaçı vaxtlı-vaxtında istifadə edilmiş qazın dəyərini ödəmiş və heç vaxt təbii qazdan istifadəyə görə yaranmış borcla bağlı mübahisə olmamışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1138/2021 saylı 31 may 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə (abonent kodu: **********00000) üzrə hesablanmış 302,40 (üç yüz iki manat, qırx qəpik) manat məbləğində borcun silinməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, Cavabdehndən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 300 manatın tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mənzilində quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin rəyinə əsasən sayğaca müdaxilə edildiyi üçün yaranmış qaz itkisinə görə 1471.40 manat tələb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Əliyev Rəşad Vaqif oğlu şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1138/2021 saylı 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.07.2019-cu il tarixli, ******* saylı aktda “abonent qaz sayğacından kənar təbii qazdan istifadə edir” qeyd edilmişdir. Həmin akt əsasında tərtib edilmiş 31.07.2019-cu il tarixli “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”nin və abonent saldosunun surətindən görünür ki, iddiaçıya qanunsuz istifadə etdiyi 3024 m3 qazın dəyərinə görə borc hesablanmış və 302,40 manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası” Mərkəzinin 08.05.2021-ci il tarixli, 268 saylı ekspert rəyindən görünür ki, Cavabdehnə məxsus əsas qaz xəttindən İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 20 mm diametrdə metal boru vasitəsi ilə qaz xətti çəkilmiş və üzərinə mexaniki qaz sayğacı quraşdırılmışdır. Baxış zamanı qaz sayğacına gedən xətdən basqa əsas qaz xəttinin üzərində iki ədəd, təxminən uzunluğu 3-5 sm və diametri 20 mm olan qaynaq vasitəsi ilə bağlanmış istifadəsi mümkün olmayan xətlər aşkar edildi. Cavabdeh İB-nin nümayəndəsinin və iddaçının verdiyi ifadələrdə həmin xətlər üzərində əvvəllər qaz sayğacı olmuş və iddiaçının müraciəti əsasında qaz sayğacının yeri dəyişdirilərək digər istiqamətə keçirilmişdir (bax baxış aktına). Hər iki tərəfin verdiyi ifadələri və mövcud məlumatları nəzərə alaraq aşkar edilmiş iki ədəd borunun əvvəlki sayğaca aid olduğunu və bundan başqa əsas qaz xətti üzərində müdaxilə faktı aşkar edilmədiyi üçün “Azərqaz” İstehsalat Birliyinə vurulmuş ziyanın müəyyən edilməsi mümkün olmadı. Tədqiqatın dəyəri 300 manat təşkil edir. ır. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü, həmin Qərarla təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın (bundan sonra – Qaydalar) 3.1.4, 3.1.7, 4.2, 4.8, 4.9, 5.2, 5.5 və 5.6-cı bəndlərini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, Qaydalara müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Baxılan iş üzrə cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Yaranmış vəziyyətdə iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın sərfiyyatı düzgün qeyd etmədiyini sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcun iddiaçı tərəfindən ödənilməli olmasına dair mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki MPM-in 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1138/2021 saylı 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1138/2021 saylı 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar