Məhkəmə qərarları › İş №2(103)-929/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-929/2024

20.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-929/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X15 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e-2(008)-4556/2023 nömrəli qətnaməsindən iddiaçıların verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 554/2012 nömrəli, 22 fevral 2012-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər X16, İddiaçı2, X2, X24, X7 və İddiaçı1 qarı “özünün və ailə üzvlərinin Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi döngə 2, 11 nömrəli evin yaşayış sahəsinə köçürülmələri barədə iddiası rədd edilmişdir.

2. 05 iyun 2021-ci il tarixdə İddiaçı2 tərəfindən ünvan 1 ünvanlanmış mirasın qəbuluna dair ərizədə qeyd olunmuşdur ki, o, atası X3 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini miras olaraq qəbul edir və ondan başqa digər vərəsələr İddiaçı1, Cavabdeh və X4r.

3. 05 iyun 2021-ci il tarixdə İddiaçı1 tərəfindən ünvan 1 ünvanlanmış mirasın qəbuluna dair ərizədə qeyd olunmuşdur ki, o, atası X3 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini miras olaraq qəbul edir və ondan başqa digər vərəsələr İddiaçı2, Cavabdeh və X4r.

4. 05 iyun 2021-ci il tarixdə X7 tərəfindən ünvan 1 ünvanlanmış mirasın qəbuluna dair ərizədə qeyd olunmuşdur ki, o, atası X3 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini miras olaraq qəbul edir və ondan başqa digər vərəsələr X12, X13, İddiaçı2, Cavabdeh və İddiaçı1dır.

5. 05 iyun 2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən X12, X13 və X7 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən onlara düşən vərəsəlik paylarını İddiaçı1 və İddiaçı2 bağışlamışlar.

6. 25 iyun 2021-ci il tarixdə İddiaçı1 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 11/24 hissəsi İddiaçı1, 11/24 hissəsi İddiaçı2 adına qeydə alınmış, 2/24 hissəsi isə açıq saxlanılmışdır.

7. 08 aprel 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 20 may 1976-cı il tarixdə vəfat etmiş X21 vərəsəsi oğlu - X16 olmuş, lakin onun 17 iyul 2015-ci ildə vəfat etməsi ilə əlaqədar miras onun ünvan 3 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh adına keçmiş və o miras əmlakdan tam şəkildə pay almalı olduğu qeyd edilmişdir. ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 87,70 kv/m olan fərdi yaşayış evi və mülkiyyətdə olan 0,07032 ha torpaq sahəsinin mərhuma məxsus 2/24 hissəsindən ibarətdir.

8. İş materiallarında olan ərizənin surətindən görünür ki, iddaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə 39 nömrəli Notariat Ofisinə müraciət edərək Cavabdeh babaları X21 vərəsəsi olmasına dair vərəsəlik işi açılmasından imtina edilməsini və X1 miras qalan əmlakın açıq qalan 2/24 hissəsinə onlar vərəsə kimi tanıyaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər.

9. Bakı şəhəri 39 nömrəli Notariat Ofisinin 17 avqust 2023-cü il tarixli, 189 nömrəli məktubu ilə göndərilmiş vərəsəlik işinin surətindən görünür ki, mərhum X21 vərəsəsi kimi X10, X13, X8 övladları – İddiaçı2, X7, İddiaçı1 və Cavabdeh tanınmışlar. Bakı şəhəri 39 nömrəli Notariat Kontorunun 2V-72, 2V-73 reyestr nömrəli 05 iyun 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə və 3M-67 reyestr nömrəli 05 iyun 2021ci il tarixli “Miras payının bağışlanması” müqavilələrinə əsasən 25 iyun 2021-ci il tarixdə 11/24 hissə İddiaçı1 və 11/24 hissə İddiaçı2 adlarına qeydiyyata alınmışdır. Vərəsələrin notariusa ünvanladıqları 05 iyun 2021-ci il tarixli ərizələrdə Cavabdeh da vərəsə kimi tanımışlar.

10. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 13 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, ünvan 5 ünvanında İddiaçı2 Şahiddin oğlu, Cavabdeh və başqaları rəsmi qeydiyyatdadırlar

11. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 2/24 hissəsi 14 aprel 2023-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır və mülkiyyətindədir.

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, e-2(008)- 1502/2023 nömrəli qətnaməsinə əsasən iddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı mənzildən çıxarılma barədə iddiası rədd edilmişdir.

13. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14 aprel 2023-cü il tarixli məktubundan və fərdi uçot kartoçkasından görünür ki, Cavabdeh ünvan 7 ünvanda qeydiyyatdadır.

14. X14 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 07 fevral 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ailə üzvlərilə birlikdə (həyat yoldaşı və 2 uşağı) həmin evdə yaşayırlar. Bundan başqa, hal-hazırda həmin evdə 16 mart 1975-ci il təvəllüdlü X7 da yaşayır.

15. X14 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 06 aprel 2023-cü il tarixli arayışından da görünür ki, Cavabdeh anadan olduğu gündən hal-hazıra kimi ünvan 7 evdə qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır.

Birinci instansiya məhkəməsində icraat

16. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 39 nömrəli Notariat Ofisinininin xüsusi notariusu X18 tərəfindən 08 aprel 2023-cü il tarixli V50/2016 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehin mülkiyyət hüquqları qeyda alınmasına dair ********** №-li, 14 aprel 2023-cü il tarixli çıxarışın ləğv edilməsi və X17 miras qalmış ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 87,70 kv.m olan fərdi yaşayış evinin 2/24 hissəsinə iddiaçıların vərəsəlik və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

17. İddia onunla əsaslandırmışdır ki, mübahisəli ev miras qoyan babaları X25 məxsus olmuşdur. Onun ölümündən sonra həmin əmlakı onun övladları - ataları X16 və əmiləri tərəfindən faktiki olaraq qəbul etmişlər. Cavabdeh ailə qurduqdan sonra mərhum ataları X16 2006-cı ildə ona üzərində bir otaqlı ev olmaqla altı sot torpaq sahəsi verərək onu ayırmışdır. Sonradan cavabdeh özü də əlavə üç otaq tikməklə 2006-cı ildən 2011-ci ilədək həmin evdə daimi olaraq yaşamışdır. 2011-ci ildə isə cavabdeh özünə məxsus olan və daimi yaşadığı evini satmışdır. Bundan sonra cavabdehlər X16, İddiaçı2, X2, X24, X7 və İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünün və ailə üzvlərinin ünvan 8 ünvanındakı yaşayış sahəsinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-554/2012 nömrəli 22 fevral 2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Ataları mərhum X16 2013-cü ildə əməliyyat olmuşdur. O vaxtdan da iddiaçıların cavabdehlə əlaqəsi olmayıb. 2015-ci ilin iyun ayında ataları ölmüş, cavabdeh 2016-cı ildə atalarının ili çıxmamış küçədən arxa qapının qıfılını kəsib içəri girib oğurluq etmişdir. Anaları Sabunçu rayonu 15-ci Polis Bölməsinə xəbər vermiş və gəlib onu aparıb tənbeh edib oğurlanan əşyalar geri qaytarılmışdır. X1 miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və mülkiyyətində olan 0,070320 ha torpaq sahəsi tərəflərindən faktiki qəbul edildiyindən qanun üzrə vərəsəlik açılmış və İddiaçı1 11/24 və İddiaçı2 11/24 payla mirası qəbul etmişlər və buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən 25 iyun 2021-ci il tarixli çıxarış verilmişdir. 2/24 hissəsi X21 adına açıq qalmışdır. Həmin hissənin açıq qalmasına səbəb babaları X21 digər nəvəsi - əmisi oğulları X6 mirası faktiki qəbul etməsi olmuşdur. Lakin həmin hissəni rəsmiləşdirilməmişdir. Buna da səbəb onun şəxsiyyət vəsiqəsini itirməsi olmuşdur. Daha sonra cavabdeh ailəsi ilə birlikdə iddiaçıların razılığı olmadan mübahisəli evə girmişdir. Dəfələrlə cavabdehlərə evdən çıxmağı tələb edəndə mübahisələr düşmüş və evdən çıxmamışlar. Bu səbəbdən də cavabdehə qarşı mənzildən çıxarılmaları barədə iddia tələbi irəli sürülmüşdür. Məhkəmə gedişi zamanı cavabdehin nümayəndəsi məhkəməyə sənəd təqdim edərək bildirmişdir ki, cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 39 nömrəli Notariat Ofısininə müraciət etmişdir və vərəsəlik işi açılmışdır. Bununla bağlı iddiaçılar Bakı şəhəri 39 nömrəli Notariat Ofısinininin xüsusi notariusu Rövşən Qasımlıya ərizə ilə müraciət edərək cavabdehin babaları X21 vərəsəsi olmasına dair vərəsəlik işi açılmasından imtina edilməsi və X1 miras qalan əmlakın açıq qalan 2/24 hissəsinə onları vərəsə kimi tanıyaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş olunmuşdur. Lakin bu günə kimi iddiaçıların müraciətinə cavab verilməyərək cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə gedişi zamanı məlum olmuşdur ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 2/24 hissəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən cavabdehin mülkiyyət hüquqları qeydə alınmaqla ********** №-li, 14 aprel 2023-cü il tarixli çıxarış verilmişdir. Cavabdehə qarşı 2022-ci ilin dekabr ayında iddia qaldırılan vaxt və ondan qabaq mübahisəli mənzilə dair cavabdehin hüquqları olmamışdır. Məhkəmə gedişi zamanı qanunsuz olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə alması onun hüququ olmasına dəlalət etmir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2012-ci il tarixli, 2(008)-554/2012 nömrəli qətnaməsi isə ona dəlalət edir ki, cavabdehin 2012-ci il tarixdə belə mübahisəli miras əmlakda yaşamamış və onun həmin əmlaka hüququ olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh mirası nə faktiki, nə də ki, qanunla müəyyən olunmuş müddətdə qanun üzrə vərəsə hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciət etmədiyindən qanun üzrə vərəsə kimi mirası qəbul etməmişdir. Cavabdeh susmuş vərəsədir. Digər tərəfdən isə cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman digər vərəsələrə məlumat verilməmiş və qanunla müəyyən olunmuş buraxılmış müddət bərpa olunmamışdır. Göründüyü kimi mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət illər öncə keçmiş və bu müddətin üzrlü sayılması barədə məhkəmə qətnaməsi mövcud olmadığı təqdirdə cavabdehə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” hansı əsaslarla verilməsi bəlli deyildir.

18. Cavabdeh Şahiddin oğlu məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, ona qarşı irəli sürülmüş iddia tələbi tamamilə əsassızdır və ona görə də təmin edilməməlidir. Əvvəla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi, döngə 2 , 11 nömrəli ev atasına deyil, babası X25 məxsus olmuşdur. O, həmin evdə doğulmuş, boya başa çatmışdır. Ailə həyatı qurduqdan sonra həyat yoldaşı və birgə nikahdan doğulmuş övladları da həmin evdə bugünə kimi yaşayırlar. X14 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 07 fevral 2023-cü il tarixli arayışında göstərilir ki, o ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Bundan başqa, hal-hazırda həmin evdə onun bacısı 16 mart 1975-ci il təvəllüdlü X7 da yaşayır. İddiaçıların ona qarşı “mənzildən çıxarılma” tələblərinə dair iş üzrə məhkəmə icraatında olmuş e-2(008)-1502/2023 nömrəli mülki işdə sorğu əsasında Bakı şəhəri 39 nömrəli Notariat Ofisi tərəfindən vərəsəlik işi təqdim edilmişdir. Həmin vərəsəlik işi ilə də müəyyən olunur ki, mərhum babaları X21 vərəsəsi kimi: X10, X13, X8 övladları– İddiaçı2, X7, İddiaçı1 və Cavabdeh tanınmışlar. Bakı şəhəri 39 nömrəli Notariat Kontorunun 2V-72, 2V-73 reyestr nömrəli 05 iyun 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə və 3M-67 reyestr nömrəli xx.xx.2021-ci il tarixli “Miras payının bağışlanması” müqavilələrinə əsasən 25 iyun 2021-ci il tarixdə 11/24 hissə İddiaçı1 və 11/24 hissə İddiaçı2 adlarına qeydiyyata alınmışdır. Bacıları və qardaşları mirasın qəbuluna dair yazdıqları 05 iyun 2021-ci il tarixli ərizələrdə onun da yəni Cavabdeh Şahiddin oğlunun da vərəsə olduğunu qeyd etmişlər, həmin mənzilin 2/24 hissəsi mərhum babaları X21 adında açıq qalmışdır. Çünki həmin vaxt o, orada iştirak etməmişdir. Daha sonra ona düşən payın qəbul edilməsi üçün notariusa müraciət etmiş, 08 aprel 2023-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə və 14 aprel 2023-cü il tarixdə isə çıxarış əldə etmişdir. X14 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 06 aprel 2023-cü il tarixli arayışında da göstərilir ki, Cavabdeh anadan olduğu gündən indiyə kimi ünvan 7 evdə qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Yerli İcra Hakimiyyəti haqqında Əsasnamənin 5.1.9 bəndinə əsasən, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə səlahiyyətlərinə daxildir. Sözügedən xüsusatlar Sabunçu Rayon Məhkəməsinin e2(008)-1502/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsində öz əksini tapıb. Bundan başqa, Sabunçu Rayon Polis İdarəsi tərəfindən sorğu əsasında təqdim edilmiş “fərdi uçot kartoçkasına” əsasən də müəyyən olunur ki, o sözügedən mənzildə qeydiyyatdadır. Göründüyü kimi, o mübahisəli mənzildə doğulduğu vaxtdan davamlı olaraq yaşadığından mirası faktiki qəbul etmişdir. Belə olduğu təqdirdə, müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət edilməsinə ehtiyac yoxdur. Bundan başqa, iddiaçılar iddia ərizəsində qeyd edirlər ki, babalarından açıq qalmış 2/24 hissə, əmisioğlu X9 aid olmasını, lakin həmin hissəni rəsmiləşdirmədiyini qeyd etmişlər. Lakin həmin şəxsin adı vərəsəlik işi ilə bağlı notariat işində keçmir, iddiaçıların notariusa təqdim etdikləri ərizədə də həmin şəxsin adı qeyd edilmir.Əgər iddiaçılar həmin payın X9 aid olmasını qeyd edirlərsə, o zaman onların məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Daha bir ziddiyyətli məqam ondan ibarətdir ki, iddiaçılar payın X9 aid olmasını göstərirlər, lakin iddia ərizəsinin “xahiş” hissəsində isə mənzilə 2/24 hissəyə onların mülkiyyət və vərəsəlik hüquqularının tanınmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsində onun 2012-ci ildə sözügedən evə köçürülməyi ilə bağlı iddiasının məhkəmə qətnaməsi ilə rədd edilməsi və həmin qətnamənin qanuni qüvvəyə minməsini göstərmişlər. Bununla bağlı qeyd edilməlidir ki, belə bir qətnamə mövcud olsa da, onun ailə üzvləri, atası ilə münasibəti yaxşı olmuşdur. Əgər əksi olsa idi, atası onu mirasdan məcburi pay hüququndan məhrum edərdi və ya vərəsələr tərəfindən ləyaqətsiz vərəsə hesab edilərdi. Bu halların heç biri mövcud deyil. İddiaçıların iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

19. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e- 2(008)-4556/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

20. Qətnamənin əsaslarına görə, iddiaçılar miras payın 2/24 hissəsinin əslində əmisi oğulları X9 aid olmasını, şəxsiyyət vəsiqəsini itirdiyinə görə miras payı öz adına rəsmiləşdirə bilmədiyini qeyd etmişlər. Lakin həmin payın məhz X9 məxsus olması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Həmçinin mübahisəli miras pay üzərində X6 hüququ var iddiaçıların miras əmlaka özlərinin mülkiyyət hüquqlarının tanınmasını xahiş etmələri ziddiyət yaradır. İddiaçılardan İddiaçı2, İddiaçı1 və X7 05 iyun 2021-ci il tarixdə notariusda yazdıqları ərizədə Cavabdeh da vərəsə kimi tanımış və bununla bağlı öz iradə ifadələrini bəyan etmişlər. Belə ki, həm V-80 nömrəli 08 oktyabr 2016-cı il tarixdə açılmış vərəsəlik işi üzrə həm də, V-53 nömrəli 05 iyun 2021-ci il tarixdə açılmış vərəsəlik işi üzrə hazırda iddiaçı kimi məhkəməyə müraciət edən şəxslər öz ərizələrində qardaşları Cavabdeh vərəsə olduğunu qeyd etmişlər. İddiaçılar öz paylarına uyğun çıxarış əldə etdikdən sonra açıq qalan miras payla bağlı hər hansı bir iddia qaldırmamışlar. Üstəlik, məhkəmə hazırlıq iclaslarında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə izahatında Cavabdeh da vərəsə olduğunu qeyd etmişdir. İddia tələbində istinad olunan hallardan biri də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-554/2012 nömrəli, 22 fevral 2012-ci il tarixli qətnaməsidir. Həmin qətnaməyə əsasən iddiaçı Cavabdehlər X16, İddiaçı2, X2, X24, X7 və İddiaçı1 qarşı “özünün və ailə üzvlərinin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi döngə 2, 11 nömrəli evin yaşayış sahəsinə köçürülmələri barədə” iddiasının rədd edilməsi qət edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, belə bir qətnamənin mövcudluğu Cavabdeh miras pay hüququndan məhrum etmir. Çünki, Cavabdeh mirasdan məcburi pay hüququndan məhrum edilməsi və ya vərəsələr tərəfindən ləyaqətsiz vərəsə hesab edilməsi barədə hər hansı bir qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyil. Bundan başqa, məhkəmə qeyd edir ki, miras əmlakın 2/24 hissəsinə dair iddiaçıların məhkəmədə iddia qaldırmağa subyektiv hüquqları da mövcud deyil. Çünki, iddiaçılar qanunla müəyyən edilmiş qaydada öz paylarına düşən hissəni qəbul edib sənədləşdirmişlər.

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 527, 533, 552, 554, 561, 1243.1, 1243.2, 1243.3, 1246, 1255-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

23. Şikayətinin dəlillərinə görə, qüvvədə olan qanunvericiliyə görə vərəsənin mirası qəbul edilməsi hüquqdur vəzifə deyil. Belə ki, Cavabdeh X1 miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini ataları X8 ölümündən sonra nə faktiki, nə də ki, qanunla müəyyən olunmuş müddət ərzində vərəsəliklə bağlı müraciət etməmişdir. Cavabdeh mirası qəbul edilməsi hüququndan istifadə etməmişdir. Xüsusiilə qeyd edirik ki, iddiaçılar tərəfindən cavabdehə qarşı 2022-ci ilin dekabr ayında iddia qaldırılan vaxt və ondan qabaq mübahisəli mənzilə dair hüquqları olmamışdır. Bu həm qanuni qüvvəsini almış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2012-ci il tarixli, 2(008)- 554/2012 nömrəli qətnaməsi ilə həm ataları X8 ölümündən sonra mirasın qəbulu ilə bağlı müraciət etməməsi, həmdə 2016-cı ildə atalarının ili çıxmamış Cavabdeh küçədən arxa qapının qıfılını kəsib icəri girib oğurluqlar etməsi ilə bağlı anaları polis bölməsinə müraciəti əsasında oğurlanan əşyaların qaytarılması ilə öz təsdiqini tapır. Qeyd olunanlar onu ehtiva edir ki, cavabdeh susmuş vərəsədir. İkincisi, digər tərəfdən isə cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman digər vərəsələrə məlumat verilməmiş və qanunla müəyyən olunmuş buraxılmış müddət bərpa olunmamışdır. Göründüyü kimi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət illər öncə keçmiş və bu müddətin üzrlü sayılması barədə məhkəmə qətnaməsi mövcud olmadığı təqdirdə cavabdehə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” hansı əsaslarla verilmişdir bəlli deyil. Üçüncüsü, işin mübahisəsiz halı ondan ibarətdir ki, X1 miras qalmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi birinci növbə vərəsələrdən olan atalarının ölümündən sonra biz iddiaçılar mirasa həm sahiblik istifadə etməklə həmdə vərəsəlik açılmaqla qəbul etmişik. Qüvvədə olan qanunvericiliyə görə mirası qismən qəbul edilməsinə yol verilmir. Bu baxımdan onlar mirasa həm sahiblik istifadə etməklə, həmdə vərəsəlik açılmaqla mirası tamamilə qəbul etmişik. Dördüncüsü, xüsusi ilə qeyd edirik ki, 2016-cı ildə vərəsəlik işi açılan zaman əmimiz X11 olmuş və ona dair sənədlər notariat ofisinə təqdim olunmuşdur. Lakin nə əmiləri X26, nə də ki, əmi oğlu X19 mirasın qəbul edilməsi ilə bağlı müraciət olunmamışdır. Birincisi, işə baxan məhkəmə yuxarıda göstərillənləri yanlış qiymətləndirmiş bu zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd mövqe tutmuşdur. İkincisi, məhkəmə təqdim olunmuş subutları tam və hərtərəfli araşdıraraq düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və bu iş üçün preyudisial əhəmiyyətə malik olan qətnamə olmasına, mülki işə baxılan zaman cavabdeh iddia qaldırılan vaxt və ondan qabaq mübahisəlievə dair hüquqları olmamasına, məhkəmə gedişi zamanı qanunsuz olaraq vərəsəlik hüquqi şəhadətnamə alması onun hüququ olmasına dəlalətetmir. Üçüncüsü, məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçıların nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Azərbaycan SSSR Mülki Məcəlləsi: Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Maddə 533. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 554. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Maddə 561. qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər.

28. Azərbaycan Respublikasının Azərbaycan Mülki Məcəlləsi: Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı: “Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.”

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edildiyindən məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

33. İşdən müəyyən olunur ki, iddiaçıların iddia ərizəsinin və şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh mirası nə faktiki, nə də ki, qanunla müəyyən olunmuş müddətdə qanun üzrə vərəsə hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciət etmədiyindən qanun üzrə vərəsə kimi mirası qəbul etməmişdir. Cavabdeh susmuş vərəsədir.

34. Məhkəmə kollegiyası bu mövqe ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə tətbiqi nəzərdə tutulmuş Qərarındakı hüquqi mövqeyi ilə təsbit olunmuşdur ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil edir.

35. Hazırkı işin halları baxımından da, cavabdehin mirasın qəbulu ilə bağlı susmağı ona münasibətdə mirasdan imtina ilə bağlı hər hansı hüquqi nəticəyə səbəb ola bilməz.

36. Bundan əlavə, işdən görünür ki, vərəsələr notariusa ünvanladıqları 05 iyun 2021-ci il tarixli ərizələrdə Cavabdeh da vərəsə kimi tanımışlar. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, qeyd olunan ərizədə X6 adı qeyd edilməmiş və həmin şəxsin adı vərəsəlik işi ilə bağlı notariat işində ümumiyyətlə keçməmişdir.

37. Həmçinin iddiaçılar həmin payın X9 aid olmasını qeyd etməkləri, onların məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqlarının olmasının istisna edir. İddiaçılar payın X9 aid olmasını göstərsələr də, iddia ərizəsinin “xahiş” hissəsində isə mənzilə 2/24 hissəyə onların mülkiyyət və vərəsəlik hüquqularının tanınmasını xahiş etmələri ziddiyyətli məqamlardan birini təşkil edir.

38. Göründüyü kimi, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdilkləri halların heç biri öz təsdiqini tapmır.

39. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

40. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e-2(008)- 4556/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e-2(008)- 4556/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar