Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9107/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Ərizəçin etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5905/2021 saylı, 22 iyul 2021-ci il tarixli qərardadından iddiaçı Ərizəçin direktoru X3 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İş materiallarından görünür ki, iddiaçı Ərizəçi MMC ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 141 saylı, 23 fevral 1998-ci il tarixli sərəncamında yazılmış “Samara” kiçik müəssisəsinin, 18 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsində yazılmış “Samara” kiçik müəssisəsinin və lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin 08 iyun 2000-ci il tarixdə tərtib edilmiş texniki pasportunda yazılan “Samara” kiçik müəssisəsinin Ərizəçi MMC ilə eyni hüquqi şəxs olmasının; Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 141 saylı, 23 fevral 1998-ci il tarixli sərəncamının, Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 18 sentyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinin və Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 08 iyun 2000-ci il tarixdə tərtib edilmiş texniki pasportun Ərizəçi MMC-yə aid olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5905/2021 saylı, 22 iyul 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim Etibar Mustafayev) Ərizəçi MMC-nin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı Ərizəçin direktoru X3 şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5905/2021 saylı, 22 iyul 2021-ci il tarixli qərardadından şikayətçi olduğu üçün öz etirazını bildirir, işin icraata götürülməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5905/2021 saylı, 09 avqust 2021ci il tarixli qərardadı ilə məhkəmənin 22 iyul 2021-ci il tarixli qərardadından iddiaçı Ərizəçi MMC-nin direktoru Şəhriyar Əliyev tərəfindən verilmiş şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı Ərizəçi MMC-nin etibarnamə əsasında nümayəndəsi X4 şikayəti müdafiə etdiyini bildirərək şikayətin dəlillərinə uyğun izahat verdi, iddiaçı Ərizəçi MMC-nin direktoru Şəhriyar Əliyev tərəfindən verilmiş şikayətin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5905/2021 saylı, 22 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsini, Ərizəçin “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair” iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7ci maddəsinə əsasən isə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə iddia ərizəsini gеri qаytаrаrkən tələbin birinci hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin hüquqi əhəmiyyətli faktların müəyyən olunmasına dair 307-ci maddəsində məhkəmə tərəfindən müəyyən edilməli hüquqi əhəmiyyətli faktların növləri göstərilmişdir. Həmin maddədə şəxsin eyni şəxs olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi nəzərdə tutulmamışdır. İddia tələbinin ikinci hissəsinə münasibətdə isə, qeyd etmişdir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. Həmin Qərarın 1.6-cı bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda ərizədə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar təqdim edilmədiyindən, habelə hüquqi şəxsin eyni hüquqi şəxs olması tələbinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə uyğun baxılması müəyyən edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı madddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, 152.1.3cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri nəzərə аlаrаq məhkəmə kоllеgiyаsı bеlə qənаətə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5905/2021 saylı, 22 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən, iddiaçı Ərizəçi MMC-nin direktoru X1 şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Аzərbаycаn Rеspublikаsının MPM-nin 398.0.1-ci mаddəsinə görə аpеllyаsiyа instаnsiyаsı məhkəməsinin məhkəmənin qərаrdаdını dəyişdirmədən sахlаyıb şikаyəti təmin еtməmək hüququ vаrdır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədəqərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız apelyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, və 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərаrа аldı: İddiaçı Ərizəçin direktoru X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5905/2021 saylı, 22 iyul 2021-ci il tarixli qərardadından iddiaçı Ərizəçi MMC-nin direktoru X3 tərəfindən verilmiş şikayətə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9107/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9107/2021
07.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver