Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9253/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” məzmunlu ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixdə qəbul etdiyi qətnamədən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş edən Ərizəçi şikayətini belə əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuş, iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, işin faktiki halları barədə qeyri-obyektiv nəticəyə gəlmiş, onlara düzgün hüquqi qiymət verməmiş, ekspert rəyləri arasındakı ziddiyyətlər olmasına baxmayaraq eksperti dindirmədən qərar çıxarmışdır. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış ərizəçi, habelə ərizə üzrə maraqlı şəxs kimi göstərilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən edilən hallarına əsasən İlkin Ələkbərov ərizəçinin oğludur və ərizəçi oğlunun ruhi xəstəlikdən əziyyət çəkdiyini, habelə hərəkətlərinin mənasını başa düşmədiyini irəli sürməklə hazırkı icraatın başlanmasına səbəb olan ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə görə isə, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi İlkin Ələkbərovun psixi vəziyyətinin yoxlanılması üçün iki dəfə ekspertiza təyin etmiş, Səhiyyə Nazirliyinin Məhkəmə X1 10.06.2020-ci il tarixli 1476 saylı və 03.03.2021-ci il tarixli 607 saylı rəylərində, X3 hər hansı psixi xəstəlik aşkar olunmadığı və onun öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək istidarına malik olduğu göstərilmiş, müayinə zamanı özünü əqli geriliyi olan şəxs kimi təqdim etməyə çalışdığı vurğulanmışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi X2 fəaliyyət qabiliyyətsiz hesab olunmasına imkan verəcək sübutlar olmadığı qənaətinə gələrək ərizəni təmin etməməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-115/2021 saylı iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-9253/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9253/2021
04.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver