Məhkəmə qərarları › İş №2(103)-9418/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9418/2021

12.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9418/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 may 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə özü cavabdeh olmaqla, digər cavabdehin nümayəndəsi (atası) olan Cavabdeh2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə (bundan sonra – mübahisəli mənzil) və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (bundan sonra – ev) dair bağlanmış “Alğı-satqı müqavilələrin” etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında qeyd edilən yaşayış sahələrinə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil və ev iddiaçının anası X7 özünə məxsus olmuşdur. İddiaçı qeyd edilən mənzildə yaşayır. Z.Mikayılova 2018-ci ilin sonlarında mənzili iddiaçıya bağışlamaq məqsədi ilə notariat kontoruna müraciət etmişdir. Həmin kontorda lazım olan sənədlər barədə Z.Mikayılovaya məlumat verildikdə, sonuncu, həm yaşının çox olması, həm də ağır xəstə olması səbəbindən bu işin öhdəsindən gələ bilməyəcəyi üçün, tanışları olan və mənzillərin alğı-satqısı ilə məşğul olan Cavabdeh2 xahiş etmişdir ki, mənzili iddiaçının adına keçirməkdə onlara yardımçı olsun. Cavabdeh2 razılıq verdiyi üçün Z.Mikayılova 27.11.2018-ci ildə 46 saylı Notariat Ofisində Cavabdeh2 etibarnamə vermişdir. Bundan bir müddət sonra, yəni 24.12.2018-ci il tarixdə F.Əiyev onlara gələrək Z.Mikayılovanın şəxsiyyət vəsiqəsini və mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışı Z.Mikayılovadan almış və iddiaçıya tapşırmışdır ki, növbəti gün 46 saylı Notariat Ofisinə getsin. 25.12.2018-ci il tarixdə iddiaçı həmin Notariat Ofisinə getmiş və orada Cavabdeh2 ilə görüşmüşdür. Cavabdeh2 iddiaçıya bildirmişdir ki, mənzilin Z.Mikayılovanın adından iddiaçının adına keçirilməsi üçün iddiaçı razılıq sənədi imzalamalıdır. İddiaçı sonuncunun sözlərinə inandığı üçün ona təqdim olunmuş sənədi oxumadan imzalamışdır. Bundan bir neçə gün sonra Z.Mikayılova Cavabdeh2 ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq mənzilə dair çıxarışın alınması üçün hara getməli olduğunu soruşduqda, Cavabdeh2, darıxmamağı, lazım olanda xəbər verəcəyini söyləmişdir. Sonradan isə Cavabdeh2 ya zənglərə cavab verməmiş, zəngə cavab verdikdə isə sualları cavablandırmaqdan yayınmşdır. Bu vəziyyət Z.Mikayılovanı narahat etməyə başlamış və o, Cavabdeh2 verdiyi etibarnaməni ləğv etdirmək qərarına gəlmişdir. Şəxsiyyət vəsiqəsi Cavabdeh2 qaldığından Z.Mikayılova bunu edə bilməmiş və 03.01.2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin “102 xidmətinə” zəng edərək Cavabdeh2 hərəkətlərindən şikayətlənmış, lakin bu zəng heç bir nəticə verməmişdir. Bundan sonra Z.Mikayılova yəni şəxsiyyət vəsiqəsi almaq məcburiyyətində qalmış, 14.01.2020-ci il tarixdə yeni şəxsiyyət vəsiqəsi almış və dərhal, yəni 16.01.2020-ci il tarixdə etibarnaməni ləğv etdirmişdir. 2020-ci ilin fevral ayında Z.Mikayılova Cavabdeh2 ilə telefon əlaqəsi saxlaya bilmiş və mənzilin onun tərəfindən iddiaçıya bağışlanmasının rəsmiləşdirilməsi ilə maraqlanmışdır. Həmin söhbət zamanı Cavabdeh2 bildirmişdir ki, mənzili iddiaçının adına keçirməmiş, mənzili özü üçün girov kimi saxlamışdır. Bundan sonra Cavabdeh2 telefonu söndürmüşdür. Bu danışıqdan onlar heç nə başa düşməmiş və Notariat Ofisinə müraciət etdikdən sonra onlara məlum olmuşdur ki, Cavabdeh2, Z.Mikayılova tərəfindən ona verilmiş etibarnamədən istifadə edərək mənzilə dair qızı ilə iş üzrə digər Cavabdeh1 ilə 08.01.2020-ci il tarixdə formal “Alğı-satqı müqaviləsi” bağlamışdır. Bir müddət sonra iddiaçının anası Z.Mikayılova vəfat etmişdir. Z.Mikayılovanın ölümündən sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 qeyd edilən həmin etibarnamədən istifadə edərək mübahisəli evə dair də, Cavabdeh1 ilə formal “Alğı-satqı müqaviləsi” bağlamışdır. Belə ki, həmin ev paylı mülkiyyət hüququ əsasında Z.Mikayılovaya və sonuncunun qardaşı, iddiaçının isə dayısı (hazırki iş üzrə tərəf olmayan) X6 məxsus olmuşdur. İddiaçıda olan məlumata görə dayısı evi icarəyə vermişdir. Ölkə hüdudlarından kənarda yaşayan dayısı ilə anasının payına düşən icarə haqqı ilə bağlı telefon əlaqəsi saxladıqda o, iddiaçıya fərdi yaşayış evinin Z.Mikayılovaya aid hissəsini icarəyə vermədiyini bildirərək, oğlu Ramizin vasitəsi ilə fərdi yaşayış evinə dair çıxarışı iddiaçıya göndərmişdir. Həmin çıxarışdan iddiaçıya məlum olmuşdur ki, fərdi yaşayış evinin paylı mülkiyyət hüququ əsasında Z.Mikayılovaya məxsus hissəsi də iş üzrə Cavabdeh1 mülkiyyətinə keçmişdir. İddiaçının vəkil tərəfindən 46 saylı Notariat Ofisinə göndərilmiş sorğuya dair verilmiş cavabdan məlum olmuşdur ki, Cavabdeh2 yuxarıda qeyd edilən etibarnamədən istifadə etməklə Z.Mikayılovanın adından çıxış edərək iş üzrə Cavabdeh2 ilə onun qızı, iş üzrə digər Cavabdeh1 arasında 46 saylı Notariat Ofisində “Alğı-satqı müqaviləsi” bağlanmışdır. Z.Mikayılova öldüyü günədək həmin fərdi yaşayış evində qeydiyyatda olması, başqa məqsədlə vermiş olduğu, sonradan isə israrla ləğv etdiyi etibarnamədən istifadə edərək, yaxın qohum olan eyni cavabdehlər tərəfindən Z.Mikayılovanın mülkiyyətindəki əmlaklarının hamısının özgəninkiləşdirilməsi, əqdlərin aldatma, mülkiyyətçinin iradə ifadəsinə zidd olmasını aydın şəkildə göstərir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 18.05.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçının vəkili (nümayəndəsi) X9 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. İddiaçının vəkili (nümayəndəsi) növbəti iclasa, iddiaçı özü isə ümumiyyətlə iclaslara gəlməmişlər, baxmayaraq ki, onlar apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Özü cavabdeh olmaqla, digər cavabdehin nümayəndəsi olan Cavabdeh2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi olduğu kimi saxlanılmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 16.02.2017-ci il tarixli, RX seriyalı, ******* №-li “Çıxarışdan” görünür ki, mübahisəli mənzil X2 mülkiyyətində olan əmlak kimi reyestrdə qeydiyyata alınmışdır. Həmin Xidmət tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 20.02.2019-cu il tarixli, RX seriyalı, ******* №-li “Çıxarışdan” görünür ki, mübahisəli evin 1 otağı (yaşayış sahəsi- 23,9 kv.metr, köməkçi sahəsi- 22,3 kv.metr), eyvan 8,1 kv.metr, açıq eyvan 8,1 kv.metr X2 adına, 3 otaq (y/s- 56,9 kv.m., k/s- 2,6 kv.m.), açıq eyvan 3,4 kv.m. X3 mülkiyyətində olan əmlak kimi reyestrdə qeydiyyata alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 122600 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı 15.05.1987-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X12 Əli İsayeviç, anası X4r. 46 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş və reyestrdə 7E-8554 nömrəsi ilə qeydə alınmış 27.11.2018-ci il tarixli, AR-İ seriyalı, 699260 nömrəli etibarnamədən görünür ki, X1 Füzuli Əliağa oğluna həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onların üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almağı, satmağı, bağışlamağı, hədiyyə qəbul etməyi, dəyişməyi, əmlakı ipoteka (girov) qoymağı, haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, ipoteka (girovdan) azad etməyi, özəlləşdirməyi, icarəyə və kirayə verməyi, buna dair müqavilələr bağlamağı və imzalamağı, zəruri sənədləri təhvil verməyi, vərəsəlik işini rəsmiləşdirməyi, mirası qəbul etməyi və ya ondan imtina etməyi, mirasın qəbulu barədə ərizəni imzalamağı, vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı və s. hərəkətlər etməyi etibar etmişdir. Etibarnamə üç il müddətinə 27.11.2021-ci il tarixədək verilmiş, bu etibarnamə üzrə səlahiyyətlər digər şəxslərə verilə bilər. İddiaçı tərəfindən Notariat Ofisinə ünvanlanmış 25.12.2018-ci il tarixli ərizədən görünür ki, o, X5 məxsus olan mənzilin satılmasına razılıq vermişdir. 46 saylı Notarial Ofisi tərəfindən təsdiq edilmiş və X7 (onun adından etibarnamə əsasında hərəkət edən Cavabdeh2) ilə Cavabdeh1 arasında bağlanmış 11.04.2019-cu il tarixli ilkin satış müqaviləsinin surətindən görünür ki, Z.Mikayılova (mübahisəli) mənzilini Cavabdeh1 satmağı və buna müvafiq olaraq tərəflər öz aralarında bu barədə notariat qaydasında təsdiq ediləcək alğı-satqı müqaviləsi bağlamağı öz öhdəsinə götürmüşlər. Əsas müqavilə üzrə alğı-satqı obyektinin satış dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 70.000 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş əsas müqavilə üzrə alğı-satqı obyektinin satış dəyərini təşkil edən 30.000 manat məbləğində pulu Cavabdeh1 bu müqavilənin qüvvəyə mindiyi tarixdə Z.Mikayılovaya notariusun depozit hesabı vasitəsilə ödəyir, yerdə qalan 40.000 manat məbləğini isə 3 ay müddəti ərzində ödəməyi öhdəsinə götürmüşdür. 46 saylı Notariat Ofisi tərəfindən təsdiq olunmuş 08.01.2020-ci il tarixli, AN-İ seriyalı, ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, satıcı olan X7 (onun adından etibarnamə əsasında hərəkət edən Cavabdeh2) mülkiyyətində olan (mübahisəli) mənzilini alıcı Cavabdeh1 70.000 manata satmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh1 bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan daşınmaz əmlakın satış dəyərindən 30.000 manat məbləği tərəflər arasında bağlanmış 11.04.2019-cu il tarixli ilkin müqaviləyə əsasən 11.04.2019-cu il tarixdə, 20.000 manat məbləği isə 16.07.2019-cu il tarixdə notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə satıcı Z.Mikayılovaya ödəmişdir. Qalan 20.000 manat məbləği alğı-satqı zamanı satıcı Z.Mikayılovaya notariusun depozit hesabı vasitəsi ilə ödəyir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Z.Mikayılovanın nümayəndəsi Cavabdeh2 ünvanlanmış 16.01.2019-cu il tarixli məktubdan görünür ki, cari il üçün İdarənin smeta xərclərində daşınmaz tarix və mədəniyyət abidələrinin alınması üçün vəsait nəzərdə tutulmadığından inventar nömrəsi 2207 olan yerli əhəmiyyətli memarlıq abidəsinin qeyd edilən hissəsini 70.000 manata almaqdan imtina etmişlər. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 4cü maddəsinin 6-cı abzasının tələblərini nəzərə alaraq abidənin alğı-satqısı nəticəsində onun yeni mülkiyyətçisi barədə məlumat verilməsini xahiş etmişlər. 46 saylı Notariat Ofisi tərəfindən təsdiq olunmuş 12.03.2019-cu il tarixli, AN-İ seriyalı, ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, satıcı Z.Mikayılova (onun adından etibarnamə əsasında hərəkət edən Cavabdeh2) mübahisəli evin ona məxsus hissəsini alıcı Cavabdeh1 130.000 manata satmışdır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Z.Mikayılovanın nümayəndəsi Cavabdeh2 ünvanlanmış 14.09.2018-ci il tarixli məktubdan görünür ki, cari il üçün İdarənin smeta xərclərində daşınmaz tarix və mədəniyyət abidələrinin alınması üçün vəsait nəzərdə tutulmadığından inventar nömrəsi 2209 olan yerli əhəmiyyətli memarlıq abidəsinin qeyd edilən hissəsini 130.000 manata almaqdan imtina etmişlər. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 6-cı abzasının tələblərini nəzərə alaraq abidənin alğı-satqısı nəticəsində onun yeni mülkiyyətçisi barədə məlumat verilməsini xahiş etmişlər. DƏDRX tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, Həmin Xidmət tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, mübahisəli evin 1 otağı (yaşayış sahəsi- 23,9 kv.metr, köməkçi sahəsi- 22,3 kv.metr), eyvan 8,1 kv.metr, açıq eyvan 8,1 kv.metr Cavabdeh1 adına, 3 otaq (y/s- 56,9 kv.m., k/s- 2,6 kv.m.), açıq eyvan 3,4 kv.m. X3 mülkiyyətində olan əmlak kimi reyestrdə qeydiyyata alınmışdır. Z.Mikayılova tərəfindən ünvan 3 ünvanlanmış 16.01.2020-ci il tarixli ərizənin surətindən görünür ki, o, 27.11.2018-ci il tarixdə 46 saylı Notariat Ofisində Cavabdeh2 reyestrdə 7E/8554 nömrə il qeyd olunmuş etibarnamə vermişdir. O, həmin etibarnaməni ləğv edir və xahiş edir ki, Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən həmin etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılsın və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilsin. Bakı Şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12.05.2020-ci il tarixli, AZ-İİ seriyalı, 053246 nömrəli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Z.Mikayılova 01.05.2020-ci il tarixdə ölmüşdür. Göstərilənlərə və işdə olan digər sənədlərə əsasən müəyyən edilir ki, iddiaçının (mərhum anası) Z.Mikayılova ona məxsus olan (mübahisəli) mənzili 70.000 manata və (mübahisəli) evin ona məxsus hissəsini isə 130.000 manata Cavabdeh1 satmışdır. İddiaçı bildirir ki, həmin müqavilələr etibarsız hesab olunmalıdır. Belə ki, Cavabdeh2 onun mərhum anasının etibarından sui-istifadə etmiş, mənzilləri əslində iddiaçının adına rəsmiləşdirməli olduğu halda, cavabdehə verilmiş etibarnamədən istifadə edərək, mərhum anasını aldatmış və mübahisəli mənzilləri qızının (hazırki iş üzrə digər cavabdeh) Cavabdeh1 adına alğı-satqı müqaviləsi ilə rəsmiləşdirmişdir. Məhkəmə mövcud mülki mübahisənin həlli və apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Məcəllənin 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Məcəllənin 362-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. İş materiallarından görünür ki, mübahisəli əmlaklar iddiaçının mərhum anası Z.Mikayılova tərəfindən Cavabdeh2 verilmiş və özündə geniş səlahiyyətləri nəzərdə tutan etibarnamə əsasında Cavabdeh1 satılmışdır. İddiaçı Cavabdeh2 adına etibarnamə verilməsini onunla izah edir ki, əslində bundan məqsəd həmin mənzilin iddiaçının adına rəsmiləşdirmək olmuşdur. Lakin iddiaçının mərhum anasının Cavabdeh2 etibarnamə verməkdə məqsədinin mənzilin iddiaçının adına rəsmiləşdirilməsini həyata keçirməkdən ibarət niyyətinin olması müəyyən edilmir. Belə ki, etibarnamədə mərhum Z.Mikayılova, Cavabdeh2 özünə məxsus bütün əmlaklar barəsində sərəncam verilməsi, hətta bağışlaması ilə bağlı səlahiyyət vermişdir. Bu səbəbdən iddiaçının Cavabdeh2 mərhum Z.Mikayılovanı aldadaraq mübahisəli mənzilə və evə dair “Alğı-satqı müqavilələri” bağlaması barədə dəlili əsassız hesab edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı mənzilin satılmasına notarial qaydada təsdiq edilmiş razılıq vermişdir, bu hal da iddiaçının dəlillərinin əsassız olmasına dəlalət edir. İddiaçı həmçinin müqavilələr üzrə razılaşdırılmış məbləğlərin anasına ödənilməməsinə istinad edir və bildirir ki, Cavabdeh2 razılaşdırılmış pul məbləğini ödəməsinə dair sübutları təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, bu hal yuxarıda qeyd edilən müqavilələrin etibarsızlığı üçün əsas kimi qəbul edilə bilməz. Odur ki, hesab edilməlidir ki, mübahisəli mənzilə və evə dair bağlanmış və yuxarıda qeyd edilən “Alğı-satqı müqavilələrin” etibarsız hesab edilməsi barədə tələb əsassızdır və Rayon Məhkəməsi bu nəticəyə gələrək qeyd edilən bu tələbi təmin etməməkdə haqlı olmuşdur; apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid olan dəlilləri əsassızdır. Bununla yanaşı Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən “Alğı-satqı müqavilələrin” etibarsız hesab edilməsi barədə tələb əsassız hesab edildiyindən iddianın “həmin müqavilələr əsasında qeyd edilən yaşayış sahələrinə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışların ləğv edilməsi barədə” hissəsi də, əsassız hesab edilməlidir və Rayon Məhkəməsi bu nəticəyə gələrək qeyd edilən bu tələbi də təmin etməməkdə haqlı olmuşdur; apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid olan dəlilləri də əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 may 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, qətnamədən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar