Məhkəmə qərarları › İş №2(103)-916/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-916/2024

16.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-916/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, X1, İddiaçı və onun vəkili X5 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 6 saylı Notariat Kontoru cəlb edilməklə Cavabdeh qarşı “vəsiyyətnamənin qismən etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-868/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı iddia edir ki, bacısı X23 xx.xx.2014-cü ildə vəfat etmişdir. 03 iyun 2003-cü il tarixli vəsiyyətnaməyə əsasən X23 ünvan 1 ünvanında yerləşən mənzili X10 və Cavabdeh bərabər hissələrdə vəsiyyət etmişdir. X13 20 iyun 2009-cu il tarixdə ölmüşdür. X14 vəsiyyətnamə üzrə vərəsəsi X4 Bakı şəhəri 6 saylı notariat ofisinə müraciət etmiş və X16 miras qalmış əmlaka dair vərəsəlik işi açılmış və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 30 iyul 2014-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2014-cü ildə vəfat etmiş X14 vəsiyətnamədə göstərilən vərəsəsi Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 75, mənzil 177-də yaşayan Cavabdehdır. Miras əmlak ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.0 kv.m, yaşayış sahəsi 29.01 kv.m olan 2 otaqlı mənzildən ibarətdir. Hazırda bacısı Fana Konikova tərəfindən verilmiş vəsiyyətnaməni mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 6 saylı Notariat Kontoru cəlb edilməklə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu İ.Ə.İmanov tərəfindən təsdiq edilmiş 03 iyun 2003-cü ildə tərtib edilmiş vəsiyyətnamənin hissəvi, yəni Cavabdeh vəsiyyət etməsi hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47,0 kv.m olan 2 otaqlı mənzilin mülkiyyətçisi X18muşdur. Cavabdeh ölən Fana Petrovnanın bacısı qızı olmuşdur. O, isə ölənin qardaşı olmuşdur. Fana Petrovna ona bacı, o, isə ona qardaş olaraq qohum münasibətlərində olmuş və yuxarıda qeyd edilən ünvanda yaşamaqla o, həmin mənzilin mülkiyyətçisi olmuşdur. 30 may 2014-cü il tarixdə vəfat etmişdir, vəfat edənə qədər yaşlı bacı-qardaş kimi, bir-birlərinin məişət və insani qayğılarının ödənilməsində bir-birlərinə kömək, dayaq olmaq üçün onun mənzilində yaşamışdır. Bildirir ki, istinad etdiyi 2014-cü il tarixdə eləcə də özünün xüsusi mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 8B, mənzil 12-də yerləşən daşınmaz əmlak olmuşdur. Bacısı ilə münasibətlərdə səmimi olmuşlar, ömrünün sona çatacağı halda mülkiyyətində olan mənzillərin və digər mənzil-məişət əşyalarla bağlı belə razılığa gəlmişdilər ki, öləcəkləri halda bir-birlərinə vəsiyyət edəcəklər. 30 may 2014-cü il tarixdə bacısı X23 vəfat elmişdir, onun dəfn mərasimlərindən sonra uzun müddət onun mənzilində yaşamaqda davam etmişdir. Onun ölümündən təxminən bir ilə yaxın müddət keçəndən sonra cavabdeh iddiaçıdan onun mənzilini tərk etmək barədə xəbərdarlıq etmişdir, bu tələbi onunla əsaslandırmışdır ki, X14 qoyduğu vəsiyyətnamə əsasında onun mülkiyyətinə keçmişdir. Səhhəti ilə bağlı o, uzun müddət həmin vəsiyyətnamənin etibarsızlığını məhkəmədə mübahisələndirə bilməmiş, hazırda qərara gəlmişdir ki, vəsiyyətnaməni mübahisələndirsin. Bakı şəhəri 6-cı Dövlət Notariat Kontorunda 03 iyun 2003-cü ildə tərtib edilmiş vəsiyyətnamədən görünür ki, X23 ünvan 1 (küçənin əvvəlki adı Bakı şəhəri 2-ci şəhər kənarı küçəsi) ünvanında yerləşən, ümumi sahəsi 47,0 kv.metr olan 2 otaqlı mənzilini bərabər hissələrdə X7 və Cavabdeh Əziz qızına vəsiyyət etmişdir. X11 ölən Fana Petrovnanın oğlu, Cavabdeh isə bacısı qızıdır. Qanun üzrə vərəsə X11 01 iyun 2009-cu ildə vəfat etmişdir, bu səbəbdən də mirası qəbul edə bilməmişdir. Miras əmlakı miras qoyanın ölümündən sonra tam olaraq Cavabdeh Əziz qızı qəbul etmişdir. Yuxarıda qeyd etdiyi kimi cavabdehin adına Bakı şəhəri 6 saylı Notarius Kontorunda qoyulmuş 03 iyun 2003-cü il tarixdə tərtib və təsdiq edilmiş vəsiyyətnamədən aşağıda göstərilən əsaslara görə etibarsız hesab edilməlidir. 1.Vəsiyyətnamənin məzmunundan göründüyü kimi vəsiyyətnamə rəsmi dövlət dilində tərtib edilmişdir. Notarius hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 9-cu maddəsinə əsasən "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun “13-cü maddəsinə uyğun olaraq notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Bildirir ki, mirasqoyan X23 milliyətcə rus olmuşdur, rus ailəsində anadan olmuş, rus dilində orta məktəbdə oxumuşdur, o, azərbaycan dilini bilməmişdir və bu səbəbdən də Azərbaycan dilində danışa bilməmişdir. Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu Ə.İmanov tərəfindən təsdiq edilmiş 03 iyun 2003-cü il tarixli vəsiyyətnamə Azərbaycan yəni dövlət dilində tərtib və təsdiq edilmişdir. Vəsiyyətnamə bir vərəqdə tərtib edilmişdir. Tərtib edilmiş həmin vəsiyyətnamənin üzərində mirasqoyanın qeyri, azərbaycanlı olduğu bilindiyi halda onun Azərbaycan dilində yaza bilməsi, Azərbaycan dilində oxuya bilməsi, Azərbaycan dilini bilməsi, Azərbaycan dilində yazılmış vəsiyyətnamənin məzmunun rus dilində ona izah olunması barədə hər hansı bir qeyd aparılmamışdır. Mülki Məcəllənin 1180.2-ci maddəsinə əsasən vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Buna əlavə olaraq bildirir ki, mirasqoyan X23 ilə bacı qardaş kimi 2009-cu ildən o, ölənə qədər bir yerdə onun mənzilində birgə təsərrüfatı idarə etməklə yaşamışlar, hərgah onun, mənzili cavabdehə vəsiyyət etmək niyyəti olmuş olsa idi və real olaraq mənzili ona vəsiyyət etmiş olsa idi bunu onunla müzakirə edər, ən azı ölüm ərəfəsi ona demiş olardı, çünki əmlakları ilə niyyətlərini birgə müzakirə edəcək qədər yaxın olmuşlar. Buna görə də hesab edir ki, mirasqoyan X23 adından tərtib edilmiş və Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu Ə.İmanov tərəfindən təsdiq edilmiş 02 iyun 2003-cü il tarixli vəsiyyətnamə ölənin son iradəsini ifadə etmir, vəssiyyətnamə qanun tələblərinin pozulması ilə təsdiq edilmişdir. Hesab edir ki, bu şəxs Cavabdeh Əziz qızı olmuşdur, məhz o adına vəsiyyətnamə qoyulana qədər mirasqoyanla yaxınlıq eləmiş vəsiyyətnamənin əldə edilməsi ilə bağlı məqsədinə nail olduqdan sonra həmin dövrdə xəstə və yaşlı olan mirasqoyanı baxımsız qoymuşdur. Beləliklə hesab edir ki, cavabdeh mirasqoyanı onun iradəsinə zidd olaraq notariat kontoruna başqa ad altında aparmış, burada o mirasqoyanı aldadaraq başqa ad altında öz adına vəsiyyətnamə yazdırmağa nail olmaqla miras qoyanın son iradəsinə təsir göstərməklə özünün vərəsəliyə çağırlmasına nail olmuşdur ki, məqsədi qanunsuz yolla əmlak əldə etmək olmuşdur, buna görə də yuxarıda qeyd edilən tarixli vəsiyyətnamə cavabdehə aid hissədə etibarsız hesab edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-868/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və məhkəmə xərcləri İddiaçı aid edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 03 iyun 2003cü il tarixli vəsiyyətnamədən göründüyü kimi X23 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.0 kv.m, yaşayış sahəsi 29.01 kv.m olan 2 otaqlı mənzildən ibarət olan miras əmlakı Cavabdeh və X10 vəsiyyət etmişdir. Lakin X13 miras qoyandan əvvəl ölmüşdür və iş materiallarından göründüyü kimi X8 vərəsəsi müəyyən olunmamışdır. Belə olan halda Cavabdeh vəsiyyət üzrə yeganə vərəsə olmuşdur. 04 iyul 2014-cü il tarixdə ünvan 4 ünvanlandığı ərizənin surətindən görünür ki, Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciət etmişdir və miras əmlakı qəbul etmişdir. Bundan başqa İddiaçı miras qoyan X6rdaşıdır və birinci dərəcəli vərəsəsi deyil. Mülki Məcəllənin tələbinə görə mirasda məcburi payı da yoxdur. İddia tələbindən görünür ki, iddiaçı Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu İ.Ə.İmanov tərəfindən təsdiq edilmiş 03 iyun 2003-cü ildə tərtib edilmiş vəsiyyətnamənin hissəvi, yəni Cavabdeh vəsiyyət etməsi hissəsində etibarsız hesab edilməsini xahiş edir. Lakin, vəsiyyətnamənin etibarsız hesab olunması üçün iddia ərizəsində ehtimallara əsaslanan dəlillər qeyd edib. Belə ki, iddiaçı, iddia ərizəsində “hesab edir ki, cavabdeh mirasqoyanı onun iradəsinə zidd olaraq notariat kontoruna başqa ad altında aparmış, burada o, mirasqoyanı aldadaraq başqa ad altında öz adına vəsiyyətnamə yazdırmağa nail olmaqla miras qoyanın son iradəsinə təsir göstərməklə özünün vərəsəliyə çağırlmasına nail olmuşdur ki, məqsədi qanunsuz yolla əmlak əldə etmək olmuşdur” qeyd etmişdir. Qanunun tələbindən aydın olunur ki, vəsiyyətnamə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtlərə və qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Beləliklə, göründüyü kimi vəsiyyətnamə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərə və qaydalara uyğun tərtib edilmiş, həmçinin mirasqoyan X23 Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnaməni 03 iyun 2003-cü il tarixdə qoymuşdur, 06 iyun 2014-cü il tarixdə isə ölmüşdür. İddiaçının bildirdiyi kimi əgər cavabdeh mirasqoyanı onun iradəsinə zidd olaraq vəsiyyətnamə qoymağa məcbur etsə idi, 11 il ərzində mirasqoyan vəsiyyətnaməni ləğv edə yaxud yenisini tərtib edilə bilərdi. Qeyd olunanlarla yanaşı məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı mirasın etibarsız hesab olunması barədə iddia tələbi ilə 20 ildən sonra məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 354.2, 1133.1, 1159.1.1, 1160, 1166, 1170.1, 1179.1, 1193, 1194, 1225.1, 1225.2 , 1225.3 , 1230, 1231.1, 1243.2, 1252-ci maddələrinə, A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mirasqoyan X24 doğma bacısı olmuşdur. Sağlığında onun mülkiyyətində Bakı şəhəri Xətai rayonu, Cavanşir küçsəsi, ev 30, mənzil 50 olmuşdur. Özünün mülkiyyətində isə Bakı şəhəri Xətai rayonu, Neapol küçəsi, ev 8B, mənzil 12-də yerləşən daşınmaz əmlak olmuşdur. X12 münasibətdə onun birinci növbədə vərəsəsi Bulqakov Oleq olmuşdur. O xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Baxmayaraq ki,ayrı-ayrı ünvanlarda mülkiyyətlərində mənzil olmuşdur, övladı vəfat edəndən sonra bacı qardaş kimi onun mülkiyyətində olan mənzildə yaşamaqla birgə ev təsərrüfatını idarə etmişlər. Mənzillər barədə belə qərara gəlmişlər ki, bir-birlərinə vəsiyyət etsinlər. Lakin onun yataq xəstəsi olması səbəbindən bu razılaşmanı notariat qaydasında rəsmiləşdirə bilməmişlər. Cavabdeh onun bacısı qızı olmuşdur. Mirasqoyan vəfat edəndən sonra təxminən bir ildən çox olan müddətə onun evində yaşamaqda davam etmişdir. Vəfatından uzun müddət keçəndən sonra cavabdeh miras qalmış həmin mənzilə gələrək səbəbini soruşduqda bildirmişdir ki, artıq o bu mənzilin sahibidir və mənzil ona Faya Petrovnanın vəsiyyəti üzrə ona keçmişdir. İddia tələbinin hüquqi əsası hesab edilən hallarla bağlı məhkəmə heç bir araşdırma aparmamış, mübahisəli vəsiyyətnamənin qanunvericiliyin tələblərinə uyğun təsdiq edildiyini əsas götürərək iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Hesab edir ki, məhkəmə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxararkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. 2009-cu ildən 2014-cü il tarixədək, yəni bacısı Faya vəfat edənədək onun mənzilində bir yerdə yaşamışlar. Həmin evdə qaldığı gün onun otağına keçəndə görmüşdür ki, Faya ölüb. Gözləri və ağzı açıq vəziyyətdə idi, başı arxa tərəfə qatlanmış kimi idi, lakin üzərində olan köynək əynində düz oturmuşdu elə bil kimsə onun köynəyini səliqəyə salmışdır. Meyitin çarpayıda uzanması və qeyd etdiyi əlamətlərindən belə başa düşmüşdür ki, kimsə onu boğub öldürmüşdür. Lyudmila təcili yardımı çağırdı, həkim gəldi, uzanmış vəziyyətdə olan Faya Konikovaya baxmadan nə isə dəftərçəsinə qeyd elədi, tibb bacısı isə ona yəni Fayaya iynə vurdu və getdilər. Getməzdən əvvəl Lyudmila həkimlə uzun-uzadı Faya haqqında nə isə danışırdı. Həkim gedəndən sonra Lyudmila Fayaya yaxınlaşıb onu sağ tərəfə çevirdi. Məhkəmə qətnaməsində yazıb ki, Faya Azərbaycan dilini bilmirdi, Fayanın Azərbaycan dilini bilməsi və ya bilməməsi hesab edir ki, onun öldürülməsi ilə heç bir əlaqəsi yoxdur, lakin onun ölümündə sirli məqamlar vardır ki, həmin məqamlar araşdırılmamışdır, apellyasiya məhkəməsi bu məqamları araşdıracaq. Digər tərəfdən X21 Cavabdeh vəsiyyətnamə qoymamışdır, ona görə ki, onun Lyudmilaya heç vaxt etibarı olmamışdır. Cavabdeh 2014-cü ilin avqust ayında Fainanın (həmdə Faya) mənzildə yanına gələrək dedi ki, pasportu götür və dəfn xərclərini almaq üçün notaiusa gedək, söylədi ki, dəfn xərclərini onun pasportu olmadan verməyəcəklər buna görə də onunla birlikdə getdik. Burada Lyudmila pasportu götürüb içəri daxil oldu, az müddətdən sonra əlində sənədlə yanına gələrək bir neçə yerdən sənədlərə imza qoydurdu. Sonradan məlum oldu ki, Lyudmila ilə birlikdə dəfn xərclərini almaq üçün deyil, vərəslik işini rəsmləşdirmək üçün notariusa getmişlər. Sonradan hansı sənədlərə imza atmasını öyrənmək üçün həmin notariusa getmişdir, notariusa da kitabı göstərərək ona bildirdilər ki, Lyudmila sənin evinə dair heç bir sənədi imzalatmayıb, lakin onun nəyə imza atmasını bilmirlər. Bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. O və vəfat etmiş bacısı Fana Konikova milliyətcə rus olmuşlar. X17 rus məktəbində rus dilində təhsil almış, valideynləri də rus milliyyətinə aid olmuşdur, azərbaycan dilini bilməmişdir, azərbaycan dilində yazmağı oxumağı bilməmişdir. Vəsiyyətnamənin məzmunundan göründüyü kimi vəsiyyətnamə rəsmi dövlət dili olan Azərbaycan dilində tərtib edilmişdir. Vəsiyyətnamə Bakı şəhəri 6 saylı Notariat Kontorunda təsdiq edilmişdir, mətn azərbaycan dilində yazılmışdır. Mirasqoyanın qeyri-azərbaycanlı olduğu halda tərtib edilmiş vəsiyyətnamədə azərbaycan dilində yazıb oxuya bilməsi, azərbaycan dilində tərtib edilmiş vəsiyyətnamənin ona rus dilində izah olunması, tərcümə olunması barədə hər hansı bir qeyd aparılmamışdır. Barəsində etibarsızlığı haqqında mübahisə açdığı vəsiyyətnamə vərəsəlik haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməsi formasına görə qüsurludur. İddia ərizəsində məhkəməyə iddia tələbinin dəlilləri qismində mübahisəli etibarnamənin etibarsızlığı ilə məhkəməyə bildirmişdir ki, mirasqoyan Faya Petrovna rəsmi dövlət dili olan azərbaycan dilini bilməməsi, azərbaycan dilində yazıb oxuya bilməməsi səbəbindən həmin vəsiyyətnamənin məzmun və mətnində nə yazılmasından məlumatlı ola bilməzdi, notariat tərəfindən tərtib və təsdiq edilmiş həmin həmin vəsiyyətnamənin oxunub, onun sözlərilə düzgün yazılması barədə və mirasqoyana tərcümə etməsi barədə hər hansı notariat qeydi müəyyən edilməmişdir. Qeyd etdiyi bu hallar barədə məlumatı məhkəməyə yazılı olaraq təqdim etdiyi halda məhkəmə bu yazılı məlumatları araşdırmamışdır. Məhkəmə mirasqoyan tərəfindən xx.xx.2003-cü il tarixdə vəsiyyətnamənin qoymasını və onun vəfatından sonra miras qəbul edən cavabdehin adına xx.xx.2014-cü il tarixili vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə istinad edərək mübahisəli vəsiyyətnaməni etibarlı hesab etmişdir. Hesab edir ki, mübahisənin predmetini düzgün müəyyən edilməmişdir. Belə ki, mübahisənin predmetinə təsdiq edilmiş vəsiyyətnamənin qanunun tələblərinə uyğun olaraq təsdiq edilməsi təşkil etdiyi halda məhkəmə bu istiqamətdə hər hansı bir araşdırma aparmamışdır. Qanunun bu tələbi baxımından mübahisəli vəsiyyətnamə təsdiq edilərkən yol verilmiş qanun pozuntuların mövcudluğu barədə sübutları sözügedən vəsiyyətnamənin özündə əks edilmişdir. Məhkəmə qətnaməsində iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir bu zaman məhkəmə birtərəfli olaraq vəsiyyətnamə üzrə vərəsəlik işinin rəsmləşdirilməsi ilə əlaqədar halları müəyyən etmişdir, lakin iş üçün mühüm əhəmiyyəti olan hallar mövcuddur ki, məhkəmə bu halları araşdırmamışdır. Həmin hallar vəsiyyətnamənin tərtibi və təsdiqi ilə əlaqədar hallardır, həmin hallar iddia tələbi üzrə mühüm əhəmiyyət kəsb edən hallardır ki, məhkəmə həmin halları aydınlaşdırmamışdır. İş üçün əhəmiyyəti olan halların sübut eduilməməsinə dair dəlilləri ondan ibarətdir ki, məhkəmə dövlət (azərbaycan) dili bilməyən şəxs tərəfindən vəsiyyətnamənin yazılması, məzmunun ona izah edilməsi, tərcümə edilməsi ilə bağlı qanunla müəyyən edilmiş şərtlərə uyğun olub-olmamasını aydınlaşdırmamışdır. İş üçün əhəmiyyətli olan hallar təsdiq edilmiş vəsiyyətnamənin Təlimatın qaydalarda və Mülki Məcəllənin istinad etdiyi qanun normaların tələblərindən nəzərdə tutulmuş hallarla bağlı sübutların ümumiyyətlə araşdırmaması və bu hallara əhəmiyyət verilməməsidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr hesab olunur. 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. 1225.3. Əgər vəsiyyətnamə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1230. Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. 1231.1. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan 30 iyul 2014-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2003-cü ildə təsdiq edilən və reyestrdə 2V51 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2014-cü ildə vəfat etmiş X14 vəsiyətnamədə göstərilən vərəsəsi Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 75, mənzil 177-də yaşayan Cavabdehdır. Miras əmlak ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.0 kv.m, yaşayış sahəsi 29.01 kv.m olan 2 otaqlı mənzildən ibarətdir. İş materiallarında olan Cavabdeh 04 iyul 2014-cü il tarixdə ünvan 4 ünvanlandığı ərizənin surətindən görünür ki, Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciət etmişdir. İş materiallarında olan 01 iyun 2014-cü il tarixli, 05 nömrəli arayışın surətindən görünür ki, X23 ünvan 1 ünvanında yaşayır, o, xx.xx.2014-cü ildə vəfat edənədək qeydiyyatda tək özü olmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 iyun 2009-cu il tarixdə verilmiş AZ-İ № 365432 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 20 iyun 2009-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 iyun 2009-cu il tarixdə 647 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 iyun 2014-cü il tarixdə verilmiş AZ-İ № 679435 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 06 iyun 2014-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06 iyun 2014-cü il tarixdə 558 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan 03 iyun 2003-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X23 ünvan 1 ünvanında yerləşən mənzili X10 və Cavabdeh bərabər hissələrdə vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin MH seriyalı, 003431 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X14 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 574 səhifəsində 30/85808 № ilə 19 mart 1996-cı il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Dövlət Notariat Arxivinin 09 iyul 2014-cü il tarixli məktubunun surətindən görünür ki, 03 iyun 2003-cü il tarixdə 2-V-51 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin xx.xx.2014-cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil edilməmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin 10 iyun 2014cü il tarixli məktubunun surətindən görünür ki, X14 nikahda olub-olmaması barədə 1995-ci ildən xx.xx.2014-cü ilədək elektron bazada məlumat aşkar edilməmişdir İş materiallarında olan Bakı şəhəri 6 saylı Notariat Kontorunun 13 aprel 2023-cü il tarixli, X-630 nömrəli məktubundan görünür ki, mərhum X16 miras qalmış əmlaklara dair Bakı şəhəri 6 saylı notariat ofisinə mərhumun vəsiyyətnamə üzrə vərəsəsi X4 müraciət etmiş, vərəsəlik işi açılmış və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vəsiyyətnamədə göstərilən digər vərəsə vəfat etmişdir. Beləliklə işin faktiki hallarından göründüyü kimi 03 iyun 2003-cü il tarixli vəsiyyətnamə ilə X23 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.0 kv.m, yaşayış sahəsi 29.01 kv.m olan 2 otaqlı mənzildən ibarət olan miras əmlakı Cavabdeh və X10 bərabər paylarda vəsiyyət etmişdir. X13 isə miras qoyandan əvvəl ölmüşdür və iş materiallarından göründüyü kimi X8 vərəsəsi müəyyən olunmamışdır. Göründüyü kimi Cavabdeh vəsiyyət üzrə yeganə vərəsə olmuşdur və 04 iyul 2014cü il tarixdə ünvan 4 ünvanlandığı ərizə ilə Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciət etmişdir və miras əmlakı qəbul etmişdir. İş materiallarından görünür ki, İddiaçı miras qoyan X6rdaşıdır və birinci dərəcəli vərəsələr dairəsinə daxil deyildir. Mülki Məcəllənin tələbləriinə görə də onun mirasda məcburi payı da yoxdur. İddiaçı Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu İ.Ə.İmanov tərəfindən təsdiq edilmiş 03 iyun 2003-cü ildə tərtib edilmiş vəsiyyətnamənin hissəvi, yəni Cavabdeh vəsiyyət etməsi hissəsində etibarsız hesab edilməsini xahiş etsə də, tələbinin və apellyasiya şikayətinin dəlillərinin əsası kimi cavabdehin mirasqoyanı onun iradəsinə zidd olaraq notariat kontoruna başqa ad altında aparması, burada o, mirasqoyanı aldadaraq başqa ad altında öz adına vəsiyyətnamə yazdırmağa nail olmaqla miras qoyanın son iradəsinə təsir göstərməklə özünün vərəsəliyə çağırılmasına nail olması hallarına dair hər hansı mötəbər sübutlar təqdim etməmiş və araşdırma zamanı da bu halların mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bildirdiyi kimi əgər cavabdeh mirasqoyanı onun iradəsinə zidd olaraq Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnaməni 03 iyun 2003-cü il tarixdə qoymağa məcbur etməsi faktı həqiqətən mövcud olsa idi, X14 06 iyun 2014-cü il tarixə, yəni ölənə qədər keçən 11 il ərzində mirasqoyan kimi vəsiyyətnaməni ləğv edə yaxud yenisini tərtib edə və ya cavabdehin belə hərəkətlərindən hər hansı formada kiməsə yaxud aidiyyatı orqanlara şikayət edə bilərdi. Bundan başqa iddiaçı vəsiyyətnamənin qismən etibarsız hesab olunması barədə vəsiyyətnamə veriləndən 20 ildən sonra, özünün bildirdiyinə görə isə vəsiyyətnamə barədə X14 ölümündən 1 il sonra, yəni 2015-ci ildə məlümatı olandan sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Həmçinin də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-cimaddəsinin tələbləri baxımından hazırki mübahisəyə kəsici müddəti də tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, vəsiyyətnamə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərə və qaydalara uyğun tərtib edildiyi üçün birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu İ.Ə.İmanov tərəfindən təsdiq edilmiş 03 iyun 2003-cü ildə tərtib edilmiş vəsiyyətnamənin hissəvi, yəni Cavabdeh vəsiyyət etməsi hissəsində etibarsızlığına səbəb olacaq hallar aşkar edilməmiş, eyni zamanda belə hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Halbuki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, mirasqoyan Faya Petrovna rəsmi dövlət dili olan azərbaycan dilini bilməməsi, azərbaycan dilində yazıb oxuya bilməməsi səbəbindən həmin vəsiyyətnamənin məzmun və mətnində nə yazılmasından məlumatlı ola bilməzdi, notariat tərəfindən tərtib və təsdiq edilmiş həmin vəsiyyətnamənin oxunub, onun sözlərilə düzgün yazılması barədə və mirasqoyana tərcümə etməsi barədə hər hansı notariat qeydi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəf mirasqoyanın məhz azərbaycan dilini bilməməsi, eləcə də vəsiyyətnamənin mətnində qeyd edilənlərin sonuncu üçün anlaşılmaz olması barədə mötəbər sübutlar təqdim edə bilməmiş və istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-868/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar