Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-923/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “borcun silinməsi” hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2394/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh X1rşı "borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00055) əsassız olaraq hesablanmış 938,88 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2394/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00055) hesablanmış 938,88 manat borcun silinməsinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən dövlət rüsumuna görə 30 manat və ekspertiza tədqiqatının dəyəri 102 manatın tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir:- Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə aid abonent saldosundan müəyyən olunur ki, iddiaçıya 938,88 manat borc hesablanmışdır;- Cavabdeh dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnaməsinin surətindən müəyyən olunur ki, sayğacdan kənar qaz xəttinin aşkar olunması nəticəsində G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 8640 m3 qazın ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akt olmuşdur;- Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində qaz xəttinə sayğacdan kənar qoşulmanın olmasının, olduğu təqdirdə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və xx.xx.2022-ci il tarixli, 10/2670 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, baxış zamanı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən "Azəriqaz” İB-yə məxsus 108 mm-lik polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmiş, müdaxilə halları müəyyən edilmədiyinə görə ’'Azəriqaz” İBnə vurulmuş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparılmamışdır. (iş səh 7-9, 21, 26-27 ).
4. Qətnamə Azərbaycan Respublikasının Konstitusiyasının 60; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 217.4-cü; “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6, 12, 13.1, 13.9, 21-ci maddələriə istinadən əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə İddiaçı yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində sayğacdan kənar hər hansı kənar qoşulma faktının aşkar edilməməsi, bu səbəbdən də cavabdeh X2 əməkdaşları tərəfindən xx.xx.2021ci il tarixli ******* saylı aktın qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunması və bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etməsi tam olaraq təsdiq edilmişdir. Ona görə də məhkəmə iddia tələblərini əsaslı hesab edib təmin edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. Cavabdeh apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)-2394/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 462.1, 467, 1097.1; Mülki Prosessual Məcəlləsinin 77, 88, 97.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9, “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 1.3, 4.1-ci bəndlərinə istinadən qeyd edilmişdir ki, iş materiallarında yer alan dəymiş ziyan haqqında Akt İddiaçının qanunazidd hərəkətləri nəticəsində və əsasında tərtib edilmişdir. Daha sonra həmin Akt əsasında Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcmi ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği “cərimə” borcu kimi hüquqi qiymət verərək səhv nəticəyə gəlmişdir. Göründüyü kimi iddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, iddia tələbini təmin edərək, səhv qətnamə qəbul etmişdir. Göründüyü kimi iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Yuxarıda qeyd etdiklərindən göründüyü kimi, birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı birinci instansiya məhkəməsi iddia tələbini qismən yox, tam təmin edilməsini qət edərdi. İddiaçı olaraq dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələbi irəli sürülməsinə əsas olmuş halları sübuta yetirmə vəzifəsi ilk növbədə üzərlərinə düşdüyündən iddia ərizəsinin təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Mübahisələndirdikləri qətnamənin sonuncu səhifəsinin 1-ci abzasına nəzər yetirilsə görünər ki, birinci instansiya məhkəməsi özbaşına hesablamalar apararaq, dəymiş maddi zərərin miqdarını müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən məsələdə səhv nəticəyə gəlmiş və bununla da cavabdehin qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, iş üzrə yenidən ekspertizanın keçirilməsini xahiş etmiş, Cavabdeh tərəfindən tərtib edilmiş aktların əsaslı, İddiaçı tərəfindən verilmiş iddianın əsassız olduğunu bildirmişdir.
7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542; Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
10. Belə ki, cavabdehin pozuntu törətməsi (qazı talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də, iddiaçı tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və vaxtında tələblər irəli sürülməsi üçün müvafiq tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır.
11. Mülki Məcəlləninin 560.1, 560.2 və 560.3.4-ci maddələrinə əsasən: Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadə kimi nəzərdə tutulmuşdur.
12. Məcəllənin 1096.1-1096.2 əsasən: Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
13. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Həmin Məcəllənin 106.1-106.2-ci maddələrinə müvafiq: işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
15. Kollegiya diqqətə çatdırır ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalı, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir. Həmçinin izah edilir ki, hazırkı iş üzrə kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
16. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2394/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.