Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-932/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4020/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00010) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 8118,48 manat borcun və sayğacın dəyərinə görə tələb olunan 235,88 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, hazırda ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evində yaşayır. Fərdi yaşayış evinə dair Cavabdeh İB ilə aralarında bağlanmış qazın alqı-satqısına dair müqaviləyə əsasən evdə Smart tipli, “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacının kartına müəyyən pul məbləği yükləyərkən kartın blokda olduğunun şahidi olmuş, Bakı regional qazın satışı departamentinə şifahi olaraq müraciət etdikdə bildirilmişdir ki, sayğac işlək vəziyyətdə deyil. Nəticədə abonent koduna itirilmiş qaz sərfiyyatına görə 8118,48 manat borc yazılmışdır. Evində quraşdırılan qaz sayğacına tərəfindən heç bir müdaxilə edilməyib. Belə ki, sayğac evdən çöldə yerləşir və buna dair məsuliyyəti o yox, cavabdeh təşkilat özü daşıyır. Cavabdeh təşkilat tərəfindən sayğaca nəzərət edilməli idi. Cavabdeh İB tərəfindən ona akt təqdim edilmişdir. Kart vasitəsi ilə həmişə ödəniş etmişdir və heç bir çətinlik olmamışdır. Cavabdehin nümayəndəsi X11 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tam əsassızdır. Belə ki, İddiaçı uzun müddət təbii qazdan sayğaca müdaxilə, həmçinin sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməklə Cavabdeh İsatehsalat Birliyinə ziyan vurmuşdur. Bununla əlaqədar qanuna müvafiq qaydada akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, həmçinin müdaxilə faktını təsdiq edən sayğaca müdaxilə edilməsi haqqında rəy verilmişdir. İddiaçı təbii qazdan sayğaca müdaxilə və sayğacdan kənar əlavə qaz xətti vasitəsilə istifadə etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (İstehlakçının təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qazın dəyəri müəyyən edilərək ümumilikdə 8004,10 manat məbləğində dəymiş ziyan hesablanmış və iddiaçının **********00010 saylı kod hesabına qeyd edilmişdir. Faktla bağlı “qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı akt, akt əsasında xx.xx.2020-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, aktla müəyyən edilmişdir ki, sayğaca müdaxilə etməklə təbii qazdan istifadə olunmuşdur. Dəymiş ziyan hesabatına görə istehlakçının qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır: 4 x 6 x 90= 2160 m3; 2160 x 0,10 man. = 216,00 man. Cavabdeh əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman, akt əsasında sayğacın çıxış plastmas borusunun deşilməsi faktı müəyyən edilmişdir. Bununla da sayğaca müdaxilə faktı öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı dəymiş ziyan hesablanaraq ümumilikdə 8004,10 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Bundan əlavə qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmiş və sayğac təhlil edildikdən sonra müdaxilə faktı öz təsdiqini tapmışdır. Bununla əlaqədar olaraq MSK29/1710-00681-1 saylı rəy verilmişdir. Həmçinin sayğacın mənfiyə işləməsi nəticəsində 207 m3 (24.80man), sayğacsız hesabat aparılması nəticəsində 240 m3 (24man), qeyri-qanuni kənar xəttdən istifadə nəticəsində 7739.30 manat dəymiş ziyan hesablanaraq ümumilikdə 8004,10 manat həcmində hesabat aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra Qaydalar) 4.1 bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyriqanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar - faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X13”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddi tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4020/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00010) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 7718,88 (yeddi min yeddi yüz on səkkiz manat 88 qəpik) manat və sayğacın dəyərinə görə tələb olunan 235,88 (iki yüz otuz beş manat 88 qəpik) manat borcun silinməsi Cavabdehnə həvalə edilməsi, iddia qalah hissədə təmin edilməməsi, X3 dövlət rüsumuna görə 97,20 (doxsan yeddi manat 20 qəpik) manat tutularaq dövlət büdcəsinin hesabına köçürülməsi, Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat cavabdeh X3 tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət olunmuşdur. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4020/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuşdur. Aşkar olunmuş faktlarla bağlı yerindəcə Birliyin əməkdaşları tərəfindən Akt tərtib olunmuşdur.Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Müvafiq olaraq hesablanmış 7.718.88 manat dəymiş ziyan könüllü ödəməsi üçün abonentin istehlakçı koduna yerləşdirilmişdir. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdehə ziyan vurmuşdur. Lakin 1-ci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində kobud səhvə yol vermişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-trosoloji ekspertizası təyin edilmişdir və rəy alınana kimi işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-ci il tarixli 3/279 saylı rəyi məhkəməyə daxil olduqdan sonra işin icraatı təzələnmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər iclasda iştirak etməmişlər.Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və əvvəlki iclaslarda iştirak etmiş tərəfin izahatını araşdıraraq, hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətli təmin olunmamalı, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4020/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evinə dair **********00010 nömrəli abonent kodu iddiaçının atası Əsgər Qurbanəli oğlunun adına rəsmiləşdirilmişdir. İş materiallarında olan İV-JQ seriyalı, 420457 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,Əsgər Qurbanəli oğlu xx.xx.1994-cü ildə vəfat etmişdir. İş materiallarında olan **********00010 nömrəli abonent koduna dair abonent saldosundan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evində sayğacdan kənar qaz xətti aşkar olunduğuna görə dəymiş ziyanın hesablanması qərara alınmış, 03/2017-ci ildə 1998 m3 qaz sərfiyyatı üçün 399,60 manat, 01/2018-ci ildə 2666 m3 qaz sərfiyyatı üçün 533,20 manat, 03/2018-ci ildə 1830 m3 qaz sərfiyyatı üçün 366 manat, 04/2018-ci ildə 910 m3 qaz sərfiyyatı üçün 182 manat, 11/2019-cu ildə 4266 m3 qaz sərfiyyatı üçün 426,60 manat, 12/2019-cu ildə 2952 m3 qaz sərfiyyatı üçün 295,20 manat, 01/2020-ci ildə 2952 m3 qaz sərfiyyatı üçün 295,20 manat, 02/2020-ci ildə 2952 m3 qaz sərfiyyatı üçün 295,20 manat, 03/2020-ci ildə 1451 m3 qaz sərfiyyatı üçün 145,10 manat, 05/2020-ci ildə 2226 m3 qaz sərfiyyatı üçün 222,60 manat, 01/2022-ci ildə 16412 m3 qaz sərfiyyatı üçün 1944 manat, 04/2022-ci ildə 18420 m3 qaz sərfiyyatı üçün 2203,20 manat borc məbləği hesablanmışdır. Təqdim edilmiş abonent saldosundan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00010) itirilmiş qazın bərpası üçün hesablanmış borcun məbləği 05/2022-ci il tarixinə 8118,48 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, 3/1063 saylı ekspert rəyinə görə, ekspertə təqdim edilmiş ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-ci il tarixli 3/279 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evində quraşdırılmış tədqiqata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.Qaz sayğacından kənar xəttlərin çəkilməsi müşahidə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz, edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.6-cı bəndinə görə, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə görə isə, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin araşdırılmış halları ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evində qazdan qanunsuz istifadə halının aşkar edən qazpaylayıcı (cavabdeh X7) qanunla nəzərdə tutulmuş qaydada qazın verilməsini dayandıraraq, dəymiş ziyanın ödənilməsini tələb etmək, bundan sonra qazın verilməsini bərpa etmək əvəzinə, hər dəfə yeni akt tərtib etməklə kifayətlənmişdir.Odur ki, qənaətə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 399,60 manat cərimə istisna olunmaqla, qalan aktlar üzrə hesablanmış cəmi 7718,88 manat borcun silinməsi cavabdehə həvalə edilməlidir.Bununla yanaşı, iddia tələbi qalan borcun silinməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları qalan borcun qazdan istifadəyə görə hesablandığı müəyyən olunmamış və iddiaçı buna dair heç bir sübut təqdim edə bilməmişdir Halbuki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı apellyasiya şikayəti verməmiş, cavabdeh isə qətnaməni iddianın təmin olunmuş hissəsində mübahisələndirərək bildirmişdir ki, 1.iddiaçı tərəfindən sayğaca müdaxilə edilmişdir.2.iddiaçı sayğacdan kənar xətt vasitəsilə qaz istehlak etmişdir.Bununla da cavabdehə zərər vurmuşdur. Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin 1-ci dəlilinə, yəni iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi və bununla da cavabdehə zərər vurulması dəlilinə münasibətdə yuxarıda istinad olunan hüquq normalarına əsasən qiymətləndirmə aparılmışdır.(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.) Apellyasiya şikayətinin 2-ci dəlilinə, yəni iddiaçı sayğacdan kənar xətt vasitəsilə qaz istehlak etmişdir, bununla da cavabdehə zərər vurmuşdur dəlilinə münasibətdə qeyd olunmalıdır ki, göstərilən dəlil işin faktiki halları ilə təsdiqini tapmamış, təqdim olunmuş fotoşəkillər işin faktiki hallarına uyğun olmamışdır. Göstərilənlərdən əlavə xx.xx.2022-ci il tarixli, 3/1063 saylı ekspert rəyinə görə, ekspertə təqdim edilmiş ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-ci il tarixli 3/279 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 05 saylı fərdi yaşayış evində quraşdırılmış tədqiqata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.Qaz sayğacından kənar xəttlərin çəkilməsi müşahidə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə Kollegiyası ekspert rəylərini digər sübutlarla yanaşı qiymətləndirərək qeyd edir ki, iş materiallarında ekspert rəyləri ilə ziddiyyət təşkil edən mötəbər sübut iş materiallarında mövcud deyildir.Bu baxımdan məhkəmə Kollegiyası ekspert rəylərini mötəbər sübut kimi qəbul etməməyə əsaslar görmür. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı X1 cavabdeh X5 qarşı «pul» tələbinə dair iddiasının təmin olunmasına əsaslar müəyyən edilmir.. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 64 manat cavabdehdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən : Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.1. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4020/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat cavabdehdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-932/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-932/2023
25.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver