Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9241/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(005)- 4041/2021 saylı iddianın təmin tədbiri barədə qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi nəticəsində digər Cavabdeh1 ödənilməli olan 251.000 manat pulun yarısı, yəni 125.500 manat pulun Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtarana qədər, cavabdeh “Regal“ MTK tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi nəticəsində digər Cavabdeh1 ödənilməli olan 251.000 manat pulun "xxxx" MTK-dan alınaraq Cavabdeh1 ödənilməsinə qadağanın qoyulması barədə qərardad qəbul qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(005)- 4041/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 20.08.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilərək, göstərilmişdir ki, mübahisə məbləği Cavabdeh1la birgə istifadəsində olan evin sökülməsi nəticəsində vurulmuş ziyandan yaranmış məbləğdir. Cavabdeh1 həmin məbləğdən ona verməməyə çalışır və daimi olaraq Azərbaycan Respublikasında yaşamır, həmin pul tam şəkildə Cavabdeh1 ödənilərsə, sonuncudan hər hansı məbləğdə pul alması qeyri-mümkün olacaqdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddianı təmin etmə tədbiri barədə iddiaçının ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Bu, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlər institudur. Bu tədbirlər fiziki və hüquqi şəxslərin hüquqlarının əsas təminatçısı olmaqla, mülki hüquq pozuntusu nəticəsində onların pozulmuş hüquqlarının bərpasına xidmət etməyə yönəlmişdir. Bu institutun əhəmiyyəti ondan ibarətdir ki, onunla cavabdehin vicdansız davranışı halı üçün iddiaçının qanuni maraqları müdafiə olunur və ya iddianı təmin etmə tədbirlərinin görülməməsi gələcəkdə qətnamənin icrasını mümkünsüz edilməsi ilə nəticələnə bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, iddianı təmin etmək üçün görülmüş tədbirlər işdə iştirak edən cavabdehlərin və başqa şəxslərin maraqlarına da xələl gətirməməli, iddianın həcminə adekvat olmalıdır. MPM-nin 158.1.1-ci maddəsinə görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq tədbiri görülə bilər. MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Eyni məcəllənin 158.1.3-cü maddəsinə görə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri görülə bilər. Məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər (MPM 158.2). Birinci instansiya məhkəməsi iddianın təmin tədbiri barədə ərizənin rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallar müəyyən edilmədiyindən iddianı təmin etmə tədbiri tətbiq edilməməlidir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti düzgün deyildir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5702/2020 saylı 10.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli 2(006)-272/2018 saylı qətnaməsi qismən, yəni mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyanın əvəzi kimi 251000 manat və mənəvi zərərin əvəzi kimi 3000 manat, cəmi 254000 manat məbləğində pulun Cavabdeh2 MTK-dan alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh İddiaçı1 apelyasiya şikayətini təmin edilməməsi qət edilmişdir. Qətnamədə həmçinin qeyd edilmişdir ki, tutulması qət olunan 251000 manat pul evin sökülməsi nəticəsində vurulmuş ziyanı ehtiva etdiyindən, həmin evdə qeydiyyatda olan və ev sahibinin ailə üzvü hesab edilən cavabdeh İddiaçı1 bu evin sökülməsi nəticəsində evdən istifadə hüququnun pozulması və bunun müqabilində müvafiq kompensasiya tələb etmək hüququ onun bu hüququnun pozulması güman edildiyi halda iddiaçı Cavabdeh1 qarşı ayrıca iddia tələbi irəli sürülməklə araşdırıla bilər. Hazırda İddiaçı1 həmin evin sökülməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə ilə Cavabdeh1 ödənilməli olan pulun yarısının (125500 manat) ona ödənilməsini tələb edir. Kollegiya hesab edir ki, ərizə qismən əsaslıdır və tələb edilən pul məbləğinə münasibətdə iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edildiyi halda qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianın təmin etmə tədbiri tətbiq edilməlidir. Cavabdeh1 ödənilməli olan məbləğin hamısının ödənilməsi hazırki iddianın təmin ediləcəyi halda qətnamənin icrasının çətinləşdirəcəkdir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisə obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. Kollegiya, iddia tələbinin həcmini nəzərə alaraq qeyd edir ki, cavabdeh “Regal“ MTK tərəfindən Cavabdeh1 ödənilməli olan 251.000 manat pulun "xxxx" MTK-dan alınaraq Cavabdeh1 ödənilməsinə qadağanın qoyulması barəsində iddianı təmin etmə tədbirinin tətbiq edilməsi iddia tələbinə görə adekvat hesab edilmir, odur ki, ərizə yalnız hazırki iddia tələbi həcmində - 125500 manat pul məbləğinə aid hissədə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və MPM-nin 398.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddianı təmin etmə tədbiri barədə ərizə qismən təmin edilməli, Cavabdeh2 MTK tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi nəticəsində digər Cavabdeh1 ödənilməli olan 251.000 manat pulun yarısının - 125.500 manatın "xxxx" MTK-dan alınaraq Cavabdeh1 ödənilməsinə qadağa qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(005)- 4041/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “pul tələbinə dair” mülki iş üzrə iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilsin. Cavabdeh2 MTK tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi nəticəsində digər Cavabdeh1 ödənilməli olan 251.000 manat pulun yarısının - 125.500 manatın "xxxx" MTK-dan alınaraq Cavabdeh1 ödənilməsinə qadağa qoyulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9241/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9241/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver