Məhkəmə qərarları › İş №2(103)-9213/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9213/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9213/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı1, Cavabdeh X4 iştirakı ilə, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, X6 qarşı “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi, əmlakın dövlət qeydiyyatı ilə bağlı verilmiş çıxarışın ləğv edilməsi, dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(005)-378/2021 saylı qətnaməsindən İddiaçı1 və cavabdeh X9 tərəflərindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi, əmlakın dövlət qeydiyyatı ilə bağlı verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 83 nömrəli evin zirzəmisinin Cavabdeh2 Yanında Hərrac Mərkəzi tərəfindən keçirilmiş 17 aprel 2018-ci il tarixli hərracın nəticələrinə dair protokol, həmin protokol əsasında bağlanmış 18 aprel 2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın Dövlət Reestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 18 may 2018-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdilər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 83 nömrəli ev uzun müddətdir ki, onun mülkiyyətindədir, yaşayış sahəsi 20 kv.metr olan 1 otağı, diqər iddiaçı ilə birgə yaşadığı evidir. Evin su, qaz və işıq xətləri çox köhnə olduğundan daima təmirə ehtiyac yaranmış, o cümlədən evin altındakı zirzəmiyə mütəmadi su dolduğundan oranı həşaratlar basmış, su və qaz xətləri bərbad hala düşmüşdür. Evinin altındakı zirzəmiyə giriş yalnız onların evindəndir. Onun 2013-cü ildə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə müraciəti əsasında zirzəmi istifadəyə verilmişdir. Bundan sonra zirzəmidə əsaslı təmir işləri aparmış, su, qaz və işıq xətləri dəyişdirilmiş, zirzəmi qurudulmuş, dağılmış və çökmüş divarlar bərpa olunaraq gücləndirilmiş və malalanmışdır. Qeyd edilməlidir ki, təmir işləri tək onun mənzilinin yox, bütün binanın altını əhatə etmişdir. Belə ki, həm rütubətin və çirkabın qarşısını almaq, həm də yaşayış sahəsi darısqal olduğu üçün evin altındakı hissəni ayıraraq köməkçi sahə və anbar kimi istifadə etməyə başladılar. Evin zirzəmisinin təmirinə o təqribən on beş min manat vəsait xərcləmişdir. Bir müddət sonra zirzəminin özəlləşdirilməsi üçün Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, buna müvafiq olaraq ona bildirilmişdir ki, qeyri-yaşayış sahəsi kimi oranın özəlləşdirilməsi Cavabdeh2 səlahiyyətinə aiddir. İcra hakimiyyəti evinin zirzəmisinin onun adına özəlləşdirilməsinə etiraz etməyərək, ona köməklik etmək xahişi barədə ərizə-məktubla Cavabdeh2nə müraciət etmişdilər. Bundan sonra o dəfələrlə Cavabdeh2nə zirzəminin özəlləşdirilməsi ilə əlaqədar müraciətlər etmiş, lakin vaxtaşırı olan müxtəlif bahanələr ilə özəlləşdirilmə uzadılmış və təxirə salınırdı. Nəhayət sonuncu dəfə müraciət etdikdə ona məlum olmuşdur ki, artıq 2019-cu ildə ona bildirilmişdir ki evinin altındakı zirzəmi 13 mart 2018-ci il tarixdə keçirilən hərracda 15.000 (on beş min) manat qiymətə satılmışdır, lakin kimə satılması bildirilməmişdir. Bu barədə bir müddət sonra rəsmi cavab olmuşdur, qeyri-rəsmi isə bildirmişdilər ki, zirzəmi bir vətəndaşa boc əvəzi verilmişdir. Həmin vətəndaşın aldığı çıxarış və hərrac barədə rəsmi sorğu verilsə də cavab bu olmuşdur ki, vəkilin sorğusuna cavab verilmir və buna görə də məhkəməyə müraciət etməlidir. Onun istifadəsində olan qeyri-yaşayış sahəsi gizlədilən şəxsin mülkiyyətinə keçənədək iddiaçı şəxsin istifadəsində və sahibliyində olmuşdur. Onların xəbərləri və razılıqları olmadan, zirzəmiyə baxış keçirilmədən, hərrac sənədləri hazırlanmadan zirzəmini özəlləşdirmək qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin faktiki sahibi və istifadəçini qoruyan bir sıra müddəalarına məhəl qoymadan iddiaçı şəxsin istifadə hüququna xitam verməyə çalışmışdır. Həmçinin nəzərə alınsa ki, mühahisə predmeti qeyri-yaşayış obyekti bir insan tərəfindən illərdir baxılıb və qorunub saxlanıb, onun xəbərsiz bir səkildə əlindən alınması qanuna və ən azından humanizm prinsipinə ziddir. İddiaçı şəxsin qanunla satın almaqda üstünlük hüququ olduğu qəbul edilməsə belə, onun etimad hüququnun qorunmasına əsaslanmağa haqqı vardır. Əgər iddiaçı şəxsin satınalmada üstünlük hüququnun olmaması fərz edilsə, hərracın dövlət əmlakının özəlləşdirilməsi prosedurlarına tam uyğun olaraq həyata keçirildiyi qəbul edilsə belə, inzibati orqanın iddiaçının birbaşa maraqlarına toxunan məsələdə onu xəbərdar etmədən inzibati icraatı həyata keçirməyini başa düşmək çətindir. Bu hal özü-özlüyündə disreksion səlahiyyətlərin inzibati orqan tərəfindən aşılması halını göstərir və keçirilmiş olan hərracın və onun nəticələrinin ləğv edilməsi üçün əsas təşkil edir. Qeyri-yaşayış sahəsi 2013-cü ildən istifadəsinə və sərəncamına verildiyindən onun alğı-satqısı ilə bağlı keçirilmiş hərraclarda satın almaqda üstünlük hüququna malik olmuşdur. Cavabdeh2 Yanında Hərrac Mərkəzi tərəfindən keçirilmiş 17 aprel 2018-ci il tarixli hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən hərracın nəticələrinə dair protokol, həmin protokol əsasında bağlanmış 18 aprel 2018-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 18 may 2018-ci il tarixli çıxarış ləğv edilməlidir. Qeyriyaşayış sahəsi Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 2-ci maddəsinə əsasən, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından Cavabdeh2 qərarı ilə özəlləşdirilən əmlak olmuşdur. Göründüy kimi, dövlət əmlakı icarəyə verilmədən də hərrac vasitəsi ilə satıla bilər. İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, X6 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia tələblərinin artırılması ilə 24 noyabr 2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona dəymiş maddi və mənəvi zərər olaraq, ümumilikdə 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin cavabdeh şəxslərdən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(005)-378/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X3 Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 83 nömrəli evin qeyri-yaşayış sahəsinə çəkilmiş xərc 2.299 (iki min doqquz yüz doxsan doqquz) manatın tutulub İddiaçı1 ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh X9 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsisinin 02 noyabr 2021-ci il tarixli, 2(103)-9213/2021 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(005)- 378/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata həmin hissədə xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, onun istifadəsində olan qeyriyaşayış sahəsi, gizlədilən şəxsin mülkiyyətinə keçənədək iddiaçıların istifadəsində və sahibliyində olmuşdur. Onun xəbəri və razılığı olmadan, zirzəmiyə baxış keçirilmədən, hərrac sənədləri hazırlanmadan zirzəmini özəlləşdirmək qanunsuzdur. Mülki Məcəllənin faktik sahibi və istifadəçini qoruyan bir sıra müddəalarına məhəl qoymadan iddiaçının istifadə hüququna xitam verməyə çalışmışdır. Həmçinin nəzərə alınsa ki, mühahisə predmeti qeyri-yaşayış obyekti bir insan tərəfindən illərdir baxılıb və qorunub saxlanıb, onun xəbərsiz bir səkildə əlindən alınması, qanuna və, ən azından humanizm prinsipinə ziddir. İddiaçının qanunla satın almaqda üstünlük hüququ olduğu qəbul edilməsə belə onun, etimad hüququnun qorunmasına əsaslanmağa haqqı vardır. Əgər iddiaçının satınalmada üstünlük hüququnun olmamasını fərz edilsə, hərracın dövlət əmlakının özəlləşdirilməsi prosedurlarına tam uyğun olaraq həyala keçirildiyini qəbul etsək belə, inzibati orqanın iddiaçının birbaşa maraqlarına toxunan məsələdə onu xəbərdar etmədən inzibati icraatı həyata keçirməyini başa düşmək çəlindir. Bu hal öz-özlüyündə diskresion səlahiyyətlərin inzibati orqan tərəfindən aşılması halını göstərir və keçirilmiş olan hərracın və onun nəticələrinin ləğv edilməsi üçün əsas təşkil edir. Cavabdeh2 yanında Hərrac Mərkəzi tərəfindən keçirilmiş 17 aprel 2018-ci il tarixli hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən hərracın nəticələrinə dair protokol, həmin protokol əsasında bağlanmış 18.04.2018-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 18.05.2018-ci il tarixli çıxarış ləğv edilməlidir. Cavabdeh Ç.Rzayev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda 30,6kv.m qeyri-yaşayış sahəsi onun adına 30.05.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyatdan keçmişdir. Məhkəmə bu halı xüsusilə vurğulamışdır ki, 30.05.2018-ci il tarixdən ünvan 2ünvanda 30,6kv.m qeyri- yaşayış sahəsi X4 mülkiyyətində olmasına baxmayaraq hal-hazırda da İddiaçı1 A bas qızının istifadəsindədir. Başqa sözlə, o hazırkı vaxta kimi öz mülkiyyətindən təyinatı üzrə üzrə istifadə etməmiş və hazırda da etmir. Məhkəmə araşdırmamışdır ki, İddiaçı1 həmin sahənin cavabdehin mülkiyyətində olduğunu bildiyini halda onu kim vadar edirdi ki, orada təmir işləri aparsın. Cavabdeh hesab edir ki, o bu iş üzrə cavabdeh deyil. Çünki vicdanlı alıcı olaraq ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin onun tərəfindən verilən özəlləşdirilmə ərizəsinə əsasən 13.03.2018-ci il tarixində keçirilən hərracda hərracın qalibi kimi 15000 (on beş min) manata satın almış, lakin hazırki vaxta kimi İddiaçı1 onu həmin sahədən istifadə etməyinə imkan vermir. Lakin qətnamədən ondan pul tutulmalı olmasına dair işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar göstərilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilmədini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən iddiaçının və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbləri rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Cavabdeh2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzilin 1 otaq, y/s-20.0 kv.m hissədi İddiaçı1 adına 27.05.2017-ci il tarixdə ********** nömrə ilə, 2 otaq, y/s-32,67 kv.m sahəsi X1 adına 26.04.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyatdan keçmişdir. Hərracın yekunları barədə 13 mart 2018-ci il tarixli, 10/04 nömrəli protokolun surətindən görünür ki, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, 83 ünvanında yerləşən 30,6 kv.m qeyri-yaşayış sahəsi 15000 manata açıq hərraca çıxarılmış və X9 tərəfindən satın alınmışdır. 14.03.2018-ci il tarixli, 3889 №-li Müəssisənin (obyektin) alğı-satqı müqaviləsindən görünür ki, müqavilənin predmetini “Alıcı”nın Azərbaycan Respublikasının Əmək Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 13.03.2018-ci il tarixdə keçirilən hərracda 10/04 №-li protokola əsasən satın aldığı 30,6 kv.m qeyri-yaşayış sahəsi təşkil edir. Alıcı ünvan 4 ünvanında yerləşən 30,6 kv.m qeyriyaşayış sahəsini hərracdan satış qiyməti ilə 15000 manata satın almağı, satıcı isə əmlakı təhvil verməyi öz öhdəsinə götürmüşdür. 25.05.2018-ci il tarixli qeyri yaşayış sahəsinə dair Daşınmaz Əmlakın texniki pasportunun surətindən görünür ki, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, 83 ünvanında yerləşən 30,6 kv.m qeyri-yaşayış sahəsi X4 adına reyestr nömrəsi **********37-05101- 083003 olmaqla qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli 10/614 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsində 83 nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 2299,0 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, məhkəmə ilk növbədə iddia tələbinin hərracın etibarsızlığı hərrac protokolunun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cavabdeh2 tərəfindən qeyriyaşayış sahəsinin hərrac vasitəsilə satılması barədə qərar qəbul edilmiş və komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. Həmin obyektin özəlləşdirilməsi ilə bağlı 13 mart 2018-ci il tarixdə keçirilmiş hərracda ən yüksək məbləği təklif edən X9 hərracın qalibi olmuşdur. Cavabdeh2 ilə hərracın qalibi X9 arasında 14 mart 2018-ci il tarixli, 3889 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi, mübahisə predmeti olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur və Komitənin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçı şəxsin hər hansı hüquqları pozulmamışdır. Mübahisələndirilən hərrac protokolu və alğı-satqı müqaviləsi 17 aprel 2018-ci il tarixdə baglandıgından həmin əqdlərin etibarsızlığını mülki qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəmədə mübahisələndirməmişdir. İddia ərizəsinin “çıxarışın ləğvi” tələbi “hərrac protokolunun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin törəmə tələbi olduğundan, əsas tələb təmin edilmədiyindən, ondan törənmiş tələb də təmin edilə bilməz. ünvan 4 ünvanında yerləşən 30,6 kv.m qeyri-yaşayış sahəsi İddiaçı1 istifadəsində olmuş və hal-hazırda da istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsinin təmirinə onun tərəfindən xərc çəkilmişdir. Qeyd edilən təmir xərclərinin müəyyənləşdirilməsi üçün məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilmiş və yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri 2299,0 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə İddiaçı1 dəymiş maddi zərər tələbini yalnız çəkilmiş xərclərin ümumi dəyərinə uyğun olaraq 2299,0 manat məbləğində əsaslı hesab edir və qeyd edilən qeyri-yaşayış sahəsi hazırda X6 açıq hərracdan satıldığına və onun mülkiyyətində olduğuna görə qeyd edilən məbləğin X5 tutulmasını ədalatli hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçının tələbləri “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi, əmlakın dövlət qeydiyyatı ilə bağlı verilmiş çıxarışın ləğv edilməsi, dəymiş maddi zərərin ödənilməsi”ndən ibarət olmuşdur. Lakin, iddiaçı mübahisəli əmlak üzrə keçirilmiş hərracın və onun nəticələrinin etibarsızlığını aidiyyəti məhkəmədə mübahisələndirmədən, həmin hüquqi hərəkətlərdən əmələ gələn hüquqi hərəkətləri birlikdə mübahisəndirməklə, işin aidiyyəti məhkəmədə baxılması qaydalarını pozmuş, birinci instansiya məhkəməsi də işə baxarkən tətbiq edilməli olmayan maddi və prosessual normaları tətbiq etməklə yekun nəticəyə gəlmişdir. Belə ki, iddiaçı ilk öncə digər tələblərinin əmələ gəlməsinə səbəb olmuş hərracın yekunları barədə 13 mart 2018-ci il tarixli, 10/04 nömrəli protokolu aidiyyəti məhkəmədə inzibati qaydada mübahisələndirməli, daha sonra onun nəticələrindən əmələ gələn tələbləri məhkəmə qaydasında mübahisələndirməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarının 5-ci bəndinə əsasən, İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin, həmin qərarın 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi” tələblərinə dair iş üzrə icraata Kollegiyanın qərardadı ilə xitam verildiyindən, həmin tələblərdən əmələ gələn və birbaşa həmin tələblərin gələcəkdə mübahisələndirilə biləcək hüquqi nəticələrindən asılı olduğundan “əmlakın dövlət qeydiyyatı ilə bağlı verilmiş çıxarışın ləğv edilməsi, dəymiş maddi zərərin ödənilməsi” tələblərinə dair iddiaya hazırda hüquqi qiymət verilməsi mümkünsüzdür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh Ç.Rzayevin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(005)- 378/2021 saylı qətnaməsi qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh X4 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(005)-378/2021 saylı qətnaməsi qətnaməsi qismən ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçının “əmlakın dövlət qeydiyyatı ilə bağlı verilmiş çıxarışın ləğv edilməsi, dəymiş maddi zərərin ödənilməsi” tələblərinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev BAKİ APELLYASİYA MƏHKƏMƏSİNİN MÜLKİ KOLLEGİYASİ QƏRARDAD 02 noyabr 2021-ci il İş № 2(103)-9213/2021 Bakı şəhəri Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı1, Cavabdeh X4 iştirakı ilə, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, X6 qarşı “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi, əmlakın dövlət qeydiyyatı ilə bağlı verilmiş çıxarışın ləğv edilməsi, dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(005)-378/2021 saylı qətnaməsindən İddiaçı1 və cavabdeh X9 tərəflərindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi, əmlakın dövlət qeydiyyatı ilə bağlı verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 83 nömrəli evin zirzəmisinin Cavabdeh2 Yanında Hərrac Mərkəzi tərəfindən keçirilmiş 17 aprel 2018-ci il tarixli hərracın nəticələrinə dair protokol, həmin protokol əsasında bağlanmış 18 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın Dövlət Reestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 18 may 2018-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdilər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 83 nömrəli ev uzun müddətdir ki, onun mülkiyyətindədir, yaşayış sahəsi 20 kv.metr olan 1 otağı, diqər iddiaçı ilə birgə yaşadığı evidir. Evin su, qaz və işıq xətləri çox köhnə olduğundan daima təmirə ehtiyac yaranmış, o cümlədən evin altındakı zirzəmiyə mütəmadi su dolduğundan oranı həşaratlar basmış, su və qaz xətləri bərbad hala düşmüşdür. Evinin altındakı zirzəmiyə giriş yalnız onların evindəndir. Onun 2013-cü ildə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə müraciəti əsasında zirzəmi istifadəyə verilmişdir. Bundan sonra zirzəmidə əsaslı təmir işləri aparmış, su, qaz və işıq xətləri dəyişdirilmiş, zirzəmi qurudulmuş, dağılmış və çökmüş divarlar bərpa olunaraq gücləndirilmiş və malalanmışdır. Qeyd edilməlidir ki, təmir işləri tək onun mənzilinin yox, bütün binanın altını əhatə etmişdir. Belə ki, həm rütubətin və çirkabın qarşısını almaq, həm də yaşayış sahəsi darısqal olduğu üçün evin altındakı hissəni ayıraraq köməkçi sahə və anbar kimi istifadə etməyə başladılar. Evin zirzəmisinin təmirinə o təqribən on beş min manat vəsait xərcləmişdir. Bir müddət sonra zirzəminin özəlləşdirilməsi üçün Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, buna müvafiq olaraq ona bildirilmişdir ki, qeyri-yaşayış sahəsi kimi oranın özəlləşdirilməsi Cavabdeh2 səlahiyyətinə aiddir. İcra hakimiyyəti evinin zirzəmisinin onun adına özəlləşdirilməsinə etiraz etməyərək, ona köməklik etmək xahişi barədə ərizə-məktubla Cavabdeh2nə müraciət etmişdilər. Bundan sonra o dəfələrlə Cavabdeh2nə zirzəminin özəlləşdirilməsi ilə əlaqədar müraciətlər etmiş, lakin vaxtaşırı olan müxtəlif bahanələr ilə özəlləşdirilmə uzadılmış və təxirə salınırdı. Nəhayət sonuncu dəfə müraciət etdikdə ona məlum olmuşdur ki, artıq 2019-cu ildə ona bildirilmişdir ki evinin altındakı zirzəmi 13 mart 2018-ci il tarixdə keçirilən hərracda 15.000 (on beş min) manat qiymətə satılmışdır, lakin kimə satılması bildirilməmişdir. Bu barədə bir müddət sonra rəsmi cavab olmuşdur, qeyri-rəsmi isə bildirmişdilər ki, zirzəmi bir vətəndaşa boc əvəzi verilmişdir. Həmin vətəndaşın aldığı çıxarış və hərrac barədə rəsmi sorğu verilsə də cavab bu olmuşdur ki, vəkilin sorğusuna cavab verilmir və buna görə də məhkəməyə müraciət etməlidir. Onun istifadəsində olan qeyri-yaşayış sahəsi gizlədilən şəxsin mülkiyyətinə keçənədək iddiaçı şəxsin istifadəsində və sahibliyində olmuşdur. Onların xəbərləri və razılıqları olmadan, zirzəmiyə baxış keçirilmədən, hərrac sənədləri hazırlanmadan zirzəmini özəlləşdirmək qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin faktiki sahibi və istifadəçini qoruyan bir sıra müddəalarına məhəl qoymadan iddiaçı şəxsin istifadə hüququna xitam verməyə çalışmışdır. Həmçinin nəzərə alınsa ki, mühahisə predmeti qeyri-yaşayış obyekti bir insan tərəfindən illərdir baxılıb və qorunub saxlanıb, onun xəbərsiz bir səkildə əlindən alınması qanuna və ən azından humanizm prinsipinə ziddir. İddiaçı şəxsin qanunla satın almaqda üstünlük hüququ olduğu qəbul edilməsə belə, onun etimad hüququnun qorunmasına əsaslanmağa haqqı vardır. Əgər iddiaçı şəxsin satınalmada üstünlük hüququnun olmaması fərz edilsə, hərracın dövlət əmlakının özəlləşdirilməsi prosedurlarına tam uyğun olaraq həyata keçirildiyi qəbul edilsə belə, inzibati orqanın iddiaçının birbaşa maraqlarına toxunan məsələdə onu xəbərdar etmədən inzibati icraatı həyata keçirməyini başa düşmək çətindir. Bu hal özü-özlüyündə disreksion səlahiyyətlərin inzibati orqan tərəfindən aşılması halını göstərir və keçirilmiş olan hərracın və onun nəticələrinin ləğv edilməsi üçün əsas təşkil edir. Qeyri-yaşayış sahəsi 2013-cü ildən istifadəsinə və sərəncamına verildiyindən onun alqı-satqısı ilə bağlı keçirilmiş hərraclarda satın almaqda üstünlük hüququna malik olmuşdur. Cavabdeh2 Yanında Hərrac Mərkəzi tərəfindən keçirilmiş 17 aprel 2018-ci il tarixli hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən hərracın nəticələrinə dair protokol, həmin protokol əsasında bağlanmış 18 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 18 may 2018-ci il tarixli çıxarış ləğv edilməlidir. Qeyri yaşayış sahəsi Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 2-ci maddəsinə əsasən, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından Cavabdeh2 qərarı ilə özəlləşdirilən əmlak olmuşdur. Göründüy kimi, dövlət əmlakı icarəyə verilmədən də hərrac vasitəsi ilə satıla bilər. İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, X6 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia tələblərinin artırılması ilə 24 noyabr 2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona dəymiş maddi və mənəvi zərər olaraq, ümumilikdə 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin cavabdeh şəxslərdən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(005)-378/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X3 Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 83 nömrəli evin qeyri-yaşayış sahəsinə çəkilmiş xərc 2.299 (iki min doqquz yüz doxsan doqquz) manatın tutulub İddiaçı1 ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh X9 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilmədini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materialları araşdırıb hesab edir ki, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, X6 qarşı “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi, əmlakın dövlət qeydiyyatı ilə bağlı verilmiş çıxarışın ləğv edilməsi, dəymiş maddi zərərin ödənilməsi” iddia tələblərinin “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi” hissəsində icraata xitam verilməlidir. Belə ki, iş materiallarından, apellyasiya şikayətinin dəlillərindən, həmçinin iddiaçının məhkəmə kollegiyasının iclasında izahatından müəyyən edilmişdir ki, iddiaçının iddiasının predmetini “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi, əmlakın dövlət qeydiyyatı ilə bağlı verilmiş çıxarışın ləğv edilməsi, dəymiş maddi zərərin ödənilməsi” təşkil edir. Göründüyü kimi, iddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi protokolun qəbul edilməsi ilə nəticələnmiş hərrac Azərbaycan Respublikası Cavabdeh2 yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş və həmin cavabdeh inzibati orqandır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 31 və 31.1.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Cavabdeh2 və Komitənin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi inzbati orqanlardır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar iddia tələbində inzibati orqan olan Cavabdeh2 tərəfindən keçirilmiş hərracı və nəticələrinin etibarsız hesab edilməsini, onun əsasında verilmiş çıxarışı mübahisələndirirlər. Nəzərə alınmalıdır ki, Cavabdeh2 tərəfindən keçirilmiş hərrac Mülki Məcəllənin 414 və 415-ci maddələri ilə tənzimlənən müqavilələrin hərracda bağlanması qaydaları ilə eyniləşdirməməlidir. Belə ki, mülki qanunvericiliklə tənzimlənən hərraclarda təşkilatçı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış hərrac təşkilatı çıxış edə bilər. Bu zaman ixtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Belə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik protokol imzalayırlar. X8 üzrə Auksion Mərkəzi tərəfindən keçirilən müsabiqə və hərraclar hərracın qalibinin elan olunması ilə nəticələnir və bu, müəyyən olunmuş müddət ərzində dövlət orqanı olan Əmlak Məsələləri Dövlət Komtisəi ilə hərracın (müsabiqənin) qalibi müvafiq müqavilə bağlanması üçün əsas kimi çıxış edir. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. İş üzrə iddiaçılar həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu iddia edirlər. Belə olan halda mübahisə inzibati orqanın publik hüququn nizamasalma predmetinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-in 30-cu maddəsinin şərh edilməsinə dair» 28 mart 2013-cü il tarixli qərarında göstərilmişdir ki, mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinə uyğun həll edilməlidir. İddia tələbi predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati xarakterli olduqda məhkəmə aidiyyəti Azərbaycan Respublikası İPM-in 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-nin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Buna baxmayaraq birinci instansiya məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almadan və hazırkı mübahisənin inzibati mübahisə olub olmadığı ilə bağlı hüquqi dəyərləndirmə aparmadan işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddiaçının iddia tələblərinin “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi” hissəsində icraata xitam verilməli, iddiaçıya müvafiq iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmələri izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 370, 387, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, X6 qarşı “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi, əmlakın dövlət qeydiyyatı ilə bağlı verilmiş çıxarışın ləğv edilməsi, dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(005)-378/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata həmin hissədə xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar