Məhkəmə qərarları › İş №2(103)-9297/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9297/2021

14.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9297/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(001)-6160/2021 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı çəhəri 9 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 13 avqust 2015-ci il tarixli, 3M-1885 saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqavilələri əsasında Cavabdeh1 adına verilmiş çıxarışların ləğv edilməsi və mübahisəsi gedən torpaq sahəsinin İddiaçı MMC-nin istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 04.08.2021-ci ildə iddiaçı tərəfindən iddianın təmin etmə tədbiri barədə ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Ərizədə hazırki mübahisəyə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək iddianın təmin etmə tədbiri kimi Abşeron Rayonu, Abşeron Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30 ha torpaq sahəsinin mübahisəsi gedən 3.2019 ha sahəsi üzərinə həbs qoyulması və Cavabdeh1 həmin torpaq sahəsinə dair icarə hüquqlarının özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsi cavabdehin mülkiyyətində olduğundan hər an satılmalı ehtimalı vardır, bu da gələcəkdə hazırkı iddianın təmin ediləcəyi təqdirdə qətnamənin icrasını mümkünsüz edə, həmçinin əlavə iddia qaldırılmasına zərurət yarada bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(001)- 6160/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin Abşeron Rayonu, Abşeron Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30 ha torpaq sahəsinin mübahisəsi gedən 3.2019 ha sahəsi üzərinə həbs qoyulması və Cavabdeh1 həmin torpaq sahəsinə dair icarə hüquqlarının özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı MMC-nin nümayəndəsi X2 tərəfindən şikayət verilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(001)-6160/2021 saylı qərardadının ləğv edilərək, ərizənin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili X2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianın təmini tədbiri barədə ərizəni təmin etməyərək gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinin mahiyyətindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətlərindən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 13.08.2015-ci il tarixli icarə hüquqlarının alqı-satqısı müqaviləsinin etibarsızlığını tələb edir. Alqı-satqı müqaviləsinin predmeti İddiaçı MMC Cavabdeh2 nümayəndəsi şəxsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən 12.08.2015-ci ildə verilmiş ********** saylı elektron arayışa, 22.07.2011-ci ildə verilmiş 51 kitab, 115 vərəq, **********19 yüklü edilən əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 22.08.2014-ci ildə verilmiş Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 3339 saylı məktuba əsasən İddiaçı MMC icarəsində olan Abşeron rayonu, Abşeron Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30.0 ha torpaq sahəsinin 02.05.2006-cı ildən başlayaraq 99 il icarə hüquqlarının 3.2019 ha torpaq sahəsinin icarə hüquqlarının Cavabdeh1 32000 manata satılmasından ibarət olmuşdur. Bundan əlavə iddia tələbində Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi xahiş edilmişdir. İddianın təmin tədbiri barədə ərizə də iddia ərizəsində qeyd olunan xüsusatlara əsaslanmaqla verilmişdir. Lakin iddiaçı nə iddia ərizəsinə, nə də təmin tədbiri barədə ərizəyə mübahisə predmeti olan torpaq sahəsinə dair həqiqətən cavabdeh R. Məmmədovun adına çıxarışın olması barədə hər-hansı sənəd əlavə etməmiş, o cümlədən icarə hüquqları satılmış 30.0 ha torpaq sahəsinin hansı 3.2019 ha hissəsinin satıldığı, yəni satılan torpaq sahəsinin cizgisi və planı barədə hər hansı sübut təqdim etməmişdir. Odur ki, qanunvericilik cavabdehə məxsus əmlakın üzərinə həbs qoyulmasının mümkünlüyünü təsbit etdiyindən məhkəmə hesab edir ki, cavabdehə məxsus olması təsdiq olunmayan torpaq sahəsinin üzərinə həbs qoyulması mümkün deyildir. Eyni zamanda 30 ha torpaq sahəsinin iddiada qeyd edilən hansı hissəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi də qeyri-müəyyəndir. Belə ki, 30 ha torpaq sahəsinin cavabdehin sahibliyində olduğu iddia edilən 3.2019 ha hissəsinə dair hər-hansı plan, çertyoj, xəritə və.s əlavə edilməmişdir. Bu isə təmin tədbirinin seçildiyi halda qərardadın icrasında qeyri-müəyyənlik yaratmaqla, digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Qərardadla razılaşmayan iddiaçı şikayətini onunla əsaslandırmışdır ki, mülki işin materiallarına mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə notariat işinin təsdiq edilmiş surəti əlavə edilmiş, iddianın təmini tədbiri birbaşa mübahisə predmeti barədədir. İddianın təmini tədbiri barədə ərizədə cavabdehə icarə hüquqlarının özgəninkiləşdirilməsinin qadağan edilməsi xahiş olunsa da, ərizəni rədd edən məhkəmənin mövqeyi əsassız olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını, şikayətin dəlillərini, iddiaçının nümayəndəsinin apelyasiya icraatında verdiyi izahatında göstərdiklərini müzakirə edib hesab edir ki, şikayət əsaslıdır. Belə ki, işin materialları ilə müəyyən edilir ki, iddianın təmini tədbiri barədə ərizədə cavabdehin icarəsində olan torpaq sahəsi üzərinə həbs qoyulması onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinə dair icarə hüququ cavabdehə satıldığından və cavabdehin həmin icarə hüququnu özgəninkiləşdirilməsi səlahiyyətinə malik olduğundan, istənilən vaxt icarə hüququnu özgəninkiləşdirə bilər və bu səbəbdən mübahisəyə baxılana kimi icarə hüququnun özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi cavabdehə məxsus icarə hüququnun qeydə alınması barədə sübut təqdim edilmədiyi, cavabdehə icarə hüququ ilə məxsus torpaq sahəsinin plan və sxeminin olmamasına əsaslanaraq ərizəni rədd edərkən, işdə olan digər sübutlara qiymət verməmiş, həmçinin cavabdehə məxsus icarə hüququnun qeydə alınıbalınmamasını öz təşəbbüsü ilə yoxlamamışdır. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* nömrəli çıxarışına əsasən Abşeron rayonu, Abşeron Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30.0 ha torpaq sahəsinə dair , İddiaçı MMC-nin icarə hüququ 22.07.2011-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin 3.2019 ha torpaq sahəsinin icarə hüquqları 13.03.2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC (adından Cavabdeh2) tərəfindən Cavabdeh1 satılmışdır və həmin müqaviləni Bakı şəhəri 9 saylı notariat orqanı təsdiq etmişdir. Kollegiya hesab edir ki, iddia üzrə tələblə həmin iddianı təmini tədbiri arasında əlaqə mövcuddur. Bu səbəbdən də şikayət təmin edilərək, qərardad ləğv edilməlidir. Kollegiya qərardadın ləğv olunması qənaətinə gələrkən hesab edir ki, iddianın təmini tədbiri barədə ərizə qismən təmin edilməlidir. Qeyd olunmalıdır ki, həbs geniş məhfum olmaqla, özündə bir çox tədbirlərin görülməsi, o cümlədən həmin əmlakdan istifadə edilməsinin qadağan edilməsini özündə ehtiva edir. Bu səbəbdən kollegi hesab edir ki, hazırki vəziyyətdə mübahisəli torpaq sahəsinin icarə hüquqlarının özgəninkiləşdirilməsinin Cavabdeh1 qadağan edilməsi qətnamənin gələcəkdə icrasının təmin edilməsi baxımından yetərlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1, 158.1.2, 158.1.3-cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır Həmin Məcəllənin 160.1-ci maddəsinə əsasən iddianı təmin etmək haqqında qərardad dərhal icra edilir. Qeyd olunan prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, ərizə qismən təmin edilməli, hazırki mülki işə mahiyyəti üzrə baxılıb qurtarana qədər Abşeron rayonu, Abşeron Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30.0 ha torpaq sahəsinin 02.05.2006-cı ildən başlayaraq 99 il icarə hüquqlarından 3.2019 ha torpaq sahəsinin icarə hüquqlarının özgəninkiləşdirilməsi Cavabdeh1 qadağan edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-160, 398.0.3, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(001)- 6160/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı MMC tərəfindən verilmiş ərizə qismən təmin edilsin. Hazırki mülki işə mahiyyəti üzrə baxılıb qurtarana qədər Abşeron rayonu, Abşeron Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30.0 ha torpaq sahəsinin 02.05.2006-cı ildən başlayaraq 99 il icarə hüquqlarından 3.2019 ha torpaq sahəsinin icarə hüquqlarının özgəninkiləşdirilməsi Cavabdeh1 qadağan edilsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Abşeron rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar