Məhkəmə qərarları › İş №2(103)-9182/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9182/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9182/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X1, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli, 2(011)-6362/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2942 A saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.metr qeyriyaşayış sahəsində yaradılmış idman zalında olan və ona məxsus ümumi olaraq kompektasiyaları ilə birgə çəkisi 6080 kiloqram olan idman avadanlıqlarının və alətlərinin (qurğularının), yəni ştanqların (Barbells), velotrenajorun (X2), velotrenajorun (Bike Fenix - led plus), ştanq disklərinin (Weight Plates), ştanq üçün qıvrım qrif (Curl Bar), qantellərin saxlanması üçün qurğu (Dumbbell RackLong), 5 ədəd qaçış meydançasının (Runner Fenıx - led plus), məşq alətinin (İperextension 45° Bench), məşq alətinin (Disk Rack), 3 ədəd məşq etmək üçün tam tənzimlənən dəzgahın, məşq alətinin (Chin and Dip), ştanq qaldırmaq üçün döşəməli alətin (X10), qarın əzələlərinin məşqi üçün alətin (Abdominal Crunch), baş hissəsi yüksəkdə olan ştanq qaldırma üçün döşəməli alətin (X6), baş hissəsi aşağıda olan ştanq qaldırma üçün döşəməli alətin (X7), qolları söykəməklə ştanq qaldırılması üçün alətin (X11), bel və qol məşqi üçün dartıcı alətin (Rowing Machine), ştanq qaldırıcı mexanizmli alətin (Squat Lunge), oturaraq ştanq qaldırılması üçün nəzərdə tutulmuş alətin (Smith Machine HP Base), qismən uzanaraq ştanq qaldırmaq üçün döşəməli alətin (X9), qol əzələlərinin məşqi üçün dartıcı tənzimlənən alətin (X3), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı dartıcı alətin (Lat Pulldown), ayaq əzələlərinin məşqi üçün ayaqla ağırlıq qaldırmaq üçün qurğunun (Leg Press 45°), qantelin (Lateral Deltoid), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı hərəkətli alətin (Dips Press), dartıcı alətin (Curling Machine), ayaq məşqi üçün dartıcalətin (Leg Curling), kürək əzələlərinin məşqi üçün alətin (Peck Back), ayaq əzələlərinin məşqi üçün ağırlıq qaldırmaq üçün alətin (Leg Extension), qol əzələlərinin məşqi üçün alətin (X5), qol və ayaq əzələlərinin eyni zamanda məşqi üçün alətin (Pulley Row) istifadə edilməsi cavabdehə və 3-cü şəxlərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6362/2021 saylı, 2(011)-6362/2021 -ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2942 A saylı məhəllədə yerləşən "xxxx" MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.metr qeyri-yaşayış sahəsində yaradılmış idman zalında olan ümumi olaraq komplektasiyaları ilə birgə çəkisi 6080 kiloqram olan idman avadanlıqlarının və alətlərinin (qurğularının), yəni ştanqların (Barbells), velotrenajorun (X2), velotrenajorun (Bike Fenix - led plus), ştanq disklərinin (Weight Plates), ştanq üçün qıvrım qrif (Curl Bar), qantellərin saxlanması üçün qurğu (Dumbbell Rack-Long), 5 ədəd qaçış meydançasının (RunnerFenıx - led plus), məşq alətinin (İperextension 45° Bench), məşq alətinin (Disk Rack), 3 ədəd məşq etmək üçün tam tənzimlənən dəzgahın, məşq alətinin (Chin and Dip), ştanq qaldırmaq üçün döşəməli alətin (X10), qarın əzələlərinin məşqi üçün alətin (Abdominal Crunch), baş hissəsi yüksəkdə olan ştanq qaldırma üçün döşəməli alətin (X6), baş hissəsi aşağıda olan ştanq qaldırma üçün döşəməli alətin (X7), qolları söykəməklə ştanq qaldırılması üçün alətin (X11), bel və qol məşqi üçün dartıcı alətin (Rowing Machine), ştanq qaldırıcı mexanizmli alətin (Squat Lunge), oturaraq ştanq qaldırılması üçün nəzərdə tutulmuş alətin (Smith Machine HP Base), qismən uzanaraq ştanq qaldırmaq üçün döşəməli alətin (X9), qol əzələlərinin məşqi üçün dartıcı tənzimlənən alətin (X3), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı dartıcı alətin (Lat Pulldown), ayaq əzələlərinin məşqi üçün ayaqla ağırlıq qaldırmaq üçün qurğunun (Leg Press 45°), qantelin (Lateral Deltoid), qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı hərəkətli alətin (Dips Press), dartıcı alətin (Curling Machine), ayaq məşqi üçün dartıcı alətin (Leg Curling), kürək əzələlərinin məşqi üçün alətin (Peck Back), ayaq əzələlərinin məşqi üçün ağırlıq qaldırmaq üçün alətin (Leg Extension), qol əzələlərinin məşqi üçün alətin (X5), qol və ayaq əzələlərinin eyni zamanda məşqi üçün alətin (Pulley Row) istifadə edilməsi Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6362/2021 saylı, 13.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili X4 Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsivəkili Vəkil şikayəti müdafiə edərək, qərardadın ləğv edilməsini və iddianın təmin tədbirinə dair ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və İddianın təmin etmə tədbiri barədə ərizə rədd edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Qanunun mənasına görə iddia ərizəsinin icraata qəbul edilməsi anından qətnamənin çıxarılmasınadək olan istənilən mərhələdə iddianın təmin edilməsi mümkündür. İddianı təmin etmək barədə qərardadın müvəqqəti xarakter daşıması onunla izah olunur ki, həmin qərardadın sonrakı hüquqi taleyi mübahisənin mahiyyəti üzrə yekun həllinin nəticəsindən asılıdır. Belə ki, iddianı təmin etmə tədbirlərinin görülməsi zamanı əsas tutulan iddianın əsaslılığı prezumpsiyası mübahisənin mahiyyətcə yekun həllinin nəticəsi ilə aradan qaldırıldıqda, yəni iddia rədd edildikdə, iddianı təmin etmə tədbirləri yalnız qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. İddianı təmin etmə tədbirlərinin görülməsi iddianın əsaslılığı prezumpsiyasına (ehtimalına) əsaslanır və qanunvericilik barəsində iddianı təmin etmə tədbiri görülmüş mübahisəyə dair iddianın gələcəkdə rədd edilməsi imkanını da nəzərdə tutur. Ona görə də iddianı təmin etmə tədbirlərinin görülməsi barədə qərardad aid olduğu işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Beləliklə, iddianın təmin edilməsi tədbirinin görülməsinin yeganə məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. İş materiallarında olan ilkin sübutlardan görünür ki, iddiaçı mübahisəli idman alətlərinin ona məxsus olmasına və onun tərəfindən Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilməsinə dair sənədlər təqdim etməklə bu alətlərin ona məxsus olduğunu iddia etmişdir. Lakin qeyd edilən sənədlərin cavabdehə məxsus olan qeyriyaşayış sahəsində yerləşən idman alətlərinə məxsus olması məhkəmə araşdırması zamanı müəyyən edilməli məsələ olmaqla, işə mahiyyəti üzrə baxılması mümkündür. Bundan başqa, sadalanan idman alətlərinin istifadə edilməsinin, iddia gələcəkdə təmin ediləcəyi təqdirdə, onların iddiaçıya qaytarılması və bununla da məhkəmə qətnaməsinin icra edilməsini hər hansı şəkildə qeyri-mümkün etməsi iş materialları ilə müəyyən edilmir. Bununla yanaşı, həmin alətlərdən istifadə edilməsinin cavabdehə qadağan edilməsi idman zalının fəaliyyətinin dayanması və bununla da, onun maddi ziyana düşməsi ilə nəticələnmiş olardı. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddianın təmin tədbiri olaraq cavabdehə məxsus qeyri-yaşayış sahəsində yerləşən idman alətlərinin istifadəsinin qadağan edilməsi ilə bağlı iddianın təmin tədbiri barədə ərizə əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.08.2021-ci ci il tarixli, 2(011)-6362/2021 saylı qərardadı ləğv edilməli, iddianın təmin etmə tədbiri barədə ərizə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.08.2021-ci ci il tarixli, 2(011)-6362/2021 saylı qərardadı ləğv edilsin. İddianın təmin etmə tədbiri barədə ərizə rədd edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar