Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-942/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia ərizəsi üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə Şəhəri 6 saylı Notariat ofisinə qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" ilkin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələblərinə dair mülki iş üzrə İş №2(103)-942/2025 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra – iddiaçı) İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra – cavabdeh) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(006)-2422/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh1 arasında Gəncə şəhər 06 saylı notariat kontorunda xx.xx.2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasn iddiaçı öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 41,3 kv/m olan mənzili cavabdehə 35000 manata satmışdır. 2.Həmin alğı-satqı müqaviləsinin etibarsız olduğunu bildirən iddiaçı Cavabdeh1 öz “əlaqələrinin” köməyi ilə iddiaçının qızını 48 saatlıq şübhəli şəxs qismində həbs etdirərək Gəncə şəhər MST-də saxlatdırdığını, iddiaçının çıxılmaz vəziyyətdə qalaraq qızının həbsdən azad etdirilməsi qarşılığında yaşadığı evin onun adına keçirilməsinə razılıq verdiyin iddia edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə Şəhəri 6 saylı Notariat ofisinə qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli, AN-1 № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışlar ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi bina 52 mənzil 1 ona məxsusdur və onun mülkiyyətində olub. Hal hazırda qeyd olunan ünvanda qızı Cavabdeh2 və nəvəsi Həsən ilə birlikdə yaşayır. 2023-cü ildə onun qızı Cavabdeh2 və digər tanımadığı şəxs, özünü Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edən X6 adlı şəxs, müəyyən pul müqabilində, MİDA tərəfindən inşa edilən mənzilin alınmasında köməklik göstərəcəyini vədi verməklə aldadaraq dələduzluq etmiş və ümumilikdə 211 min AZN məbləğində ziyan vuraraq pulu mənimsəmişdir. Qızı Gəncə şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmiş və faktla bağlı X6 barəsində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. S.Məmmədov qızının və digər şəxslərin onun barəsində şikayət etdiyini bildikdən sonra Respublika hüdudlarını tərk edərək qaçmışdır. Hal hazırda Gəncə BPİ-nin İstintaq İdarəsi tərəfindən rəsmi olaraq axtarışa verilmişdir. Adı sonradan ona məlum olan, qeyd etdiyi digər şəxslərdən biri Cavabdeh1 adlı şəxs X3 axtarışda olmasını bilib, qızı Zümrüdü S.Məmmədovla guya əlbir olması ilə suclayaraq Gəncə BPİ-nə ərizə ilə müraciət etmiş və S.Məımmədova vermiş olduğu 35 min AZN pulu qızından tələb etmişdir. Qarşlığında qızı Cavabdeh2 qeyd edilən məbləğin onda olmamasını və hal hazırda özüdə ziyan çəkdiyini bildirsədə Cavabdeh1 öz “əlaqələrinin” köməyi ilə qızı 48 saatlıq şübhəli şəxs qismində həbs etdirərək Gəncə şəhər MSTdə saxlanılmışdır. Həmin ərəfədə Cavabdeh1 onun yaşadığı evə gələrək ona qızının onun tərəfindən “tutdurduğunu” bildirərək qısa zamanda S.Məmmədova verdiyi ya pullarının verilməsini və yaxud yaşadığı qeyd olunan mənzili onun adına rəsmləşdirməsini tələb etmişdir. Əks halda qızı Cavabdeh2 üzun müddətli həbsə saldıracağı ilə onu hədələmişdi. O çıxılmaz vəziyyətdə qalaraq onun dediyi ilə razılaşmalı olmuş və qızının həbsdən azad etdirməsini ondan xahiş etmişdi. Daha sonra onunla şifahi razılığa gəlmişdi ki, qızını həbsdən azad etdirsin, yaşadığı evi onun adına keçirsin və bundan sonra hissə-hissə ona S.Məmmədova vermiş olduğu pulu ödəsin. Beləliklə İftixar onu Gəncə şəhər 6 saylı notarius ofisinə aparmış, orada məcburiyyyət qarşısında qalaraq onunla alğı-satqı müqaviləsi bağlamışdır. Müqaviləni bağlamamışdan öncə qızının həbsdən azad edilməsini xahiş etmişdi. Bir neçə saatdan sonra qızı Cavabdeh2 birbaşa MST-dən buraxılaraq notariusa gətirilmiş və orada onun övladı, həmin ünvanda qeydiyyatda olan şəxs kimi məcburiyyət qarşısında qalaraq razılıq ərizəsi yazmışdır. Notarius orda onlara bildirmişdi ki, evin dəyər qiymətini 35 min AZN qiymətlənrilib və həmin məbləğ alan şəxs tərəfindən banka ödənilməlidir. İftixar razılaşıb hardansa 35.000 AZN pul tapmış və ev alan şəxs kimi banka keçirtmişdi. Həmin məbləği o, satıcı kimi bankdan çəkdikdən sonra bankdan çıxan kimi İftixarın özünə qaytarmışdı. Bundan sonra qeyd olunan evi onun adından İftixarın adına keçmişdi. Şifahi razılıqlarına görə o, hissə-hissə həmin məbləği ona qaytarmalı idi və alğı-satqı müqaviləsindən sonra ona ayrı-ayrı vaxtlarda hissə-hissə ümumilikdə 3000 AZN pul göndərmişdir (bu barədə qəbzləri və şahidləri vardır). Lakin bir neçə ay keçdikdən sonra İftixar ondan və qızından tələb etmişdi ki, hissə-hissə ödənişə razı deyil, pulu bütöv verməlidilər yaxud evi boşaltmağı tələb etmişdi. Onun və qızının qeyd olunan ünvandan başqa yaşamağa yerləri yoxdur. Göründüyü kimi cavabdeh onun qızının ağır vəziyyətə düşməyindən istifadə etməsi nəticəsində onun üçün son dərəcə əlverişsiz şərtlərlə alğı-satqı müqaviləsi bağlamağa məcbur etmişdir. O vəkil vasitəsilə Gəncə şəhər BPİ-nə qızı Cavabdeh2 ərizəsi üzrə aparılan cinayət işi üzrə müəyyən məlumatların verilməsi barədə həmçinin onun MST-də saxlanılması barədə sorğu verilməsinə baxmayaraq bu günədək heç bir məlumat verilməmişdir. 5.Daha sonra iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələblərinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh1 qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" iddiasının rədd edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.İddia tələbi onunla əsaslandırılmışlar ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 52 saylı evin. 1 nömrəli mənzili Gəncə şəhəri 6 saylı Notariat ofisində 24 may 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, müqavilə şərtlərinə uyğun olaraq notariusun bankda açılmış hesabı (depozit) vasitəsilə cavabdeh İddiaçı ödəməklə almışdır. Həmin mənzil xx.xx.2023-cü il tarixdən xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət çıxarışı (reyestr nömrəsi **********47-05101-093010, qeydiyyat nömrəsi **********0) verilmişdir. İlkin iddia ərizəsinin məzmunundan bəlli olur ki, hər iki cavabdeh (ana və qızı) Gəncə şəhəri 6 saylı Notariat ofisində 24 may 2023-cü il tarixdə mənzilə dair hüquqları olan şəxslər qismində (mülkiyyətçi və ailə üzvü) sərbəst şəkildə öz iradə ifadələrini bildirmiş və notarius tərəfindən izah olunmuş hüquqlarını təsdiqləyərək alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Heç bir məcburiyyət olmadan, əksinə cavabdehlərin xahişləri və razılıqları əsasında mənzilə dair alqısatqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən cavabdehlər bir ay müddətində, mənzildən və qeydiyyatdan çıxmağı (xx.xx.2023-cü iltarixədək) öhdələrinə götürmüşdür. Lakin, cavabdehlər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmir, müxtəlif yollarla yaşayış sahəsini təhvil verməkdən boyun qaçırırlar. Hal-hazırda satdıqları yaşayış sahəsini boşaltmaq istəmirlər, bununla da onun üçün əlavə problemlər yaradırlar. Mülkiyyət hüququ ilə ona məxsus yaşayış sahəsinin cavabdehlər və ailə üzvlərinin ixtiyarında qalması onun mülkiyyət, mənzildən istifadə hüquqlarını məhdudlaşdırır və mənzilə dair hər hansı bir sərəncamın verilməsinə maneçilik törədir. Hansı ki, alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı mənzili yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiymətində razılaşdığı vəziyyətdə, müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 1 ay müddətinə faktiki sahibliyinə və istifadəsinə verməyi, alıcı isə daşınmaz əmlakı qəbul etməyi öhdəsinə götürür. Buna baxmayaraq, cavabdehlərdən mənzilin boşaldılmasını tələb etdikdə, birinci cavabdeh İddiaçı “müqavilənin etibarsız hesab edilməsi” iddiası ilə məhkəməyə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsində məhkəmə hazırlıq iclası 07 may 2024-cii il tarixə təyin edilmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdeh tərfındən iddia ərizəsində qeyd olunan sənəd-sübutlar, həmçinin müqavilə üzrə Notariat sənədləri təqdim olunmadığı müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İlkin dinləmələr zamanı verilmiş bilgilər mübahisə üzrə qarşılıqlı iddianın verilməsini zəruri etmişdir. Bu baxımdan, ilkin iddia tələblərinə qarşı hazırki “mənzildən çıxarılma” iddiasını məhkəməyə təqdim edirəm. Hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia bir-biri ilə sıx bağlıdır və hər iki iddia mübahisəli Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 52 saylı evin, 1 nömrəli mənzilinə dair notarial qaydada aparılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin yaşayış sahəsinə (mənzilə) cavabdehlərin mənzildən çıxarılmaları barədə olduğundan, qarşılıqlı iddia icraata qəbul edilməli və hər iki iddia tələbinə birgə baxılmalıdır. 7.Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışlar ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 52 saylı evin, 1 nömrəli mənzili Gəncə şəhəri 6 saylı Notariat ofisində 24 may 2023-cü il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən, müqavilə şərtlərinə uyğun olaraq notariusun bankda açılmış hesabı (depozit) vasitəsilə cavabdeh İddiaçı ödəməklə almışdır. Həmin mənzil xx.xx.2023-cü il tarixdən xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət çıxarışı (reyestr nömrəsi **********47-05101-093010, qeydiyyat nömrəsi **********0) verilmişdir. İlkin iddia ərizəsinin məzmunundan bəlli olur ki, hər iki cavabdeh (ana və qızı) Gəncə şəhəri 6 saylı Notariat ofisində 24 may 2023-cü il tarixdə mənzilə dair hüquqları olan şəxslər qismində (mülkiyyətçi və ailə üzvü) sərbəst şəkildə öz iradə ifadələrini bildirmiş və notarius tərəfindən izah olunmuş hüquqlarını təsdiqləyərək alğı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Heç bir məcburiyyət olmadan, əksinə cavabdehlərin xahişləri və razılıqları əsasında mənzilə dair albısatqı müqaviləsi bağlanmışdır. Alğı-satqı müqaviləsinin şərtlərinə əsasən cavabdehlər bir ay müddətində, mənzildən və qeydiyyatdan çıxmağı (xx.xx.2023-cü il tarixədək) öhdələrinə götürmüşdür. Lakin, cavabdehlər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmir, müxtəlif yollarla yaşayış sahəsini təhvil verməkdən boyun qaçırırlar. Hal-hazırda satdıqları yaşayış sahəsini boşaltmaq istəmirlər, bununla da onun üçün əlavə problemlər yaradırlar. Mülkiyyət hüququ ilə ona məxsus yaşayış sahəsinin cavabdehlər və ailə üzvlərinin ixtiyarında qalması onun mülkiyyət, mənzildən istifadə hüquqlarını məhdudlaşdırır və mənzilə dair hər hansı bir sərəncamın verilməsinə maneçilik törədir. Hansı ki, alğı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı mənzili yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiymətində razılaşdığı vəziyyətdə, müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 1 ay müddətinə faktiki sahibliyinə və istifadəsinə verməyi, alıcı isə daşınmaz əmlakı qəbul etməyi öhdəsinə götürür. Buna baxmayaraq, cavabdehlərdən mənzilin boşaldılmasını tələb etdikdə, birinci cavabdeh İddiaçı “müqavilənin etibarsız hesab edilməsi” iddiası ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsində məhkəmə hazırlıq iclası 07 may 2024-cii il tarixə təyin edilmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdeh tərəfındən iddia ərizəsində qeyd olunan sənəd sübutlar, həmçinin müqavilə üzrə Notariat sənədləri təqdim olunmadığı müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İlkin dinləmələr zamanı verilmiş bilgilər mübahisə üzrə qarşılıqlı iddianın verilməsini zəruri etmişdir. Bu baxımdan, ilkin iddia tələblərinə qarşı hazırki “mənzildən çıxarılma” iddiasını məhkəməyə təqdim edir. Hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia bir-biri ilə sıx bağlıdır və hər iki iddia mübahisəli Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 52 saylı evin, 1 nömrəli mənzilinə dair notarial qaydada aparılmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin yaşayış sahəsinə (mənzilə) cavabdehlərin mənzildən çıxarılmaları barədə olduğundan, qarşılıqlı iddia icraata qəbul edilməli və hər iki iddia tələbinə birgə baxılmalıdır. 8.Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 23 oktyabr 2024-cü il tarixli, 2(006)-2422/2024 saylı qətnaməsi ilə (hakim-Heydərova Əfsanə) ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 1 saylı mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan: 9.Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır.
10. Gəncə şəhər 06 saylı notariat kontorunda xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 41.3 kv/m olan mənzil satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh1 35.000 manat məbləğə satılmışdır. Alğı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən, satıcı xx.xx.2023-cü il tarixədək mənzili boşaldıb alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. 11.Gəncə şəhər 06 saylı notariat kontorunda xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh2 qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin istənilən şəkildə satılmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. 12.Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, o, Cavabdeh1 bildirir ki, İddiaçı məxsus ünvan 1 ünvanı üzrə qeydiyyatda olanlar barədə xəbərdardır. Onlar, İddiaçı ailə üzvü deyil və həmin şəxsin razılığı olmadan alğı-satqı müqaviləsinin bu şəkildə təsdiq edilməsini xahiş edir. Bununla bağlı gələcəkdə hər hansı bir mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürür. 13.Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi Cavabdeh1 adına qeydiyyata alınmışdır. 14.Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 22 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 24 may 2024-cü il tarixdə buraxılmışdır. Həmin cinayət işi üzrə digər təqsirləndirilən şəxs X2 barəsində istintaqdan yayındığı üçün axtarış elan edilmişdir. 15.Məhkəmə ilkin iddia tələbinin rədd edilməsi üzrə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı alğı-satqı müqaviləsini mübahisələndirərkən hesab edir ki, tərəflər arasında bağlanmış həmin müqavilə yalan əqddir. Belə ki, tərəflərin əsas niyyətləri 35.000 pulun ilkin iddia üzrə cavabdehə qaytarılmasından ibarət olmuş və həmin əqdi pərdələmək üçün tərəflər arasında bazar qiymətindən aşağı məbləğdə müqavilə bağlanmışdır. İddiaçı öz iddiasını onunla əsaslandırır ki, Cavabdeh1 öz “əlaqələrinin” köməyi ilə iddiaçının qızını 48 saatlıq şübhəli şəxs qismində həbs etdirərək Gəncə şəhər MST-də saxlatmışdır. İddiaçı çıxılmaz vəziyyətdə qalaraq Cavabdeh1 qızının həbsdən azad etdirməsini xahiş etmiş, daha sonra isə qızının həbsdən azad etdirilməsi qarşılığında yaşadığı evin onun adına keçirilməsi və bundan sonra hissə-hissə ona S.Məmmədova vermiş olduğu pulu ödənilməsi barədə ilkin iddia üzrə cavabdehlə şifahi razılığa gəldiyini bildirmişdir. Məhkəmə iddia tələbinin bu dəlilinə münasibətdə bildirir ki, İddiaçı hazırki iddiasında göstərdiyi bu halı hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilməmişdir. 16.İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 22 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 24 may 2024-cü il tarixdə buraxılmışdır. Həmin cinayət işi üzrə digər təqsirləndirilən şəxs X2 barəsində istintaqdan yayındığı üçün axtarış elan edilmişdir. İlkin iddia üzrə iddiaçı bu məktuba istinad edərək qeyd edir ki, Cavabdeh2 24 may 2024-cü ildə azadlığa buraxılmış və elə həmin gün də tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. 17.Məhkəmə ilkin iddia üzrə iddiaçının bu dəlili ilə bağlı qeyd etmişdir ki, işin araşdırılan hallarından göründüyü kimi Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Cavabdeh2 Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 22 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulması və 24 may 2024-cü il tarixdə azadlığa buraxılmasının ilkin iddia üzrə cavabdehlə bağlılığı sübut edilmir. Belə ki, Cavabdeh2 tutulması və azadlığa buraxılması hüquq mühafizə orqanı tərəfindən həyata keçirilmişdir və bu isə ********* nömrəli cinayət işinin araşdırılması ilə əlaqəli olmuşdur. Həmin məktubda isə Cavabdeh1 adı zərərçəkmiş, şahid, şübhəli və təqsirləndirilən şəxs qismində göstərilməmişdir. Odur ki, məhkəmə qeyd edir ki Cavabdeh1 həmin iş üzrə hər-hansı əlaqəsinin olduğu sübut edilmir. 18.Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, iddiaçı ev satıldıqdan sonra 35.000 manat pul məbləğini satıcı kimi bankdan çəkdikdən sonra bankdan çıxan kimi İftixarın özünə qaytardığını bildirsə də, bununla da bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. 19.Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı cavabdehlə pulun qaytarılması barədə şifahi razılaşmaya gəldiklərini, alğı-satqı müqaviləsindən sonra cavabdehə ayrı-ayrı vaxtlarda hissə-hissə ümumilikdə 3000 AZN pul göndərdiyini bildirərək məhkəməyə qəbzlər təqdim etsə də, həmin razılaşma ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. 20.Beləliklə işin müəyyən edilən halları da ondan ibarətdir ki, İddiaçı alğı-satqı müqaviləsi bağlanarkən əmlakın qiymətini öz iradəsi əsasında müəyyən etmiş, həmin əmlaka görə müqavilə əsasında müəyyənləşdirilmiş məbləği almışdır. Bununla da İddiaçı bağlanmış əqdlə bağlı onun yalan əqd olmasının əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Başqa sözlə, mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanan zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlərinin pozulması halı müəyyən edilməmişdir. 21.Bu əsasdan məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə Şəhəri 6 saylı Notariat ofisinə qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" ilkin iddia ərizəsi əsaslı olmadığından rədd edilməlidir. 22.Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus mübahisəli mənzildən cavabdehlərin çıxarılmasından ibarədədir. İddiaçı tələbinin əsası kimi mübahisəli mənzili alğı-satqı müqaviləsi əsasında cavabdeh İddiaçı satın almasına, mənzilin mülkiyyət hüququ ilə artıq ona məxsus olmasına istinad etmişdir. 23.İşin həmin iddia tələbi üzrə müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisəli mənzil qarşılıqlı iddia üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, cavabdeh isə hazırda da həmin mənzildə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozur. 24.Həmçinin məhkəmə qeyd etmişdir ki, İddiaçı ilkin iddiası üzrə gəlinən nəticə yuxarıda göstərilənlər baxımından əsassız olduğu üçün, Cavabdeh1 iddiasının təmin edilməsi barədə gəlinən nəticə həm də buna görə əsaslıdır. Çünki Cavabdeh1 iddiasının təmin edilməsi məhz İddiaçı iddiasının təmin edilməməsi ilə bağlı olmuşdur. İşdən də görünür ki, Cavabdeh1 iddiasının təmin edilməsi faktiki olaraq İddiaçı iddiasının rədd edilməsinə yönəlib. 25.Məhkəmə Cavabdeh1 iddiası üzrə onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. 26.Bu əsasdan məhkəmə hesab etmişdir ki, iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməlidir. 27.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcələsinin 140, 148.2, 152.1, 152.5, 157.2, 337.1, 337.2, 337.4, 337.5, 340.1, 340.2-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarna; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.3, 217.4, 14.2, 76.1, 76.2, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
28.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddianın isə rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 29.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın əsaslı olmasını təsdiq edən sübutları qanunun tələblərinə uyğun deyil, özünün subyektiv işin hallarına uyğun olmayan mülahizələrinə əsasən qiymətləndirmişdir. Tərəflər arasındakı mübahisə olunan alğısatqı müqaviləsi Mülki Məcəllənin 337.1-ci maddəsinin şərtləri pozulmaqla bağlanılmışdır. Həmin müqavilə konkret olaraq ilkin İddiaçı sərbəst olaraq iradəsini ifadə etməmişdir. Həmin müqavilə ilkin iddiaçının aldadılması və onu bağlamağa məcbur edilməsi ilə əldə olunmuşdur. Nə qədər ki, tərəflər arasında olan bu müqavilə ilkin iddiaçını aldatma və məcbur etmə yolu ilə əldə olunmuşdur və bu müqavilənin bağlanılması ilə əlaqədar tərəflər arasında mübahisə mövcuddur, ona görə də həmin bu müqavilə MM-nin 337.2-ci maddəsinin təsiri altına düşür və bağlanıldığı andan etibarsız sayılmalıdır. Həmin müqavilə ilkin iddiaçının iradəsinə zidd olaraq bağlanılmışdır və bununla bağlı iddiaçı ilə cavabdeh arasında ilk gündən mübahisə olmuşdur. Cavabdeh bu müqavilənin bağlanılmasına iddiaçını aldatmaq və təhdid etməklə nail olmuşdur. Qeyd edilən faktları təsdiq edən video yazı və sorğu əsasında Gəncə ŞPİ-dən alınmış cavab məhkəməyə təqdim olunsa da, məhkəmə onlara əhəmiyyət verməmiş və ilkin iddianın təmin olunması üçün kifayət etmədiyi qənaətinə gəlmişdir. Hansı ki, həmin dəlil və sübutlar qanuni yolla əldə olunmuş mötəbər sübutlardır. İddia tələbindən və ilkin iddiaçının izahatlarından, həmçinin məhkəməyə təqdim olunan video yazı və Cavabdeh2 Gəncə ŞPİ-də həbsdə saxlanılmasının təsdiq edilməsi barədə verilmiş arayışdan görünür ki, cavabdeh əvvəlcə ilkin iddiaçıya hədə-qorxu gəlmiş, onu təhdid etmiş, qızı Cavabdeh2 həbs etdirəcəyi ilə bağlı hədələmiş, sonra isə onu aldadaraq mənzili girov olaraq müvəqqəti aldığını, orada iddiaçının yaşayacağını və onun Cavabdeh2 tanış etdiyi şəxsə verdiyi pulu ona ödəyib qurtardıqdan sonra, aralarındakı müqaviləni ləğv edərək, yenidən mənzili iddiaçıya qaytaracağına inandırmışdır. Göründüyü kimi cavabdeh bu məcburetmə və aldatma olmadan müqavilənin bağlanılmasına nail ola bilməzdi. Ona görə ki,ilkin iddiaçının heç vaxt mənzilini satmaq niyyəti olmamışdır. Belə ki, iddiaçı mənzilin satılması ilə bağlı hər hansı elan verməmiş, hər hansı vasitəçiyə, maklerə bu barədə müraciət etməmişdir. İlkin iddiaçı təqaüddə olan qadındır və yeganə yaşayış yeri və əmlakı olan bu mənzili satmaq fikri heç vaxt olmamışdır. Lakin, cavabdeh onun qadın olmasından, yeganə övladı olan qızının həbs olunacağı ilə təhdid olunmasından və real həbs edildikdən sonra bu müqaviləni bağlamağa məcbur olmuşdur. Yuxarıda qeyd olunduğu kimi, ilkin iddiaçı təqaüddə olan qadın olmaqla, onun aldadılması və müqavilə bağlamağa məcbur edilməsi ilə bağlı kifayət qədər mötəbər dəlillər məhkəməyə təqdim olunsa da, məhkəmə onları nəzərə almamış və bununla da, MM-nin 339.4cü maddəsinin tələblərinə əməl etməmişdir. Ona görə də tərəflər arasındakı bu alğı-satqı müqaviləsi qanuni hesab oluna bilməz. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən MPM-in 8.1-ci maddəsinin tələbləri ilkin iddiaçıya münasibətdə kobud şəkildə pozulmuşdur. Qətnamədən görünür ki, məhkəmə qeyd olunduğu kimi tərəflərin bərabərliyi prinsipini pozmuşdur. Bərabərlik prinsipinin pozulması, özlüyündə çəkişmənin də qeyri bərabər olmasını ehtivaedir. Faktlar məsələsinə gəldikdə isə görünürki, məhkəmə faktları təhrif etmişvə onları qanunun tələblərinə uyğun deyil, özünün heçbirhüquqi əsası olmayan sübyektiv mülahizələrinə uyğun qiymətləndirmiş, ilkin iddiaçının qeydetdiyi halları və təqdim etdiyi dəlilləri əsassız olaraq qəbul etməmişdir. Məhkəmə, ilkin iddiaçının əsaslandığı halların obyektiv araşdırılmasında maraqlı olmamış, onun dəlil və sübutlarının məhkəməyə təqdim olunmasına şərait yaratmamışdır. Beləki, məhkəmə ilkin iddiaçının vəsatəti əsasında özünün Gəncə ŞPİ-nə verdiyi sorğulara cavab alınmasını təmin etməməklə, ədalət mühakiməsinin hamının qanun qarşısında bərabərliyi prinsipini kobud şəkildə pozmuşdur. Qətnamədən görünürki, ilkin iddiaçı cavabdehlə aralarında bağlanılmış müqavilənin onun sərbəst iradəsini ifadə etmədiyini və o bu müqavilənin məcburetmə və aldatma nəticəsinədə bağladığını bildirməklə, bununla bağlı dəlil və sübutlarını məhkəməyə təqdim etsə də, məhkəmə heç bir əsas olmadan ilkin iddiaçının təqdim etdiyi dəlil və sübutları qəbul etməmiş və öz qətnaməsinədə bunun səbəblərini qanunun konkret normaları ilə əsaslandırmamşdır. Qətnamədən də görünür ki, məhkəmə sübutlara, ələlxüsusda ilkin iddiaçının dəlil və sübutlarını tam və hərtərəfli araşdırmamış, onlara öz mülahizələrinə uyğun qərəzli və qeyri obyektivhüquqi qiymət vermişdir. Göründüyü kimi məhkəmə qətnamədə iş üzrə müəyyən edildən halları və tərəflərin hansı münasibətdə olmalarını nəzərə almamış və öz qətnaməsində bu hallara bildirməmişdir. Yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsində icraat zamanı maddi və prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinə düzgün əməl olunmamış və bu da özlüyündə məhkəmənin iş üzrə düzgün olmayan nəticəyə gəlməsi ilə yekunlaşmışdır. Qeyd olunan bu hallar isə məhkəmənin qətnaməsinin ləğv olunması üçün əsasdır. Məhkəməyə təqdim olunmuş tərəflər arasındakı videoyazıdan görünür ki, Cavabdeh1 iddiaçının yaşadığı evə gələrək, onu təhdid edir və onun Sənan adlı şəxsə MİDA-dan ev almaq üçün verdiyi pulu qaytarmayacaqları təqdirdə iddiaçının qızı Cavabdeh2 həbs etdirəcəyi ilə hədələmişdir. -Gəncə ŞPİ-nin xx.xx.2024-cü il tarixli arayışından görünürki, idiaçının qızı Cavabdeh2 həqiqətən S.Məmmədov barəsində olan ********** saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə saxlanılmış və xx.xx.2024-cü il tarixdə isə, yəni tərəflər arasında mübahisələndirilən müqavildə bağlanılan günü həbsdən azad olunmuşdur. Ona görə həbsdən azad edilmişdir ki, o, həmin evdə qeydiyyatda olduğundan, onun evin satılmasına razılığının alınması zəruri olmuşdur. Bu səbəbdən də iddiaçı qızının həbsdə saxlamaqla, o, bu alğı-satqıya məcbur edilmişdir. -bununla da məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Məhkəmə iş üzrə özünün Gəncə ŞPİ-nə verdiyi sorğunun cavabını almamış yekun nəticəyə gəlmişdir. Həmçinin,digər cavabdehin iştirakını təmin etməmişdir. Ona görə də hesab edir ki, işə obyektiv hüquqi qiymət verilməsinin təmin edilməsi məqsədilə sorğuya cavab alınmalı və digər cavabdehin nümayəndəsinin iştirakı apellyasiya baxışında təmin olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 30.Cavabdeh1 tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim olunaraq apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
c)Məhkəmə icraatı iştirakçılarının izahatları
31.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 32.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, Cavabdeh1 Emin adlı şəxsi tanıyıb. Cavabdeh1 Zümrüdü tanımamış, sosial evlərlə bağlı 48000 manat məbləğində pulu Zümrüdə vermək üçün Eminə vermişdir. Emin pulu Zümrüdə verdiyini bildirdikdən, işləri alınmadıqdan sonra, Cavabdeh1 pulunu Zümrüddən istəmişdir. Video görüntüdə İftixir Quliyevdir və pulunu istəyir. Həmin görüntüdə heç bir həd-qorxu halı yoxdur. Cavabdeh1 Zümrüddən şikayətçi olmamış, onu nə tutdurmuş, nə də buraxdırmışdır. Emin İftixara demişdir ki, ehtiyacları olduğu üçün, Zümrüdün anası evini satır. Cavabdeh1 evi almaq qərarına gəlmiş, razılaşdıqları 35000 manat məbləğində pulu depozitə ödəyib, alğı-satqı edib, evi almışdır. İddiaçi evin alğı-satqısından olan 35000 manat pulu sonradan borca görə Cavabdeh1 vermişdir. Bundan sonra iddiaçı borcuna görə Cavabdeh1 müxtəlif vaxtlarda hissəhissə olmaqla, cəmi 2700 manat məbləğində pul ödəmişdir. Alğı-satqı zamanı heç bir aldatma, hədə-qorxu halları olmayıb. 33.İş üzrə ilkin iddia üzrə cavabdeh Gəncə Şəhəri 6 saylı Notariat ofisi və qarşılıqlı iddia üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar və ya nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 34.Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 35.Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 36.Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. 37.Maddə 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 38.Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 39.Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 40.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 41.Maddə 324.2.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 42.Maddə324.4.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 43.Maddə 324.5.İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 44.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 45.Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 46.Maddə 339.2.Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 47.Maddə 339.3.Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 48.Maddə 339.4.Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 49.Maddə 340.1.Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 50.Maddə 340.2.Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 51.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 52.Maddə 398.1.Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 53.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 54.Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 55.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
56.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 57.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının ilkin iddianın rədd olunan, qarşılıqlı iddianın İddiaçı aid təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qarşılıqlı iddia üzrə digər Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
58.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirib, videoyazıya baxış keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 59.Belə ki, iş materiallarının tədqiqi ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 arasında Gəncə şəhər 06 saylı notariat kontorunda xx.xx.2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən iddiçı öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 41.3 kv.m olan mənzili cavabdehə 35000 manata satmışdır. 60.Həmin alğı-satqı müqaviləsinin etibarsız olduğunu iddia edən iddiaçı iddia tələbində mövqeyini onunla əsaslandırır ki, Cavabdeh1 öz “əlaqələrinin” köməyi ilə iddiaçının qızını 48 saatlıq şübhəli şəxs qismində həbs etdirərək Gəncə şəhər MST-də saxlatmışdır. İddiaçı çıxılmaz vəziyyətdə qalaraq Cavabdeh1 qızının həbsdən azad etdirməsini xahiş etmiş, daha sonra isə qızının həbsdən azad etdirilməsi qarşılığında yaşadığı evin onun adına keçirilməsi və bundan sonra hissə-hissə ona S.Məmmədova vermiş olduğu pulu ödənilməsi barədə ilkin iddia üzrə cavabdehlə şifahi razılığa gəlmişdir. Həmçinin apellyasiya şikayətində dəlil olaraq mövqeyini onunla əsaslandırır ki, cavabdeh əvvəlcə ilkin iddiaçıya hədə-qorxu gəlmiş, onu təhdid etmiş, qızı Cavabdeh2 həbs etdirəcəyi ilə bağlı hədələmiş, sonra isə onu aldadaraq mənzili girov olaraq müvəqqəti aldığını, orada iddiaçının yaşayacağını və onun Cavabdeh2 tanış etdiyi şəxsə verdiyi pulu ona ödəyib qurtardıqdan sonra, aralarındakı müqaviləni ləğv edərək, yenidən mənzili iddiaçıya qaytaracağına inandırmışdır. Ona görə ki, ilkin iddiaçının heç vaxt mənzilini satmaq niyyəti olmamışdır. 61.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, Qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları).Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 62.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, iddiaçının qeyd etdiyi hallar iş materiallarının araşdırılması ilə öz təsdiqini tapmamış, iddiaçı tərəfindən bu halları təsdiq edən hər hansı bir mötəbər sübut birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. 63.Belə ki, MPM-nin 10-1.2.Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 64.Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 65.Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 66.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 67.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 68.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 69.Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd olunduğu kimi əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. 70.Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır; -əqdin subyektiv tərkibinə dair şərtlər; -əqdin məzmununa dair şərtlər; -əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; -əqdin formasına dair şərtlər. 71.İddiaçının dəlilləri ilə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Cavabdeh2 Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 22 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 24 may 2024-cü il tarixdə buraxılmışdır. Həmin cinayət işi üzrə digər təqsirləndirilən şəxs X2 barəsində istintaqdan yayındığı üçün axtarış elan edilmişdir. İlkin iddia üzrə iddiaçı bu məktuba istinad edərək qeyd edir ki, Cavabdeh2 24 may 2024-cü ildə azadlığa buraxılmış və elə həmin gün də tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. 72.Kollegiya qeyd edir ki, Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Cavabdeh2 Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 22 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulması və 24 may 2024-cü il tarixdə azadlığa buraxılmasının cavabdehlə birbaşa bağlılığı sübut edilmir. 73.Belə ki, Cavabdeh2 tutulması və azadlığa buraxılması ********* nömrəli cinayət işinin araşdırılması ilə əlaqədar olmaqla hüquq mühafizə orqanı tərəfindən həyata keçirilmiş, istinad olunan məktubda isə hazırkı iş üzrə Cavabdeh1 adı zərərçəkmiş, şahid, şübhəli və təqsirləndirilən şəxs qismində göstərilməmişdir. 74.Kollegiya qeyd edir ki, əqdin zorakılıq və ya hədələmə əsası ilə etibarsız sayılması üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) qəsdən zorakılıq və ya hədə xarakterli davranış etmiş olmalı; belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı; zorakılıq və ya hədələmə real olmalı və müqavilənin digər tərəfi həmin məcburetmənin aşkar təsiri və ya sözügedən hərəkətlərin özü və ya əmlakı üçün real təhlükə yarada biləcəyi qənaəti nəticəsində müqaviləni bağlamalıdır. Həmin əsaslara söykənən iddiada sadalanan şərtlərin hər biri sübuta yetirilməlidir. Onlardan hər hansı birinin aşkar edilməməsi bu xarakterli tələbin rədd edilməsi üçün əsasdır. Bu halları sübut etmək yükü isə onları iddia edən tərəfin üzərinə düşür. İşin hallarından da görünür ki, iddiaçı sözügedən halları ümumiyyətlə sübuta yetirə bilməmişdir. 75.Kollegiya apellyatorun “videoyazıdan görünür ki, Cavabdeh1 iddiaçının yaşadığı evə gələrək, onu təhdid edir və onun Sənan adlı şəxsə MİDA-dan ev almaq üçün verdiyi pulu qaytarmayacaqları təqdirdə iddiaçının qızı Cavabdeh2 həbs etdirəcəyi ilə hədələməsi” ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, videoyazıya məhkəmə kollegiyasının iclasında baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçı pulu aldıqlarını, danmadığını, cavabdeh isə pulunu tələb etmiş, hədələmə halları isə müəyyən olunmur. 76.Məhkəmə araşdırması zamanı iddiaçının qızının həbsdən çıxdığı və mübahisələndirilən alğısatqı müqaviləsinin bağlandığı günün eyni günə təsadüf etməsindən başqa iddiaçının mövqeyini dəstəkləyəcək bir hal müəyyən edilməmiş, cavabdehin istinad olunan ********* nömrəli cinayət işi üzrə iddiaçının qızı X4 2 gün həbs saxlanılmasında rolu və ya əlaqəsi iş materialları ilə öz təsdiqini tapmamışdır. 77.Kollegiya iddiaçının qeyd olunan dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının qızının həbsdən çıxdığı və mübahisələndirilən alğı-satqı müqaviləsinin bağlandığı günün eyni günə təsadüf etməsindən başqa iddiaçının iddia etdiyi kimi onun qızının cavabdehin “əlaqələri” vasitəsi ilə tutulması və müqavilənin məhz qızının azad olunması müqabilində bağlamağa məcbur qalması ilə bağlı hallar iş materialları ilə öz təsdiqini tapmır. 78.Kollegiya iddiaçının aldadılması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 79.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlıştəsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya beləiradənin düzgün formalaşmaması əsas rol oynayır. 80.Aldatma isə bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. 81.Belə ki, əqdin qarşı tərəfi aldadıcı davranışı qəsdən edilmiş olmalı, belə davranış məhz əqdin bağlanması ilə əlaqədar olmalı, əqd həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı əqd ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı. Deməli, aldatma halında iradə ilə onun ifadəsi bir-birinə uyğundur, lakin iradənin özü başqasının təsiri ilə həqiqətə uyğun olmayan təsəvvür nəticəsində yaranır.Bu şərtlərdən hər hansı biri aşkar edilməzsə aldatmaya dayanaraq əqdin etibarsızlığı tələbi irəli sürülə bilməz. 82.Əksinə, tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı alğı-satqı müqaviləsi əsasında cavabdeh tərəfindən depozitə qoyulmuş 35000 manat məbləğində pulu qəbul etmiş, bundan sonra alğı-satqı müqaviləsi bağlanmışdır. 83.İddiaçı tərəfindən daha sonradan qızının borcuna görə 35000 manat məbləğində pulun cavabdehə ödənilməsi yaranmış borca görə ödənilmiş pul olmaqla, alğı-satqının etibarsızlığı üçün əsas yaratmır. 84.Bundan başqa iddiaçı cavabdehlə pulun qaytarılması barədə şifahi razılaşmaya gəldiklərini, alğı-satqı müqaviləsindən sonra cavabdehə ayrı-ayrı vaxtlarda hissə-hissə ümumilikdə 3000 manat pul göndərdiyini bildirir. 85.İş materillarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 200 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 500 manat olmaqla, cəmi 2700 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə ödənilməsi, cavabdehin bunu etiraf etməsi müəyyən olunur. 86.Cavabdeh 2700 manat pulun iddiaçının qızı Zümrüdün Emin vasitəsi ilə ondan aldığı 48000 manat pula görə olan ödənişlə bağlı olduğunu bildirir. Göründüyü kimi, iddiaçının qızının 48000 manat olan borcuna görə cavabdehə 35000 manat və 2700 manat məbləğində ödənişlər etməsi, hazırki alğı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas yaratmır. 87.Kollegiya alğı-satqı müqaviləsinin görünüş üçün bağlanmış əqd olmadığını və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 88.Sırf görünüş üçün edilən iradə ifadələri əsasən iki halla bağlı edilir və Mülki Məcəllənin 340-cı maddəsində bu hər iki halla bağlı xüsusi tənzimləmə nəzərdə tutulmuşdur. Hər iki hal iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluq əmələ gətirməklə yaranır. Başqa sözlə hər iki halda da ifadə bilərəkdən əsl iradəyə zidd şəkildə edilir. 89.Mülki Məcəllənin 340.1 maddəsinə əsasən “uydurma əqd” olaraq adlandırılan birinci halın mövcudluğunun qəbul edilməsi üçün aşağıdakı iki şərtin eyni vaxtda olması lazımdır: -Əqdi əmələ gətirən iradə ifadəsini edənlər buna uyğun hüquqi nəticənin, yəni öhdəliklərin əmələ gəlməsini istəməmiş olmalıdırlar. -Uydurma əqd sırf başqalarını aldatmaq məqsədi ilə bağlanmış olmalıdır. Yəni iradə ifadəsi, əslində olmayan haqqı və öhdəliklərin mövcudluğu barəsində sırf üçüncü şəxslərdə yanlış qənaəti formalaşdırmaq məqsədi ilə edilmiş olmalıdır. 90.Sırf görünüş üçün edilən iradə ifadələri ilə bağlı ikinci halı təşkil edən yalan əqdin mövcudluğunun qəbul edilə bilməsi üçün uydurma əqdlə bağlı şərtlərin olması ilə yanaşı, eyni zamanda aşağıdakı şərtlər də olmalıdır: -İki ayrı əqd bağlanmış olmadılır. -Bu əqdlərdən biri onu bağlayanların həqiqi iradəsini əks etdirməsinə baxmayaraq, gizlədilmiş olmalıdır. -Bu əqdlərdən digəri olan görünüşdəki əqd isə, sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək, yəni onu gizlətmək məqsədilə bağlanmış olmalıdır. 91.Yalan əqdin olduğu hallarda əqdi bağlayanlar əslində bağladıqları əqdin heç hüquqi nəticə əmələ gətirməyəcəyini deyil, başqa mahiyyət və nəticə əmələ gətirməsini istəyirlər. Başqa sözlə, görünüşdəki əqdi ona uyğun hüquqi nəticələri əmələ gətirmək məqsədilə deyil, əsl niyyətlərində tutduqları başqa bir əqdə dair faktiki nəticələrin əmələ gəlməsinə hüquqi şərait yaratmaq məqsədilə bağlayırlar. 92.Kollegiya qeyd edir ki, hazırki halda tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin görünüş üçün bağlanması (uydurma əqd), sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək üçün bağlanması (yalan əqd) halları öz təsdiqini tapmır. 93.Yəni, görünüşdə olan alğı-satqı müqaviləsinin, iddiaçının qızının cavabdehə olan borcunu pərdələməsi halı işin araşdırılmış halları ilə müəyyən edilmir. Bunun üçün həqiqi iradə ifadəsi olmalıdır. Bu hal işin araşdırılmış halları ilə müəyyən olunmur. 94.Kollegiya iddiaçının hal-hazırda həmin mənzildə yaşaması, mənzilin satış qiymətinin aşağı olması ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, bu dəlillər iddianın təmin edilməsi üçün əsas ola bilməz. 95.Kollegiya qeyd edir ki, mənzilin qiyməti müqavilə azadlığı şəraitində tərəflərin iradəsinə uyğun qaydada müəyyən edilmiş, cavabdeh tərəfindən depozitə qoyulmuş məbləğ iddiaçı tərəfindən götürülmüşdür. 96.Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qəraranda qeyd olunmuşdur ki, mənzilin hansı qiymətə satılıb-alınması və əvəzinə pulun nə vaxt və hansı qaydada verilməsi alğı-satqı müqaviləsi tərəflərinin iradəsindən asılıdır. 97.Digər tərəfdən iddiaçı tərəfindən təqdim olunmuş mütəxəsis rəyindən görünür ki, mübahisəli mənzilin bazar dəyəri 46000 manat təşkil edir. Göründüyü kimi, mənzilin alğı-satqı qiymətində ciddi fərq müəyyən olunmur. 98.Qeyd olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(001)-2116/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 99.Beləliklə yuxarıda istinad olunan hüquq normalarının təhlili nəticəsində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh1 arasında daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. 100.Məhkəmə kollegiyası mübahisəli mənzilin cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçının isə hazırda da həmin mənzildə yaşamaqla cavabdehin mülkiyyət hüquqlarını pozması ilə bağlı işin faktiki hallarını və qanunvericilyin istinad olunan normalarını nəzərə alaraq hesab edir ki, iddiaçının həmin mənzildən çıxmaması cavabdehin mülkiyyət hüquqlarının pozulmasına səbəb olduğundan cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, məhkəmə qarşılıqlı iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. 101.Qeyd olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 102.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 103.Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 104.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 105.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 106.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(006)-2422/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov