Məhkəmə qərarları › İş №2(103)-9206/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9206/2021

08.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9206/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(009)-1381/2021 saylı qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə (Maraqlı şəxs1 və Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsi maraqlı şəxs kimi qeyd edilən) qarşı “ipoteka müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə X5 arasında bağlanmış 29.03.2005-ci il tarixli ipoteka müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin İddiaçı iddianın təmin tədbiri barədə ərizə verərək mübahisəyə baxılıb yekun qərar qəbul edilənədək X2 adına olan Bakı şəhəri, Səbail rayonu, A.Abbasov küçəsi, 22 “A” saylı evin, 3 saylı mənzilinin üzərinə həbs qoyulması barədə qəradad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1381/2021 saylı, 30 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı iddianın təmin etmə tədbiri barədə ərizəsi təmin edilməmişdir. Bakı Apellasiya Məhkəməsinin 2(103)-6364/2021 saylı, 21.06.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1381/2021 saylı, 30 aprel 2021-ci il tarixli qərardadı ləğv edilmiş və İddiaçı iddianın təmin etmə tədbiri barədə ərizəsinə yenidən baxılması üçün mülki iş rayon məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(009)-1381/2021 saylı qərardadı ilə ərizənin təmin edilməsi qərara alınmışdır. Qərardaddan cavabdeh "xxxx" ASC şikayət verərək, şikayətin təmin edilməsini, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(009)-1381/2021 saylı qərardadının ləğv edilməsini, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayəti qeyd olunur ki, həmin əmlak bankın xeyrinə yüklüdür, bu barədə qanuni qüvvəsini almış məhkəmə qərarı var. İpoteka ilə yüklü edilmiş əmlakın üzərinə təkrarən həbs qoyulması lüzümsuzdur və sadəcə iddiaçı tərəfindən süni şəkildə prosessin uzadılmasına yönəldilmiş hərəkətdir. İddiaçı və ailə üzvləri həmin əmlakdan istfadə etdiyi təqdirdə əmlakın itirilməsindən söhbət belə gedə bilməz. İddianın predmetini “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” təşkil edir. Qeyd edilən əmlak bankın xeyrinə yüklüdür və hal-hazırda iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində və istfadəsindədir. Yəni, hər iki tərəf gələcəkdə yarana biləcək risklərdən bərabər dərəcədə sığortalanıb. Gələcəkdə iddia tələbinin təmin edilib-edilməməsindən asılı olmayaraq əmlak üzərinə həbs qoyulması onun icrasına yönələn hərəkət hesab edilə bilməz. Sadəcə iddiaçı və onun ailə üzvləri illərdi qanuni qüvvəsini almış qətnamənin icrasını dayandırmaq niyyəti ilə əsassız iddialar qaldırır, prosessual hüquqlarından istfadə edərək məhkəmə baxışının vaxtının uzadılmasına nail olmağa çalışır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(009)-1381/2021 saylı qərardadından verilmiş şikayət məhkəmənin 11 avqust 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 şikayəti müdafiə edərək, onun təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıdakılara əsasən şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(009)-1381/2021 saylı qərardadı ləğv edilməli, ərizəyə yenidən baxılması üçün iş materialları rayon məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, mübahisələndirilən ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan mənzil iddiaçının əri X5 tərəfindən ipoteka predmeti olan mənzil iddiaçının əri Əhməd Çingizxan tərəfindən 27.11.2004-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən alınmış, 29.03.2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən həmin mənzil "xxxx" KB ilə X6 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyulmuşdur. Bakı Apellasiya Məhkəməsinin 2(103)-6364/2021 saylı, 21.06.2021-ci il tarixli qərardadında qeyd etmişdir ki, məhkəmə gəldiyi nəticəni əsaslandırmamış, ipoteka predmeti olan mənzilin hazırki statusunu müəyyənləşdirməmiş, təminatı olduğu kredit müqaviləsi üzrə tutmanın həmin mənzilə yönəldilib-yönəldilməməsi, mənzillə bağlı hər hansı icra hərəkətlərinin edilib-edilməməsi (o cümlədən hərracın keçirilib-keçirilməməsi) kimi halları araşdırmadan ərizəni təmin etməmişdir. Halbuki, iddiaçının tələbi açıq-aşkar uğursuz tələb kimi görünmür və tələbin predmetini də məhz üzərinə həbs qoyulmasını tələb etdiyi mənzilin ipotekası barədə müqavilənin etibarsızlığı təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib, işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Kollegiya prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi qərardadda qeyd olunan göstərişləri yerinə yetirməmişdir. Buna görə də, qərardad ləğv edilməli, iddianın təmin tədbiri barədə ərizəyə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxarkən məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı, bundan sonra iddianın təmin tədbiri barədə şikayətə münasibət bildirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(009)- 1381/2021 saylı qərardadı ləğv edilsin, mülki iş materialları İddiaçı tərəfindən verilmiş iddianı təmin etmə barədə əərizəyə yenidən baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar