Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-94/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabehin) nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Sabunçu rayon İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi” barədə ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “özbaşına tikilinin sökülməsi, vurulmuş zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli 2(008)-592/2020 saylı qətnaməsindən Cavabdeh apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı (Sabunçu rayon İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 0.046350 ha torpaq sahəsindəki 1276 kv.m. fərdi yaşayış evinə (qeyri-yaşayış sahəsinə) bitişik cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması, mənəvi ziyanın əvəzi olaraq 30000 manat məbləğində pul, maddi ziyanın əvəzi olaraq 50000 manat məbləğində pul və 31 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 saylı xx.xx.2001-ci il tarixli sərəncamının 1-ci bəndində dəyişilik edilmiş və mərhum, şəhid ailəsi X1 məxsus ünvan 2 torpaq sahəsində yerləşən 450 kv.m. torpaq sahəsində inşa edilmiş tikiliyə bitişik onların sahiblik və istifadəsində olan İddiaçı tərəfindən inşa edilmiş tikintinin özbaşına tikili olaraq sökülməsi, əsassız iddia qaldırıldığı üçün maddi və mənəvi zərərin əvəzi olaraq 50000 manat, qanunsuz tikinti inşa etdiyinə görə 50000 manat, 31 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 05 dekabr 2008-ci il tarixli 845 saylı sərəncamına uyğun olaraq ona Bakıxanov qəsəbəsi, K.Şamilov küçəsində təsdiq edilmiş layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. "xxxx" MMC tərəfindən tikilinin eskiz lahiyəsi təsdiq edilmiş və həmin layihə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Tikinti işləri başa çatdıqdan sonra Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 26 fevral 2010-cu il tarixli 73 saylı sərəncamı ilə qeyd olunan tikilinin hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. Rayon İcra Hakimiyyətinin 11 may 2010-cu il tarixli 200 saylı sərəncamı ilə fərdi yaşayiş evinin 300 kv.m hissəsindən ibarət birinci mərtəbəsindən ticarət obyekti kimi istifadə olunmasına icazə verilmişdir. 2016-cı ilin oktyabr ayının əvvəllərində X10 iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın qarşısında tikinti norma və qaydalarına riayət etmədən qanunsuz tikinti işləri aparmağa başlamış, bu barədə aidiyyəti təşkilatlara, o cümlədən, Sabunçu rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə, Sabunçu RPİ-nin 13-cü PB-nə müraciət etmişdir. Aidiyyəti təşkilatlardan gəlib qanunsuz tikintinin dayandırılması tələb olunmuş, onlar gedən kimi cavabdeh tikinti işlərini aparmağa davam etmişdir. Nəticədə onun mülkiyyətində olan əmlaka bitişik, şəhərsalma norma və qaydalarını kobudcasına pozmaqla, evinin şüşələri sındırılmış, kondisioneri yararsız vəziyyətə gətirilmiş, evin pəncərələrinin qarşısı tutulmuşdur. Cavabdeh tərəfindən edilmiş qanunsuz əməllər və aparılmış tikinti işləri nəticəsində ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 26 fevral 2040-cu il tarixli 73 saylı sərəncamına əsasən Bakıxanov qəsəbəsi K.Şamilov küçəsində yerləşən torpaq sahəsində tərəfindən tikilmiş iki mərtəbəli, altı yaşayış otağından ibarət, sahəsi 253.5 kv.m., köməkçi sahəsi 400 kv.m., eyvan sahəsi 9,5 kv.m., mansard sahəsi 323, 9 kv.m., torpaq sahəsi 300 kv.m olan fərdi yaşayış evinin Bakıxanov qəsəbəsi, Ş. Kamilov küçəsində yerləşən torpaq sahəsində hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2008-ci tarixli ******* seriya nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019cu il tarixli çıxarışa əsasən həmin torpaq sahəsinin üzərindəki tikili, yəni ünvan 1 ünvanında yerləşən 1276 kv.m sahəsi olan fərdi yaşayış evi və 0.046350 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. O həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən uzun müddətdir ki, təyinatına uyğun istifadə edir. Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 saylı, xx.xx.2011-ci il tarixli sərəncamı ilə Bakıxanov qəsəbəsi, H.Cavid küçəsi, 16 saylı evin sakini şəhid ailəsi X1 Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, 4073-cü məhəllə, 01/24 saylı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün 450.0 kv.m. torpaq sahəsi ayrılmışdır.X7 ərazini daş hasara alaraq, tikinti işlərinə başlamış, lakin vəfat etməsi ilə əlaqədar tikinti işlərini başa çatdıra bilməmişdir. Mərhumun qızı Cavabdeh rayon icra hakimiyyəti başçısı aparatına müraciət edərək, mərhumun anasının adına ayrılmış torpaq sahəsinin tikinti işlərini başa çatdırmaq üçün onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli sərəncamı ilə Sabunçu RİH Başçısının 772 saylı xx.xx.2001-ci il tarixli sərəncamının 1-ci bəndində dəyişiklik edilmiş və Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi 7043-cü məhəllə 01/24 saylı torpaq sahəsində yerləşən 450.0 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisini davam etdirmək üçün vətəndaş Cavabdeh adına ayrılmışdır. Lakin cavabdeh ara məsafəsini gözləmədən onun mülkiyyətimdə olan evə bitişik qanunsuz tikili inşa etmişdir. Həmin tikili qanunvericiliyin tələblərini və tikinti normalarını pozmaqla inşa edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə də müəyyən edilmişdir ki, həmin tikili ara məsafəsini gözləmədən tikilmişdir. Lakin həmin vaxt onun mübahisəli əmlaka dair çıxarışı, həmçinin bu iddianı qaldırmaqda subyektiv hüququ olmadığından, o cümlədən iddia əsl cavabdeh olmayan Zakir Qasımova qarşı qaldırıldığına görə iddia tələbi rədd edilmişdir. Lakin hal-hazırda mübahisəli əmlaka dair mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışı vardır və iddia da əsl cavabdeh olan Cavabdeh qarşı qaldırılmışdır. Məhkəmə tərəfindən iş üzrə ekspertiza keçirilərsə cavabdeh tərəfindən inşa edilən tikilinin şəhərsalma və tikinti normalarına riayət edilmədən inşa edildiyi, ara məsafəsi gözlənilmədiyi müəyyən ediləcəkdir. Bundan əlavə, cavabdehin inşa etdiyi tikilinin ərazisindən yüksək gərginlikli elektrik xətti keçir və tikilinin yol ilə ara məsafəsi gözlənilməmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət, sahiblik və istifadə hüquqları pozulmuşdur. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, Sabunçu rayon icra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 772 saylı sərəncamının surətindən görünür ki, şəhid ailəsi X1 ünvan 2 ünvanda 450 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Sabunçu rayon icra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 572 saylı sərəncamının surətindən görünür ki, Sabunçu RİHB-nın 772 saylı, 3.11.2001-ci il tarixli sərəncamının 1-ci bəndində dəyişiklik edilmiş və mərhum, şəhid ailəsi X1 məxsus ünvan 2 torpaq sahəsində yerləşən 450 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisini davam etdirmək üçün onun adına ayrılmışdır. Həmin torpaq sahəsi şəhid ailəsi kimi onlara ayrılmışdır. Cavabdeh bundan əvvəl onun atasına qarşı əsassız iddia qaldırmışdır və eyni tələbi irəli sürmüşdür. Sabunçu Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi ilə onun iddiası rədd edilmişdir. Həmin qətnamə ilə aşağıdakılar müəyyən edilmişdir: həmin iş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizasının 31 oktyabr 2017-ci il tarixli, 14241 saylı rəyindən görünür ki, İddiaçı məxsus tikilinin faktiki ölçülərinin xx.xx.2008-ci il tarixli, **********35 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən ölçülərlə üst-üstə düşmədiyi və həmin ölçülərdən 162 kv.m artıq təşkil etdiyi müəyyən edilir. Ona məxsus tikililərin faktiki vəziyyətinin, yəni planlı yerləşməsinin, ölçülərinin və digər texniki parametrlərinin həmin tikililərə dair tərtib edilmiş layihəyə uyğun olduğunu nəzərə alaraq, həmin tikililərin tikinti altı sahəsinin və yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Torpaq Layihə Smeta Bürosu tərəfindən 2008-ci il tarixli Eskiz layihəyə uyğun olduğu müəyyən edilir. İddiaçı və ona məxsus tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikillər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2-ci bəndlərinə uyğun olduğu, lakin İddiaçı məxsus tikilinin faktiki vəziyyətinin həmin tikiliyə dair olan eskiz layihəyə uyğun olmadığı müəyyən edilmişdir. İş üzrə keçirilmiş əlavə ekspertizanın 16 may 2018-ci il tarixli, 2636 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhər icra hakimiyyəti Başçısının 772 saylı, xx.xx.2001ci il tarixli Sərəncamı ilə X1 ayrılmış torpaq sahəsi barədə Elektron bazada heç bir məlumat aşkar olunmadığından, sərəncamla və ya sərəncama əlavə edilmiş sənədlərlə bu torpaq sahəsinin hüdudlarının İddiaçı verilmiş DƏDRX-nin MH seriyalı, ******* saylı çıxarışı ilə müəyyən olunan **********35 reyestr nömrəli torpaq sahəsinin hüdudları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhər icra Hakimiyyəti Başçısının 772 saylı, xx.xx.2001-ci il tarixli Sərəncamı ilə X1 ayrılmış torpaq sahəsi Elektron bazada heç bir məlumat aşkar olunmadığından, ona məxsus tikili Bakı şəhər icra Hakimiyyəti Başçsının 772 saylı, xx.xx.2001-ci il tarixli Sərəncamı ilə X1 ayrımış torpaq sahəsində inşa olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni ilə tikililərin inşa edilmə müddətinin müəyyən olunmasına dair metodika olmadığından, ona məxsus həmin tikili həmin ərazidə yerləşən və İddiaçı məxsus olan tikilidən əvvəl, yoxsa sonra inşa edilməsinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Qarşılıqlı iddia üzrə cavabdeh ondan sonra inşa etmiş və ona məxsus tikili ilə bağlı ara məsafəsi saxlmamışdır. Eyni zamanda ekspertiza rəyi ilə müəyyən olunur ki, layihədən kənara çıxmaları vardır. Bu səbəbdən həmin tikili cavabdehin hesabına sökülməlidir. Eyni zamanda əsassız iddia qaldırıldığına görə vurulmuş zərər həmçinin ödənilməlidir. Belə ki, əsassız olaraq ona qarşı ikinci dəfə iddia qaldırılmış və şəhid ailəsi olaraq onsuz da psixoloji stress vəziyyətində olan ailəsinə ağır mənəvi zərər vurmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli 2(008)- 592/2020 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 0.046350 ha torpaq sahəsindəki 1276 kv.m. fərdi yaşayış evinə (qeyri-yaşayış sahəsinə) bitişik Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun 16 manat məbləğinin Cavabdeh alınaraq İddiaçı verilməsi, qalan 15 manat məbləğinin İddiaçı aid edilməsi, ilk iddia tələbinin qalan hissədə rədd edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi, ödənilmiş 31 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuzdur. İddiaçı iddiası əsassızdır, torpaq sahəsi şəhid ailəsi kimi onlara ayrılmışdır, İddiaçı daha əvvəl də onun atasına qarşı əsassız iddia qaldırmış və iddia tələbi rədd edilmişdir. İddiaçı tikilini onlardan sonra inşa etmiş və ona məxsus tikili ilə ara məsafəsi saxlamamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Cavabdehin vəkili qeyd etdi ki, sonuncu ekspert rəyi düzgündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili sonuncu ekspert rəyi ilə razılaşmayaraq, əvvəlki rəy ilə ziddiyət təşkil etdiyini qeyd etdi və təkrar ekspertiza keçirilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. İş materiallarında olan Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 02 dekabr 1999cu il tarixli 1291 saylı sərəncamından görünür ki, X2 Bakıxanov qəsəbəsi Gənclik küçəsi ilə Ş.Kamilov küçəsinin kəsişməsində 99/15 saylı, 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, X8 ilə İddiaçı arasında 15 saylı Dövlət Notariat Kontorunda bağlanmış 27 dekabr 2007-ci il tarixli AN-1 nömrəli ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Südabə Mirzəzadə və ailə üzvləri Bakıxanov qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsini İddiaçı satmışdır. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 05 dekabr 2008-ci il tarixli 845 saylı sərəncamına əsasən İddiaçı Bakıxanov qəsəbəsi K.Şamilov küçəsində təsdiq edilmiş lahiyə əsasında fərdi yaşayış evi tikmək üçün 0.03 ha torpaq sahəsi ayrılmış və o, həmin torpaq sahəsini xx.xx.2008-ci il tarixdə öz adına dövlət qeydiyyatından keçirərək rəsmiləşdirmişdir. Daha sonra Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 11 may 2010-cu il tarixli 200 saylı sərəncamı ilə İddiaçı həmin torpağ sahəsində yerləşən fərdi yaşayış evindən “Ticarət obyekti” kimi istifadə olunmasına icazə verilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2008-ci il tarixli ******* seriya nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən həmin torpaq sahəsinin üzərindəki tikili, yəni ünvan 1 ünvanında yerləşən 1276 kv.m sahəsi olan fərdi yaşayış evi və 0.046350 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarından həmçinin müəyyən edilir ki, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 772 saylı sərəncamı ilə X1 ünvan 2 ünvanda fərdi yaşayış evinin tikintisini üçün 450 kv.m torpaq sahəsi ayrılmışdır. R.Qasımova vəfat etdiyi üçün Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 572 saylı sərəncamı ilə Sabunçu RİHB-nın 772 saylı xx.xx.2001-ci il tarixli sərəncamının 1-ci bəndində dəyişiklik edilmiş və mərhum R.Qasımovaya məxsus sözügedən torpaq sahəsi fərdi yaşayış evinin tikintisini davam etdirmək üçün Cavabdeh adına ayrılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-128/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı X9 qarşı üçüncü şəxslər Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi olmaqla özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddia tələbinin və X5 İddiaçı qarşı üçüncü şəxslər Bakı Şəhər İcra Hakmiyyəti və Cavabdeh olmaqla özbaşına tikilinin sökülməsi, sərhədlərin müəyyən edilməsi, hasarın çəkilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-13227/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-13227/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrək, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, R.Qasımovaya ayrılan torpaq sahəsində tikinti aparmaq üçün nə R.Qasımovaya, nə də Cavabdeh tikintiyə razılıq sərəncamı verilməmiş, tikintiyə dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Lakin Cavabdeh ara məsafəsini gözləmədən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsi kimi istifadə edilən fərdi yaşayış evinə bitişik qanunsuz tikili inşa etmişdir. İş materiallarında olan məhkəmə qətnaməsindən, fotoşəkillərdən və iddiaçının nümayəndəsinin izahatından müəyyən edilir ki, Cavabdeh 2016-cı ildə məlumatdırma icraatına əməl etmədən Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərini pozaraq İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin divarlarına bitişdirərək, İddiaçı evinin pəncərəsinin qarşısında qanunsuz tikili tikmişdir. Cavabdeh isə tikdiyi tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur, tikintinin aparıldığı torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınmamışdır, həmin torpaq sahəsi üzərində Cavabdeh nə icarə, nə istifadə, nə də mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarış verilməmişdir, həmin tikinti avtomobil yolunun kənarında səkidən başlamaqla İddiaçı məxsus tikintiyə birləşdirilməklə inşa edilmişdir. İşdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il təqdim etdiyi iddia ərizəsindən həmçinin, 2016-cı ilin oktyabrında Sabunçu rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində göstərilir ki, cavabdeh tərəfindən İddiaçı məxsus tikintinin qarşısında 2016-cı ildə qanunsuz tikili aparmağa başlamışdır. xx.xx.2016-cı il tarixdə İddiaçı həmin tikintinin dayandırılması üçün FHN-nə ərizə ilə müraciət etmişdir. İşə əlavə edilmiş FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin xx.xx.2016-cı il tarixli Sabunçu rayon İcra Hakimiyyətinə və İddiaçı ünvanladığı cavab məktubunda göstərilir ki, müraciət araşdırılmış, müraciətdə göstərilən faktlar təsdiq olunmuşdur. Cavabdeh tərəfindən inşa edilən tikili şəhərsalma və tikinti normalarına riayət edilmədən inşa edilmiş, ara məsafəsi gözlənilməmiş, bununla da İddiaçı mülkiyyət, sahiblik və istifadə hüquqları pozulmuşdur. Hazırki apelyasiya baxışının predmetini qətnamənin ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində yoxlanılması təşkil edir. Apelyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5349/2020 saylı 17 avqust 2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, qərardadın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5349/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə əlavə materialların təqdim olunması barədə ekspert vəsatəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5349/2020 saylı 17 avqust 2020-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə həyata keçirilməsi (yerində baxış) və mütəxəssisələrə öz səlahiyyətləri daxilində qoyulmuş suallar barədə mütəxəssis rəyini vermək həvalə olunmuşdur. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubu ilə tərtib olunmuş mütəxəssis rəyi və sxem daxil olmuşdur. Mütəxəssis rəyində göstərilmişdir ki, mübahisələndirilən əraziyə tərəflərin nümayəndələrinin iştirakı ilə baxış keçirilib naturada koordinatları müəyyən edilməklə yerində ölçülmüşdür. Yazılan rəy təqdim edilmiş sənədlərə və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasından verilmiş məlumatlara və hazırlanıb təqdim edilmiş sxemlərə əsaslanmışdır. Elektron kadastr baza məlumatlarına əsasən mübahisələndirilən ərazidə İddiaçı adına vahid əmlak kompleksinə reyestr nömrəsi **********35-10301, qeydiyyat nömrəsi ********** olan çıxarış və Texniki Pasport verildiyi, Cavabdeh və mərhum X3 isə torpaq sahəsinin ayrılması və ya hər hansı hüquqi və texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi və inşa edilmiş tikililər isə Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli (reyestr nömrəsi **********35-10301, qeydiyyat nömrəsi **********) çıxarış və Texniki Pasportla müəyyən olunan torpaq sahəsinin hüdudları ilə üst-üstə düşür. İddiaçı inşa etdirdiyi tikililər təsdiq olunmuş eskiz layihəsinə, habelə şəhərsalma və tikinti norma və qaydalarına uyğun olub- olmamasını müəyyən etmək tikinti-texniki ekspertinin səlahiyyətlərinə aiddir. Müraciətə əlavə edilmiş sxem koordinatsız, miqyassız, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədən hazırlandığından və hazırlandığı müddətdən uzun illər keçib stiuasiyada ciddi dəyişiklik olduğundan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyət başçısının 772 nömrəli 23.11 2001-ci il tarixli Sərəncamı ilə mərhum X3 ayrılmış 450 kv.m torpaq sahəsinin dəqiq hüdudlarını müəyyən etmək mümkün deyil. Müraciətə əlavə edilmiş sxem koordinatsız, miqyassız, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədən hazırlandığından və hazırlandığı müddətdən uzun illər keçib stiuasiyada ciddi dəyişiklik olduğundan Cavabdeh məxsus tikilinin Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 nömrəli 23.11 2001-ci il tarixli Sərəncamı ilə mərhum X6 ayrılmış torpaq sahəsində inşa edilməsini müəyyən etmək mümkün deyil. Cavabdeh istifadəsində olan və iddiaçı Əliyeva İddiaçı sökülməsini tələb etdiyi tikiliyə (iddiaçıya və ya cavabdehə) heç kimin adına torpaq sahəsinin ayrılması barədə məlumat aşkar edilmədi. Cavabdeh istifadə etdiyi tikililər (ticarət obyekti), şəhərsalma və tikinti norma və qaydalarına uyğun olub-olmamasını müəyən etmək tikinti-texniki ekspertinin səlahiyyətlərinə aiddir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 nömrəli 23.11 2001-ci il tarixli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən İddiaçı inşa etdirdiyi tikililərlə Cavabdeh məxsus olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanda yerləşən 450 kv.m torpaq sahəsinə müdaxilə olunub-olunmamasını müəyyən etmək mümkün deyil. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən tərəflərə məxsus torpaq sahəsinə müdaxilə olunub-olunmamasını müəyyən etmək mümkün deyil. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5349/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5349/2020 saylı 17 avqust 2020-ci il tarixli qərardadının icrasını təmin etmək məqsədi ilə mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1734 saylı rəyinə görə, 1-ci, 3-cü, 4-cü, 5-ci, 7-ci və 8-ci suallar üzrə - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisi tərəfindən xx.xx.2021-ci il tarixli **********00 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi və inşa edilmiş tikililər Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli (reyestr nömrəsi **********35-10301 qeydiyyat nömrəsi **********) çıxarış və Texniki Pasportla müəyyən olunan torpaq sahəsinin hüdudları ilə üst-üstə düşdüyü göstərilmişdir. Müraciətə əlavə edilmiş sxem koordinatsız, miqyassız, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədən hazırlandığından və hazırlandığı müddətdən uzun illər keçib stiuasiyada ciddi dəyişiklik olduğundan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyət başçısının 772 nömrəli 23.11 2001-ci il tarixli Sərəncamı ilə mərhum X3 ayrılmış 450 kv.m torpaq sahəsinin dəqiq hüdudlarını müəyyən etmək mümkün olmadığı göstərilmişdir. Müraciətə əlavə edilmiş sxem koordinatsız, miqyassız, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədən hazırlandığından və hazırlandığı müddətdən uzun illər keçib stiuasiyada ciddi dəyişiklik olduğundan Cavabdeh məxsus tikili Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 nömrəli 23.11 2001-ci il tarixli Sərəncamı ilə mərhum X6 ayrılmış torpaq sahəsində inşa edilməsini müəyyən etmək mümkün olmadığı göstərilmişdir. Cavabdeh istifadəsində olan və iddiaçı Əliyeva İddiaçı sökülməsini tələb etdiyi tikiliyə (iddiaçıya və ya cavabdehə) heç kimin adına torpaq sahəsinin ayrılması barədə məlumat aşkar edilmədi. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 nömrəli 23.11 2001-ci il tarixli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən İddiaçı inşa etdirdiyi tikililərlə Cavabdeh məxsus olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanda yerləşən 450 kv.m torpaq sahəsinə müdaxilə olunub-olunmamasını müəyyən etmək mümkün olmadığı göstərilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən tərəflərə məxsus torpaq sahəsinə müdaxilə olunub-olunmamasını müəyyən etmək mümkün olmadığı göstərilmişdir. 2-ci və 6-cı suallar üzrə isə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi və inşa edilmiş tikililər Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019cu il tarixli (reyestr nömrəsi **********35-10301 qeydiyyat nömrəsi **********) çıxarış və Texniki Pasportun məlumatlarında göstərilən tikililərə uyğun gəldiyini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2-ci bəndlərinə uyğun inşa olunduğu müəyyən edilmişdir. Cavabdeh istifadə etdiyi tikililərə dair mülki iş materialında müvafiq İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş eskiz layihə sənədləri olmadığından (ticarət obyekti), Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, 4073-cü məhəllədə tikiləcək fərdi yaşayış evinin Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş eskiz layihəsi təqdim edilmişdir. Cavabdeh tərəfdən Şəhid ailəsi X4 Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4073-cü məhəllədə fərdi yaşayış evinin tikintisi üçün 450 kv.m torpaq sahəsinə ayrılmasına dair sxem təqdim edilmişdir. Həmçinin həmin sxemdə X1 ayrılmış torpaq sahəsinin yerləşdiyi yer öz əksini tapmışdır. Həmin sxem əsasında torpaq sahəsinin dəqiq yerini və hüdudlarını müəyyən etmək, həmçinin mübahisənin həlli üçün müvafiq sualların cavablandırılması mümkün olduğundan Kollegiyanın xx.xx.2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 may 2022-ci il tarixli 10/5009 nömrəli ekspert rəyinə əsasən 1-ci sual və 2-ci sualın 1-ci hissəsi üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 06 dekabr 2021-ci il tarixli **********64 saylı mütəxəssis arayışına əsasən müraciətə əlavə edilmiş sxem koordinatsız, miqyassız, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədən hazırlandığından və hazırlandığı müddətdən uzun illər keçdiyindən, stiuasiyada ciddi dəyişiklik olduğundan torpağın ayrılmasına dair təqdim olunan sxem əsasında Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamı ilə mərhum X1 ayrılmış 450 kv.m torpaq sahəsinin dəqiq hüdudlarının, eləcə də, Cavabdeh məxsus tikilinin Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 nömrəli xx.xx.2001-ci il İİ tarixli Sərəncamı ilə mərhum anası X1 ayrılmış torpaq sahəsində inşa olunubolunmamasının müəyyən edilməsi mümkün olmamışdır. 2-ci sualın 2-ci hissəsi üzrə Cavabdeh məxsus tikiliyə dair tərtib edilmiş və Sabunçu rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış 2008-ci il tarixli Eskiz layihəsinin məlumatları ilə həmin tikili üzrə baxış zamanı əldə olunmuş məlumatlar, o cümlədən tikilinin planlı yerləşməsi, ölçüləri, sahəsi və digər texniki parametrləri müqayisə edilərkən, Cavabdeh məxsus tikilinin faktiki parametrlərinin 2008-ci il tarixli Eskiz layihəsinin parametrlərinə uyğun olduğu və həmin tikilinin Eskiz layihəsində qeyd olunan hüdudlar daxilində inşa edildiyi müəyyən edilmişdir. 3-cü sual üzrə tədqiq olunan tikililərin yanaşı sahələrdə ayrı-ayrılıqda inşa edildiyini, hər iki tikililərə küçə tərəfdən ayrı-ayrılıqda giriş-çıxış qapıları olduğunu nəzərə alaraq, Cavabdeh istifadəsində olan tikili ilə İddiaçı tikilisinin bir-birinə maneəçiliyi (müdaxilə) olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli tikililər yanaşı olmaqla ayrı-ayrılıqda inşa edilmiş, hər ikisinin ayrılıqda giriş-çıxış qapısı var və bir-birinə maneəçiliyi yoxdur. Belə olan halda Kollegiya hesab edir ki, cavabdehin tikilisi ilə iddiaçının mükiyyət, sahiblik və istifadə hüquqlarının pozulması qənaətinə gələrək İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında 0.046350 ha torpaq sahəsində yerləşən 1276 kv.m fərdi yaşayış evinə (qeyri-yaşayış sahəsinə) bitişik Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin Cavabdeh vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmamışdır. Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə əsassız olduğu üçün rədd edilməlidir. Qarşılıqlı iddia tələbinə aid hissədə Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi ekspert rəyi ilə iddiaçının və cavabdehin tikilisinin birbirinə maneəçiliyi olmadığı, ayrı-ayrılıqda inşa edilmiş yanaşı tikililər olduğu müəyyən edilmişdir. Cavabdehin iddiaçı tərəfindən inşa edilmiş tikintinin özbaşına tikili olaraq sökülməsi barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda qarşılıqlı iddia tələbi digər hissələrdə də əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-592/2020 saylı iş üzrə 05 fevral 2020-ci il tarixli qətnaməsi qismən – ilkin iddia tələbinin təmin edilmiş (İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 0.046350 ha torpaq sahəsindəki 1276 kv.m. fərdi yaşayış evinə (qeyri-yaşayış sahəsinə) bitişik Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılması) hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla ilkin iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (100+100) manatın 100 manatı İddiaçı, 100 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-94/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-94/2022
06.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver