Məhkəmə qərarları › İş №2(103)-922/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-922/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-922/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Gəncə şəhəri 1 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə, «X9 Azərbaycan» QSCyə və Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(005)-4507/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Gəncə şəhəri 1 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə, «X9 Azərbaycan» QSCyə və Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “icra hərəkətlərinin qanunsuz hesab edilməsi, hərrac protokolunun etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Hərrac Mərkəzi MMC-nin, «X9 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin, Cavabdeh1 apardığı icra hərəkətlərinin qanünsuz hesab edilməsi, ümumi yaşayış evinin "xxxx" Hərrac Mərkəzi MMC ilə «X9 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 28.03.2019-cu il tarixli 16/01 saylı protokolun və həmin hərracın yekunlarının etibarsız hesab edilməsinə və İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, 0,5 ha torpaq sahəsində yerləşən 2 mərəbəli 6 otaqlı, 157kv.m yaşayış, 264.4kv.m köməkçi sahə, 421.4kv.m ümumi sahədən ibarət yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə dair bağlanmış 11.06.2015-ci il tarixli 91086/01 saylı ipoteka müqviləsinə xitam verilməsi və həmin əmlakın yüklü edilməsinə dair qeydi haqda çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «X9 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti cavabdeh X4 qarşı kredit iizrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli qətnaməsi ilə. iddia qismən təmin olunaraq, cavabdeh X2 qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 114919.72 ABŞ dolları əsas. 9395.55 ABŞ dolları faiz. 1326.97 ABŞ dolları cərimə. 11.25 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair bildirişin və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat - cəmi 125642.24 ABŞ dolları. 71.25 manat pulun «X9 Azərbaycan» QSC-nin xeyrinə tutulması, tutumanın ipoteka qoyulmuş mülkiyyət hüququ ilə X4 məxsus olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli. 6 otaqlı 157 kv.ın yaşayış, 264.4 kv.m yardımçı, 421,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması hesabına X3 «X9 Azərbaycan» QSC-nə olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 176.000 (yüz yetmiş altı min) manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş vəsaitin borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin X2 tutulması,iddia tələbinin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə İ ay müddətində boşaldılması hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qaldığından kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-299/2017saylı 03.04.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yenidən baxılıb araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə şikayət təmin edilməmişdir. Nəticədə mülkiyyətində olan Gəncə şəhəri. Kəpəz rayonu, Sadıllı qəsəbəsi. 0.5ha torpaq sahəsində yerləşən 2 mərəbəli 6 otaqlı. 157kv.m yaşayış. 264.4kv.m köməkçi sahə. 421.4kv.m ümumi sahədən ibarət yaşayış sahədən ibarət fərdi yaşayış evi hərraca çıxarılmışdır. Keçirilmiş hərraclar nəticəsində adı çəkilən daşınmaz əmlak satılmadığından, cavabdeh “Respublika Xammal və X8 MMC tərəfindən «X9 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti təklif edilmiş və nəticədə balansa qəbul edilmişdir. Hərrac haqda məlumatı 5 gün əvvəl icra idarəsindən almışdır. Cavabdeh “Respublika Xammal və Əmtəə birjası "xxxx" MMC”MMC tərəfindən hərracın keçirilməsi şərtləri və qaydalarının kobud surətdə pozulmaqla iş üzrə digər cavabdeh olan «X9 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti ilə keçirilmiş hərracın nəticəsində bağlanmış 28 mart 2019-cj il tarixli 16/01 saylı hərrac yekunları haqqında protokolun alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün səbəb olmuşdur. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, "xxxx" Hərrac Mərkəzi MMC ilə «X9 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 28.03.2019-cu il tarixli 16/01 saylı protokolun və həmin hərracın yekunlarının etibarsız hesab edilməsinə, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi. 0,5 ha torpaq sahəsində yerləşən 2 mərəbəli 6 otaqlı. 157kv.m yaşayış, 264.4kv.m köməkçi sahə, 421.4kv.m ümumi sahədən ibarət yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə dair «X9 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə verilmiş çıxarışın ləğvinə, iddiaçı ilə «X9 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 11.06.2015-ci il tarixli 91086/01 saylı ipoteka müqaviləsinə xitam verilməsinə və həmin əmlakın ipoteka ilə yüklü edilməsinə dair qeydin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(005)-4507/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə qətnamə qəbul edərkən, Mülki Məcəllənin 415.2-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.1, 61.2, 62.1, 40, 42.1, 43.1 və digər maddələrinə əsaslanmadan qətnamə qəbul etmişdir. İşə baxan hakim qətnamədə hərrac təşkilatı tərəfindən iddiaçıya bildirişlər göndərilməsi haqda bildirişlərin mövcud olmasını əsas gətirərək qətnamə qəbul etmişdir. Lakin, həmin bildirişləri kimin imza edərək qəbul etməsi haqda araşdırma aparmamışdır. Məhkəmə öz istəyinə uyğun qətnamə qəbul etmişdir. Belə ki, bildirişlər iddiaçıya göndərilməmiş, onun tərəfindən imzalanmadığı iddia olunduğu halda iş üzrə xətşünaslıq ekspertizası təyin etmək yolu ilə iddianın əsasını təşkil edən tələbə hüquqi qiymət verilməli idi. Bu fakt ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə iş materiallarında olan sənədləri araşdırmamışdır. İpoteka qoyanın hərracla bağlı məlumatlandırılması formal xarakter daşımır və ipoteka qoyanın hərrac zamanı bir sıra hüquqlarını təmin etmək, o cümlədən ipoteka qoyanın özünün də hərracda iştirak etmək hüququnu təmin etmək məqsədi daşıyır. Bu baxımdan hesab edir ki, hərracın ipoteka qoyanın məlumatı olmadan keçirilməsi “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd olmuşdur. Proses iştirakçılarının izahatları: İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-299/2017 nömrəli, 03.04.2017-ci il tarixli icra vərəqəsinin, Cavabdeh1nə ünvanlanmış 25.01.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 176000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 149600 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti X5 43.7-ci maddəsinə əsasən 112200 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Hərrac Təşkilatının № 16/01 nömrəli, 28.03.2019-cu il tarixli protokolun və 16/01 nömrəli, 28.03.2019-cu il tarixli hərracın yekunları barədə protokolların surətindən görünür ki, İddiaçı məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-299/2017 nömrəli, 03.04.2017-ci il tarixli icra vərəqəsinin, Cavabdeh1 Ü.Ə-291381/2017 nömrəli, 27.12.2018-ci il tarixli sifariş məktubunun və «X9 Azərbaycan» QSC-nin 00787 saylı, 27.03.2019-cu il tarixli məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur və İddiaçı ünvanına, yəni ünvan 2 barədə bildirişlər göndərilmişdir. Əmlakın ilkin hərrac qiyməti 176000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 149600 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti X5 43.7-ci maddəsinə əsasən 112200 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Bundan başqa tələbkar bank tərəfindən də borclulara əmlakın hərracda satılması ilə bağlı müvafiq xəbərdarlıq məktubları göndərilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar «X9 Azərbaycan» QSC-yə təklif olunmuşdur və Bank tərəfindən həmin əmlak balansa götürülmüş, hazırda da mülkiyyətindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269-cu maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. (269.5. maddə) “İpoteka haqqında” Azərbaycan Respublikasmın Qanunun 1.0.1-ci maddəsinə əsasən ipoteka-öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin qanununun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda Həmin qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Həmin Qanunun 28.12.2018-ci il tarixindən sonra qüvvədə olan 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İş materiallarından da, görünür ki, hərracın keçirilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi "xxxx" MMC tərəfindən təyin edilmiş hərrac barədə tərəflərə hərracların yeri və vaxtı barədə bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişin ünvana çatdırılmasına dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. Bundan başqa hərracın keçirilmə vaxtı və yeri barədə “Birja yenilikləri” qəzetində elan verilmişdir. Beləliklə, iddiaçı hərrac barədə məlumatlı olmadığına istinad etsə də, məhkəməyə istinad etdiyi halları təsdiq edən hər-hansı sübut təqdim etməmiş, əksinə hərrac mərkəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərracın vaxtı və yeri barədə tərəflərə sifarişli poçtla bildirişlər göndərmişdir. İş materialları ilə müəyyən olunur ki, hərracın keçirilməsi barədə bildirişlər Gəncə şəhəri, İ.Məmmədov küçəsi 1-ci döngəsi ev 19 ünvanında yaşayan vətəndaşlar tərəfindən qəbul edilib, həmçinin xəbərnamənin birində isə kirayəşin tərəfindən qəbul edilməsi göstərilmişdir. Kollegiya qeyd edir ki, hərrac mərkəzi qanunvericiliklə nəzərdə tutulmuş qaydada hərracın keçirilməsi vaxtı və yeri barədə borcluya müvafiq bildirişlər göndərmişdir. Həmin bildirişlərin mənzilin kirayəşininə və həmin ünvanda yaşayan digər şəxslərə təqdim edilməsinə görə isə hərrac mərkəzi məsuliyyət daşıya bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, hərracın vaxtı və yeri barədə təsdiq etmə üsulu ilə bildiriş göndərilməlidir ki, hərrac mərkəzi də bunu etmişdir. Qanunvericilikdə bildirişin şəxsən verilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi hərrac mərkəzi tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Bununla da bildirişin qanunvericilikdə nəzərdə tutulduğu kimi təsdiq etmə üsulu ilə bildirişin göndərilməsi həyata keçirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və apellyatorun subyektiv mülahizələrinə əsaslanır. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(005)-4507/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar