Məhkəmə qərarları › İş №2(103)-9168/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9168/2021

08.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9168/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1162/2021 saylı 16 fevral 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1162/2021 saylı, 16.02.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair 2(006)-1162/2021 saylı mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı "Yelo Bank” ASC-nin cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızına qarşı “məhkəmə əmri ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi və s." tələbinə dair 2(010)-136/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1162/2021 saylı, 16.02-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1162/2021 saylı 06 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1162/2021 saylı 16 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuş 24.04.2020-ci il tarixli iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh ASC cavabdeh İddiaçı qarşı “məhkəmə əmri ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi və s.” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20.05.2020-ci il tarixli, 2(010)-2476/2020 saylı qərardadından (hakim Leyla Talıbova) görünür ki, iddiaçı Cavabdeh ASC cavabdeh İddiaçı qarşı “məhkəmə əmri ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddiası ərizəsi 20.05.2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası 01.06.2020-ci il tarixə, saat 12:30-a təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuş 13.11.2020-ci il tarixli iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2(006)-5871/2020 saylı qərardadından (hakim Cəmilə Musayeva) görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası ərizəsi 16.11.2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası 26.11.2020-ci il tarixə, saat 17:05-ə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) birbiri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 44.2.6-cı maddəsinə əsasən bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırkı iş üzrə cavabdehin işlərə birgə baxılmasına dair xahişini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mülki işlərin bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilənlər yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1162/2021 saylı 16 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1162/2021 saylı 16 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar