Məhkəmə qərarları › İş №2(103)-91/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-91/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-91/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 qarşı Bakı şəhəri 21 saylı Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduqları “alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(011)-5092/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 qarşı Bakı şəhəri 21 saylı Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduqları “alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2(011)- 5092/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2303/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5092/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2752/2023 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2303/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarlması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Rəy məhkəməyə daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-363/2024 saylı, 14 mart 2024cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatından olan iddiaçı X3 cavabdehlər İddiaçı, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və qeydiyyatın əsassız hesab edilməsi” tələbinə dair mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənə kimi dayandırılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-155/2024 nömrəli 19 iyul 2024-cü il tarixli qətnaməsi ilə X3 iddiası təmin edilmiş, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alğısatqısına İddiaçı tərəfindən X3 adından verilmiş 07 yanvar 2021-ci il tarixli razılıq ərizəsi və həmin ərizə əsasında bağlanmış 24 noyabr 2021-ci tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh4 adına Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və hüquqların dövlət qeydiyyatının əsassız hesab edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6170/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-155/2024 nömrəli 19 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-1181/2025 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6170/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da iş üzrə icraatın dayandırılmasına əsas olmuş zərurət aradan qalxdığı üçün Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2025-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi ərizə ilə Məhkəmə Kollegiyasına müraciət edərək, Azərbaycan Respublikasının Ali məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(102)-1181/2025 saylı qətnaməsinin nəzərə alınaraq iddiadan imtinanın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina barədə ərizəsi qəbul edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının iddiasından imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, tərəflər arasında olan mübahisələrə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Həmçinin tərəflərə izah olunmalıdır ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəfin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddia tələbindən imtina ərizəsi qəbul edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(011)- 5092/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 qarşı (Bakı şəhəri 21 saylı Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduqları) “ünvan 2 ünvanda yerləşən və ümumi sahəsi 185.0 kv.m olan qeyri-yaşayış sahəsi barədə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 arasında bağlanaraq 21 saylı notariat kontorunda reyestrdə 4Ə-1340 № ilə qeyd edilmiş 24 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması, habelə göstərilən əmlak üzərində onun mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəfin özünə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar