Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-922/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 qızının katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(008)-5919/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh İB tərəfindən Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 103, mənzil 160 ünvanında qaz xəttinin üzərində quraşdırılmış istehlakçı kodu Həsənovanın adına olan sonradan ödənişli G-2.5 markalı 001466 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanılmasına göndərilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixində ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunaraq sonradan ödənişli yeni qaz sayğacı ilə əvəzlənmişdir. Sayğac əvəzlənən zaman çıxarılan qaz sayğacının göstəricisi 7072 m3 olmuşdur. Mənzilin qaz xəttinin üzərində quraşdırılmış sonradan ödənişli G-4 markalı **********2 saylı qaz sayğacının göstəricisi 457 m3 olmaqla hesabda 1561.25 manat borc hesablanmışdır. Hazırda iddiaçı həmin məbləği mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 103 ünvanında 160 saylı mənzilə əsassız olaraq Cavabdeh İB tərəfindən cərimə kimi yazılmış 1561.25 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1-da yerləşən mənzil onun mülkiyyətindədir. Həmin mənzil xx.xx.2023-cü ildə adına mülkiyyət hüququ tanınmışdır. Həmin mənzilə quraşdırılan qaz sayğacı hal-hazırda mənzilin köhnə sahibi X1 adınadır. Mülkiyyətində olan həmin mənzilə quraşdırılan qaz sayğacını adına rəsmiləşdirmək istəmişdir. Asan Kommunalda sənədləşmə işi aparılan zaman ona bildirmişlər ki, həmin mənzilə quraşdırılan köhnə qaz sayğacına guya 1561.25 manat borc yazılmış və həmin məbləğ ödəniləndən sonra iddiaçının adına keçirilə biləcək. Həmin mənzili alan zaman qazla bağlı heç bir borc olmamışdır. Mənzilin köhnə sahibi ona bildiriş göstərərək qaza borcu olmadığı bildirmişdir. Həqiqətən də o mənzili alan zaman bildirişdə borcun olmadığının şahidi olmuşdur. Mənzil mülkiyyətinə keçəndən sonra həmin mənzildə yaşayış olmamışdır. İddiaçı cərimənin hansı əsasla yazıldığını araşdırmaq üçün Cavabdeh İB-yə müraciət etmiş və ona bildirmişlər ki, ona məxsus mənzilin qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı **********2 zavod nömrəli qaz sayğacı xx.xx.2023-cü il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt əsasında dəyişdirilərək yeni qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. Cavabdeh İBnin əməkdaşları ona məlumat vermişlər ki, guya ki, mənzildə qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur və bu səbəbdən də, o cərimə ödəməlidir, buna görə də 1561.25 manat məbləğində cərimə pulu ödəməyi tələb etdilər. Hansı ki, həmin mənzildə sayğac həm kart sistemi ilə həm də elektron tipli olmuş, bu səbəbdən də hesab edir ki, onun qaz sayğacına heç bir borcu olmamışdır. Qaz sayğacına kartla ödənişlərini vaxtı-vaxtında etmişdir və qaz sayğacına heç bir müdaxilə etməmiş və plombu da üzərində olmuşdur. Həmin mənzildə təbii qazdan istifadəyə görə indiyə qədər təbii qaza yaranmış borcla hər hansı bir mübahisə yaranmamışdır. İddiaçı qaz sayğacına müdaxilə etməmişdir. O, hesab edir ki, Bakı şəhəri Binəqədi rayon X10 işçiləri tərəfindən tərtib edilən cərimə borcları əsassızdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(008)- 5919/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına dair hesablanmış 1561.25 manat borc məbləğini silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyi ondan ibarət olmuşdur ki, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixində ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt əsasında ödənişli yeni qaz sayğacının quraşdırıldığını, sayğac əvəzlənən zaman çıxarılan qaz sayğacının göstəricisinin 7072 m3 olmaqla, 1561.25 manat borc yarandığını bildirsə də, həmin borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı həmin mənzili 13 aprel 2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus evlə bağlı hesablanmış 1561.25 manat borc silinməlidir. Birinci instansiya məhkəməsi mövqeyini «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 3.1.7, 4.2, 4.8, 4.9, 5.5, 5.6, 6.1.4-cü bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 və 89.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən təbii qazdan dəyərini ödəmədən istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 1561,25 (min beş yüz altımış bir manat iyirmi beş qəpik) məbləğində CavabdehİB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. 1-ci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları, borcun yaranması hallarını araşdırmamışdır. Məhkəmə araşdırmanın obyektivliyini təmin etmək məqsədilə mülki iş materiallarında mövcud olan aktlarda imza etmiş şəxslərin şahid qismində dəvət olunmasını təmin etməmişdir. Mülki iş üzrə hesabatların doğru olub olmadığını yoxlamaq üçün mühasibatlıq ekspertizasına göndərilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Belə olan halda qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2. Qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları: 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan satıcı X4 ilə alıcı X6 arasında bağlanılmış AN-İ seriyalı, ******* nömrəli, 13 aprel 2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 50.3 kv/m olan mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə əvəzində 120 000 manat pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, Bakı şəhəri, ünvan 2ənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 24 aprel 2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, Mir Cəlal küçəsi, ev 103, 160 saylı mənzilə aid sayğac üzrə abonent Həsənovanın 1561.25 manat borcu vardır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abonent kartından görünür ki, ünvan 2ənzil ünvanında yerləşən sayğac üzrə abonent Sara Həsənovanın 2019-cu il üçün 0 manat, 2020-ci il üçün 0 manat, 2021- ci il üçün 0 manat, 2022-ci il üçün -24 manat, 2023-cü il üçün 0 manat borcu vardır. İş materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti tərəfindən X5 ünvanlanmış 21 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 103, mənzil 160 ünvanında qaz xəttinin üzərində quraşdırılmış istehlakçı kodu Həsənovanın adına olan sonradan ödənişli G-2.5 markalı 001466 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanılmasına göndərilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixində ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunaraq sonradan ödənişli yeni qaz sayğacı ilə əvəzlənmişdir. Sayğac əvəzlənən zaman çıxarılan qaz sayğacının göstəricisi 7072 m3 olmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdeh mənzilin mülkiyyətçisinin 2023-cü ilin aprel ayında dəyişməsinə baxmayaraq 06 iyul 2023-cü il tarixli bildirişxəbərdarlıqda Mir Cəlal küçəsi, ev 103, 160 saylı mənzilin qaz xəttinin üzərində quraşdırılmış sonradan ödənişli G-4 markalı **********2 saylı qaz sayğacının göstəricisi 457 m3 olmaqla hesabda 1561.25 manat borc yarandığı üçün abonent Həsənovanın, yəni keçmiş mülkyyətçinin 1561.25 manat borcu olması göstərilmişdir. Yəni, bildirişxəbərdarlıqda Mir Cəlal küçəsi, ev 103, 160 saylı mənzilə münasibətdə abonent kimi X6 göstərilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırki halda cavabdeh tərəfindən akt əsasında borc hesablandığı bildirilsə də, həmin akt iş materiallarına əlavə edilməmişdir. İddiaçıya hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi cavabdeh orqanın üzərinə düşdüyündən və həmin borcun hesablanmasına əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Digər tərəfdən kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən iddiaçının təqsirli olmasına dair cavabdeh tərəfindən akt tərtib edildiyi müəyyən olunmur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olmasının həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi barədə hər hansı sübut olmalıdır. Göründüyü kimi, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir və birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı əsassız olaraq 1561,25 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə sübutetmə yükünün Cavabdeh İB-nin üzərində olması nəzərə alınmaqla cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayəti üzrə işə baxılan zaman müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən, müvafiq sayğaca müdaxilənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut edən müvafiq sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində sübut qismində təqdim edilmiş fotoşəkillərin araşdırılmadığını göstərsə də, iş materiallarında bu foto-şəkillər də mövcud deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(008)- 5919/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə