Məhkəmə qərarları › İş №2(103)-9377/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9377/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9377/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi-vəkili Nümayəndə1, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı İsrafil qızının cavabdehlər “X1 Mərkəzi” MMC və Bakı şəhəri Cavabdeh2nə qarşı “hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası, eyni zamanda müstəqil tələblər irəli sürən X2 “X1 Mərkəzi” MMC və Bakı şəhəri Cavabdeh2nə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair” və müstəqil tələblər irəli sürən X4 “X1 Mərkəzi” MMC və Bakı şəhəri Cavabdeh2nə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli 2(009)-1213/2021 saylı qərardadından K.V.Bağırova və N.Ə.Kərimovun şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC və Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən onun mülkiyyətində olan ünvan 1, 40 nömrəli mənzilin hərrac yolu ilə satılmasına dair YP-036 nömrəli 13.01.2020-ci il tarixli satış protokolunun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 “X1 Mərkəzi” MMC və Bakı şəhəri Cavabdeh2nə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12446/2017 saylı 26.12.2017-ci il tarixli icra sənədi əsasında X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 40 saylı mənzilin hərrac yolu ilə satılmasına dair 036 nömrəli 13.11.2020-ci il tarixli satış protokolu və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X7 “X1 Mərkəzi” MMC və Bakı şəhəri Cavabdeh2nə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12446/2017 saylı 26.12.2017-ci il tarixli icra sənədi əsasında X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 40 saylı mənzilin hərrac yolu ilə satılmasına dair 036 nömrəli 13.11.2020-ci il tarixli satış protokolu və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda 3-cü şəxs X4 nümayəndəsi-vəkili Nümayəndə1 iddianın təmini barədə ərizə verərək, hazırki iddia ərizəsi üzrə yekun məhkəmə aktı qəbul edilənə kimi N.Kərimova məxsus olan ünvan 2 ünvanında yerləşən 76,5 kv.m ümumi, 62,4 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 saylı mənzilə, mülkiyyət hüququ əsasında N.Kərimova məxsus ünvan 3 ünvanda yerləşən 66,9 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinə, mülkiyyət hüququ əsasında K.V.Bağırovaya məxsus olan ünvan 4 ünvanında yerləşən 5, 6, 19 və 20 saylı mənzillərinə münasibətdə Yasamal rayon İcra şöbəsinin icra məmurunun 132325/3 saylı sifarişi əsasında hərracın keçirilməsinin sözügedən şöbəyə və "xxxx" MMC-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli 2(009)-1213/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan müstəqil tələb irəli sürən üçüncü şəxslər ayrı-ayrılıqda şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişlər. Məhkəmənin 16.08.2021-ci il tarixli qərardadları ilə üçüncü şəxslərin şikayətləri təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 nümayəndəsi-vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi şikayətlərin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərinə görə, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 158.1.1-ci maddəsinə görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq tədbiri görülə bilər. MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Eyni məcəllənin 158.1.3-cü maddəsinə görə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri görülə bilər. Məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər (MPM 158.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “... iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər... Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir." Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Yasamal rayon İcra şöbəsinin icra məmurunun 132325/3 saylı sifarişi əsasında keçiriləcək hərracın nəticələrinin hazırki iddia tələbinin baxılmasına və qəbul ediləcək məhkəmə aktının icrasına heç bir maneəçiliyi olmayacaqdır. Belə ki, sözügedən sifariş ayrı bir qanuni qüvvəsini almış məhkəmə aktının icrası məqsədilə edilmişdir. Hazırki halda icra məmurunun 132325/3 saylı sifarişi əsasında hərracın keçirilməsinin sözügedən şöbəyə və "xxxx" MMC-yə qadağan edilməsi digər qanuni qüvvəsini almış məhkəmə aktının icrasına maneəçilik törədə və eyni zamanda həmin icra işi üzrə tələbkarın hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb ola bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, qeyd edilən iddianın təmin tədbirinin təmin edilməsini zəruri edən hər hansı əsas yoxdur. Kollegiya qeyd edir ki, şikayətlərin dəlili formal mülahizələrdir və qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Müstəqil tələblər irəli sürən üçüncü şəxslər X6 və X7 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli 2(009)- 1213/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar