Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9438/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdeh X3, üçüncü şəxslər X10 və X2 iştirakı ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılma, tikilinin sökülməsi və ərazinin boşaldılması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli qətnaməsindən cavabdeh Elmar Heydərovun apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdeh 1 saylı mədənin 4-cü sahəsində yerləşən, ünvan 1 ünvanında inşa edilmiş özbşına tikilidən çıxarılsın, özbaşına tikili cavabdehin hesabına sökülsün, torpaq sahəsi boşaldılaraq iddiaçının istifadəsinə qaytarılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, cavabdeh həmin tikilidən çıxarılsın, tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq iddiaçıya qaytarılsın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, sökülməsi tələb olunan evdə qızı, qızının əri və qızının iki azyaşlı uşağı yaşayır. Özü isə başqa üvanda - Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, ev № 68, mənzil № 40-da həyat yoldaşı və oğlu ilə yaşayır, həmin ünvanda qeydiyyatdadır. Sökülməsi tələb olunun evi 1 il bundan əvvəl 43.000 manata qızının ailəsi üçün alıb. Evi etibarnamə əsasında alıb. Evdə özünə aid əşya yoxdur, ev onun sahibliyində və ya istifadəsində deyil. Ev alınan vaxtdan orada qızının ailəsi yaşayır, evdə qızının ailəsinə aid əşyalar var. Apellyasiya icraatı zamanı X10 (cavabdehin qızı) və X8 (cavabdehin qızının əri) cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 bildirdi ki, cavabdeh onun atasıdır, sökülməsi tələb olunan ev hazır vəziyyətdə alınıb, evi özü seçib, təxminən 1 il bundan əvvəl evi atası onun üçün alıb. Bundan sonra təxminən 3 ay ev üçün əşyalar alıblar, əşyaları evə gətirərək evi yaşamaq üçün hazır vəziyyətıə gətiriblər, təxminın 7-8 aya yaxındır ki, ailəsi - əri və iki azyaşlı uşağı ilə birlikdə evdə yaşayır. Atası həmin evdə yaşamayıb. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 üçüncü şəxs X4 izahatına uyğunu izahat verdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Müəyyən olunur ki, sökülməsi tələb olunan özbaşına tikilidən faktiki olaraq yaşayış evi kimi istifadə olunur. Ev 1 mərtəbli, 3 otaqlıdır. Orada göstərilən şəxslər yaşayır: 1) X10 (cavabdehin qızı); 2) X8 (cavabdehin qızının əri, Pakistan vətəndaşı); 3) X9, 20.02.2010-cu il təvəllüdlü (cavabdehin qızının uşağı); 4) X11, 07.02.2012-ci il təvəllüdlü (cavabdehin qızının uşağı). Göstərilən şəxslər iddia ərizəsində cavabdeh kimi göstərilməyib, yəni onlara qarşı iddia tələbi yönəlməyib. Mülki-Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Evin sökülməsi və torpaq sahəsinin boşaldılması barədə tələb evə və torpaq sahəsinə sahiblik edən şəxslərə qarşı yönəlməlidir, yəni onların hamısı cavabdeh kimi göstərilməlidir. Çünki tələbin təmin edilməsi barədə qətnamə evin sökülməsi və torpaq sahəsinin boşaldılması ilə nəticələnəcək, bu isə evə və torpaq sahəsinə sahiblik edən şəxslərin mənafeyinə toxunacaq. Əgər evə sahiblik edən şəxslərdən hər hansı biri cavabdeh kimi işə cəlb edilməyibsə, yəni ona qarşı tələb yönəlməyibsə, həmin qətnamə onun sahiblik hüququnun pozulmasına səbəb olacaq. Sahiblik hüququ isə qanunla qorunur. Belə ki, Mülki Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Odur ki, evin sökülməsi və torpaq sahəsinin boşaldılması üçün sahibin (evə və torpaq sahəsinə sahiblik edən şəxslərin) iradəsi olmalı, ya da onlara qarşı iddia tələbi irəli sürülməlidir. Hazırkı iddia tələbini iddiaçı yalnız bir şəxsə - Cavabdeh qarşı yönəldib. Bu iddia əsasında evin sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul ediləcəyi təqdirdə üçüncü şəxslər X10, X8, onların uşaqları X5 və X1 hüququ pozulacaq. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılma, tikilinin sökülməsi və ərazinin boşaldılması barədə” iddiası rədd olunsun. Hər bir tərəfin çəkdiyi məhkəmə xərci onun özünə aid edilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9438/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9438/2021
29.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver