Məhkəmə qərarları › İş №2(103)-9076/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9076/2019

03.09.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9076/2019 03.09.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqı və istifadə edilməmiş məzuniyyət görə pul əvəzinin ödənilməsi tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1236/2019 saylı iş üzrəxx xxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (bundan sonra – MMC) (əvvəlki adı “xxxxxxxxx” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasının cavabdehdən alınaraq ona verilməsini, ödənilməmiş əmək haqqının və istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin, habelə həmin məbləğlərin gecikdirilməsinə görə ödəniş edilən günədək bir faiz məbləğində ödəncin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçıya məxsus əmək kitabçası, 2018-ci ilin sentyabr ayı üzrə işçiyə ödənilməmiş əmək haqqı (son iş günü nəzərə alınmaqla), xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün işçi tərəfindən istifadə edilməmiş 120 gün əmək məzuniyyəti günlərinə görə pul əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayəti vermişlər. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək haqqı və istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin ödənilməməsi işin mübahisəsiz halıdır və bu, cavabdeh tərəfindən inkar olunmur. Ona görə əmək haqqının və məzuniyyətə görə pul əvəzinin əsassız olaraq gecikdirilməsinə görə hər gün üçün bir faiz ödənc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi “fərdi əmək mübahisəsi” ilə “məhkəmə mübahisəsini” eyniləşdirərkən səhvə yol vermisdir. Həmçinin, əmək kitabçasının verilməsi işəgötürənin təqsiri üzündən ləngidildiyinə görə iddiaçının işə düzələ bilmədiyi bütün müddət üçün ona orta əmək haqqı ödənilməlidir. Bununla bağlı iş materiallarında yetərli sübutlar var. Ona görə də qətnamə iddia tələbinin rədd edilməsi hissəsində ləğv olunmalı və iddia tam təmin edilməlidir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinə xitam verilməzdən əvvəl 2018-ci ilin aprel ayından həmin ilin sentyabr ayınadək iddiaçı başqa müəssisədə işləyib. Bu, iddiaçının “xxxxxxxxxxxxx” MMC-yə təqdim etdiyi CV-də əks olunmuşdur. Ona görə də onun əmək haqqı və məzuniyyətə görə pul əvəzi tələb etməsi əsassızdır. İddiaçı iş illəri üzrə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ona ödənilməsi barədə cavabdehə qarşı tələb irəli sürərkən iddia müddətini ötürmüşdür. Məhkəmə əsassız olaraq iddia müddətinin tətbiq olunmasından imtina etmişdir. Cavabdeh iddianın təmin olunmuş hissəsində qətnamənin ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi təmsil etdiyi şəxsin şikayətinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, əmək kitabçasının verilməsi üçün iddiaçı tərəfindən yazılı müraciət edilib, hətta birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə tərəfindən cavabdehin nümayəndəsinə əmək kitabçasının məhkəmə iclasında iddiaçının nümayəndəsinə təqdim edilməsi təklif edilsə də, cavabdeh yenə də əmək kitabçasını təqdim etməkdən yayınıb. İddiaçının başqa müəssisədə işə düzələ bilməməsi üçün əmək kitabçası cavabdeh tərəfindən verilmir. Bunun səbəbi isə rəhbərliyin işdə qalmaqla bağlı israrına baxmayaraq iddiaçının işdən çıxmasıdır. Nümayəndə iddiaçının apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının apellyasiya şikayəti təmin, cavabdehin apellyasiya şikayəti rədd edilməlidir. İşdə olan yazılı sübutlarla müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı xx.xx.2014-cü il tarixdə işə qəbul olunmuşdur. Cavabdehin xx.xx.2018-ci il tarixli əmri ilə xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan iş illəri üzrə istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin iddiaçıya ödənilməsi əmr edilmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş və həmin əmrlə müəyyən olunmuşdur ki, işçiyə istifadə edilməmiş 12 gün məzuniyyət günlərinə görə pul əvəzi ödənilməlidir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 2018-ci ilin sentyabr ayı üzrə əmək haqqı və xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan iş illəri üzrə iddiaçının 120 gün istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi 2018-ci ilin sentyabr ayı üzrə əmək haqqı və 120 gün istifadə edilməyən məzuniyyət günlərinə görə pul əvəzinin tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və cavabdeh tərəfindən verilən apellyasiya şikayətini əsassız hesab edir. Belə ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətində iddiaçının 2018-ci ilin aprel ayından həmin ilin sentyabr ayınadək “X4” MMC-də işləməsinə görə sentyabr ayı üçün əmək haqqının tutulmasının əsassız olduğunu bildirsə də, dəfələrlə məhkəmə iclasları barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, həqiqətən də əgər qeyd olunan dövrdə iddiaçı Cavabdeh MMC-də deyil, başqa şirkətdə işləmişdirsə, nəyə görə cavabdeh tərəfindən əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdə xitam verilməsini və sentyabr ayınadək iddiaçıya əmək haqqının ödənilməsi barədə məsələlərə ağlabatan açıqlama verməmiş və bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Əksinə, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında sənədləşmələrdə olan səhvə görə 2018-ci ilin sentyabr ayı üzrə iddiaçıya əmək haqqının ödənilmədiyini bildirmişdir. Bununla bağlı cavabdeh tərəfindən məhkəmə iclas protokoluna qeyd verilməmiş və apellyasiya şikayətində həmin izahat inkar olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası iddia müddəti ilə bağlı apellyasiya şikayətinin dəlilini də əsassız sayır. Belə ki, “xxxxxxxxx” MMC-nin (indiki Cavabdeh MMC) 37 K saylı, xx xxxx 2018-ci il tarixli əmrindən görünür ki, iddiaçıya xx.xx.2015-xx.xx.2016-ci iş ili üzrə 30 gün istifadə etmədiyi məzuniyyət günlərinə görə pulun mart ayı üçün hesablanacaq əmək haqqında, xx.xx.2016-xx.xx.2017-ci iş ili üzrə 30 gün istifadə etmədiyi məzuniyyət günlərinə görə pulun aprel ayı üçün hesablanacaq əmək haqqında, xx.xx.2017-xx.xx.2018-ci iş ili üzrə 30 gün istifadə etmədiyi məzuniyyət günlərinə görə pulun may ayı üçün hesablanacaq əmək haqqında, xx.xx.2014-xx.xx.2015-ci iş ili üzrə 18 gün istifadə etmədiyi məzuniyyət günlərinə görə pulun iyun ayı üçün hesablanacaq əmək haqqında ödənilməsi əmr edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin axımının başlanması anı müəyyən edilərkən sözügedən əmrdə illər üzrə istifadə edilməmiş məzuniyyət günlərinə görə təyin olunan ödəniş günləri əsas götürülməli və hazırkı iş üzrə iddia müddəti ötürülməmiş hesab edilməlidir. Nəzərə alınmalıdır ki, baxılan mübahisə üzrə iddiaçının əmək kitabçası hal-hazıradək cavabdeh tərəfindən ona təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 296-cı maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının apellyasiya şikayətinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi 2018-ci ilin sentyabr ayı üzrə əmək haqqının və 120 gün istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün 1% məbləğində ödəncin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsassız hesab edərkən tərəflər arasında fərdi əmək mübahisəsinin yaranmasına əsaslanmış və bu zaman Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsi, 87-ci maddəsinin 3-cü hissəsi, 154-cü maddəsinin 1-ci hissəsi, 172-ci maddəsinin 5-ci hissəsi, 172-ci maddəsinin 6-cı hissəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin bu qənaəti ilə razılaşmır. Belə ki, 2018-ci ilin sentyabr ayı üzrə əmək haqqı və 120 gün istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin ödənilməmiş olması işin mübahisəsiz halıdır və bununla bağlı tərəflər arasında fikir ayrılığı yoxdur. Başqa sözlə, iş üzrə istifadə edilməmiş məzuniyyət günlərinə görə cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin yaranması tərəflər arasında fərdi əmək mübahisəsi yaratmamışdır. Əksinə cavabdehin özünün verdiyi xx.xx.2018-ci il tarxli əmrlə həmin pulun iddiaçıya hissə-hissə verilməsi müvafiq şöbələrə tapşırılmışdır. Habelə, iş materiallarında əmək haqqı və istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin ödənilməsinin hər hansı üzrlü səbəbdən gecikdirildiyi barədə sübutlar yoxdur. Belə olan halda iddiaçının hər gecikdirilmiş gün üçün faiz tələbi əsaslıdır. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə göstərilmişdir ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Bu maddə həm mahiyyət etibarilə işçinin əmək haqqını vaxtında ala bilməməsinə görə məruz qaldığı itkilərin kompensasiyasını, həm də işəgötürənləri əmək haqlarının ödənilməsində gecikdirmələrdən çəkindirmək məqsədilə müəyyən olunmuş qanuni maliyyə sanksiyasını təşkil edir. Bu səbəbdən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödənişin məhkəmə qaydasında tələb edilməsinin qanunvericiliyin tələbləri nəzərə alınmadan istənilən halda fərdi əmək mübahisəsi kimi qəbul edilməsi və qeyd olunan əsasla həmin tələblərin rədd olunması yolverilməzdir. Əks yanaşma əmək qanunvericiliyinin vəzifə və prinsiplərinə, o cümlədən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla bərabər həmin maddəni tətbiqi mümkünsüz olan əhəmiyyətsiz normaya çevirmiş olar və işçiləri gecikdirilən vaxta görə məruz qaldıqları itkinin kompensasiyasını qanunla tələb etmək hüququndan məhrum edərdi. Halbuki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (maddə 3). Bu baxımdan 2018-ci ilin sentyabr ayı üzrə əmək haqqı üçün xx.xx.2018-ci il, “xxxxxxxxx” MMC-nin 37 K saylı xx xxxx 2018-ci il tarixli əmrində istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin işçiyə ödənilməli olan tarixlər nəzərə alınmaqla əmək haqqı və məzuniyyət əvəzi pullar iddiaçıya ödənilən günədək gecikdirilmiş hər gün üçün 1 % ödənc cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, əmək kitabçasının işəgötürən tərəfindən verilməsinin gecikdirilməsi nəticəsində işçinin işə düzələ bilmədiyinə görə orta əmək haqqının hesabanaraq iddiaçıya verilməsi tələbi də əsaslıdır. Belə ki, işçinin əmək müqaviləsinə xitam verildikdən sonra əmək kitabçasının iddiaçıya təqdim edilməsi və ya əmək kitabçasının işçi tərəfindən götürülməsi barədə işçiyə hər hansı bildirişin verilməsi (çatdırılması), yaxud iddiaçının əmək kitabçasını qəbul etməkdən imtina etməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, iddiaçı yazılı qaydada cavabdehə müraciət edərək əmək kitabçasını ərizədə qeyd olunan ünvana göndərilməsini xahiş etməsinə baxmayaraq, əmək kitabçası nə ünvana göndərilmiş, nə də məhkəmə prosesləri gedişində iddiaçının səlahiyyətli nümayəndəsinə təqdim edilmişdir. Eyni zamanda, iş materiallarında olan “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı “xxxxxxxx” MMC-yə olan xx.xx.2018-ci il tarixli müraciəti əsasında adıçəkilən müəssisə tərəfindən xx.xx.2018-ci il tarixdə İddiaçı ilə müsahibə aparılmış, müsahibənin nəticəsi müsbət qiymətləndirilmiş, lakin əmək kitabçası təqdim edilmədiyinə görə İddiaçı ilə əmək müqaviləsinin bağlanması mümkün olmamışdır. “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli məktubu ilə bağlı məhkəmə tərəfindən həmin şirkətə sorğu edilərək keçirilmiş müsahibə ilə bağlı sənədlərin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Buna müvafiq olaraq “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli məktubundan qeyd olunmuşdur ki, “... İddiaçı CV-si ilə tanış olduqdan sonra o, müsahibəyə dəvət olunmuş və Orxanla şifahi söhbət aparılmışdır. İddiaçı CV-si, iş təcrübəsi və şifahi müsahibənin nəticələri qənaətbəxş hesab edilərək müsbət qiymətləndirilmişdir. Lakin İddiaçı əmək kitabçasını şirkətə təqdim etmədiyinə görə onunla əmək müqaviləsinin bağlanması mümkün olmamışdır.” Əmək Məcəlləsinə əsasən, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir (maddə 87.3). İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir (172.6). Məcəlləyə əsasən, əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir. Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər (48.1, 48.3). Maddənin məzmunundan da göründüyü kimi, ilk dəfə əmək fəaliyyətinə başlayan və ya Əmək Məcəlləsinin 48.3-cü maddəsində nəzərdə tutulan statuslara malik olan işçilər istisna olmaqla digər şəxslərlə əmək müqaviləsi əmək kitabçası təqdim edildikdən sonra bağlanır. Nəzərə alınmalıdır ki, əmək kitabçası təqdim etməyən işçinin Azərbaycan Respublikasında əvvəlki iş yerinin olub-olmaması işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil olmaqla müəyyən edilməsi mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydaların 3.2-ci bəndinə əsasən, vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Göründüyü kimi, baxılan iş üzrə cavabdeh son iş günü əmək kitabçasını işçiyə təqdim etməli olduğu halda, etməmiş, sadəcə bildirişin geri qayıtmasını aktlaşdırmaqla kifayətlənmiş, sonradan hər hansı üsulla əmək kitabçasını işçiyə verilməsi üçün heç bir cəhd göstərməmiş, hətta işçi əmək kitabçasının onun ərizəsində göstərdiyi poçt ünvanına göndərilməsini tələb etsə də, həmin müraciəti cavabsız qoymuş və əsassız olaraq əmək kitabçasını işçiyə təqdim etməkdən yayınmışdır. Son nəticədə əmək kitabçası olmadığından iddiaçı işə düzələ bilməmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin olunmalı, qətnamə iddianın təmin olunmayan hissəsində ləğv edilməli, iddia həmin hissədə də təmin olunmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1236/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilsin. İddiaçı əmək kitabçasının işəgötürən tərəfindən verilməsinin gecikdirilməsi nəticəsində işə düzələ bilmədiyinə görə xx.xx.2018-ci il tarixdən başlayaraq əmək kitabçasının İddiaçı təhvil verildiyi günədək bütün müddət üçün orta əmək haqqı hesablanaraq Cavabdehndən X1 xeyrinə tutulsun. 2018-ci ilin sentyabr ayı üzrə işçiyə ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə xx.xx.2018-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödənc Cavabdehndən X1 xeyrinə tutulsun. xx.xx.2014-xx.xx.2015-ci iş ili üzrə işçinin 18 gün istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə ödənilməli olan pulun (kompensasiyanın) xx.xx.2018-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödənc, xx.xx.2015-xx.xx.2016-cı iş ili üzrə işçinin 30 gün istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə ödənilməli olan pulun (kompensasiyanın) xx.xx.2018-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödənc, xx.xx.2016xx.xx.2017-ci iş ili üzrə işçinin 30 gün istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə ödənilməli olan pulun (kompensasiyanın) xx.xx.2018-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödənc, xx.xx.2017-xx.xx.2018-ci iş ili üzrə işçinin 30 gün istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə ödənilməli olan pulun (kompensasiyanın) xx.xx.2018-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödənc, xx.xx.2018-xx.xx.2018-ci iş ili üzrə işçinin 12 gün istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə ödənilməli olan pulun (kompensasiyanın) xx.xx.2018-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödənc hesablanaraq Cavabdehndən X1 xeyrinə tutulsun. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza:Abiddin Hüseynov Hakimlər imzalar: Xəyalə Cəmilova İlham Kərimli Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar