Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-938/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: atalığın müəyyən edilməsi və alimentin tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X8, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və alimentin tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-206/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 2 saylı Bakı “Asan” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV serialı, 485480 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş X10 atası X17, anası isə İddiaçıdır.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X23 xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli məktublarına əsasən mülki iş üzrə sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı uşaqla birlikdə şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır.
3. Ağdam Rayon Məhkəməsinin 2(013)-1436 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, X11 ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Ağdam Rayon Qeydiyyat Şöbəsində 84 nömrə ilə qeydə alınmış nikah aktı qeydinin pozulması, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqları, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 anaları X6 yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat sabit pul məbləğində, xx.xx.2020-ci il təvəllüdlü X12 03 yaşına çatanadək X3 hər ay 80 manat məbləğində sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən başlanılması, bu hissədə qətnamənin dərhal icraya yönləndirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X14” X23 xx.xx.2023-cü il tarixli, 481\2023-MTBŞ saylı ekspert rəyinə əsasən ağız suyunun tədqiqinə görə ata, ana və uşaq “ifraz edənlər” kateqoriyasına aiddir. Beləliklə, yuxarıda tədqiq olunmuş sistemlərin qrup faktorlarının göstəricilərinə əsasən ekspertizaya təqdim olunmuş X10 Cavabdeh və İddiaçı olan çütlükdən törənməsi mümkündür. Bu da onun göstərir ki, Cavabdeh təqdim olunmuş X15 adlı uşaq barəsində atalıq faktı inkar olunmadı. Ekspertizanın məhkəmə-tibbi genetik səviyyəsində keçirilməsi üçün zəruri olan reaktivlərin alınması təmin olunmadığından, tədqiqatının DNT-nin təhlilinə əsasən keçirilməsi mümkün olmadı.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş və 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV nömrəli, 485480 qeydli doğum haqqında şəhadətnamədə X7 göstərilmiş uşağın atası kimi tanınması və uşaq yetkinlik yaşına çatana qədər hər ay 250 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşı tamam olana qədər hər ay 100 manat pul məbləğinin, cəmi 350 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, bir dəfə evli olub ayrılmış, daha sonra başqa bir şəxslə nişanlı olmuşdur. Cavabdeh ilə tanış olanda nişanlı olmuşdur. Lakin cavabdeh israrla onunla ailə qurmaq istədiyini, özünün də evli olub boşandığını bildirmiş, hətta bu niyyətlə onu bacısı və anası ilə tanış etmişdir. Buna görə də ona inanmış, cavabdehlə 2019-cu ilin avqust ayından qeyri-rəsmi nikah münasibətlərinə daxil olmuş, bu nikah münasibətlərindən hamilə olmuşdur. Bu xəbəri cavabdehə dedikdə, o, qəti surətdə həmin uşağın dünyaya gəlməməsini, ondan uşağı tələf etməyini tələb etmişdir. Cavabdeh və onun bacısı onu hədələmiş, lakin, o, övladını sona kimi qorumuş, sonradan cavabdehin onu aldatdığını, ailəli və övladlarının olduğunu öyrənmişdir. xx.xx.2020-ci il tarixdə övladı dünyaya gələn zaman cavabdeh atalığı qəbul etmədiyi üçün və bununla bağlı müvafiq icra orqanına ərizə ilə müraciət etmədiyi üçün uşağa öz soyadını vermişdir. Uşaq doğulandan sonra cavabdeh ona heç bir köməklik göstərməmiş, sadəcə məhkəməyə müraciət etməyi ona tövsiyə etmiş və aliment ödəyəcəyii bildirmişdir. Lakin bunun üçün ilk növbədə atalığın müəyyən edilməsi zəruridir.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-206/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X10 atası olması faktının müəyyən edilməsi, xx.xx.2020-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin və xx.xx.2020-ci il təvəllüdlü X10 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının xx.xx.2020-ci il tarixdən hesablanması və bu hissədə qətnamənin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X16)
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X10 atası olub-olmamasının müəyyən olunması üçün dəfələrlə ekspertiza təyin edilməsinə baxmayaraq, iddiaçı uşaqla birlikdə təyin olunmuş vaxtlarda şöbəyə getmiş, lakin cavabdeh getməmiş, bu səbəbdən ekspertizanın keçirilməsi baş tutmamışdır. Cavabdeh ekspertiza üçün tədqiqat aparılmasında iştirak etmədiyindən və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün olmadığından məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi “atalığın müəyyən edilməsi” hissəsində əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X10 atası olması faktı müəyyən edilməlidir. 2022-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmaqla və iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə hər hansı sübut təqdim etmədiyindən məhkəmə xx.xx.2020-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin və xx.xx.2020-ci il təvəllüdlü X15 3 yaşına çatanadək 50 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olması qənaətinə gəlmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.3-cü, 45.1-ci, 75.1-ci, 75.4-cü, 78.1-ci, 78.2-ci, 84-cü, 100.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 97.5-ci, 119.1-ci, 217.4-cü, 218.3-cü, 234.2.1-ci, maddələrinə, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, iddiaçını 2013-cü ildən tanıyır və iddiaçı ilə heç bir münasibəti olmamışdır. Belə ki, iddiaçı onun dostu olan Abbas adlı şəxslə münasibəti olmuşdur. Məhkəmə iddiaçının onunla birlikdə çəkdirdikləri fotoşəkillərə, onun ekspertiza tədqiqatına getməməsinə əsaslanaraq, iddiaçının iddiasını təmin etmişdir. İddianın təmini üçün işin bu halları sübut əhəmiyyətinə malik deyil, yəni iddiaçının onunla fotoşəkilinin olması, eləcə də onun ekspertiza tədqiqatına getməməsi, yaxud gedə bilməməsi atalığın müəyyən edilməsi üçün əsas deyil. İş materiallarında onun xx.xx.2020ci il təvəllüdlü Abbasov Yusifin atası olmasına dair heç bir mötəbər sübut yoxdur. İddia sübuta yetməmişdir. İddiaçı iddiasını sübut etmək üçün ancaq fotoşəkil təqdim etmiş, həmin fotoşəkil isə iddianı sübut etmir. İddiaçının təqdim etdiyi fotoşəkillə atalıq faktı müəyyən edilməməyinə baxmayaraq, məhkəmə iddianı təmin etməklə mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, hazırda onun tibbi-genetik ekspertizanın keçirilməsi ilə bağlı xərcləri qarşılamağa maddi imkanı yoxdur, lakin daha yüksək faiz dərəcəsi ilə tibbi-bioloji ekspertizanın keçirilməsinə razıdır.
14. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etmişlər.
15. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsində təyin edilmiş ekspertiza zamanı cavabdeh iştirak etməmiş, apellyasiya instansiya məhkəməsində işə baxılarkən isə cavabdeh təyin edilmiş tibbi-bioloji ekspertizanın daha aşağı faiz dərəcəsi ilə keçirilməsinə razılıq vermişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyasının: 34-cü maddəsinin 4-cü hissəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
17. “Nikahdankənar doğulmuş uşaqların hüquqi statusu haqqında” 1975-ci il tarixli Avropa Kovensiyasının 6-cı maddəsinə əsasən nikahdankənar doğulmuş uşağın ata və anasının üzərinə rəsmi nikahdan doğulmuş uşağın saxlanılması üçün nəzərdə tutulmuş vəzifələr qoyulur.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır; 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur; 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər; 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir; 186-cı maddəsinə əsasən ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərin seçdiyi, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır; 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir.
19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır; 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.12-ci bəndində qeyd edilmişdir ki, alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. Bu zaman Ailə Məcəlləsinin 100.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunandan əvvəlki dövr üçün aliment müəyyən edilə bilməz. Çünki, atalığın müəyyən edilməsi haqqında tələb təmin olunanadək cavabdeh qanunla müəyyən olunmuş qaydada uşağın atası sayılmırdı.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunmaması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yoxdur.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X10 anası İddiaçıdır. İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X10 Cavabdeh ilə faktiki nikahından olduğunu iddia edir və onun xx.xx.2020-ci il təvəllüdlü X13 münasibətdə atalığının müəyyən edilməsini tələb edir və bu halı təsdiq edən fotoşəkilləri məhkəməyə təqdim edir. Uşağın doğum haqqında şəhadətnaməsində uşağın atasının adı iddiaçının göstərişi üzrə yazılmışdır. Birinci instansiya məhkəməsində mülki işə baxılarkən iki dəfə məhkəmə tibbi-bioloji ekspertizası təyin edilmiş, lakin hər iki halda iddiaçının və uşağın ekspertizanın keçirilməsi üçün iştirak etməsinə baxmayaraq, cavabdeh ekspertizanın keçirilməsi üçün gəlməmiş və tədqiqat üçün nümunələrin verilməsindən yayınmışdır.
27. Apellyasiya instansiya məhkəməsindəki icraat zamanı iş üzrə məhkəmə tibbibioloji və məhkəmə tibbi-genetik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X23 xx.xx.2023-cü il tarixli, 481/2023-MTBŞ saylı ekspert rəyinə əsasən ağız suyunun tədqiqinə görə ata, ana və uşaq “ifraz edənlər” kateqoriyasına aiddir və tədqiq olunmuş sistemlərin qrup faktorlarının göstəricilərinə əsasən ekspertizaya təqdim olunmuş X10 Cavabdeh və İddiaçı olan çütlükdən törənməsi mümkündür. Bu da onun göstərir ki, Cavabdeh təqdim olunmuş X15 adlı uşaq barəsində atalıq faktı inkar olunmadı. Lakin ekspertizanın məhkəmə-tibbi genetik səviyyəsində keçirilməsi üçün zəruri olan reaktivlərin alınması təmin olunmadığından, tədqiqatının DNT-nin təhlilinə əsasən keçirilməsi mümkün olmamışdır. Bununla belə, uşağın atası olmadığını bildirən cavabdeh nəticə etibarı ilə məhkəmə tibbi-genetik ekspertizasının keçirilməsində maraqlı olmamışdır. Halbuki, mövqeyi baxımından bilavasitə marağında olmalı idi. Cavabdeh tərəfindən uşağın atasının hər hansı başqa şəxsin olmasını təsdiq edən hər hansı sübut da təqdim edilməmiş, məhkəmə kollegiyası tərəfindən də belə bir halın mövcudluğu müəyyən edilməmişdir.
28. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu qəbildən olan mübahisələrin həllində tibbi-genetik ekspertizanın rəyi xüsusi əhəmiyyət daşıyır. Lakin ekspertizanın məhkəmə-tibbi genetik səviyədə keçirilməsi üçün zəruri reaktivlərin alınmasının məhz cavabdeh tərəfindən təmin edilməməsi səbəbindən bu növ ekspertizanın keçirilməsi mümkün olmamışdır.
29. Məhkəmə kollegiyası 28-ci bənddə göstərilən halı nəzərə alaraq hesab edir ki, mülki iş üzrə keçirilmiş məhkəmə tibbi-bioloji ekspertizanın nəticələrinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 481/2023-MTBŞ saylı ekspert rəyi bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir.
30. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin müddəalarını rəhbər tutaraq o halı da qeyd edir ki, bu faktın mövcudluğu (cavabdehin ekspertizanın məhkəmə-tibbi genetik səviyədə keçirilməsi üçün zəruri reaktivlərin alınmasını təmin etməməsi) cavabdehin gələcəkdə məhkəmə tibbigenetik ekspertizanın keçirilməməsi mövqeyindən çıxış etməsinin qarşısını alır.
31. Bununla belə, məhkəmə kollegiyası tərəflərin səmimi münasibətlərdə olmasını təsdiq edən fotoşəkilləri, onların arasında “whatsapp” sosial şəbəkə vasitəsilə aparılmış söhbətlərdə uşaqla bağlı məsələlərin müzakirə edilməsini, o cümlədən cavabdehin uşaq doğulandan sonra onun saxlanılması üçün aliment ödəməsi barədə fikirlərini, habelə ekspert rəyini nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin doğum akt qeydləri kitabında xx.xx.2020-ci il təvəllüdlü X7 qeyd edilən uşağın atası olması qənaətinə gəlmişdir. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti üzrə dəlilləri əsassızdır.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin alimentin tutulması ilə bağlı hüquqi mövqeyini də əsaslı hesab edir və cavabdeh tərəfindən alimentin məbləğini deyil, ümumilikdə əsas tələbə bağlı olaraq alimentin tutulmasını da mübahisələndirdiyini nəzərə alıb, yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
33. Birinci instansiya məhkəməsi də məhz tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, eyni zamanda yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, habelə uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatını və təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimenti sabit pul məbləğində və hər ay 193 manat olmaqla müəyyən etmişdir. Aliment məbləğinin iddiaçının bu tələblə məhkəməyə müraciət edildiyi tarixdən tutulması və həmin hissədə qətnamənin dərhal icra edilməsi də qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə və ya ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
35. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, qətnamənin atalığın müəyyən edilməsi hissəsində mübahisələndirilməsi mümkün olduğundan, bu tələblə ayrılmaz olan alimentin tutulması məsələsi də mübahisələndirilə bilər. Lakin tutulmuş alimentin məbləğindən kassasiya şikayəti verilə bilməz.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-206/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən (tutulmuş alimentin məbləği istisna olmaqla) rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.