Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9054/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı aktın qanunsuz hesab edilib ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1884/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı aktın qanunsuz hesab edilib ləğv edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun yaşadığı evə aid olan (abunə kodu **********0000) sayğac evindən 200 metr aralı hasarın arxasında açılmışdır. O, sayğaca nəzarət edə bilmir, sərf etdiyi enerji haqqında bildiriş xəbərdarlıq əraziyə baxan nəzarətçi tərəfindən evə veirilir və o, elektrikə olan borcunu ödəyir. Axırıncı dəfə evə verilən bildirişdə əvvəlki göstərici xx.xx.2020-ci il tarixə 17860, son göstərici xx.xx.2020-ci il tarixə 18429 olmuşdur. Onun və ailə üzvlərinin heç birinin iştirakı olmadan xx.xx.2020-ci il tarixdə kartla işləyən yeni sayğac qoyulmuşdur və əvvəlki sayğaca əsassız olaraq cərimə yazılmışdır. Ona sənəd xx.xx.2020-ci il tarixdə verilmiş və idarədən kartını götürməsini bildirmişlər. O, xx.xx.2020-ci il tarixdə olan borcunu ödəmişdir. Kartı götürmək istəyəndə rəhbərlik ona bildirmişdir ki, akt yazılıb, akta əsasən ona 1616,48 manat cərimə yazılmışdır. Cərimənin 70% faizinin ödəyəndən sonra kartı verəcəyini bildirmişlər. Hazırda mənzildə işıq yoxdur. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 1 0006 ünvanına yazılmış 019500 nömrəli NDM seriyalı aktın qanunsuz hesab edib ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək “xxxxxxxx” ASC-nin Akt komissiyasının sədri tərəfndən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın etibarsız hesab edilməsi və həmin qərar əsasında abonent İddiaçı hesablanmış 1615 manat əlavə borcun onun **********00006 saylı abunə hesabından silinməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh “xxxxxxxx” ASC apellyasiya şikayəti verərək onun iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir (108.1.4). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). Kollegiya qeyd edir ki, cavabdeh ”xxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə olunmuş **********70 nömrəli, xx.xx.2020-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə qəbzdə “ödənişin təyinatı” qrafasında «Ali Məhkəmə» qeyd edilmişdir. Bununla əlaqədar,Kollegiya qeyd edir ki, həmin bank qəbzi Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1884/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh ”xxxxxxxx”ASC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-9054/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9054/2020
24.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver